Innovasiya menecmenti


Texnoloji potensialın genişləndiriıməsi və dərinləşdirilməsi



Yüklə 1,46 Mb.
səhifə32/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   28   29   30   31   32   33   34   35   ...   69
innovasiya-menecmenti-muhazire

Texnoloji potensialın genişləndiriıməsi və dərinləşdirilməsi
Bu 3- cü hissə, daha çox orta, uzun müddətli strategiyadır. Bu davamlı olaraq, mərhələlərlə biliklərin cəmlənməsini xarakterizə edir. Bilik, informasiya dedikdə, yalnız müəssisənin cari fəaliyyət göstərdiyi sahə ilə bağlı məlumatlar yox, həmçinin gələcəkdə biznes mühiti üçün lazım olacaq informasiyaların toplanması deməkdir. Məsələn, Mikrosoft əvvələr öz fəaliyyətini sırf kompyuter proqramlaşdırma texnologiyası üzərində qurmuşdur. Hal-hazırda kompaniya geniş sferada istiqamətlənir: telekommunikasiya sahəsi, mediya, həm də səs texnologiyası.
Mövzu 9. Texnologiya Portfeli
Baza Texnologiyalar
Əsasən, müəssisənin bütün, və ya bir hissə məhsullarının mərkəzləzləşdirilməsi üçün istifadə olunur. Məslən, fotokopia sənayesində, fotoqrafik texnologiyalar baza rolunu oynayır.
Tamamlayici texnologiyalar
Məhsulun istehsalı prosesində əlavə, lakin, eyni zamanda mühüm əhəmiyyət daşıyan texnologiyalardır.
Əgər məqsəd bazarda mövcudluğunu saxlamaqdırsa, burada lazım olan məsələ həm məhsulun, həm də istehsal prosessinin təkmilləəşdirilməsi lazım olacaqdır. Məsələn, avtomatlaşdırma sənayesində bir çox istehsalçılar külli miqdarda öz fəliyyətləri üzərinə investisiya etmiş, nəticədə təkmil bazar, məhsul və istehsal prossesi formalaşmışdır. Prosses texnologiyaları geniş şəkildə hal hazırda istifadə olunur və qəbul olunur. Lakin, daha məqsədə uyğun olardı ki, rəqabətə uyğun tədqiqat iki istiqamətə bölünsün: aşağı səviyyəli texnologiyalı və yüksək texnologiyalı . Səbəb ondan ibarətdir ki, yüksək texnologiyalı proseslər haqqında dolğun məlumat aılmaq üçün çoxlu sayda müşahidə aparıb, nəticə əldə etmək lazımdır.
Tədqiqat və İnkişafa maliyyə qoyuluşların strukturu
Bildiyimiz kimi, biznes prosesləri illik büdcəyə uyğun idarə olunur və təşkil edilir. Lakin, proseslərdən fərqli olaraq, tədqiqat və inkişaf bu prinsiplə işləmir.Bu daha uzun müddətli bir prosess olduğundan, müəyyən zaman çərçivəsində yaradılan və elmi biliklərə açıq olan bir prosses kimi qəbul edilir. Təcrübədə, tədqiqat və İnkişafın büdcəsinin formalaşdırılması qısamüddətli performans tərəddüdləri, onlardan istifadə imkanı dərəcəsindən və illik büdcə miqdarından asılıdır. Bundan əlavə olaraq, büdcələr həmçinin uzunmüddətli strateji, texnoloji biznes ehtiyatlarından asılıdır. Təbii ki, burada bütün hissələr üçün universal, tam rasional bölgü formalaşdırmaq çox çətindir. Bu səbəbdən də, vəsaitin istiqamətləndirilməsinin bir çox yolları fərqləndirilir- alimlər tərəfindən və onlar aşağıdakı kimidir.
Ümumiyyətlə, Tədqiqat və İnkişafa maliyyə ayırarkən, bunlara fikir vermək lazımdır:

  1. Rəqiblərin xərci

  2. Kompaniyanın uzunmüddətli artım məqsədləri

  3. Dayanıqlılığa ehtiyac

  4. İri layihələrin yaratdığı pozğunluqlar.

Vəsaitin yerləşdirilməsinin əsas meyarları isə bunlardır:
1.Müəssisələr arası fərq
2.Ayrı-ayrı sferalarla məşğul olan müəssisələrin buna ayırdığı vəasit nə qədər fəqli olsada, eyni sənaye sahəsində işləyən şirkətlərdə xərc, demək olar ki, eyni olacaqdır. Burada təbii ki, əsas meyar kimi təqdiqata çəkilən xərcin satışdan əldə olunan gəlirə nisbətinin faizlə ifadəsidir.
Dövriyyə ilə fiksə olunmuş əlaqə:
Tədqiqat və inkişafa ayırmalar, standart sabit faizlər formasında təşkil oluna bilər. Dövriyyə, əsasən məqsədli sabit olub, şirkətin inkişafını ifadə edən bir indikatordur. Məsələn, müəssisə qərar verib ki, illik dövriyyənin 2%-ni Tədqiqat və İnkişafa ayırsın. O zaman, əgər dövriyyə 100 milyon funtdursa, onda tədqiqat və inkişafa ayırma 200.000 funt olacaq.
Mənfəətlə qarşılıqlı əlaqə
Əvvəlki illərdə xərclərin səviyyəsini yoxlayıram:
Əgər hər hansısa bir kriteriya, meyar başlanğıc üçün yaranmışsa, müzakirənin başlanğıc nöqtəsi keçən ilin xərcləri + inflyasiya dərəcəsi olacaqdır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə