İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


AZƏRBAYCAN PREZİDENTİNİN ADINDAN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

80 
 
 
AZƏRBAYCAN PREZİDENTİNİN ADINDAN  
GÜRCÜSTAN PREZİDENTİ  
MİXAİL SAAKAŞVİLİNİN ŞƏRƏFİNƏ  
TƏŞKİL OLUNMUŞ  
RƏSMİ QƏBULDA NİTQ 
 
4 mart 2004-cü il 
 
Hörmətli cənab Prezident! 
Hörmətli qonaqlar! 
Əziz dostlar! 
Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Qardaş Gürcüstanın prezidenti Mixail Nikolayeviç 
Saakaşvili ölkəmizə  rəsmi səfərə  gəlmişdir. Artıq inamla deyə bilərik ki, bu səfər çox uğurlu olmuşdur və 
ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsi işində mühüm rol oynayacaqdır.  
Bu gün ikitərəfli münasibətlərimizə aid bütün məsələlər barəsində Gürcüstan prezidenti ilə çox geniş fikir 
mübadiləmiz oldu. Biz məmnunluqla qeyd etdik ki, dövlətlərimizin müstəqilliyi dövründə Gürcüstanla 
Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə qalxmışdır. Biz birlikdə regional iqtisadi
kommunikasiya layihələri həyata keçiririk. Bu gün Gürcüstanla Azərbaycanın regional siyasətin və dünya 
siyasətinin bir çox məsələlərində vahid mövqelərdən çıxış etməsi Qafqazda vəziyyətin sabitləşməsinin, regionu-
muzda sülhün və sabitliyin möhkələnməsinin mühüm amilidir. 
Təəssüf ki, Qafqaz regionu çox ağır sınaqlara məruz qalmışdır. Dövlətlərimiz müstəqilliyə qovuşduqdan 
sonra Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzkar separatçılıq əməlləri törədilmişdir. Biz 
öz fəaliyyətimizlə regional təhlükəsizliyin möhkəmlənməsinə kömək etməyə, habelə Dünya Birliyinin fəal 
iştirakı ilə dövlətlərimizin  ərazi bütövlüyünün bərpasına və  sərhədlərinin toxunulmazlığına nail olmağa 
çalışacağıq. 
Bizi bu gün həyata keçirilən və bütün dünyanın diqqətini özünə  cəlb edən çox iri layihələr birləşdirir. Bu 
layihələr həm ölkələrimizin iqtisadi firavanlığı üçün vacibdir, həm də dünyada baş verən qlobal proseslər 
çərçivəsində mühüm rol oynayacaqdır. Ölkələrimizin  əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır və öz 
potensialımızı möhkəmləndirdikcə daha da artacaqdır. Buna görə  də son dərəcə vacibdir ki, bizim iki qardaş 
dövlətlərimiz milli mənafelərimizin qorunmasına, Dünya Birliyinə inteqrasiyaya yönəlmiş siyasəti bundan sonra 
əlaqələndirilmiş  şəkildə  və birgə  səylərlə  həyata keçirsinlər. Bu da xalqlarımızın rifah halının yüksəlməsinə, 
müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmlənməsinə gətirib çıxaracaqdır.  
Bizim aramızda  şəxsi xarakterli çox mehriban dostluq və qardaşlıq münasibətləri yaranmışdır ki, bu da 
dövlətlərimiz arasında münasibətlərin inkişafı üçün çox vacibdir. Mən  əminəm ki, iki prezident arasında 
münasibətlər müvafiq nazirliklərimizin, baş idarələrimizin, strukturlarımızın rəhbərləri arasındakı münasibətlər 
üçün çox yaxşı nümunə olacaqdır. Yalnız bütün səviyyələrdə – rəsmi, işgüzar səviyyələrdə gündəlik  əlaqələr 
Gürcüstanın və Azərbaycanın birgə irəliləməsi üçün daha əlverişli şərait yarada bilər.  
Bizim yolumuz birdir, biz onu çoxdan müəyyənləşdirmişik, bu yola sadiqik və heç kim bizi bu yoldan 
sapındıra bilməz.  
Fürsətdən istifadə edib, əsrlər boyu azərbaycanlıların dostluq və qardaşlıq telləri ilə bağlı olduğu bütün gürcü 
xalqına dərin hörmətimi bildirmək istəyirəm. Bizim gücümüz xalqlarımızın, sadə adamların bir-birinə  nə 
dərəcədə yaxın olmalarından asılıdır.  
Mən qardaş Gürcüstanın, qardaş gürcü xalqının və Gürcüstan prezidenti Mixail Nikolayeviç Saakaşvilinin 
sağlığına badə qaldırıram. 
 
 
 
 


81 
 
 
RUSİYA FEDERASİYASI HÖKUMƏTİNİN 
SƏDRİ  CƏNAB MİXAİL FRADKOVA 
 
Hörmətli Mixail Yefimoviç! 
Rusiya Federasiyası hökumətinin sədri vəzifəsinə  təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik 
edirəm. 
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq, mehriban qonşuluq və faydalı 
əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm.  Əminəm ki, yüksək vəzifədə  fəaliyyətiniz dövründə 
ikitərəfli əlaqələrimiz daha da inkişaf edərək xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar 
olmasına xidmət göstərəcəkdir. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 6 mart 2004-cü il 


82 
 
 
8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ  
MÜNASİBƏTİLƏ AZƏRBAYCAN  
QADINLARINA TƏBRİK 
 
Hörmətli qadınlar! 
Əziz analar və bacılar! 
Sizi – bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə  səmimi-qəlbdən 
təbrik edirəm. 
8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram 
kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf səviyyəsi və yüksəlişi orada qadına, anaya 
olan münasibətlə  sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə  həmişə öz töhfələrini 
vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər. 
Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində  əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik 
hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə 
qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və  sənət abidələrimizdə öz parlaq 
təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını, 
mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiy-
mətli bilinən vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək 
qiymətin əyani təzahürüdür. 
Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini 
bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə  fəal iştirak edir. Azərbaycanın 
müstəqilliyinin möhkəmləndirilməsi,  ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu, 
iqtisadi yüksəlişin təmin olunması  işlərinin gerçəkləşdirilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər. 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarımızın bir qisminin işğal 
altında olduğu indiki dövrdə Azərbaycan qadını  gəncləri vətənə  sədaqət ruhunda tərbiyə edərək onları xalqa, 
cəmiyyətə layiqli övlad yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən  şərəflə  gəlir.  Əminəm ki, cəmiyyət 
qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə  dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil 
respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir. 
Əziz qadınlar! 
Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar diləyirəm. 
Bayramınız mübarək olsun! 
          
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
6 mart 2004-cü il 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə