bu Qanunun və qiymətli kağızlar bazarını tənzimləyən qanunvericiliyin tətbiqi ilə
bağlı verilən icrası məcburi olan göstərişləri icra etmədikdə.
41.2. İnvestisiya fondu tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş tələblərin pozulması hallarının aradan qaldırılmasına
dair nəzarət orqanının icrası məcburi olan göstərişləri yerinə yetirilmədikdə,
həmçinin belə pozuntu halları il ərzində iki dəfədən artıq təkrar olunduqda,
səhmdar investisiya fondu və ya aktivlərin idarəedilməsi üzrə fəaliyyətlərə verilmiş
lisenziya ləğv edilir.
41.3. Səhmdar investisiya fondunun idarəçisinin lisenziyası ləğv olunduqda
onun idarəçiliyində olan fonda əmlak inzibatçısı təyin edilir. Bu halda səhmdar
investiya fondu ən geci 90 gün ərzində yeni idarəçi ilə müqavilə bağlamalıdır.
Göstərilən müddət ərzində yeni idarəçi ilə müqavilə bağlamaq mümkün 42
olmadıqda, səhmdar investisiya fondu bu Qanunun 45-cı maddəsinin tələblərinə
uyğun olaraq ləğvetmə proseduruna başlamalıdır.
41.4. Nəzarət orqanı səhmdar investisiya fondunun və ya idarəçinin
lisenziyasının ləğvi barədə qərar qəbul etdikdə, bu barədə məlumatı lisenziyası
ləğv olunmuş səhmdar investisiya fonduna və ya idarəçiyə, onların depozitarına və
vergi orqanlarına dərhal göndərməli və kütləvi informasiya vasitələrində dərc
etdirməlidir.
41.5. Səhmdar investisiya fondu və ya aktivlərin idarə edilməsi üzrə
fəaliyyətlərə verilmiş lisenziya ləğv edildikdə səhmdar investisiya fondu və ya
idarəçi bu Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq ləğv edilir.
Maddə 42. Xarici investisiya fondunun və ya idarəçinin
nümayəndəliklərinin fəaliyyətinə icazənin verilməsi
42.1. Xarici investisiya fondunun və ya idarəçinin nümayəndəliyi
Azərbaycan Respublikasında nəzarət orqanının icazəsi əsasında fəaliyyət göstərə
bilər.
42.2. Xarici investisiya fondu və ya idarəçi Azərbaycan Respublikasında
nümayəndəliyinin fəaliyyətinə icazənin alınması üçün nəzarət orqanına
qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş aşağıdakı sənədləri əlavə
etməklə, yazılı surətdə müraciət etməlidir:
42.2.1. xarici investisiya fondunun və ya idarəçinin nizamnaməsinin, dövlət
qeydiyyatı haqqında sənədin və nümayəndəlik açmaq barədə səlahiyyətli orqanının
qərarının surətini;
42.2.2. xarici investisiya fondunun və ya idarəçinin təşkilati strukturu və
idarəetmə orqanları haqqında məlumatı;
42.2.3. müraciət edilən tarixə xarici investisiya fondunda və ya idarəçidə
mühüm iştirak paylarının sahiblərinin onlara məxsus payların miqdarı
göstərilməklə siyahısını;
42.2.4. xarici investisiya fondunun və ya idarəçinin son üç maliyyə ili
üçün, əgər bu müddət 3 ildən azdırsa, bütün fəaliyyət müddəti üçün auditor
yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
42.2.5. nümayəndəliyin əsasnaməsini;
42.2.6. nümayəndəliyin rəhbər vəzifələrinə təyin edilən şəxslərin təhsili və
iş təcrübəsi barədə sənədlərin surətləri, habelə imzaları notariat qaydasında təsdiq
edilməklə, onların vətəndaş qüsursuzluğu barədə ərizələri; 43
42.2.7. xarici investisiya fondunun və ya idarəçinin yerləşdiyi ölkədə malik
olduğu lisenziyaların və icazələrin surətləri;
42.2.8. xarici investisiya fondunun və ya idarəçinin rezidenti olduğu
ölkənin müvafiq tənzimləyici orqanının nümayəndəliyin açılmasına etirazının
olmaması barədə rəyi;
42.2.9. nümayəndəliyin kommersiya strategiyasını, təşkilati strukturunu, o
cümlədən ilk 3 il üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-planı.
42.3. Nəzarət orqanı sənədlərə onların təqdim edildiyi tarixdən 60 gün
ərzində baxır.
42.4. Nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş sənədlərdə səhvlər
və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim
günü müddətində bildiriş göndərir və onların aradan qaldırılmasını təklif edir.
Nəzarət orqanı həmin müddətdə müraciət edənlərə yazılı bildiriş göndərmədikdə,
sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
42.5. Nəzarət orqanı xarici investisiya fondunun və ya idarəçinin
Azərbaycan Respublikasında nümayəndəliyinin fəaliyyətinə icazə verilməsindən
aşağıdakı hallarda imtina edir:
42.5.1. bu Qanunun 42.2-ci maddəsində göstərilən sənədlər tam həcmdə
təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluq aşkar
edildikdə, habelə sənədlərdəki məlumatlar 42.4-cü maddəya uyğun olaraq tələb
olunan qaydada tamamlanmadıqda;
42.5.2. bu Qanunun 34.6 və 40.1-40.3-cü maddələrinin tələblərinə
uyğunsuzluq aşkar edildikdə;
42.5.3. nümayəndəliyin açılması üçün müraciət etmiş xarici investisiya
fondu və ya idarəçi öz ölkəsində müvafiq lisenziyaya və ya icazəyə malik
olmadıqda, habelə həmin ölkənin qanunvericiliyi investisiya fondu və ya aktivlərin
idarə edilməsi fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən
etmədikdə.
42.6. Nəzarət orqanı icazənin verilməsi və ya bundan imtina olunması
barədə bu Qanunun 42.3-cü maddəsində göstərilən müddət ərzində müraciət edənə
əsaslandırılmış yazılı bildiriş göndərir.
42.7. Nəzarət orqanının icazənin verilməsindən imtina edilməsi ilə bağlı
qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə
bilər.44
Maddə 43. Xarici investisiya fondunun və ya idarəçinin yerli
nümayəndəliklərinin fəaliyyətinə verilmiş icazənin ləğvi
43.1. Xarici investisiya fondunun və ya idarəçinin nümayəndəliklərinin
fəaliyyətinə icazə aşağıdakı hallarda nəzarət orqanı tərəfindən ləğv edilə bilər:
43.1.1. investisiya fondunun və ya idarəçinin ali idarəetmə orqanının
qərarına əsasən;
43.1.2. səhmdar investisiya fondu və idarəçi müflis elan edildikdə;
43.1.3. icazənin alınması üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar
aşkar edildikdə;
43.1.4. icazənin qüvvəyə mindiyi tarixdən 12 ay müddətində nümayəndəlik
fəaliyyətə başlamadıqda;
43.1.5. nümayəndəlik tərəfindən nəzarət orqanına qəsdən yanlış hesabat və
məlumatlar təqdim edildikdə;
43.1.6. nümayəndəlik nəzarət orqanı tərəfindən bu Qanunun və qiymətli
kağızlar bazarını tənzimləyən digər normativ hüquqi aktların tətbiqi ilə bağlı
verilən icrası məcburi olan göstərişləri yerinə yetirmədikdə.
43.2. İnvestisiya fondu və ya idarəçi icazənin ləğv edilməsi barədə nəzarət
orqanına müraciət etdikdə, bunun səbəblərini bildirməlidir. Nəzarət orqanı icazənin
ləğv edilməsi ilə bağlı müraciətə 30 gün ərzində baxır və müvafiq qərar qəbul edir.
43.3. Nəzarət orqanı icazənin ləğv edilməsi haqqında qərar qəbul etdikdə,
bu barədə məlumatı dərhal icazəsi ləğv edilmiş nümayəndəliyə, habelə müvafiq
investisiya fonduna, yaxud idarəçiyə göndərməli və kütləvi informasiya
vasitələrində dərc etdirməlidir.
IX fəsil
İnvestisiya fondunun yenidən təşkili, ləğvi və müflis elan edilməsi
Maddə 44. Səhmdar investisiya fondunun yenidən təşkili
44.1. Səhmdar investisiya fondunun yenidən təşkili bu Qanunun tələbləri
nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.45
44.2. Səhmdar investisiya fondunun birləşmə, bölünmə və ayrılma şəklində
yenidən təşkilinə yalnız həmin əməliyyatlar yeni səhmdar investisiya fondunun
(fondlarının) yaradılması ilə nəticələndiyi hallarda yol verilir.
44.3. Səhmdar investisiya fondunun qoşulma şəklində yenidən təşkilinə
digər səhmdar investisiya fondunun (fondlarının) yenidən təşkil ediləcək səhmdar
investisiya fonduna qoşulması şərti ilə yol verilir.
44.4. Səhmdar investisiya fondunun səhmdar investisiya fondu fəaliyyətinə
lisenziyası olmayan hüquqi şəxslə, həmçinin investisiya strategiyası və sahələri
əhəmiyyətli dərəcədə fərqlənən investisiya fondları ilə birləşməsinə və ya ona
qoşulmasına yol verilmir.
44.5. Səhmdar investisiya fondunun çevrilmə (təşkilati-hüquqi formasının
dəyişməsi) şəklində yenidən təşkilinə yol verilmir.
44.6. Yenidən təşkili barədə qərar qəbul edildikdə, səhmdar investisiya
fondu həmin qərarın bir nüsxəsini yeni təşkil ediləcək səhmdar investisiya
fondunun nizamnaməsinin nüsxəsi ilə birlikdə, qərarın qəbul edildiyi gündən 3 iş
günündən gec olmayan müddətdə nəzarət orqanına təqdim etməlidir.
44.7. Nəzarət orqanı səhmdar investisiya fondunun yenidən təşkili zamanı
bu Qanunun 44.2-44.5-ci maddələrinin tələbləri pozulduqda, fond bazarında
qiymətlərin kəskin dəyişməsi təhlükəsi yarandıqda, habelə investisiya fondunun
maliyyə sabitliyi və investorların hüquqlarının pozulmasına səbəb olduqda belə
yenidən təşkilə icazə verilməsindən imtina edir.
44.8. Nəzarət orqanı səhmdar investisiya fondunun yenidən təşkil edilməsi
ilə bağlı qərarın və müvafiq sənədlərin təqdim edildiyi tarixdən 30 iş günü ərzində
baxır və yenidən təşkilə icazə verilməsinə və ya bundan imtina olunmasına dair
qərar qəbul edir.
44.9. Səhmdar investisiya fondunun birləşmə, bölünmə və ayrılma şəklində
yenidən təşkili nəticəsində yeni yaradılan səhmdar investisiya fondu bu Qanunun
38-cu maddəsinə uyğun olaraq sənədləri təqdim edib lisenziya aldıqdan sonra
fəaliyyətə başlaya bilər.
Maddə 45. Səhmdar investisiya fondunun ləğvi
45.1. Səhmdar investisiya fondunun ləğvi bu Qanunun və Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir. 46
45.2. Səhmdar investisiya fondu aşağıdakı hallarda ləğv edilir:
45.2.1. səhmdar investisiya fondunun ümumi yığıncağı fondun ləğvi barədə
müvafiq qərar qəbul etdikdə;
45.2.2. bu Qanunun 41.1.2-41.1.10-cu və ya 41.2-ci maddələrində göstərilən
əsaslardan biri üzrə səhmdar investisiya fonduna verilmiş lisenziya ləğv edildikdə.
45.3. Səhmdar investisiya fondunun ümumi yığıncağının fondun ləğvi
barədə qərarı ilə səhmdar investisiya fondunun ləğvetmə komissiyası yaradılır.
Ləğvetmə barədə qərar, qəbul edildiyi tarixədək ən geci 3 ay əvvəlki dövrə təsadüf
edən kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatı, həmçinin ləğvetmə
komissiyasının tərkibi barədə məlumatla birlikdə bir iş günü ərzində nəzarət
orqanına təqdim edilir.
45.4. Səhmdar investisiya fondunun ləğvetmə komissiyasına idarəçinin
nümayəndəsi daxil edilir. Nəzarət orqanı könüllü qaydada ləğv edilən səhmdar
investisiya fondunun ləğvetmə komissiyasına öz nümayəndəsini daxil edə bilər.
45.5. Səhmdar investisiya fondunun ləğvetmə komissiyası nəzarət orqanına
onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməli və nəzarət
orqanının səlahiyyətli əməkdaşlarının səhmdar investisiya fondunun binasına daxil
olmasına, ləğvetmə ilə bağlı sənədlərlə tanış olmasına şərait yaratmalıdır.
45.6. Səhmdar investisiya fondu bu Qanunun 45.2.1-ci maddəsində
göstərilən əsasla ləğv edildikdə, ləğvetmə Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Ləğvetmə komissiyası
səhmdar investisiya fondunun ləğvi barədə qərarın qəbul edildiyi tarixdən ən geci
90 gün müddətində fondun təsdiq edilmiş ləğvetmə planını nəzarət orqanına
təqdim etməlidir. Nəzarət orqanı səhmdar investisiya fondunun ləğvetmə planına
təqdim edildiyi tarixdən 30 təqvim günü müddətində baxır və onu qeyri-məqbul
hesab etdikdə, yaxud çatışmazlıqlar aşkar etdikdə, ləğvetmə komissiyasından
onların aradan qaldırılmasını tələb edir. Tələb edilən düzəlişlər 10 gün müddətində
aparılmalıdır.
45.7. Nəzarət orqanı ləğvetmə komissiyasının səhmdar investisiya fondunun
ləğvini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmədiyini və səhmdar
investisiya fondu tərəfindən bu Qanunun 45.4-cü, 45.5-ci və 45.6-ci maddələrinə
riayət edilmədiyini müəyyənləşdirdikdə bu Qanuna uyğun olaraq səhmdar
investisiya fondunun məcburi ləğvi üçün müvafiq tədbirlər görə bilər.
45.8. Səhmdarların ümumi yığıncağının qərarı, yaxud müflis elan edilməsi
əsasında ləğvi halları istisna olunmaqla, nəzarət orqanı səhmdar investisiya
fondunun lisenziyasını bu Qanunun 41.1.2-41.1.10-cu və 41.2-ci maddələrinə
uyğun olaraq ləğv etdikdə, həmçinin 45.7-ci maddəsində nəzərdə tutulmuş hallarda 47
onun məcburi ləğvi və əmlak inzibatçısının təyin edilməsi barədə məhkəməyə
müraciət edir.
45.9. Məhkəmənin qərarı ilə təyin edilmiş əmlak inzibatçısı səhmdar
investisiya fondunun ləğvi prosesinin başlanması və əmlak inzibatçısının təyin
olunması haqqında məlumatı dərhal kütləvi informasiya vasitələrində dərc etdirir,
səhmdar investisiya fondunun idarəçisinə, müşahidə şurasına və icra orqanına
müvafiq bildirişlər göndərir.
45.10. Səhmdar investisiya fondunun məcburi ləğvi və əmlak inzibatçısının
təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan:
45.10.1. səhmdar investisiya fondunun idarə olunması üzrə bütün
səlahiyyətlər, o cümlədən onun səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri
əmlak inzibatçısına keçir;
45.10.2. səhmdar investisiya fondunun vəzifəli şəxslərinin və ya
səhmdarlarının onun adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.
45.11. Ləğv edilən səhmdar investisiya fondunun sənədlərinin və əmlakının
onun vəzifəli şəxslərindən məhkəmə tərəfindən təyin edilmiş əmlak inzibatçısına
təhvil verilməsi aktını məhkəmə təsdiq edir.
45.12. Məcburi qaydada ləğv edilən səhmdar investisiya fondunun
kreditorlarının siyahısı, həmçinin ləğvetmə planı əmlak inzibatçısının təqdimatı ilə
məhkəmə tərəfindən təsdiq edilir.
45.13. Səhmdar investisiya fondunun məcburi ləğvi dövründə əmlak
inzibatçısı nəzarət orqanının tələbi ilə zəruri sənədləri və informasiyanı təqdim
etməlidir. Əmlak inzibatçısının öz funksiyalarını lazımınca yerinə yetirməməsi
faktı aşkar olunduqda, nəzarət orqanının müraciəti əsasında məhkəmə əmlak
inzibatçısının başqa şəxslə əvəz edilməsi barədə qərar qəbul edə bilər.
45.14. Ləğv edilən səhmdar investisiya fondunun kreditorlarının
tələblərinin ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.
45.15. Ləğv edilən səhmdar investisiya fondunun qiymətli kağızlardan
ibarət əmlakı fond birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi vasitəsilə
satılmalıdır. Səhmdar investisiya fondunun ləğvi ilə bağlı əmlakın satışı
nəticəsində əldə olunmuş pul vəsaitləri, qanunvericiliyə uyğun olaraq fondun bütün
öhdəlikləri ödənildikdən sonra səhmdarlar arasında onlara məxsus səhmlərə
mütənasib miqdarda bölüşdürülür.
45.16. Ləğvetmə prosesi dövründə səhmdar investisiya fondunun adında
“ləğv edilməkdə olan” sözləri göstərilməlidir.48
Maddə 46. Səhmdar investisiya fondunun müflis və iflas elan edilməsi
46.1. Səhmdar investisiya fondu bu Qanunun tələbləri nəzərə alınmaqla,
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və digər
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada müflis elan edilir.
46.2. Səhmdar investisiya fondu barəsində iflas prosesinə aşağıdakı hallarda
başlanıla bilər:
46.2.1. səhmdar investisiya fondunun xalis aktivlərinin miqdarı altı ay
ərzində nəzarət orqanı tərəfindən müəyyən edilmiş xalis aktivlərin minimum
miqdarından 25 faiz və aşağı olduqda;
46.2.2. səhmdar investisiya fondu icra vaxtı çatmış öhdəliklərini tam
yerinə yetirməyə və ya həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca aparmağa
qadir olmadıqda.
46.3. Səhmdar investisiya fondunun müflis elan edilməsi məhkəmənin
müvafiq qərarı ilə həyata keçirilir. Səhmdar investisiya fondunun müflis elan
edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.
46.4. Səhmdar investisiya fondunun müflis elan edilməsi ilə bağlı ərizə ilə
məhkəməyə nəzarət orqanı və ya səhmdarların ümumi yığıncağının qərarı əsasında
səhmdar investisiya fondunun özü, habelə onun kreditorları müraciət edə bilər. Hər
bir halda, nəzarət orqanı səhmdar investisiya fondunun müflis elan edilməsi ilə
bağlı məhkəmə işlərinə cəlb edilməli və onun rəyi nəzərə alınmalıdır.
46.5. Nəzarət orqanı səhmdar investisiya fondunun müflis elan edilməsi ilə
bağlı ərizəyə bu Qanunun 46.2.1-ci maddəsində göstərilən əsasların mövcudluğunu
təsdiq edən sənəd və hesabatları əlavə etməlidir.
46.6. Səhmdar investisiya fondunun kreditorları məhkəməyə müvafiq ərizə
ilə birlikdə özlərinin tələb hüquqlarını təsdiq edən sənədləri, habelə bu Qanunun
46.2.2-ci maddəsi ilə müəyyən edilmiş əsasların mövcudluğunu təsdiq edən
sənədləri təqdim etməlidir.
46.7. İcra vaxtı çatmış öhdəliklərin ümumi məbləği səhmdar investisiya
fondunun xalis aktivlərinin 10%-dən az hissəsini təşkil etdikdə, məhkəmə
müflisləşmə prosedurunun başlanması barədə tələbi rədd edə bilər. Bu halda
kreditorların səhmdar investisiya fonduna qarşı iddiaları məhkəmədə əmlak
mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.
46.8. Səhmdar investisiya fondu hər hansı müflisləşmə (iflas) haqqında işin
başlanması barədə nəzarət orqanına dərhal məlumat verməlidir. 49
46.9. Nəzarət orqanı səhmdar investisiya fondunun müflisləşmə (iflas)
haqqında işin başlanması barədə məlumat aldığı gün səhmdar investisiya fondunun
lisenziyasının müvəqqəti dayandırılması barədə qərar qəbul edir.
46.10. Səhmdar investisiya fondunun iflası haqqında iddia ərizəsi nəzarət
orqanı tərəfindən verildikdə, lisenziyanın dayandırılması haqqında qərarın surəti
həmin ərizəyə əlavə edilir.
46.11. Müflisləşmə (iflas) haqqında işə baxılmasına başlandığı gündən,
səhmdar investisiya fondunun banklarda və depozitarda olan hesabları dondurulur
və səhmlərinin yerləşdirilməsi məhkəmənin qərarı ilə dayandırılır.
46.12. Nəzarət orqanı səhmdar investisiya fondunun müflis elan olunması
məqamınadək müvəqqəti əmlak inzibatçısının təyin edilməsi üçün məhkəməyə
ərizə ilə müraciət edir. Nəzarət orqanının nümayəndəsi müvəqqəti əmlak
inzibatçısı ola bilər. Bu halda əmlak inzibatçısına heç bir haqq və mükafat
ödənilmir.
46.13. Məhkəmə müvəqqəti əmlak inzibatçısının təyin edilməsi barədə
ərizəyə qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətdə baxır.
46.14. Səhmdar investisiya fondu iflas proseduruna başlanmasına dair
ərizənin təmin olunması haqqında məhkəmənin qərarına əsasən müflis elan edilir
və ona qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak inzibatçısı təyin edilir.
Səhmdar investisiya fondunun müflis elan olunması haqqında məhkəmə qərarı
qəbul edildiyi andan səhmdar investisiya fondunun iflas proseduruna başlanılır.
46.15. Səhmdar investisiya fondunun iflas prosesinə başlanılmasına dair
ərizənin təmin olunması haqqında məhkəmənin qərarından qanunvericiliyə
müvafiq surətdə şikayət verilə bilər.
46.16. Əmlak inzibatçısı səhmdar investisiya fondunun müflisləşmə (iflas)
prosesinin başlanması və əmlak inzibatçısının təyin olunması haqqında məlumatı
dərhal kütləvi informasiya vasitələrində dərc etdirir, səhmdar investisiya fondunun
idarəçisinə, müşahidə şurasına, icra orqanına müvafiq bildirişlər göndərir.
46.17. Məhkəmə qərarının qəbul edildiyi andan:
46.17.1. səhmdar investisiya fondunun idarə olunması üzrə bütün
səlahiyyətlər, o cümlədən səhmdar investisiya fondunun səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri əmlak inzibatçısına keçir;
46.17.2. səhmdar investisiya fondunun vəzifəli şəxslərinin və ya
səhmdarlarının onun adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.50
46.18. Müflis elan edilən səhmdar investisiya fondunun sənədlərinin və
əmlakının onların vəzifəli şəxslərindən məhkəmə tərəfindən təyin edilmiş əmlak
inzibatçısına təhvil verilməsi aktını məhkəmə təsdiq edir.
46.19. Səhmdar investisiya fondunun müflisləşmə (iflas) prosesi dövründə
əmlak inzibatçısı nəzarət orqanının tələbi ilə zəruri sənədləri və informasiyanı
təqdim etməlidir. Əmlak inzibatçısının öz funksiyalarını lazımınca yerinə
yetirməməsi faktı aşkar edildikdə, nəzarət orqanının müraciəti ilə məhkəmə əmlak
inzibatçısının başqa şəxslə əvəz edilməsi barədə qərar qəbul edə bilər.
46.20. Əmlak inzibatçısı təyin olunduqdan sonra iki həftə ərzində barəsində
iflas proseduru başlanmış səhmdar investisiya fondu ilə bağlı nəzarət orqanına və
məhkəməyə hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilməlidir:
46.20.1. əmlak inzibatçısının görməli olduğu işlərə dair məlumatı əks
etdirən fəaliyyət planı;
46.20.2. mühasibat balansı, o cümlədən balans dəyəri üzrə aktivlərin
siyahısı;
46.20.3. kreditorların tələblərinin ilkin reyestri;
46.20.4. əmlak inzibatçısına ödənilən haqq və xərclər barədə məlumat;
46.20.5. səhmdar investisiya fondu və ya idarəçinin hər hansı qanuna zidd
hərəkəti və ya bağladıqları əqdlər barəsində müfəssəl məlumat;
46.20.6. əmlak inzibatçısının qənaətinə görə, lazım ola bilən digər məlumat.
46.21. Əmlak inzibatçısı sonrakı hesabatlarını bir aylıq fasilə ilə və ya
məhkəmənin müəyyən etdiyi qaydada təqdim edir. Əmlak inzibatçısının
hesabatları özündə bu Qanunun 46.20.1 - 46.20.4-cü və 46.20.6-cı maddələrində
göstərilən məlumatları əks etdirməlidir.
46.22. Əmlak inzibatçısı barəsində iflas prosedurları başlamış səhmdar
investisiya fonduna qarşı tələbləri məhkəmənin iflas prosesinin başlanmasına dair
qərarının qəbul edildiyi tarixdən 60 gün müddətində qeydə alır. Zəruri hallarda
məhkəmə bu müddəti 30 gündən artıq olmamaqla uzada bilər.
46.23. Müflisləşmə (ləğv) prosedurlarına başlanılmış səhmdar investisiya
fondunun kreditorlarının siyahısı, kreditorlarının tələblərinin ödənilməsi
növbəliliyi, əmlak inzibatçısının nəzarət orqanının rəyi əlavə edilmiş təqdimatı ilə
məhkəmə tərəfindən təsdiq edilir.
46.24. Səhmdar investisiya fondunun müflis elan olunmasına dair məhkəmə
qərarının qəbul edilməsi tarixindən ən geci 90 gün ərzində əmlak inzibatçısı
müvafiq ləğvetmə planını hazırlayıb təsdiq olunmaq üçün məhkəməyə təqdim edir. 51
Məhkəmə maraqlı şəxslərin alternativ ləğvetmə planı təqdim etmələrinə icazə
verilməsi barədə qərar qəbul edə bilər.
46.25. Müflis elan edilən səhmdar investisiya fondunun qiymətli
kağızlardan ibarət əmlakı fond birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi
vasitəsilə satılmalıdır. Əmlakın satışından əldə edilən pul vəsaitləri
qanunvericiliyə uyğun olaraq səhmdar investisiya fondunun bütün öhdəlikləri
ödənildikdən sonra səhmdarlar arasında, onlara məxsus səhmlərə mütənasib
miqdarda bölüşdürülür.
46.26. Əmlak inzibatçısı təsdiq edilmiş ləğvetmə planının icrasını başa
Dostları ilə paylaş: |