İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


TUNİS  RESPUBLİKASININ PREZİDENTİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   30   31   32   33   34   35   36   37   ...   84

87 
 
 
TUNİS  RESPUBLİKASININ PREZİDENTİ 
ZATİ-ALİLƏRİ  
CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ 
 
Hörmətli cənab Prezident! 
Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün 
xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Tunis Respublikası arasındakı münasibətlər xalqlarımızın məna-
feyinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 10 mart 2004-cü il 
 
 
 


88 
 
 
İRLANDİYANIN PREZİDENTİ 
ZATİ-ALİLƏRİ  
XANIM MERİ MAKALİSƏ 
 
Hörmətli xanım Prezident! 
İrlandiyanın milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və bütün xalqınızı    şəxsən öz 
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İrlandiya 
arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək 
və genişlənəcəkdir. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 10 mart 2004-cü il 


89 
 
 
PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ 
 
Hörmətli cənab Prezident! 
Ölkənizin milli bayramı – Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz 
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 
Biz Azərbaycan–Pakistan münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın məram və 
istəyinə uyğun olaraq, ölkələrimiz arasındakı dostluq və  əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün 
qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik. 
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 10 mart 2004-cü il 
 


90 
 
 
BANQLADEŞ XALQ RESPUBLİKASININ  
PREZİDENTİ  ZATİ-ALİLƏRİ  
CƏNAB İACUDDİN ƏHMƏDƏ 
 
Hörmətli cənab Prezident! 
Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda 
bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Ümidvaram ki, Azərbaycan–Banqladeş  əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da 
dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.  
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 10 mart 2004-cü il 
 


91 
 
 
YUNANISTAN RESPUBLİKASININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB KONSTANTİNOS STEFANOPULOSA 
 
Hörmətli cənab Prezident! 
Yunanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan 
və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.  
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında təşəkkül tapmış dostluq və 
əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.  
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına sülh və firavanlıq arzulayıram. 
 
Hörmətlə, 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının  Prezidenti 
 
Bakı şəhəri, 10 mart 2004-cü il 


92 
 
 
YENİ AZƏRBAYCAN PARTİYASININ  
(YAP) MƏRKƏZİ QƏRARGAHINDA  
YAP İDARƏ HEYƏTİNİN  
İCLASINDA NİTQ 
  
11
 
mart 2004-cü il 
     
Hörmətli İdarə Heyətinin üzvləri! 
Əziz dostlar! 
Prezident seçkilərindən sonra bu ilk görüşümüzdür. Mən çox şadam ki, bu gün hamımız birlikdəyik. 
Bu seçkilər bizim hamımız üçün böyük bir sınaq idi. Çünki seçkilər elə bir şəraitdə keçirilirdi ki, xalqımızın 
ümummilli liderinin səhhəti lazımi səviyyədə deyildi. Bizim hamımızın arzusu ondan ibarət idi ki, bu seçkilərdə 
prezident Heydər Əliyev iştirak eləsin və heç kəsdə şübhə yox idi ki, o, seçkilərdə qalib gələcəkdir. Çünki onun 
son on il ərzində apardığı siyasət Azərbaycana böyük uğurlar gətirmiş, Azərbaycanı böhrandan çıxarmış, 
Azərbaycanı müasirləşdirmiş, Azərbaycanda demokratiyanın, ölkə iqtisadiyyatının inkişafını  təmin etmişdi. 
Demək olar ki, Azərbaycan regionun mərkəzinə çevrildi. Azərbaycan xalqı bütün bunları çox yaxşı dərk edirdi. 
Ona görə heç kimdə şübhə yox idi ki, prezident Heydər Əliyev növbəti dəfə bu vəzifəyə seçiləcəkdir. Amma 
onun səhhəti buna imkan vermədi. Belə olan halda partiyanın tövsiyəsi, Azərbaycan xalqının dəstəyi ilə seçki-
lərdə mən iştirak etdim.  
Deyə bilərəm ki, seçki kampaniyası çox gərgin və çox səmərəli keçdi. Hər bir namizəd üçün eyni imkanlar 
yaradılmışdı. Hər bir namizəd azad, demokratik şəkildə, bütün kütləvi informasiya vasitələrindən eyni 
səviyyədə istifadə edərək öz proqramı haqqında xalqa müraciət etdi. O cümlədən də mən. Çox şadam ki, bizim 
partiyamızın fəalları bu seçkilərdə çox yaxından iştirak etdilər. Təbliğat kampaniyasında çox fəal iştirak 
edirdilər, yerlərdə partiya tərəfindən təşkil olunmuş  tədbirlərdə çox güclü təbliğat aparılmışdı.  Əlbəttə, bu 
təbliğatın aparılması partiyanın namizədinə  əlavə  səslər gətirdi. Bu fürsətdən istifadə edib bütün partiya 
üzvlərinə, seçkilərdə fəal iştirak etmiş şəxslərə öz minnətdarlığımı bildirirəm.  
Seçkilərdən sonrakı dövr də Azərbaycan üçün çətin bir dövrə çevrildi. Xalq öz liderini itirdi. Bu hamımız 
üçün çox böyük sınaq, çox böyük faciə idi. İlk növbədə, yəqin ki, mənim üçün. Çünki Heydər Əliyev mənim 
atamdır. Düzdür, o, xalqın atasıdır. Amma bizim ailə üçün bu çox böyük zərbə idi. Hesab edirəm ki, biz 
hamımız bu böyük sınaqdan  şərəflə  çıxdıq. Bizim hamımızı birləşdirən o idi ki, gərək Heydər  Əliyev işini 
davam etdirək, onun ruhu rahat olmalıdır.  
Mən çox şadam ki, xalqın dəstəyi ilə bir neçə ay ərzində ölkədə aparılan siyasət Azərbaycan xalqının 
mənafelərinə xidmət edib, əhali tərəfindən dəstəklənir. Bu siyasət Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və 
davamıdır. Başqa cür ola da bilməz.  
Mən öz seçkiqabağı çıxışlarımda da dəfələrlə demişdim ki, bu siyasətə sadiq olacağam. Təkcə ona görə yox 
ki, Heydər  Əliyev bizim partiyamızın sədridir, ölkə prezidentidir, yaxud mənim atamdır. Ona görə ki, bir 
vətəndaş kimi, bir siyasətçi kimi, mən açıq-aydın görürəm ki, Azərbaycanda bu siyasətə alternativ yoxdur. Əgər 
biz istəyiriksə ki, Azərbaycan xalqı rahat, xoşbəxt yaşasın, bu siyasət mütləq və mütləq davam etdirilməlidir.  
Məncə, Azərbaycanda artıq bunu başa düşməyən adam qalmayıbdır. Xüsusilə, seçkilərdən dərhal sonra 
müxalifət tərəfindən törədilmiş o kütləvi iğtişaşlar Azərbaycan xalqına bir daha göstərdi ki, bu siyasətə 
alternativ yoxdur. Əgər bu siyasət aparılmasa, əgər o qüvvələr hakimiyyətə gəlsələr Azərbaycanı yeni fəlakətlər, 
yeni bəlalar gözləyə bilər. Azərbaycan xalqına bunun heç biri lazım deyildir. Bizə lazımdır ki, ölkə inkişaf etsin, 
iqtisadiyyatımız inkişaf etsin, sosial problemlər öz həllini tapsın və Azərbaycan Dünya Birliyində yerini daha da 
möhkəm tuta bilsin. Ötən aylar ərzində bütün bu istiqamətlərdə siyasət aparılıbdır.  
Deyə bilərəm ki, bizim siyasətimiz beynəlxalq aləmdə  dəstəklənir. Azərbaycanın haqq səsi eşidilir. Mən 
keçirdiyim bütün ikitərəfli görüşlərdə, beynəlxalq tədbirlərdə apardığım danışıqlar  əsasında bir daha əmin 
oldum ki, bizim üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 
istiqamətində Azərbaycanın tutduğu mövqe dəstəklənir. Bu mövqe Heydər  Əliyevin mövqeyidir və yeganə 
düzgün bir mövqedir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr torpaqlarımızdan çıx-
malıdır. Çox şadam ki, keçirdiyim bütün ikitərəfli görüşlərdə, bütün rəsmi səfərlərdə, dövlət başçıları ilə 
apardığım söhbətlərdə bu mövqe dəstəklənir. Çünki bu, məntiqə, beynəlxalq hüquq normalarına əsaslanır.      
Bizim  ən çətin problemimiz həmişə bu olub ki, məsələnin həlli ilə  məşğul olan və digər beynəlxalq 
təşkilatlar, ictimaiyyət bəzi hallarda buna ikili standartlarla yanaşır. Bizim də əsas məqsədimiz odur ki, bu ikili 
standartlar siyasətinə son qoyaq. Əlbəttə, bunu etmək üçün bizim diplomatiyamız çox güclü işləməlidir. 
Azərbaycan bütün tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda öz sözünü deməlidir. Artıq bu proses gedir və çox 
səmərəli nəticələr verə bilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə