Innovasiya menecmenti


Tədqiqat və İnkişafa çəkilən xərclər/ Ümumi satışdan gəlirlər * 100%



Yüklə 1,46 Mb.
səhifə29/69
tarix13.01.2023
ölçüsü1,46 Mb.
#98536
1   ...   25   26   27   28   29   30   31   32   ...   69
innovasiya-menecmenti-muhazire

Tədqiqat və İnkişafa çəkilən xərclər/ Ümumi satışdan gəlirlər * 100%
Onu da qeyd etmək gərəkdir ki, baxmayaraq bütün nəhəng şirkətlər bu praktikadan istifadə edərək müəyyən üstünlükər əldə ediblər, onların tətbiq etdiyi hər hansı bir prossesi başqa bir şirkətə tətbiqi, xoşagəlməz hallarla rast gəlmək şansını artırmış olacaqdır. Unutmaq lazım deyilki, Tədqiqat və İnkişaf yarı incəsənət, yarı elmdir. Bundan başqa, şirkətin Faraday, Paster, və ya Bell kimi dahiləri ayırd edə, onları işə cəlb etməyi qeyri mümkündür, amma bu o demək deyil ki, bir neçə ildən sonra şirkətin heç bir əməkdaşı, işçisi yeni patentləri təkmilləşdirə, yeni məhsullar yaradaraq şirkətin parlaq gələcəyini təmin etmək iqtidarında deyildir.
Tədqiqat və İnkişafa investisiya və şirkətin böyüməsi
Beynəlxalq miqyasda, 1992-2012 illər ərzində Tədqiqat və İnkişafa investisiya orta statistik rəqəmə əsasən 33 faiz artmışdır. Şirkətin fəaliyyətə istiqamətləndirdiyi maliyyə vəsaitinin, hal hazırda demək olar böyük bir qismi buraya yönəlmişdir. Bu onunla əlaqədardır ki, şirkətlər yeni məhsullar, strategiya və ideya rəqabət üstünlüyü yaradan əsas şərtdir. Şirkətin fəaliyyətində əsas amillərdən biri prosseslərin keyfiyyət prizmasından ölçülməsidir.
Artıq heç qəribə deyildir ki, rəqabət dünyanın hər yerində meydana gələ bilər. Əgər əvvəllər Hindistan, Braziliya, Malayziya, Çin kimi ölkələr Avropanın istehsal etdiyi məhsulların istehlakçıları, daha doğrusu yalnız istehlakçı qismində dünya bazarında mövqe tutmuşdularsa, (burada söhbət sənayə sahəsindən gedir) hal hazırda maşın hissələrindən tutmuş kompyuter qurğuları, proqramları, geyim əşyalarına qədər özləri istehsal edərək Avropaya ixrac edirlər. Qlobalizasiya- şirkətlərə geniş imkanlar açsada, eyni zamanda çox yüksək rəqabət şəraiti formalaşdırır.Yeni məhsulun təqdim edilməsi rəqabətin bazasını yaradır, çünki əlində imkan olan digər şirkətlər həmin məshulun daha təkmilləşmiş və sərfəli fomrasını yaradaraq üstünlük əldə etməyə çalışacaqlar.

Şirkətlərin Tədqiqat və İnkişaf anlayışına marağın artması,xüsusən 1982 ci ildə İCİ araşdırması səbəb olmuşdur. Bu araşdırmada, onlar məhsul innovasiyasının dayandırılması müqabilində rastlaşacaqları problemləri qeyd etmişlər. Araşdırma vurğulayır ki, Tədqiqat və İnkişafa, məhsul inovasiyasına ayırmalar dayandırılsa, onda, şirkətin gəlirləri ilk 15 il ərzində mülayim tempdə azalacaq, sonra isə kəskin düşəcəkdir. Müasir dövrdə, bu rəqəm 8 ilə bərabərdir. Bundan sonra, onlar daha maraqlı bir faktı açıqlamışlar. Bu fakt ondan ibarətdir ki, yeni məhsulun axtarılmasına, innovativ fəaliyyətə, idarəçiliyə stop deyilən andakı gəlir səviyyəsinə çatmaq üçün, 25 il tələb olunacaqdır. Bu araşdırmalar 20-ci əsrin əvvəllərində insanlara tədqiqat və inkişaf anlayışına qarşı müsbət rəy formalaşmasında yardımçı rolunu oynamışdır. Artıq şirkətlər ona vəsait ayrılmasını, investisiya edilməsinin mahiyyətini dərk edirdilər.
1990- larda şirkətlər arası texnoloji transfer geniş yayılmış və inam meydana gəlmişdir ki, onlar istədikləri texnoloji eskpertizanı əldə edə bilərlər. Lakin, müasir araşdırma, elm qeyd edir ki, fundamental Tədqiqat və İnkişaf konsepsiyasından istifadə, şirkətlər üçün həm yeni istiqamətlər aça, həm də onun müəyyənləşdirdiyi məqsədlərə nail olması üçün yardımçı mexanizmi rolunu oynaya bilər.
Tədqiqat və İnkişaf anlayışının meydana gəldiyi dövrdə, bir çox şirkətlər onu yaymağa, geniç kütləyə çatdırmaq üçün izah etməyə çalışmışlar, misal olaraq, Unilever, İCİ, British Aerospace. Bu o qədər də asan bir prosses deyil idi. Çünki, Tədqiqat və İnkişafın nəticəsini ifadə edəcək konkret bir göstərici yox idi.
Bir çox şirkətlər, Tədqiqat və İnkişafa xərcləri mənfəətlə əlaqələndirməyə çalışmışdırlar.Yəni, bunun tətbiqi nəticəsində, mənfəətin strukturunda hansı dəyişikliklər meydana gəlmişdir.
1993- cü ildə Geroski tərəfindən araşdırmalar zamanı, Tədqiqat və İnkişaf şirkətin uzunmuddətli artımı arasında əlaqəsini araşdırmışdır. O qeyd edir ki,
tədqiqat və inkişafa ayırmalar sadəcə xərc kimi deyil, uzun müddətli maliyyə qoyuluşu, investisiya kimi qəbul edilməlidir. Hətta elə bir vəziyyət də ola bilər ki, qısamüddətli dövrdə mənfəətin bir hissəsi azala da bilər (istehsala və ya həcmə yönələn vəsaitin bir hissəsinin araşdırmaya yönləndirilməsi ilə əlaqədar). Lakin, son nəticədə, gələcəkdə uzunmüddətli və dayanıqlı gəlirin formalaşdırılması bu konsepsiya üzərində qurulmuşdur. Sadə bir misal gətirmək olar ki, hal hazırda Böyük Britaniyada vəsaitin formalaşmasının elmlə əlaqələndirilməsi nəticəsində belə bir qərara gəlinmişdir ki, bu prossesin həyata keçirilməsi üçün cəmiyyətin vəsaitləri belə faktiki metoda uyğun olmalıdır.
Aşağıdakı nümunələrdə göründüyü kimi, ABŞ dövlətində 2006-2011 illərində Tədqiqat və İnkişafa, həmçinin dünyanın ən iri şirkətləri hesab olunnan Apple və İntel şirkətlərin sözü gedən anlayışa qoyduqları, sərf etdikləri vəsaitin artım dinamikası əks olunub.



Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə