İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə21/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Əsas qaynaq

İnsanı qəzavü-qədərə etiqad bəsləməklə yanaşı, öz taleyinə hakim olmağa inandıran da bu təlimin əsas qaynağı olan Qurani-kərimdir. Qurani-kərim çoxsaylı "qəzalardan söz açıb;



"Sizi palçıqdan yaradan, sonra əcəl (bir müddət) təyin edən Odur. Allahın yanında qaçılmaz bir əcəl də vardır".39

Qurani-kərim Lövhi-məhfuz, əzəli kitab və hökmü verilmiş "qədər"dən söz açmaq, "yaş və quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın"40 2 və ya "yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz yer kürəsini yaratmamışdan əvvəl Lövhi-mahfuzda yazılmasın"41 buyurmaqla yanaşı, həm də belə buyurur:

O hər gün bir iş görür”42

Həzrət Peyğəmbərdən soruşdular: "Biz Allahın görüb qurtardığı işlərlə məşğuluq, yoxsa onların vəziyyəti bundan sonra məlum olur?" Peyğəmbər isə buyurdu: "Siz Allahın həm görüb qurtardığı, həm də qurtarmadığı işlərlə məşğulsunuz".43

Təbiətdə dəyişməzlik Qeyd etdik ki, din rəhbərləri həm dualarda, həm də duadan başqa yerlərdə iki cür qəzavü-qədərin olmasından söz açıblar. Həmçinin izah etdik ki, təbiətdə olan varlıqlardan fərqli olaraq, mücərrəd ali varlıqların qəzavü-qədəri qətidir. Burada onu da əlavə etməliyik ki, təbiətdə də qəti qəzavü-qədərlər, başqa sözlə desək, dəyişməz hadisələr vardır. Təbiətdə bütün varlıqların keçmişi yoxluqdur və onlar başqa varlıqdan qaynaqlanmalıdırlar. Bu, qəti qəzavü-qədərdir. Qeyri-maddi varlığa çevrilənlər istisna olmaqla bütün təbii varlıqlar fənaya uğramalıdırlar. Bu da qəti qəzavü-qədərdir. Təbiət aləmində olan varlıqlar elə bir mərhələyə çatırlar ki, onların öz yollarını dəyişməsi qeyri-mümkün olur: ya yox olmalı, ya da həmin yolu getməli, yəni qəti "qədər"ə çevrilməlidirlər. Məsələn, kişi sperma- tozoidində olan və qadının yumurtahüceyrəsi ilə birləşib vahid hüceyrə yaradan hüceyrə uşağın gələcəyi üçün müəyyən xarakter və təbiət formalaşdırır, sonradan uşaqda onun gələcəyində rol oynayan bir sıra genetik xüsusiyyətlər yaradır. Şübhəsiz, əgər bu kişinin spermatozoidində olan hüceyrə başqa qadının yumurtahüceyrəsi ilə birləşsəydi, həmin vahid hüceyrə, xarakter və təbiətdən fərqli hüceyrə, xarakter və təbiət yaranacaqdı. Hər hansı bir xarakter və təbiət yaranandan sonra onu başqa təbiətə çevirmək mümkün deyil. Yəni bu mərhələdə qəzavü-qədər qətiləşir. Digər keyfiyyətlərin də çoxu ana bətnindəki sonrakı mərhələlərdə qətiləşir. Buna görə də gördüyümüz kimi, dini mətnlərdə ana bətni qəzavü-qədərin lövhələrindən biri adlandırılmışdır.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə