İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   33   34   35   36   37   38   39   40   ...   84

98 
 
 
AZƏRBAYCAN PREZİDENTİ  
İLHAM ƏLİYEVİN  
SLOVAKİYAYA SƏFƏRİ 
 
18
 
mart 2004-cü il 
 
Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev «Daha geniş Avropaya doğru: yeni gündəlik»  
mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün 2004-cü il martın 18-də Slovakiyaya yola düşmüş, həmin 
gün Slovakiyanin paytaxtı Bratislavaya gəlmişdir.  
Milli geyimli qızlar respublikamızın rəhbərinə  və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim 
etdilər. 
Azərbaycan prezidenti İlham  Əliyev hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə 
Bratislavada onun üçün ayrılmış iqamətgaha yola düşdü. 
 
* * * 
 
ABŞ-ın YƏHUDİ KOMİTƏSİNİN VƏ 
BEYNƏLXALQ  BİNAYİ RAYT 
TƏŞKİLATININ RƏHBƏRLƏRİ İLƏ 
GÖRÜŞ 
 
Azərbaycan prezidenti İlham  Əliyev Slovakiyanın paytaxtı Bratislavada, onun üçün ayrılmış "Mesto 
Drejitelski Palas" iqamətgahında ABŞ-ın Yəhudi Komitəsinin beynəlxalq yəhudi işləri üzrə direktoru Endryu 
Beyker və Beynəlxalq Binayi Rayt Təşkilatının vitse-prezidenti Daniyel Mariyaş ilə görüşmüşdür. 
Səmimilik  şəraitində keçən görüş zamanı prezident İlham  Əliyev ölkəmizin Avropa strukturlarına sıx 
inteqrasiyasından danışdı və bildirdi ki, bu siyasət gələcəkdə də davam edəcəkdir.  
Cənab Endryu Beyker 1996-cı ildə  İlham  Əliyev Amerikada olarkən onun Bostonda və digər  şəhərlərdə 
keçirdiyi görüşləri və etdiyi çıxışları xatırlatdı və vurğuladı ki, bu gün Azərbaycan prezidentinin xarici siyasəti 
çox təqdirəlayiqdir. O, Azərbaycanda bütün dinlərə mənsub insanlara, o cümlədən yəhudilərə münasibətdə olan 
tolerantlıqdan məmnunluğunu ifadə edərək dedi ki, bu, demokratik ölkə kimi, Azərbaycanın imicini beynəlxalq 
aləmdə daha da artırır.  
Amerika–Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən məmnun qaldıqlarını razılıqla vurğulayan prezident 
İlham Əliyev və cənab Endryu Beyker bildirdilər ki, Azərbaycanın Avropa strukturlarına inteqrasiyası və ABŞ 
ilə  əlaqələrin daha da yaxşılaşması üçün səy göstərəcəklər. Xüsusi vurğulandı ki, Azərbaycan prezidentinin 
indiki konfransda iştirakı ölkənin Avropa strukturlarına inteqrasiyasının bariz nümunəsidir. 
 
 
 


99 
 
 
RUMINİYANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞ 
 
18 mart 2004-cü il  
 
Azərbaycan prezidenti İlham  Əliyev Bratislavada, onun üçün ayrılmış "Mesto Drejitelski Palas" 
iqamətgahında Rumıniyanın Baş naziri Adrian Nestase ilə görüşmüşdür.  
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə prezident İlham Əliyev Bratislava konfransının çox böyük 
əhəmiyyəti olduğunu vurğuladı, Azərbaycanın Avropa strukturlarına daha sıx inteqrasiyası sahəsində atılan 
addımlardan ətraflı söhbət açdı. 
Görüş zamanı bildirildi ki, Azərbaycan ilə Rumıniya arasında sıx dostluq və əməkdaşlıq mövcuddur. Hər iki 
ölkənin əməkdaşlıq sahəsində çoxlu proqram və layihələri vardır və bunlar uğurla həyata keçirilir. Beynəlxalq 
təşkilatlar çərçivəsində əməkdaşlıq da yüksək səviyyədədir. Rumıniya Azərbaycanda həyata keçirilən irimiqyaslı 
neft və qaz layihələrinə, o cümlədən ölkəmizdə hasil edilən neftin və qazın gələcəkdə Avropaya çatdırılması 
məqsədi daşıyan layihələrə çox böyük maraq göstərir və bunlarda fəal iştirak etmək fikrindədir. Adrian Nestase 
ümidvar olduğunu bildirdi ki, Azərbaycan prezidentinin Rumıniyaya səfəri bu il baş tutacaqdır və ölkələrimiz 
arasında siyasi və iqtisadi əlaqələrin daha da güclənməsinə təkan verəcəkdir. 
Görüşdə mövcud dostluq və əməkdaşlıq  əlaqələrini gələcəkdə daha da inkişaf etdirmək üçün ölkələrimizin 
hökumətlərinin səyləri artırmasının zəruriliyi bildirildi. 
Prezident İlham Əliyev və Baş nazir Adrian Nestase ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi 
ilə bağlı yeni layihələr barədə ətraflı fikir mübadiləsi apardılar. 


100 
 
 
GÜRCÜSTAN  PREZİDENTİ 
MİXAİL SAAKAŞVİLİ İLƏ GÖRÜŞÜ 
 
18 mart 2004-cü il 
 
Azərbaycan prezidenti İlham  Əliyev Bratislavada, onun üçün ayrılmış "Mesto Drejitelski Palas" 
iqamətgahında Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşmüşdür. 
Gürcüstanın dövlət başçısı Acarıstanda apardığı danışıqlar barədə  ətraflı  məlumat verərək bildirdi ki, bu 
danışıqlardan sonra Gürcüstanın gömrük məntəqələrində  və limanlarında qayda-qanun yaradılması üçün 
xüsusi nümayəndə  təyin olunması  qərara alınmışdır. Prezident Mixail Saakaşvili vurğuladı ki, Azərbaycan 
Gürcüstan üçün çox mühüm bir ölkə  və ticarət tərəfdaşıdır. Gürcüstanda qayda-qanun yaradılması region 
ölkələri, xüsusilə də Azərbaycanla normal ticarət əlaqələrinin davam etdirilməsi üçün çox vacibdir.  
      Prezident  İlham  Əliyevin Tbilisiyə  səfərini səbirsizliklə gözlədiyini xüsusi vurğulayan, özünün Bakıya 
səfərindən çox məmnun qaldığını və Azərbaycanın dövlət başçısı ilə görüşlərini yüksək qiymətləndirən prezident 
Mixail Saakaşvili dedi: "Mən bu gün qardaşım və dostum İlham  Əliyev ilə bu görüşə çox tələsirdim. Onu 
Gürcüstanda çox sevirlər".  
Azərbaycan prezidenti İlham  Əliyev təşəkkür edərək dedi ki, ölkəmizdə qonşu Gürcüstanda baş verən 
hadisələri böyük diqqətlə və narahatlıqla izləyirlər. Lakin biz əmin idik ki, Gürcüstan prezidentinin müdrikliyi 
bu məsələni həll etməyə imkan verəcəkdir. Gürcüstanda sabitlik Azərbaycan üçün çox mühümdür. Ona görə də 
mən məmnunam ki, bu problem öz həllini tapmışdır. O, prezident Mixail Saakaşvilinin ölkəmizə  səfərini 
xatırlayaraq yüksək qiymətləndirdi və prezidentlər arasında ilk anlardan dostluq və qardaşlıq münasibətlərinin 
yarandığını söylədi. Dövlətimizin başçısı dedi: "Azərbaycanda Gürcüstan prezidentinə böyük ehtiram 
bəsləyirlər və onun Bakıya uğurlu səfərindən sonra bu hörmət və ehtiram daha da artmışdır". 
Tbilisiyə  rəsmi səfər edəcəyini xüsusi vurğulayan prezident İlham  Əliyev bildirdi ki, Gürcüstan və 
Azərbaycanın dövlət başçıları arasında sıx  əlaqələr təkcə  rəsmi səfərlər çərçivəsində deyil, habelə  işgüzar 
səviyyədə  də davam etdiriləcəkdir.  
Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Mixail Saakaşvili dedi ki, prezident İlham  Əliyev 
Azərbaycanda güclü dövlət yaratdığı kimi, mən də Gürcüstanda güclü dövlət yaratmaq əzmindəyəm. 
   
 
  * 


 
Martın 19-da Slovakiya prezidentinin sarayında Slovakiyanın dövlət başçısı Rudolf Şuster Azərbaycan prezi-
denti İlham Əliyevin şərəfinə rəsmi səhər yeməyi vermişdir. 
Prezident Rudolf Şuster Azərbaycan prezidenti İlham  Əliyevi xüsusi ehtiramla qarşıladı. Dövlət başçıları 
xatirə şəkli çəkdirdilər. 
Sonra süfrə arxasında prezidentlər  İlham  Əliyev və Rudolf Şuster ikitərəfli  əlaqələrin inkişafı  və Avropa 
strukturlarına inteqrasiya məsələləri ətrafında səmimi fikir mübadiləsi apardılar. 
Azərbaycan prezidenti İlham Əliyev sarayın fəxri qonaqlar kitabına ürək sözlərini yazdı. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə