International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə12/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   8   9   10   11   12   13   14   15   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

941

  

27-28 April 2018, Baku, Azerbaijan 

birləşdirir.  Burada  iki  dialekt  -  Naxçıvan  və  Ordubad,  üç  şivə  -  Culfa,  Şərur  və  Şahbuz  şivələri 

mövcuddur. Naxçıvan dialekti geniş bir ərazini əhatə edir və rəngarəng şivə xüsusiyyətlərinə malikdir. 

Bu  xüsusiyyətlərdən  biri  də  sivənin  lüğət  tərkibində  fars  sözlərinin  işlənməsdir.  Belə  ki,  regionun 

əlverişli  coğrafi  şəraiti  qədimdə  buranın  ticarət  mərkəzi  olması  fars  dilindən  dialekt  və  şivələrimizə 

sözlər keçməsinə şərait yaratmışdır. 

Naxçıvanın  dialekt  və  şivələrində  qarşılaşdığımız  leksik  vahidlərin  əksəriyyəti  türk  mənşəlidir. 

Lakin bu sözlər içərisində ərəb, fars sözlərinə də təsadüf olunur ki, onlardan bəzilərinin şərhini vermək 

yerinə düşər. Qeyd etmək lazımdır ki, verilən nümunələr Məmməd Əhmədovun hazırladığı “Naxçıvan 

şivələrinin lüğəti. Atalar sözləri” kitabı əsasında toplanmışdır. 

Badkeş-bad sözü fars mənşəli olub külək, yel; kəşidən-çəkmək-hərfi mənası “yelçəkən deməkdir. 

Naxçıvan dialektində həcəmət vaxtı qan sormaq üçün buynuzdan qayrılmış alət. (3,12) 

Bazburtlu-  farsca  baz-  şahin  quşu,  burt/bordən-  aparmaq.  Özünü  “şahin  quşu”  kimi  aparmaq, 

lovğa,qabağından yeməyən.(3,12) 

Balaxana-  Nehrəm  ləhcəsində  yuxarı  mərtəbədə  olan  mətbəx.  Farsca  bala-hündür  yer,  xanə-ev 

mənasını ifadə edir.( 3,13) 

Qaşbənd-  başa  bağlanan  ləçək.  Həmçinin  qəşbənd  formasındada  işlənir.  Bu  sözdə  bənd  ifadəsi 

farsca bağlamaq mənasını ifadə edir.(3,25) 

Qələmkar- yorğan üzərinə çəkilən parça. (3,24) 

Dadaş- Əsasən Cənubi Azərbaycan regionuna aid ifadədir. 1)böyük qardaş 2)ata, dədə (3,29) 

Dadibidad- fəryad etmə (3,29) 

Darkeş-  dar  yer,  darısqal  yer.  Culfa  dialektində  Arazdan  adamların  su  gətirdiyi  yeri  bu  cür 

adlandırırlar. 

Dəm-  fars  mənşəli  söz  olub,  1)yetişmə  2)nəfəs  3)an  (elə  bu  dəmdə)  4)boş-boşuna  danışan 

adam(dəm vurmaq) 5) hallı 

Dərbəçə (farsca dər-qapı, bəçə- xırda)-kiçik qapı- Naxçıvan dialektində iki həyət arasında açılan 

kiçik qapı mənasında işlənir. 

Dəsgirə-farsca  dəs/dəst-gir/gereftən  (tutmaq)  felinin  kökü-əldə  tutlan  mənasını  bildirir.Ordubad 

dialektində zənbil, səbət sözünü ifadə edir. 

Dəstərxan-farsca  dəst-əl,  xan-süfrə  deməkdir.  Naxçıvan  dialektində  balaca  əl  süfrəsi  mənasını 

bildirir. 

Dəxildar-  farsca  dəxil/daxıl,  dar/daştən  felinin  kökü-saxlamaq  deməkdir.  Naxçıvan  dialektində 

kassir sözünü ifadə edir. 

Dübəndi- farsca dü/do-iki, bənd/bəndən-bağlamaq sözündən olub, iki tərəfdən qaytanla bağlanan 

çüst 

Dümbridə-  farsca  dom-quyruq,  bridə/boridə-kəsilmiş  deməkdir.  Naxçıvanda  1)yaramaz 



2)gödək,eybəcər mənasında işlənir. (3,38) 

Zir- fars mənşəli söz olub, alt mənasını ifadə edir. Naxçıvan dialektində nəlbəki sözünü bildirir. 

Kəfgir-farsca  kəf-köpük,  gir/gereftən-tutmaq.  Xörəyin  kəfini  yığmaq  üçün  istifadə  edilən  qaşıq 

növü. 


Kirdar-  sözü  fars  dilində  “əməl”,  “rəftar”  mənasını  bildirsədə,  Azərbaycan  dilinin  dialekt 

leksikonunda,  həmçinin  klassik  ədəbiyyatda  “güc”,  “qüvvə”  mənasında  işlənir.  Bu  sözə  “səbir, 

hövsələ”  mənasında  Ordubad  dialektində  rast  gəlmək  mümkündür.  (4,255).  Dahi  klassiklərdən  olan 

Füzuli də bu sözdən geniş istifadə etmişdir. 

Kirdarını görmədi münasib, 

Nəzr etdi ki, gər olursa qalib (5,287). 

Kündəgir-  farsca  kündə  -  girdələnmiş  xəmir  parçası,  gir/gereftən-tutmaq  deməkdir.  Naxçıvan 

dialektində çörəkxanada xəmiri kündələyən adam mənasını bildirir. 

Kütah- qısa. Naxçıvan dialektində söhbəti qısa kəs mənasında işlənir. (Kutah elə) 

Gəllədar- gəllə-sürü, dar/daştən-saxlamaq. Nehrəm dialektində maldar sözünü ifadə edir. 

Gir- güc, qüvvə. Naxçıvan dialektində gücdən düşmək sözünü ifadə etmək üçün işlənir. 

Güvara- Dialektdə yaxşı nəticə verən, ugur mənasında işlənsə də, orijinal mənası fars dilində 1) 

dadlı, 2)asan həzm olunan yemək deməkdir. 

Güdaza  vermək-Naxçıvan  dialektində  “girə  vermək”,  “satmaq”  mənasında  işlənir.  Əsl  mənası 

“əridilmə” olan bu söz, Azərbaycan ədəbi dili üçün bu anlamda köhnəlmiş sayılır. “Güdaza vermək” 

ifadəsi hal-hazırda işlənməkdədir.  




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

942

  

27-28 April 2018, Baku, Azerbaijan 

Gülab-fars  dilində  gül  suyu  deməkdir.  Naxçıvan  dialektində  əkinə  verilən  ikinci  su  mənasında 

işlənir. 

Güləfşan-Gülab qabı.(fars dilində gül səpən deməkdir) 

Məzə- “dad”, “ləzzət” mənasını bildirən bu söz köhnəlmiş sözlər sırasına daxil olsada, Naxçıvan 

dialektində “əyləncə”; “gülünc” mənasında işlədilir

Narbənd-Naxçıvanda bu söz qarağacın bir növünü bildirmək üçün işlədilir. Fars dilində isə bu söz 

narvənd formasında işlədilir. 

Nimtən- farsca nim-yarı,tən isə bədən deməkdir. Naxçıvanda cılıqqa adlı geyim növünü bildirir. 

Növrəs-farsca təzə yetişən meyvə; cavan mənasını bildirir. Naxçıvanda tez yetişən üzüm növünü 

bildirir. 

Pak-farsca təmiz deməkdir. Şərur dialektində qorxu, çəkilmə mənasında işlənir. 

Palanduz-palantikən. 

Peyvəst/peyvas.  Fars  dilində  1)  bitişik,  2)daimi  deməkdir.  Maxta  şivəsində  calaq  etmək 

mənasında istifadə edilir. 

Peyda  olmaq-  farsca  1)zahir,  mövcud  olan,  2)zühur  etmiş.  Naxçıvan  dialektində  görünmək, 

meydana çıxmaq mənasında işlənir. 

Peydərpey- sözü Azərbaycan ədəbi dilində öz işləkliyini tamamilə itirsədə, Naxçıvan dialektində 

əsl mənasında “dalbadal” məfhumu kimi başa düşülür

Peşin- fars mənşəli olub qabaqcadan verilən pul, irəlicədən əmələ gələn mənasını bildirir. 

Pəşmək- fars dilinə məxsus söz olub tel-tel qənnadi növünü bildirir. Naxçıvan dialektindədə bu 

mənada, həm də bir çəngə yun mənasında işlənir. 

Sədafərin-afərin, alqış. Naxçıvanda var ol, yaşa mənasında işlənir. 

Sərab- farsca 1)bulaq, çeşmə və çayın başlanğıcı 2)ilğım 3)məcazi mənada puç ümid. Naxçıvanda 

əkinə verilən üçüncü su mənasında işlənir. 

Sərpah-başdan ayağa. Naxçıvan dialektində ayaq üstə duran adam mənasını bildirir. 

Sərpuş-fars  dilində  baş  örtüyü,  2)bir  qabın  üstünə  örtülən  və  ya  qoyulan  ikinci  qab.  Naxçıvan 

dialektində cilovun üstünə qoyulan mis qapaq mənasında işlənir. 

Tar-qaranlıq. Naxçıvan dialektində toyuq yatan ağac, toyuq hini mənasında işlənir. 

Tənikar-fars dilində lehim deməkdir. Naxçıvanda ağ duz sözünü ifadə edir. 

Fərş-fars  dilində  1)döşəmə  2)yer  üzü  3)döşənəcək  yer.  Naxçıvan  dialektində  palaz  mənasını 

bildirir. 

Xəzani-Naxçıvan dialektində üzüm növünü bildirir. Fars dilində saralıb solma vaxtı, payız-xəzan 

deməkdir. 

Xəndan  olma-fars  dilində  1)tamam  açılmış  gül  2)  şad  deməkdir.  Naxçıvan  dialektində  gül 

ləçəklərinin tökülməsi mənasını verir. 

Xubunca-farsca yaxşı deməkdir. Dialektdə lazımınca mənasını ifadə edir. 

Xudru-  fars  dilində  özü  yeriyən  mənasını  bildirir.  Nehrəm  dialektində  özbaşına  hərəkət  edən 

adam mənasında işlənir. 

Xuygir-fars  dilində  xuy-  xasiyyət,  gir/gereftən-tutmaq.  Naxçıvan  dialektində  vəhşi  at  sözünü 

ifadə etmək üçün işlədilir. Xuygir at. 

Xünək-sərin 

Xüşgə-fars dilində xüşk/quru deməkdir. Naxçıvan dialektində yabanı bitki mənasında işlənir. 

Həmsaz- uyğun 

Həmxana-kirayənişin, qonşu. Naxçıvan dialektində kirakeş mənasında işlənir. 

Çaşni-fars  dilində  bir  şeyin  dadına  baxmaq  üçün  alınan  nümunə  mənasını  bildirir.  Naxçıvan 

dialektinin Cəhri şivəsində bu söz xarlanmış doşab deməkdir. 

Çinədan-fars dilində quşlarda həzm cihazı. Naxçıvan dialektində dənlik deməkdir. 

Cavanəzən- yaxşı xasiyyətli qadın. Naxçıvanda cavan qadın mənasında işlənir. 

Camadar-farsca  camə-paltar,  dar/daştən-saxlamaq.  Naxçıvan  dialektində  hamamda  paltarları 

saxlayan qadın və ya kişi deməkdir. 

Cəng-  “müharibə”  mənasını  ifadə  edən  bu  söz,  dilimizdə  köhnəlsədə  hal-hazırda  Naxçıvan 

dialektində pas nəticəsində mis qabın aldığı göy rəng mənasını ifadə edir. 

Şabacı/şabacı- şah/şəh-fars mənşəli olub padşah deməkdir. Naxçıvan dialektində böyük qardaşın 

arvadı deməkdir. 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə