İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

85 
 
Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya 
ictimaiyyətinə çatdıra bildi.  
Azərbaycan yalnız Heydər  Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını 
gerçəkləşdirməyə başlamışdır. Heydər  Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən 
təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə  təsir 
baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.  
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin 
məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində  ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami 
silahlı qüvvələrinin yaradılması ilə bağlı  təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son 
qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini,  ərazi bütövlüyünü 
qorumağa tam qadir olan orduya malik olması Heydər  Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz 
xidmətlərdən biri sayıla bilər.  
Heydər  Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni 
həyatında, beynəlxalq  əlaqələrdə  əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun 
müstəqil dövlət quruculuğu prosesi başlandı.   
Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan 
istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun 
gerçəkləşdirilməsi Heydər  Əliyev tərəfindən işlənib hazırlanmış  və müstəqil Azərbaycanın iqtisadi inkişaf 
konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev 
öz neft strategiyasının  əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da 
səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft 
müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qaba-
ğındadır. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək yolunun bərpası, nəqliyyat dəhlizlərinin 
Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir. 
Heydər  Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın 
təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların 
həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.  
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər  Əliyev demokratik, hüquqi dövlət 
quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin 
bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.  
Heydər  Əliyevin xarici siyasət məsələlərinə müstəsna  əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və 
cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi 
Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.  
Azərbaycan Heydər  Əliyevin fəal diplomatiyası  nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı 
ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin  əsaslı surətdə 
dəyişməsinə nail ola bilmişdir. Heydər  Əliyevin xarici siyasətinin  əsasını sülh, beynəlxalq hüquq normalarına, 
sərhədlərin bütövlüyünə  və toxunulmazlığına, dövlətlərin  ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı 
əməkdaşlıq prinsipləri təşkil etmişdir.  
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada 
yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi 
üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli 
dirçəliş problemləri bütöv şəkildə Heydər  Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, 
elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.  
Azərbaycanda dövlətçilik  ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın 
müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf 
yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər  Əliyevin səmərəli fəaliyyəti 
sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı 
ilə  zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. 
Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müs-
təqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın 
layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.  
Bütün həyatını xalqa sədaqətlə xidmətə  həsr etmiş Heydər  Əliyev öz titanik fəaliyyətində  həmişə xalqa 
arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Xalqın 
Heydər  Əliyevə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində  də bir daha 
bütün dünyaya əyani şəkildə nümayiş etdirildi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin 
misli görünməmiş təzahürü idi.  


86 
 
Dəfn mərasimindən dərhal sonra ölkə  vətəndaşları öz yığıncaqlarında, kütləvi informasiya vasitələrində, 
müxtəlif tədbirlərdə ümummilli lider Heydər  Əliyevin xatirəsini  əbədiləşdirməklə bağlı çoxsaylı müraciətlər 
etdi. Müraciətlərə baxılması üçün Azərbaycan Respublikası prezidentinin 26 dekabr 2003-cü il tarixli sərəncamı 
ilə Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyası Azərbaycan Respublikası Milli Məclisinin, ictimai 
qurumların, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların, ölkə  vətəndaşlarının çoxsaylı müraciətlərini 
nəzərdən keçirərək, öz təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etmişdir.  
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər  Əlirza oğlu  Əliyevin 
Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, onun xatirəsini  əbədiləşdirmək məqsədilə  qərara 
alıram:  
1. Azərbaycan Respublikasının Heydər  Əliyev Mükafatı  təsis edilsin. Azərbaycan Respublikasının Nazirlər 
Kabineti Heydər  Əliyev Mükafatının  Əsasnaməsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının 
prezidentinə təqdim etsin.  
2. Bakı  və Naxçıvan  şəhərlərində "Heydər  Əliyev" xatirə memorial kompleksləri yaradılsın. Azərbaycan 
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı  Şəhər  İcra 
Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, respublikanın müvafiq yaradıcılıq ittifaqları ilə 
birlikdə komplekslərin layihələrinin müsabiqəsini keçirsin və üç ay ərzində  təkliflərini Azərbaycan 
Respublikasının prezidentinə təqdim etsin.  
3. Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli 
Məclisinə tövsiyə olunsun. 
4. Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adı verilsin.  
5. Bakı Beynəlxalq Aeroportuna Heydər Əliyevin adı verilsin.  
6. Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adı verilsin.  
7. Respublika sarayına Heydər Əliyevin adı verilsin.  
8. Bakı şəhərindəki İdman-Konsert Kompleksinə Heydər Əliyevin adı verilsin.  
9. Azərbaycan Respublikasının paytaxtı Bakı  şəhərində küçə  və meydanlardan birinə Heydər  Əliyevin adı 
verilsin.  
10. Azərbaycanın şəhər və rayonlarında küçə və meydanlardan birinə Heydər Əliyevin adı verilsin.  
11. Heydər Əliyevin şərəfinə platin, qızıl və gümüş xatirə sikkələri buraxılsın.  
12. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin adının əbədiləşdirilməsi ilə əlaqədar 
olaraq bir sıra özəl qurum, şirkət və qeyri-hökumət təşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən Bakı–
Tbilisi–Ceyhan ixrac boru neft kəmərinə, "Lider" qazma qurğusuna Heydər Əliyevin adının verilməsi, ictimai 
əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənsin.  
13. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.   
14. Bu fərman imzalandığı gündən qüvvəyə minir.  
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı şəhəri, 10 mart 2004-cü il 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə