İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   39   40   41   42   43   44   45   46   ...   84

114 
 
Beynəlxalq terrorizmlə mübarizənin indiki şəraitində radikalizm və ekstremizm ideologiyası ilə mübarizə, 
mütərəqqi, tolerant islam dəyərlərinin dəstəklənməsi məsələləri xüsusilə aktualdır. Bütün dünyada hamılıqla 
tanınmış, böyük mədəni potensiala malik olan Özbəkistan və Azərbaycan bu vəzifələrin həyata keçirilməsində 
güclü rol oynaya bilərlər. Qlobal antiterror tədbirlərinin fəal iştirakçıları olan Daşkənd və Bakı  Əfqanıstanda 
vəziyyətin tezliklə sabitləşdirilməsinə  və onun iqtisadiyyatının dirçəldilməsinə  tərəfdardırlar. Məlum olduğu 
kimi, Özbəkistan bu ölkənin sosial-iqtisadi bərpasında yaxından iştirak edir, Kabilin beynəlxalq layihələrə cəlb 
olunmasına çalışır. Biz Azərbaycanla bu istiqamətdə əməkdaşlığa ümid bəsləyirik.  
Transəfqanıstan beynəlxalq dəhlizinin gerçəkləşməsi bütün regionun, o cümlədən Cənubi Qafqaz ölkələrinin 
gələcəyi üçün həm mühüm iqtisadi, həm də strateji əhəmiyyətə malik olacaqdır. 
Prezident  İlham  Əliyevlə  hər iki tərəfi narahat edən məsələləri, ilk növbədə iqtisadi əməkdaşlığın 
vəziyyətini, həcmini – ölkələrimiz arasında əmtəə dövriyyəsinin səviyyəsinin qeyri-qənaətbəxş olmasını nəzərdə 
tuturam – müzakirə edərkən biz belə bir yekdil fikrə  gəldik ki, bu məsələdə kommunikasiyalarla bağlı ciddi 
problemlər vardır. Kommunikasiyalar məsələsi həll edilməmişsə, necə ticarət  əlaqəsi saxlamaq, əmtəə 
dövriyyəsinin həcmini artırmaq olar? Bu, ilk növbədə, Türkmənistan ərazisi, tranzit məsələsi ilə, gömrük rüsum-
larına dair həll olunmamış  məsələlərlə, həm Özbəkistanda, həm də Azərbaycanda bəzi məmurların xudbin 
mülahizələri ilə bağlıdır. Həmin məmurlar bəzən ölkələrimizin milli mənafelərinə zidd mövqe tuturlar. Mən 
bunu deməyə başqa söz tapa bilmirəm.  
Bu baxımdan kommunikasiya məsələlərinin, ilk növbədə Türkmənistan ərazisindən keçən kommunikasiyalar 
məsələsinin həlli bizim üçün çox çətin olmuşdur. Lakin hamıya aydındır ki, bu problemləri həll etmək, 
Türkmənistanla razılığa gəlmək lazımdır ki, biz bir-birimizə daha da yaxın olaq, Azərbaycanla Özbəkistanın bir-
birinə daha yaxın olması bizim üçün vacibdir. 
Dağlıq Qarabağ məsələsinin Azərbaycan tərəfi üçün nə kimi əhəmiyyəti olduğunu biz başa düşürük. Xüsusi 
vurğulamaq istəyirəm ki, Özbəkistan Respublikası həmişə bu münaqişənin sülh yolu ilə siyasi həllinin tərəfdarı 
kimi çıxış etmişdir və indi də  çıxış edir. Birmənalı  şəkildə demək istəyirəm ki, münaqişənin nizama 
salınmasının əsas şərti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. 
Hörmətli dostlar, ticarət-iqtisadi sahədə  əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edərkən 
biz belə bir yekdil fikrə gəldik ki, əmtəə dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Özbəkistanı qane edir. 
Lakin müəyyən irəliləyişlər vardır və bunlar da elə bu ilin əvvəlindən dəstəklənməlidir. Təkcə yanvar–fevral 
aylarında Azərbaycanla Özbəkistan arasında  əmtəə dövriyyəsi 18 milyon dollar təşkil etmişdir. Bu, 2003-cü 
ildəkindən çoxdur. Bu göstərici bizi sevindirir və istəyirik ki, bu meyllər daha da sürətlənsin. Bizim hökumət 
qurumlarımız iqtisadi əməkdaşlığı  əlaqələndirməli, istifadə edilməmiş ehtiyatları üzə  çıxarmalı  və birgə 
mexanizmləri işə salmalıdırlar. 
Biz bilirik ki, Özbəkistan–Azərbaycan hökumətlərarası komissiyası kifayət qədər uğurla fəaliyyət göstərir, 
lakin bununla belə, mən hesab edirəm ki, ən yaxın vaxtlarda gücümüzü toplamalı  və  İlham Heydəroviçin 
Özbəkistana səfərindən sonra ticarət münasibətlərinin inkişafı üzrə istiqamətləri dəqiq müəyyənləşdirməliyik. 
Ötən il ölkələrimiz arasında  əmtəə mübadiləsinin 12–13 milyon dollar olması heç bir əndazəyə  sığmır. 
Hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş görüşünün nəticələri bir daha təsdiq etdi ki, iqtisadi 
münasibətləri inkişaf etdirmək üçün imkanlarımız vardır. Biz ölkələrimizin müəssisələri ilə maliyyə qurumları 
arasında birbaşa əlaqələr qurmalı, Azərbaycanın bizə sata biləcəyi və bizdən ala biləcəyi məhsulların çeşidinə və 
nomenklaturasına yenidən baxmalıyıq. Daşkənddəki Çkalov adına zavodun buraxdığı təyyarələrə Azərbaycanın 
aviasiya xidmətinin maraq göstərməsi bizi çox sevindirir. Azərbaycanın lizinq şərtləri ilə iki ədəd  İL-76 
təyyarəsi alması bu istiqamətdə ilk addımdır. Özbəkistanda istehsal edilən minik avtomobillərinin alınmasında 
da ilk addım atılmışdır. Müvafiq qurumlarımız bu məhsulların təqdimatına ciddi yanaşmalı və məhz Azərbaycan 
tərəfinin şərtlərini diqqətlə öyrənməlidirlər. Onlar həm bu avtomobilləri satan, həm də onlara xidmət göstərən 
müvafiq mərkəzlər yarada bilərlər. Azərbaycanın təyyarələrin bizim müəssisələrdə  təmir olunmasına və 
aviatorlar arasında kadr mübadiləsinə maraq göstərməsini alqışlayırıq. 
Özbəkistan Azərbaycanın neft-qaz məhsulları, avadanlıq, habelə qara metal və digər məhsullar satışı 
sahəsində böyük potensialını  nəzərə alaraq onunla əməkdaşlığa böyük maraq göstərir. Biz həm Azərbaycan
həm də Özbəkistan ərazisində müştərək müəssisələr yaratmağı çox istəyirik. Məsələn, Özbəkistanda buraxılan 
traktorların Azərbaycanda yığılması  və sonradan müstəqil müəssisəyə çevrilməsi, eləcə  də Bakı zavodunun 
iştirakı ilə Daşkənddə kondisionerlər istehsal edən müəssisə yaradılması ideyasını  dəstəkləyirik. Biz pambıq-
çılarımızın  əməkdaşlığını da çox vacib hesab edirik. İlham Heydəroviç, mən Sizi belə adlandıranda, az qalır 
Heydər  Əliyeviç deyim, çünki bu ad mənim üçün çox əzizdir - vaxtilə Özbəkistan kimi, Azərbaycan da 
pambıqçılığın inkişafı ilə ad çıxarmışdı. Bu gün fəxr edə bilərik ki, ölkəmizdə bu sahə yeni əsasda inkişaf edir. 
Bizim Liverpul, Nyu-York pambıq birjaları ilə çox yaxın münasibətlərimiz vardır. 
Mən daha bir məsələ – TRASEKA nəqliyyat dəhlizinin inkişafında qarşılıqlı  fəaliyyətin gücləndirilməsi 
məsələsi üzərində dayanmaq istərdim. Biz İlham Heydəroviçlə bu mövzuda danışdıq. Çox vacibdir ki, Avropa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə