Innovasiya menecmenti


Tədqiqat və inkişaf, onun biznes strategiyası ilə əlaqəsi



Yüklə 1,46 Mb.
səhifə31/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   27   28   29   30   31   32   33   34   ...   69
innovasiya-menecmenti-muhazire

Tədqiqat və inkişaf, onun biznes strategiyası ilə əlaqəsi
Gələcəyi görmək, proqnozlaşdırmaq olduqca çətindir. Tədqiqat və İnkişafın məqsədlərindən biri- gələcək haqqında dəqiq məlumatların müəyyənləşdirilməsidir ki, bunun da səbəbi, şirkət parlaq gələcək qurmalıdır.Buraya aiddir :
1)Ətraf mühitin proqnozlaşdırılması;
2)Rəqabət texnologiyasinin dəyər və effect fərqi;
3)Risklər;
4)Bacarıq qiymətləndirilməsi.
Ətraf mühit dedikdə, bu çox zaman, gələcəkdə texnoloji dəyişikliyin meydana gəlməsi ilə bağlıdır. Bu suallara cavab verilməlidir. Bizim növbəti 5-10 il ərzində rəqiblərimiz kim olacaq ,texnoloji xoşagəlməz halların aradan qaldırılması və yaşanmaması üçün biz nə etməliyik,hansı dəyişiklər meydana gələcək bazarda?
Dəyər və effect
Müzakirə olunur ki, texnologiyanın özlüyündə həyat riski vardır və bir müddətdən sonra o fayda verəcəkdir. Bu mərhələ gəlib çatanda texnologiyanın yeni bir budağı daha yaxşı nəticələr üçün təkliflər verəcək.Bu təbii resurslarda böyük təkan olacaq. Məsələn, bu gün bir çox avtomobil istehsalçıları özlərinin elektrik enerjisi texnologiyası üzərində geniş araşdırma aparırlar.

Risk
Müəssisənin mədəniyyəti, məqsədi, qərar qəbuluna təsir edən əsas göstəricilərindəndir. Adətən, risk portfel layihələr üzərində yayılır və yüksək riskli layihələrin üzərinə düşür. Planlaşdırma riski aradan götürə bilməz, lakin sığortalaya bilər ki,qərarlar rasional analizlər əsnasında qəbul edilsin.
Bacarığın qiymətləndirilməsi
Aydın məsələdir ki, müəssisələr özlərinin güclü və zəif tərəflərini bilməlidirlər. Bu təhlil son gələcək fəaliyyəti üçün lazım olacağını, hansı bacarıqlara sahib olduğunu araşdırıb ortaya çixarmağa yardım edir.
Mövcud fəaliyyətin müdafiəsi dedikdə, müəssisənin sahib olduğu cari mövqeinin qorunub saxlanmasından ibarətdir. Məsələn, qəzet senayesi bir çox texnoloji dəyişiklərlə qarşılaşıb. Xüsusilə, yeni nəsil, qəzet çapetmə və digər əlaqəli kompyuter təminatı məsələri, bu prossesi daha da asanlaşdırmışdır.
Buna baxmayaraq, bəzən elə zamanlar ola bilər ki, şirkət yeni fəaliyyətlə məşğul olmağı qərara alır. Bu ola bilər, mövcud faəliyyət istiqamətinin genişlənməsi ilə, və ya tamamilə yeni məhsulun istehsalı, təqdim ediıməsi ilə bağlı olsun.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə