İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   26   27   28   29   30   31   32   33   ...   84

78 
 
yerlərdə həll olunsun. Lakin biz bunları hansısa pozucu ünsürlərin sifarişi ilə etməyəcəyik. Əgər onlar bununla 
məşğul olsalar, layiqli cavab alacaqlar. Biz bir, yaxud yarım il bundan əvvəlki Gürcüstan deyilik. Bu daha möh-
kəm,  əhalisi, o cümlədən erməni və azərbaycanlı  əhalisi tərəfindən daha çox dəstəklənən tamamilə yeni 
hakimiyyət strukturudur. Düşünürəm ki, heç kim bizim üçün belə problem yarada bilməz. Bütün dünyada, o 
cümlədən Qərbdə, ABŞ-da Gürcüstanda sabitliyin yaranmasında marağı olan qüvvələr vardır. Prezident Putinlə 
görüşümdən sonra onun bu regionda sabitliyin Rusiyanın mənafeləri üçün də vacib olduğunu gözəl anladığına 
əmin oldum. Rusiyanın bir çox keçmiş  rəhbərlərindən və hansısa daha aşağı  səviyyəli vəzifəli  şəxslərindən 
fərqli olaraq, Rusiya prezidenti özü gözəl başa düşür ki, regionda sabitliyin pozulması onların mənafeyinə 
uyğun deyildir.  
Bu baxımdan o mənə çox xoş  təsir bağışladı. Zənnimcə, qalan xırda hədə-qorxuların və kiçik şantajçıların 
öhdəsindən  gələcəyik və heç bir kəskin dəyişiklik baş verməyəcəkdir.  
S u a lSizin, iki cavan prezidentin və artıq iki qardaşın siyasəti necə olacaq, münasibətlərinizdə öncül 
istiqamət nədən ibarət olacaq? Yerli mətbuat yazırdı ki, siz bir-birinizə çox oxşayırsınız. Aranızda hansı 
oxşarlığı tapmısınız? 
İ l h a m  Ə l i y e v: Bu suala görə sizə  təşəkkür edirəm.  Əlbəttə, ayrı-ayrı istiqamətlərdə hansı siyasət 
yeridiləcəyindən danışsaq, bu çox vaxt alar. Düşünürəm ki, Azərbaycanda da, Gürcüstanda da yeni rəhbərlik 
dəqiq başa düşür ki, həm həyata keçirilən, həm də  həyata keçiriləcək siyasətin  əsasını xalqlarımızın yaxşı 
yaşamasına, ölkələrimizin daha güclü olmasına, Gürcüstanın və Azərbaycanın coğrafi-siyasi  əhəmiyyətinin 
ildən-ilə artmasına xidmət təşkil etməlidir. Mən hesab edirəm ki, bunun üçün çox yaxşı potensial və çox yaxşı 
imkanlar vardır və bu, həm ikitərəfli, həm də regional xarakterli məsələlərdə, dünyada baş verən hadisələrə 
münasibətdə qarşılıqlı  fəaliyyətin nə  dərəcədə  sıx olmasından asılı olacaqdır. Mən artıq dedim ki, bütün bu 
məsələlərdə mövqelərimiz tam üst-üstə düşür, dünya işlərində ölkələrimizin rolu və yeri də bundan asılı 
olacaqdır. 
Bu gün belə deməyə tam əsas vardır ki, Gürcüstan və Azərbaycan regional planda olduqca möhkəm 
mövqelərə malikdirlər. Heç bir regional, mühüm layihə ölkələrimizin iştirakı olmadan həyata keçirilə bilməz və 
mən hesab edirəm ki, bu, daxili siyasət məsələlərinin həllinə də kömək edəcək mühüm amildir.  
Bu gün həm Gürcüstanda, həm də Azərbaycanda tam ictimai-siyasi sabitlik bərqərar olmuşdur. Gürcüstanda 
da, Azərbaycanda da əhali dövlət rəhbərlərini tam dəstəkləyir. Gürcüstanda da, Azərbaycanda da yeni rəhbərliyi 
seçmiş insanlar yeni rəhbərlərə böyük ümidlər bəsləyirlər və mən hesab edirəm ki, bizim əsas birgə vəzifəmiz 
onların ümidini doğrultmaqdır. Gürcüstanda və Azərbaycanda hadisələrin inkişafı belə deməyə  əsas verir ki, 
fəaliyyətimizi  qiymətləndirmək vaxtı gələndə insanlar məyus olmayacaqlar. 
Oxşarlığımız ondadır ki, bizim hər ikimizdə ölkələrimizi daha güclü etmək arzusu var, bizdə vətənə böyük 
məhəbbət və bağlılıq var. Bunsuz nəyəsə nail olmaq mümkün deyildir. Ona görə  də  mən bütün bu planların 
həyata keçirilməsində özümə  də  uğurlar arzulayıram və hörmətli Mixail Nikolayeviçə  də bir o qədər uğurlar 
arzulayıram. Əminəm ki, bu uğurlar olacaqdır.  
Bundan əlavə, bizi yəqin ki, ümumi dünyagörüşü, böyüyüb başa çatdığımız, formalaşdığımız ümumi mühit də 
birləşdirir. Yəqin ki, bizim çox da böyük olmayan həyat yolumuzda ümumi mərhələlər də var. Bildiyimə görə, 
Mixail Nikolayeviç parlamentə mənim Milli Məclisə deputat seçildiyim ildə, 1995-ci ildə deputat seçilmişdir. Biz hər 
ikimiz Avropa Şurasında nümayəndə heyətlərimizə başçılıq etmişik, eyni peşə sahibi – beynəlxalq məsələlər üzrə 
mütəxəssisik.  
M i x a i l   S a a k a ş v i l i: Amma Siz bilirsiniz ki, bir vaxtlar, Eduard Amvrosiyeviçin dövründə Sizi 
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan getməyə  məcbur etmişlər, məni isə oraya, ümumiyyətlə, 
qəbul etmədilər.  
İ l h a m  Ə l i y e v: Yəqin ki, Avropa Şurasında nümayəndə heyətlərinin rəhbərləri arasında prezident 
olanlar o qədər də çox deyildir. Bizi cavanlıq, fəallıq birləşdirir. O ki qaldı zahiri oxşarlığa, görünür, bu da var. 
Bir sözlə, düşünürəm ki, bizi bu amillər birləşdirmişdir. Biz o qədər də tez-tez görüşmürdük, lakin bir-birimizin 
barəsində  eşidirdik, qiyabi olaraq böyük hörmət hissi bəsləyirdik, ümumi tanışlarımız var. Bu gün belə  sıx 
ünsiyyətdə olmağımız mənim üçün çox fərəhlidir. Mixail Nikolayeviç savadlı prezidentdir, regional məsələlərə 
bələddir, dünya miqyaslı  məsələlərdən baş  çıxarır, dünyada böyük nüfuzu var. Ölkəyə Mixail Saakaşvilinin 
başçılıq etməsi çox mühüm amildir, o, Gürcüstan cəmiyyətinə, gürcü xalqına böyük fayda gətirəcəkdir. Mən 
Gürcüstan prezidentinə və özümə uğurlar arzulamaq istəyirəm.  
Görünür, bizi hələ çox müqayisə edəcəklər, çünki biz, əslində, eyni bir vaxtda seçilmişik və ölkələrimiz 
qonşudur, problemlərimiz də, çətinliklərimiz də eynidir. Ona görə də biz həmişə, necə deyərlər, bir-birimizə tən 
gəlməliyik. Əgər kimsə geri qalsa, digəri kömək etməlidir. Bu, böyük səmərə ilə işləməkdən ötrü bizim üçün 
çox yaxşı stimul olacaqdır. Ən başlıcası isə, əl-ələ, çiyin-çiyinə işləmək lazımdır, xalqlarımız yalnız bu halda 
xoşbəxt olar və inkişaf edər. 


79 
 
M i x a i l   S a a k a ş v i l i: Mən onun səmimi nitqinə xüsusi diqqət yetirmək istəyirəm. Mən bunu yüksək 
qiymətləndirirəm, çoxdandır ki, mənim barəmdə hətta valideynlərim də belə mehribanlıqla danışmayıblar. Bu 
fikri xüsusi nəzərə çatdırmaq istəyirəm ki, bizi vətənə fanatik məhəbbət birləşdirir. Möhkəm münasibətlər 
yaradılması üçün bu çox vacibdir. Başqa ölkəyə hörmət etmək və onu sevmək üçün, ilk növbədə, öz ölkəni 
sevməlisən, öz ölkənin vətənpərvəri olmalısan. Əminəm ki, Azərbaycanın hər hansı vətənpərvəri həm də Gürcüstanın 
dostudur. Əksinə, mənşəcə istər gürcü olsun, istərsə də azərbaycanlı olsun, fərqi yoxdur, Gürcüstanı sevən hər bir kəs 
həm də Azərbaycanın dostudur. Bizi birləşdirən  ən başlıcası budur. Düşünürəm ki, Azərbaycanın prezidenti öz 
vətəninin görkəmli vətənpərvəridir. Buna görə də o bizim münasibətlərimizin vətənpərvəridir.   
S u a lSiz öz bəyanatlarınızda Gürcüstanın əvvəlki rəhbərliyini haqlı olaraq tənqid etmisiniz. Etiraf 
etmisiniz ki, Gürcüstanın azərbaycanlı  əhalisini yalnız səsvermə zamanı xatırlayırlar. Ümumiyyətlə, 
azərbaycanlılar ictimai-siyasi və  mədəni həyata kifayət qədər fəal cəlb edilmirlər, xüsusən də söhbət 
hakimiyyət strukturlarında işə  cəlb olunmaqdan gedəndə. Siz bu istiqamətdə  işinizi necə 
planlaşdırırsınız? 
M i x a i l   S a a k a ş v i l i: Demək istəyirəm ki, öz rəyimi, həqiqətən, dəyişməmişəm. Əlbəttə, Sizə söz 
verə bilmərəm ki, seçkilər zamanı azərbaycanlı əhalini unudacağıq. Bizdə indi də seçkiqabağı kampaniya gedir. 
Təbii ki, biz onları unutmuruq. Lakin başlıcası, onları seçkilərdən sonra unutmamaqdır. Məsələnin mahiyyəti 
bundan ibarətdir. Bu məsələ ilk baxışdan çox sadə görünsə  də, böyük diqqət tələb edir. Azərbaycanlılar 
Gürcüstan əhalisinin mühüm hissəsi, olduqca sədaqətli hissəsidr. Hesab edirik ki, dar ayaqda biz həmişə onlara 
güvənə bilərik, onlar bizə arxa-dayaqdırlar. Biz onlara həmişə bel bağlaya bilərik. Lakin məsələ Gürcüstanda 
süni surətdə Azərbaycan elitası yaratmaqda deyildir. Bu, onsuz da baş tutmayacaqdır. Bu, təbii surətdə baş 
verməlidir. Gürcüstanın azərbaycanlı  əhalisi heç də  təkcə Gürcüstanın iqtisadi həyatında iştirak etməməlidir. 
Onlar gürcü dilini öyrənməli, Gürcüstanın ali məktəblərinə daxil olmalı, vəzifədə irəli çəkilməlidirlər, heç kim 
onlara  əngəl törətməməlidir.  Əksinə, bütün bunlara hər vasitə ilə kömək edilməlidir. Azərbaycanlılara 
parlamentdə yalnız azərbaycanlı olduqlarına görə oturan və azərbaycanlı əhalinin müdafiəsi üçün bir kəlmə də 
olsun danışmayan və ümumiyyətlə, hər hansı məsələ barəsində öz fikrini söyləməyən deputatlar lazım deyildir. 
Onlara parlamentdə elə adamlar lazımdır ki, öz həmvətənlərinin və bütün Gürcüstan vətəndaşlarının arzu və 
istəklərini, həqiqətən, ifadə etsinlər. Zənnimcə, belə liderlər artıq meydana gəlməkdədir. Elə adamlar var ki
onlar nomenklatura ilə süni surətdə irəli çəkilməyiblər,  əksinə, cəmiyyətin tamhüquqlu, fəal üzvləridir. 
Gürcüstanda geniş təmsil olunmuş azərbaycanlı ziyalıların öz mədəniyyətini inkişaf etdirməsinə imkan vermək 
çox vacibdir. Mən bunu onlara vəd etmişəm və sözümün üstündə duracağam. Biz bir neçə il əvvəl tam bir sıra 
səbəblər üzündən bağlanmış Tbilisi Azərbaycan Teatrının tikintisinin başlanmasına kömək etməliyik. Biz İlham 
Əliyevlə Qaxdakı gürcü teatrına dövlət statusu verilməsi, onun Azərbaycan  ərazisində gürcü mədəniyyətinin 
inkişafı ocağına çevrilməsi barədə danışmışıq. Biz dərsliklərin mübadiləsi barədə  də söhbət etmişik. Həm 
Gürcüstan tarixinin, həm də Azərbaycan tarixinin əksini tapdığı dərsliklər yaradılması üçün birgə işçi qrupları 
yaratmaq lazımdır. Gürcüstan azərbaycanlıları dövlətimizə  həmişə  sədaqətlə  və can-başla xidmət etmiş 
insanlardır. Gürcüstan tarixini oxusanız, o dövrlərdə Gürcüstanda yaşamış azərbaycanlıların sədaqətinə, qardaş-
lığına və dostluğuna dair çox misallar taparsınız. Məncə, bu ümumi sərvətimizdir. İstərdim ki, bu proseslər təbii 
şəkildə getsin. İnteqrasiya prosesi getsin və azərbaycanlılar real, əməli qərarların qəbul olunmasında iştirak 
etsinlər. Bu təkcə azərbaycanlılara deyil, Gürcüstanın digər vətəndaşlarına da aiddir. Biz öz çoxmillətliliyimizlə
öz dostluğumuzla fəxr edirik. Mən utanıram ki, Mirzə  Fətəli Axundovun harada dəfn edildiyini yalnız bu 
yaxınlarda bilmişəm – o, Botanika bağında, Tbilisinin mərkəzində, Azərbaycanın digər görkəmli xadimlərinin 
məzarları olan yerdə dəfn edilmişdir. İstərdim ki, orada müvafiq panteon olsun, oraya təkcə Gürcüstandan deyil, 
Azərbaycandan da insanlar ziyarətə gəlsinlər. Azərbaycanda gürcü xadimləri olduqca çoxdur. Siz bunu bilirsiniz 
və bütün bunlar qarşılıqlı surətdə bağlıdır. Elə indinin özündə  də burada vətəndaşlarımız yaşayırlar və onlara 
çox səmimi münasibət göstərilir. Mən onların çoxu ilə görüşmüşəm. Odur ki, bu dostluq tellərini inkişaf 
etdirəcəyik. Zənnimcə, “bəli, biz cəmiyyətlərimizin, Azərbaycan və gürcü mənşəli vətəndaşlarımızın müvafiq 
surətdə Azərbaycan cəmiyyətinə və Gürcüstan cəmiyyətinə maksimum inteqrasiyasına nail olmuşuq” sözlərini 
demək üçün böyük yol keçmək lazımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə