çatdırdıqdan sonra bu barədə hesabatı məhkəməyə təqdim edir. Məhkəmə təqdim
olunmuş hesabatı təsdiq etdikdə səhmdar investisiya fondunun ləğvetməsi başa
çatmış hesab edilir və həmin səhmdar investisiya fondu investisiya fondlarının,
habelə hüquqi şəxslərin dövlət reyestrlərindən çıxarılır. Məhkəmənin ləğvetmənin
başa çatması ilə bağlı qərarı əsasında əmlak inzibatçısı vəzifəsindən azad edilir. Bu
qərardan sonra əmlak inzibatçısı səhmdar investisiya fondunun sənədlərini
qanunvericiliklə müəyyən edilmiş qaydada arxivə təhvil verməklə öz işini başa
çatdırır.
Maddə 47. Paylı investisiya fondunun yenidən təşkili və ləğvi
47.1. Paylı investisiya fondu yalnız qapalıdan interval və ya açıq, yaxud
intervaldan açıq formaya çevrilməsi yolu ilə yenidən təşkil edilə bilər. Paylı
investisiya fondu yenidən təşkil edildikdə idarəçi bu barədə qərarı fondun
idarəetmə qaydalarına edilmiş əlavə və dəyişikliklərlə birlikdə qeydiyyata
alınması və investisiya fondlarının dövlət reyestrində dəyişikliklərin edilməsi
barədə nəzarət orqanına müraciət etməlidir. Müraciətə bu Qanunun 15.4- və 15.5-
ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.
47.2. Paylı investisiya fondunun yenidən təşkili onun investisiya fondlarının
dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir.
47.3. Paylı investisiya fondu aşağıdakı hallarda ləğv edilir:
47.3.1. açıq və ya interval paylı investisiya fondunun idarəçisinin qərarı
əsasında;
47.3.2. fondun qaydalarında paylı investisiya fondunun fəaliyyət müddəti
müəyyən edilmişdirsə, həmin müddət başa çatdıqda;
47.3.3. fondun xalis aktivlərinin həcmi paylı investisiya fondları üçün
qanunvericiliklə müəyyən edilmiş minimum miqdardan az olduqda və həmin
uyğunsuzluq yarandığı gündən altı ay ərzində aradan qaldırılmadıqda;
47.3.4. idarəçinin və ya depozitarın lisenziyaları ləğv olunduqda, habelə
onlar fondun idarə edilməsindən, fondun aktivlərinin saxlanması və uçotunun 52
aparılmasından imtina etdikdə - müvafiq qərarın qəbul olunduğu tarixdən 30 gün
ərzində fonda yeni idarəçi və ya depozitar cəlb olunmadıqda;
47.3.5. qapalı paylı investisiya fondunun pay sahiblərinin ümumi yığıncağı
tərəfindən fondun ləğvi haqqında qərar qəbul edildikdə.
47.4. Paylı investisiya fondu ləğv olunarkən idarəçinin və depozitarın
nümayəndələrindən ibarət olan ləğvetmə komissiyası yaradılır. Nəzarət orqanı
paylı investisiya fondunun ləğv olunmasına nəzarət məqsədi ilə öz nümayəndəsini
fondun ləğvetmə komissiyasına daxil edə bilər. Nəzarət orqanı fondun
qanunvericiliyə uyğun qaydada ləğv olunması üzrə icrası məcburi olan göstərişlər
verə bilər.
47.5. Paylı investisiya fondunun ləğvi idarəçinin və ya depozitarın
lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı olduqda, onların nümayəndələri
fondun ləğvetmə komissiyasına daxil edilmir. İdarəçinin və depozitarın
lisenziyaları eyni zamanda ləğv olunduqda, fondun ləğvi mərkəzi depozitar və ya
nəzarət orqanının müəyyən etdiyi depozitar tərəfindən icra olunur.
47.6. Paylı investisiya fondunun ləğvi barədə qərarın qəbul edildiyi tarixdən
etibarən 5 iş günü ərzində ləğvetmə komissiyası aşağıdakıları edir:
47.6.1. qəbul olunmuş qərar barədə nəzarət orqanına məlumat verir;
47.6.2. fondun ləğvi və müvafiq ləğvetmə proseduralarının həyata
keçirilməsi şərtləri barədə pay sahiblərini, depozitarı, kreditorları və fondun
aktivləri ilə bağlı icra olunmamış əqdlər üzrə kontragentləri fondun qaydalarında
göstərilmiş kütləvi informasiya vasitələrində dərc etməklə məlumatlandırır;
47.6.3. fondun payları ilə bütün əməliyyatların qərarda göstərilmiş tarixdən
etibarən dayandırılması haqqında depozitara göstəriş verir.
47.7. Kreditorların paylı investisiya fondunun aktivləri hesabına ödəniləcək
tələblərinin irəli sürülməsi müddəti fondun ləğv edilməsi barədə məlumatın dərc
edildiyi gündən başlayaraq, ən azı 60 gün təşkil edir.
47.8. Ləğvetmə komissiyası kreditorların paylı investisiya fondunun
aktivləri hesabına ödəniləcək tələblərinin irəli sürülməsi müddəti başa çatdıqdan
sonra və onlarla hesablaşmaların aparılmasından əvvəl depozitarla birgə fondun
balansını təsdiq edir və nəzarət orqanına təqdim edir.
47.9. Ləğvetmə komissiyası bu Qanuna və fondun qaydalarına müvafiq
olaraq fondun aktivlərinin satışını, fondun kreditorları ilə hesablaşmaların
aparılmasını, ləğvetmə ilə bağlı xərclərin ödənilməsini və ləğvetmədən sonra qalan
pul vəsaitlərinin pay sahibləri arasında bölüşdürülməsini təmin edir.53
47.10. Paylı investisiya fondunun ləğvi zamanı fondu təşkil edən və onun
aktivlərinin satışı nəticəsində əldə olunan pul vəsaitləri aşağıdakı növbəliliklə
ödənilir:
47.10.1. ləğvetmə komissiyasına - ləğvetmə ilə bağlı xərclər;
47.10.2. fondun ləğvi üçün əsasın yarandığı günədək payların geri satın
alınması ilə bağlı sifarişləri qəbul olunmuş şəxslərə ödənilməli olan pul vəsaitləri;
47.10.3. tələbləri fondun aktivləri hesabına ödənilməli olan üçüncü şəxslərə
fondun ləğvi barədə qərarın qəbul edildiyi tarixədək hesablanmış pul vəsaitləri;
47.10.4. pay sahiblərinə - yuxarıdakı hesablaşmalar aparıldıqdan sonra qalan
və onların mülkiyyətindəki payların miqdarına mütənasib olan pul vəsaitləri;
47.10.5. idarəçiyə - fondun ləğvi barədə qərarın qəbul edildiyi tarixədək və
həmin gündən sonrakı müddətə hesablanmış xidmət haqqı (idarəçinin
lisenziyasının ləğv olunması ilə bağlı fondun ləğvi halları istisna olmaqla), habelə
depozitara, auditora və qiymətləndiriciyə (olduqda) - fondun ləğvi barədə qərarın
qəbul edildiyi tarixindən sonrakı müddətə hesablanmış xidmət haqları.
47.11. Paylı investisiya fondunun ləğvi ilə bağlı xərclər fondun aktivlərinin
satışı nəticəsində əldə edilən pul vəsaitlərinin 5 faizindən çox olmayan məbləğdə
ödənilir.
47.12. Paylı investisiya fondunun qiymətli kağızlardan ibarət əmlakı fond
birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi vasitəsilə satılmalıdır. Əmlakın
satışından əldə olunmuş pul vəsaitləri qanunvericiliyə uyğun olaraq paylı
investisiya fondunun bütün öhdəlikləri ödənildikdən sonra pay sahibləri arasında
onlara məxsus paylara mütənasib miqdarda bölüşdürülür.
47.13. Paylı investisiya fondunun ləğvetmə komissiyası müvafiq
hesablaşmaların aparılması başa çatdıqdan sonra 5 iş günü ərzində nəzarət
orqanına fondun ləğvi barədə məlumatı, habelə fondun bütün aktivlərinin
bölüşdürülməsi və pay sahiblərinin reyestrinə xitam verilməsi barədə depozitarın
və reyestrsaxlayıcının bildirişlərini təqdim edir. Nəzarət orqanı təqdim olunmuş
məlumatlar əsasında investisiya fondlarının dövlət reyestrində fondun ləğvi ilə
əlaqədar müvafiq qeyd aparır.54
X fəsil
İnvestisiya fondlarının fəaliyyətinin dövlət tənzimlənməsi və nəzarəti
Maddə 48. İnvestisiya fondlarının fəaliyyətinin dövlət tənzimlənməsi və
nəzarəti
48.1. İnvestisiya fondlarının fəaliyyətinin dövlət tənzimlənməsi və nəzarəti
məqsədi ilə aşağıdakılar həyata keçirilir:
48.1.1. səhmdar investisiya fondu və aktivlərin idarə edilməsi üzrə
fəaliyyətlərə lisenziya verilir və qanunvericiliklə müəyyən edilmiş hallarda
verilmiş lisenziyalar ləğv edilir;
48.1.2. bu Qanun və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş
qaydada və hallarda investisiya fondlarının, idarəçinin və depozitarın fəaliyyətinin
tənzimlənməsi üzrə normativ hüquqi aktlar qəbul edilir;
48.1.3. investisiya fondlarının dövlət reyestri aparılır;
48.1.4. investisiya fondlarında pay sahiblərinin reyestrinin təşkili və
aparılması qaydaları müəyyən edilir;
48.1.5. investisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər,
habelə onların təqdim edilməsi və açıqlanması qaydaları müəyyən edilir;
48.1.6. səhmdar investisiya fondu və ya idarəçinin icra orqanlarının
üzvlərinin, aktivlərin idarə edilməsini həyata keçirən əməkdaşlarının
attestasiyasına dair tələblər və attestasiya qaydaları müəyyən edilir və attestasiya
keçirilir;
48.1.7. səhmdar investisiya fondunun investisiya bəyannaməsi, ona əlavə və
dəyişikliklər qeydiyyata alınır;
48.1.8. paylı investisiya fondunun idarə edilməsi qaydaları, həmin qaydalara
əlavə və dəyişikliklər qeydiyyata alınır;
48.1.9. bu Qanunla müəyyən edilmiş hallarda investisiya fond paylarının
alqı-satqısının və geri satın alınmasının dayandırılmasına dair qərar qəbul edilir;
48.1.10. investorların hüquqlarının müdafiəsi, habelə investisiya fondlarının
fəaliyyətinə nəzarət məqsədi ilə investisiya fondlarından, idarəçidən və
depozitardan hesabatlar alınır, zəruri məlumat və sənədlər tələb edilir, bu Qanunla
müəyyən edilmiş qaydada yoxlamalar keçirilir;
48.1.11. investisiya fondu və aktivlərin idarə edilməsi ilə bağlı
qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı şikayətlərə baxılır;55
48.1.12. səhmdar investisiya fondları, idarəçilər və depozitarlar tərəfindən bu
Qanuna, digər qanunvericilik aktlarına, nizamnamə və ya paylı investisiya
fondunun idarə edilməsi haqqında müqaviləyə əməl edilməsinə nəzarət edilir,
onların pozulması halları aşkar edildikdə həmin pozuntuların aradan qaldırılması
üçün icrası məcburi göstərişlər verilir;
48.1.13. investorların hüquqlarının qorunmasına və ya qiymətli kağızlar
bazarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş icrası məcburi göstərişlər
verilir və onların icrasına nəzarət edilir;
48.1.14. investisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərini
pozan şəxslər inzibati məsuliyyətə cəlb edilir, barələrində inzibati tənbeh tədbirləri
tətbiq edilir;
48.1.15. bu Qanunla müəyyən edilmiş qaydada lisenziya almadan investisiya
fondu fəaliyyəti və aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan hüquqi və
fiziki şəxslərin fəaliyyətlərinin dayandırılması və qadağan edilməsi üçün
məhkəməyə, yaxud müvafiq hüquq mühafizə orqanlarına müraciət edilir;
48.1.16. bu Qanunla müəyyən edilmiş hallarda investisiya fondunun
məhkəmə qaydasında ləğvi tələbi ilə məhkəməyə müraciət olunur;
48.1.17. investisiya fondlarının fəaliyyəti sahəsinə aid qanunvericiliklə
müəyyən edilmiş digər vəzifələr həyata keçirilir.
48.2. Dövlət tənzimlənməsi və nəzarəti həyata keçirilərkən nəzarət orqanının
vəzifəli şəxsi, onun əməkdaşı, təyin edilmiş əmlak inzibatçısı investisiya fondu
fəaliyyəti sahəsində tənzimləmə və nəzarətlə bağlı səlahiyyətlərini, habelə
ləğvetmə üzrə funksiyalarını yerinə yetirərkən, qanunazidd olması və qəsdən zərər
vurmağa yönəlməsi qanunvericiliyə uyğun qaydada sübuta yetirilməyən hərəkəti
(hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımırlar.
Maddə 49. Yerində yoxlamaların həyata keçirilməsi
49.1. Nəzarət orqanı səhmdar investisiya fondları, idarəçilər, xarici
investisiya fondları və idarəçilərin nümayəndəlikləri və ya depozitarlar tərəfindən
bu Qanuna əməl edilməsini, həmçinin investisiya fondlarının maliyyə sabitliyini
araşdırmaq məqsədi ilə yerində yoxlamalar keçirir. Yerində yoxlamalar növbəti və
növbədən kənar ola bilər.
49.2. Növbəti yerində yoxlamalar iki ildə bir dəfədən az olmayaraq nəzarət
orqanının müəyyən etdiyi qrafik üzrə aparılır.
49.3. Növbədən kənar yerində yoxlamalar nəzarət orqanının əsaslandırılmış
qərarı ilə həyata keçirilir.56
49.4. Yerində yoxlamanın həyata keçirilməsinə dair nəzarət orqanının
qərarında aşağıdakılar göstərilməlidir:
49.4.1. yerində yoxlanılması təyin edilən hüquqi şəxsin adı;
49.4.2. yoxlanılacaq fəaliyyət dövrü;
49.4.3. yoxlamanın müddəti, başlanma və başa çatdırılma tarixləri;
49.4.4. yoxlama aparılması tapşırılan yoxlayıcının (yoxlayıcıların) adı,
soyadı, atasının adı və nəzarət orqanında tutduğu vəzifə.
49.5. Yerində yoxlama 45 iş gündən çox olmayan müddətə təyin edilir.
Yoxlamanın müddəti onun başa çatdırılması üçün kifayət etmədikdə, nəzarət
orqanının rəhbərinin qərarı ilə həmin müddət 60 iş gününədək uzadıla bilər.
49.6. Yerində yoxlama zamanı yoxlayıcı (yoxlayıcılar) aşağıdakı
hüquqlardan istifadə edir:
49.6.1. yerində yoxlanılması təyin edilən subyektin fəaliyyəti ilə bağlı bütün
sənədləri, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini,
kitablarını, jurnallarını, hesablama texnikasında, mühasibat uçotu proqramlarında
və başqa məlumat daşıyıcılarında olan məlumatları yoxlamaq;
49.6.2. zərurət olduqda, yoxlamaya aid olan məsələlərlə bağlı xüsusi bilik
və təcrübəyə malik olan ekspert və mütəxəssisləri, o cümlədən tərcüməçiləri
müvafiq xidmətlər göstərmələri üçün cəlb etmək;
49.6.3. yoxlanılan subyektdən sənədlərin əslinin təqdim olunmasını tələb
etmək, müvafiq sənədlərin surətini götürmək;
49.6.4 aşağıda göstərilən şəxslərə yazılı sorğu verməklə, yoxlamanın
aparılması üçün lazım olan sənədləri, məlumatları, rəyləri, izahatları, arayışları
əldə etmək:
49.6.4.1. yoxlanılan subyektin rəhbər və adi işçilərinə;
49.6.4.2. yoxlanılan subyektdə mühüm iştirak payına malik olan və ya
nizamnamə kapitalında yoxlanılan subyektin mühüm iştirak payı olan şəxslərə;
49.6.4.3. yoxlanılan subyektin depozitarına, auditoruna və
qiymətləndiricisinə.
49.7. Yoxlanılan subyekt nəzarət orqanına yoxlamanın aparılmasına kömək
etməli, yoxlayıcıların bütün sənədlərlə maneəsiz tanışlığına və məlumat 57
mənbələrinə daxil olmasına, işçilərinin tələb edilən məlumat, izahat və rəy
verməsinə şərait yaratmalıdır;
49.8. Yoxlayıcı kommersiya sirri hesab edilən məlumatları yaymağa görə
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
49.9. Yoxlayıcı yerində yoxlamanın nəticələrinə dair yoxlama aktı tərtib
edir. Yoxlama aktı yoxlanılan subyektin rəhbərliyi ilə müzakirə edilir, yoxlayıcı və
yoxlanılan subyektin rəhbər şəxsləri tərəfindən imzalanaraq rəsmiləşdirilir.
Yoxlanılan subyektin rəhbərliyi yoxlama aktında aktdakı razılaşmadığı məsələlərlə
bağlı qeydlər apara və etirazını əsaslandıran sənədlərə əlavə olunan izahatını
nəzarət orqanına təqdim edə bilər.
Maddə 50. Nəzarət orqanının qərarlarından şikayət
50.1. Nəzarət orqanının bu Qanunun tətbiqi ilə bağlı qərarlarından və
fəaliyyətindən məhkəməyə şikayət edilə bilər.
50.2. Bu Qanunun 50.1-ci maddəsində nəzərdə tutulmuş şikayətin
verilməsi nəzarət orqanının bu Qanunun tətbiqi ilə bağlı fəaliyyətini
məhdudlaşdırmır.
Maddə 51. İnvestisiya fondlarının fəaliyyətinə nəzarətin
maliyyələşdirilməsi
51.1. İnvestisiya fondlarının fəaliyyəti sahəsində nəzarət orqanının
tənzimləmə və nəzarət funksiyalarının həyata keçirməsi aşağıdakı mənbələrdən
maliyyələşdirilir:
51.1.1. dövlət büdcəsinin vəsaitləri;
51.1.2. peşəkar iştirakçılara səhmdar investisiya fondlarının səhmləri və ya
paylı investisiya fondlarının payları ilə aparılan hər bir əməliyyat üzrə ödənilən
haqqların 0,3 faizi həcmində məcburi ayırmalar.
51.2. Bu Qanunun 51.1.2-ci maddəsində nəzərdə tutulmuş ayırmalar yalnız
aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
51.2.1. nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarının həyata
keçirilməsinə cəlb edilmiş dövlət qulluqçularının maddi həvəsləndirilməsi;
51.2.2. nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarını həyata
keçirməsi üçün maddi-texniki imkanlarının genişləndirilməsi;
51.2.3. nəzarət orqanının tənzimləmə və nəzarət funksiyalarının həyata
keçirilməsinə cəlb edilmiş mütəxəssislərinin ixtisasının artırılması, o cümlədən 58
beynəlxalq konfranslarda, seminarlarda, təlim kurslarında və digər tədbirlərdə
iştirakının təmin edilməsi;
51.2.4. investisiya fondu fəaliyyətinin təbliğatı və təşviqatı işlərinin həyata
keçirilməsi.
XI fəsil
Yekun müddəalar
Maddə 52. Sənədlərin saxlanması qaydası və müddəti
52.1. Səhmdar investisiya fondu və idarəçi investorlarla bağlanmış və icra
edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədlərin, o cümlədən elektron
daşıyıcılarda olan məlumatların, habelə fəaliyyətlərini əks etdirən digər sənədlərin,
qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində uçotunu aparmalı və
saxlanmasını təmin etməlidirlər.
52.2. Saxlanması tələb olunan sənədlərin siyahısı və onların saxlanma
müddətləri arxiv idarələri ilə razılaşdırılmaqla, nəzarət orqanı tərəfindən müəyyən
edilir.
Maddə 53. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması
53.1. İnvestisiya fondu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
monitorinq olunmalı pul vəsaitləri və digər əməliyyatlar barədə məlumatları
maliyyə monitorinq orqanına təqdim edir, özünün daxili nəzarət sistemini
hazırlayır və tətbiq edir.
53.2. İnvestisiya fondu qanunla müəyyən edilmiş hallarda və qaydada
müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, habelə
onlar barədə əldə olunmuş eyniləşdirilmə məlumatlarının verifikasiyası üçün
tədbirlər görməli, məlumatın sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl
etməlidir.
53.3. Bu Qanunun 53.1 və 53.2-ci maddələrində göstərilən tələblərdən başqa
digər tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla
müəyyən edilir. 59
Maddə 54. Məsuliyyət
54.1. Bu Qanunun tələblərini pozan şəxslər müvafiq qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 55. Qanunun qüvvəyə minməsi
55.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
55.2. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar “İnvestisiya fondları
haqqında” 1999-cu il 30 noyabr tarixli 766-İQ nömrəli Azərbaycan
Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilir.
_________________
Dostları ilə paylaş: |