İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə74/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   68   69   70   71   72   73   74   75   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
178
məyə  başladı.  Xamlin  Harlend,  Stivan  Kreyn,  Frank  Norris  və  bir  sıra  başqa  yazıçılar
Amerika həyatının müxtəlif cəhətlərini açıq-aydın təsvir edən əsərlərlə çıxış etdilər. Burjua
tənqidçiləri onların əsərlərini qəbul etmək istəmirdi, nəşriyyat onları boykot edirdi. Lakin
bütün maneçiliklərə baxmayaraq, bu kitablar yenə də oxuculara yol tapırdı.
Amerika  burjuaziyası  ölkədə  həyat  şəraitini  düzgün  təsvir  edən  kitabların  meydana
gəlməsinə hər cür maneçilik törədirdi. T.Drayzer Amerika həyatının sərt həqiqətini riyakar-
casına  yalan  uydurmalarla  əvəz  edən  əsərlər  haqqında  yazırdı:  “Mən  jurnallarda  oxu -
duqlarımdan belə başa düşürəm ki, məhəbbət simalarda yaranır və əbədi davam edirmiş,
ruhanilər, həkimlər, vəkillər və tacirlər hamısı gözəl adamlar imiş, onların tək-tükü “aldat-
maq”, “iftira atmaq” və s. kimi insanlara xas olan bəzi mənfi keyfiyyətlərə malikdirlər”. 
Hakim sinfin sərt əxlaqi normaları “qaranlıq Amerika gerçəkliyi”nin üzərindən pərdəni
qaldıran hər bir mövzunu yazıçılara qadağan etmişdi. T.Drayzer iki yoldan birini seçməli
idi: ya namuslu, dürüst yaradıcılıqla məşğul olaraq və buna görə təqiblərə, boykota, aclığa
dözmək, yaxud burjua cəmiyyəti ilə barışmaq və bunun sayəsində reklam, şöhrət, pul əldə
etmək. Lakin T.Drayzer təslim olmadı və başladığı işi inadla davam etdirdi. İllər uzunu
işlədikdən sonra o, 1911-ci ildə nəşr etməyə müvəffəq olduğu ikinci romanını  -“Cenni Her-
hardt”ı bitirdi. Romanda əsərin qəhrəmanı Cenninin həyat hekayəsi qələmə alınmışdı.
T.Drayzerin -“Cenni Herhardt” romanı da oxucular və naşirlər tərəfindən tənqid atəşinə
tutuldu və bu əsərinin də ədəbsizliyi nümayiş etdirdiyini elan etdilər. Nyu-Yorkun “Morninq
teleqram” qəzeti yazırdı: “T.Drayzer aşnasının hesabına yaşayan bir qadının əhvalatından
daha layiqli mövzu seçə bilərdi”. “Öz doğma adamlarına, hətta onları aclıqdan xilas etmək
üçün olsa belə, kömək etmək xatirinə qadınlığını çirkaba bulayan bir qadına bəraət qazandır-
maq olarmı? Aclıqdan daha pis bədbəxtliklər var” [3. səh, 221 ]. Lakin Drayzerin kitabının
oxuculara çatmasına burjua mətbuatı daha mane ola bilmədi. Yazıçının adı şöhrət qazandı.
Amerika ədəbiyyatında “günahkar qadın” mövzusu hələ T.Drayzerədək öz əksini tapmağa
başlamışdı. XIX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Nataniel
Hotorn (1804-1864) “Al-qırmızı hərf” romanını bu mövzuya həsr etmişdi. Lakin Hotorn
sevgiyə riyakarcasına sərt əxlaqi münasibət əleyhinə mübarizə edərək, bu məsələyə ancaq
sırf əxlaqi nöqteyi-nəzərdən baxmışdır. T.Drayzer öz mövzusuna başqa cür yanaşmışdır. O,
sevgi mövzusunu lap əvvəldən ictimai planda açmışdır. T.Drayzer üçün məsələ heç də Cen-
ninin əxlaq cəhətdən təmiz, ya natəmiz olmasında deyildir. Bu cəhəti yazıçı romanın yan
xəttində, Cenni ilə onun atasının münasibətində göstərir. T.Drayzer üçün əsas məsələ Cen-
ninin nə etdiyi deyil, bunların hamısının nə üçün  baş verə bildiyidir. O göstərir ki, Cenninin
taleyində əsas məsələ - ictimai şəraitin təsiridir. Cenni – xalq içərisindən çıxmış qızdır. Hadi -
sələr onu əvvəlcə senator Vrenderlə, sonra isə kapitalist oğlu Lester Keyilə görüşdürür [4.
səh, 1245]. 
Cenni Herhardtın həyat yolundan T.Drayzer ABŞ-dakı böyük ictimai ziddiyyətləri oxu-
cuya  göstərmək  üçün  istifadə  etmişdir.  T.Drayzer  öz  əsərini  yaratdığı  zaman Amerika
ədəbiyyatında belə kitablar olduqca az idi. İlk baxışda romanın mövzusu məhəbbət olsa da,
əslində kitabın həqiqi mövzusu – sinfi bərabərsizliyin təsviridir. Cenninin taleyinin bütün


AZƏRBAYCAN UNİVERSİTETİ
179

İPƏK YOLU 

1/2017
faciəsi məhz bu faktdan doğur. Cenninin aşağı təbəqədən çıxması onun ürəkdən sevdiyi
adamla nikahını qeyri-mümkün edirdi. Əmək və kapital münaqişəsi romanda verilməmişdir,
lakin T.Drayzer Amerika cəmiyyətinin bir-birinə zidd olan iki qüvvəsini – fəhlələri və kapi-
talistləri son dərəcə aydın göstərir.
Romanın başlanğıcında oxucuya elə gəlir ki, Cenni üçün əsas çətinlik atasının ciddi əxlaqi
görüşləridir, lakin hadisələr inkişaf etdikcə, daha artıq aydın olur ki, qəhrəmanın səadətə
doğru yolunda əsas maneə ictimai quruluşun ədalətsizliyindədir.
Humanist T.Drayzer insanı deyil, maddi nemətləri və ilk növbədə pulu ən qiymətli sayan
ictimai sistemə dərindən nifrət edirdi. “Cenni Herhardt” romanında o, qəhrəmanlarının həyat
aqibətində pulun mənfi rolunu göstərir. Lester Keyn öz səadətini var-dövlətsiz təsəvvür etmir.
Lakin nə qədər təmənnasız olsa belə, Cenni öz taleyinə pulun nə qədər təsir göstərdiyini
duyur. Şübhə etmək lazım gəlmir ki, həm senator Brender, həm Lester Keyn, hər biri öz vax-
tında Cenniyə böyük təsir bağışlamışlar. Buna baxmayaraq, hər halda Cenninin senatorla və
Lesterlə münasibətində pul öz rolunu oynamışdır. Təsadüfi deyildir ki,  Lesterə məhəbbət
deyil, Cenniyə sahib olmaq arzusu hakim kəsilir, o, Cennini öz aşnası etmək üçün, yaranmış
vəziyyətdən istifadə edir. Cenni isə Lesterə məftunluq qüvvəsindən daha çox, ailəsini aclıqdan
xilas etməyin yeganə yolunu bunda gördüyü üçün yaxınlaşır.
Çox keçmədən Drayzerin yeni romanları – 1912-ci ildə “Maliyyəçi” və 1914-cü ildə
“Titan”  meydana çıxdı. “Maliyyəçi” və “Titan” “Stoik”lə birlikdə “Drayzerin trilogiya”sını
formalaşdırırdı. Bunun əsas ideyası XIX əsrin sonlarında Amerika biznesinin inkişafını
göstərməkdir. Hər üç romanın əsas qəhrəmanı Kopervud həmin böyük biznesin tipik təm-
silçisidir. Ədəbiyyatda T.Drayzerin mövqeyini möhkəmləndirən bu romanlarda kapitalist
Kaupervudun mənsəbə çatmaq uğrunda mübarizəsi təsvir edilir [5. səh, 337].
1915-ci ildə Drayzer rəssamın taleyinə həsr olunmuş “Dahi” romanını nəşr etdirdi. Əsər
Amerikanın zülmkar ədalətsizliyi altında məhv olan gənc rəssamın faciəvi hekayəsindən bəhs
edirdi. Yazıçı kapitalizmin sənətə düşmənçiliyini, sənətkarlara məhvedici təsirini göstərdi.
Kitab artıq satışa buraxılmalı ikən “ Nyu-York cəmiyyəti” işə qarışdı. Drayzerin geniş şöhrət
qazanmış həqiqəti ifadə edən əsərlərindən qorxmuş  bu cəmiyyət “Pozğunluğu aradan qaldır-
maq” məqsədilə yazıçıya qarşı çevrildi. Mətbuatda Drayzer əleyhinə çıxdılar və hətta onu
məhkəməyə verdilər. “Dahi” romanı ətrafında mübarizə iki ilə qədər davam etdi və nəhayət,
1917-ci ildə məhkəmə romanı pisləyən və onun yayılmasını qadağan edən bir qərar çıxartdı.
Yalnız 1923-cü ildə bu əsər yenidən nəşr edilə bildi və Amerika oxucularına çatdırıldı.
Yazıçı özü birinci kitabının qadağan edilməsini xatırlayaraq çox düzgün demişdi: “On bir
il  bundan  qabaq  mən  Nyu-York  naşirlərindən  biri  tərəfindən  çap  edilmiş,  elə  onun  özü
tərəfindən qadağan edilmiş ilk romanımı yazdım. Bütün bu on bir il ərzində bunun əsas
səbəbinin nə olduğunu bilməmişəm, indi isə bu nəticəyə gəlmişəm ki, bunun səbəbi “uydu-
rulma əxlaqsızlıq” yox, Amerika həyatı haqqında açıq və düzünü yazdığım olmuşdur” [6.
səh, 182].
Amerika burjuaziyasını qorxudan məhz Drayzerin romanlarının tənqidi kəskinliyi idi. O
göstərdi  ki, Amerikanın  sadə  adamlarının  hüquqsuzluğu,  onların  əməyinin  kapitalistlər


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə