İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə75/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   68   69   70   71   72   73   74   75   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
180
tərəfindən istismar edilməsi, dollar hökmranlığı, burjuaziya tərəfindən yaradılmış bütün
həyat quruluşu onun təsir dairəsinə düşmüş insan şəxsiyyətini pozur, mənəvi cəhətdən şikəst
edir. Öz xoşbəxtliyini yırtıcılıq, aldatma və istismar üzərində quran varlıların mənəvi miskin-
liyini kapitalist Kaupervudun taleyini təsvir edən monumental “Arzu trilogiyası”nın əsas
ideyasında ifadə edir. Trilogiyanın birinci və ikinci romanında – “Maliyyəçi”də və “Titan”da
bu milyonerin mənsəbə çatmaq uğrunda mübarizəsini təsvir edir.
Yazıçının yaradıcılıq zirvəsi olan “Amerika faciəsi” 1925-ci ildə nəşr olunmuşdur. Ro-
manda uğur və şöhrət qazanmaq arzusunda olan yoxsul gənc Klayd Qriffitsin əhvalatı nağıl
edilir. Avtomobil qəzasından sonra Klayd uzaq qohumunun fabrikasında işləyir. O, fabrikdə
işləyən, Roberta Aldeni yoldan çıxarır və daha sonra onu aldadır, amma yerli aristokratiyalı
qıza, Sondra Finçliyə aşiq olur. Roberta hamilə olduğu üçün Klayddan onunla evlənməsini
tələb edir. O, Robertanı gölə aparır və qəfildən özü də bilmədən onu öldürür. Kitabın qalan
hissəsi Klaydın  məhkəməsi, mühakimə və edam edilməsilə bağlıdır. T.Drayzer əsərdə göstərir
ki, materialist cəmiyyəti qatilin özü qədər günahkardır. Qəhrəmanın taleyi haqqında əhvalat,
Amerika burjua cəmiyyətinin rüsvayçı nöqsanlarının təsvirinə çevrilmişdir [7. səh, 471].
ƏDƏBİYYAt:
1.American Literature. The First Quarter of the XX century (Kiev, Head Publishing House
1987, s, 342).
2. AMERİCAN LİTERATURE REVİSED EDİTİON by Kathryn VanSpanckeren ,(pub-
lished by the United States Department of State, 2010, s,177).
3. DÜNYA ƏDƏBİYYATI (Mühazirələr, ədəbi oçerk və portretlər) (Bakı, “Araz” – 2012,
s, 565). 
4. American Tradition in literature ninth edition (Mc Grow-Hill College, 1994, s, 2119)
5. English and American Literature Anthology (Санкт Петербург, 2010, s, 399).
6. Guide to English and American Literature. Yчебное пособие по английской и аме-
риканской литературе (Москва издательства "Менеджер", 2005, s, 223).
7.Readings from English & American Literature / Хрестоматия по английской и аме-
риканской литературе (Санкт-Петербург: КОРОНА-Век, 2007 s, 543).
Abstract 
tHE FEAtURES OF tHE REALISM IN tHEODORE DREISER’S 
WORKS
Nazila ISRAFILOvA
Graduate student of Azerbaijan University 
Key words: Theodore Dreiser, “American tragedy”, “Genius”, “Jenny Gerhardt”
The article is related to the main principles of realism in Theodoer Dreiser’s works.
Theodore Dreiser was one of the main realists of American literature in 20th century. There
were many realistic works of him such as “American tragedy”, “Genius”, “Jenny Gerhardt”
etc. By means of these novels T.Dreiser reflected the realities of American society.


AZƏRBAYCAN UNİVERSİTETİ
181

İPƏK YOLU 

1/2017
Резюме
ОСОБЕННОСТИ РЕАЛИЗмА В ТВОРЧЕСТВЕ ТЕОДОРА ДРАЙЗЕРА
Назиля ИСРАФИЛОВА
Магистр Университета “Азербайджан” 
Ключевые слова: Теодор Драйзер, "Американская трагедия", "Гений", "Дженни
Герхардт"
Статья посвящена анализу принципов реализма в творчестве Т.Драйзера, одного из
самых заметных критических реалистов в американской литературе ХХ века, автора
знаменитых романов "Американская трагедия", "Гений", "Дженни Герхардт", в которых
реалистически воплощены особенности американской действительности.



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
182
ARtUR MİLLERİN “HAMISI MƏNİM OĞLUM  İDİ” ƏSƏRİNİN   
BƏDİİ tƏHLİLİ
Günel HACIYEvA
Azərbaycan Universiteti, magistr 
Rəyçi: f.e.d., dos.  Ülviyyə Rəhimova,  Azərbaycan Universiteti, Azərbaycan filologiyası
kafedrasının müdiri
Açar sözlər: müharibə, dramaturgiya, Artur Miller, ailə dramı, ailə psixologiyası
Giriş: XX əsrin əvvəllərində baş verən hadisələr, xüsusilə Birinci Dünya müharibəsinin
beyinlərdə  yaratdığı  ab-hava,  yeni  ədəbi  meyillərin  inkişafını  daha  da  sürətləndirdi.
Müharibə mövzusu istər-istəməz dünyanın əksər dövlətlərinin ədəbiyyatında özünə yer tut-
mağa başladı. Avropa ədəbiyyatında meydana çıxan modernizm sonrada ABŞ ədəbiyyatında
da  öz davamçılarını tapdı.
Modernist yazıçılar ədəbiyyatın əsas vəzifəsini insana daha artıq diqqət və maraq göstər-
məkdə, onun əməyindən, fəaliyyətindən çox şəxsiyyətini, mənəviyyatını açmaq, təhlil və
əks etdirməkdə görürlər. Onlar sözün həqiqi mənasında həyat gerçəkliklərini tərənnüm və
vəsf etmir, onu ciddi, bədii mühakimənin mövzusuna və predmetinə çevirə bilirdilər.
Qeyd etmək lazımdır ki, yeni ABŞ nəsrinin, dramaturgiyasının təşəkkülünə qədər ABŞ-ın
amerikalıların artıq formalaşmış öz estetik və fəlsəfi prinsiplərini müəyyənləşdirmiş, dünya
ədəbiyyatı səviyyəsində ayrıca ədəbi-mədəni fakt kimi qeyd oluna bilinəcək ədəbiy yatı var
idi.
XX əsrin əvvəllərindən etibarən dünyada cərəyan edən müxtəlif sosial-siyasi proseslər ədəbi
bədii təfəkkürdə əvvəlki dövrlərdən fərqli düşüncə tərzini ortaya çıxardı.Əsrin əvvəllərində bir
çox ədəbi fəlsəfi cərəyanların təsirilə ABŞ ədəbiyyatında yeni nəsr meydana çıxdı. Təkcə həyat
hadisələrinə  yanaşmada  deyil,  mövzu  seçimində,  qəhrəmanların  daxili  aləmində,  yazı
texnikasında, yazıçı ideyasında yeni ABŞ nəsri, dramaturgiyası əvvəlkilərindən seçilib fərqləndi.
Yeni ABŞ dramaturgiyası dünya ədəbiyyatında xüsusi ədəbi-mədəni hadisəyə çevrildi və
özünün bütün keyfiyyətlərinə görə bir çox yaradıcıllıq meyillərinin meydana çıxmasında, sonrakı
dövr ədəbiyyatının inkişaf perspektivlərinin və yaradıcıllıq təkamülünün müəyyənləşməsində
əhəmiyyətli dərəcədə rol oynadı. Bu dramaturgiya nümayəndələrinin yazdıqları əsərlər dünyanın
bir çox dillərinə tərcümə edildi, geniş oxucu kütlələrinin böyük marağına səbəb oldu. Belə dra-
matuqlardan biri də XX əsrin yetişdirdiyi görkəmli Amerika dramaturqu Artur Miller oldu.
Müəllifin ilk səhnələşdirilən “Hamısı mənim oğlum idi” pyesinə diqqət edəndə görürük
ki, pyesdə hadisələr müharibə vaxtı xırda əyalət fabrikantı kimi cəbhəyə silindir başlıqları
göndərən bir nəfərin – Co Kellerin ailəsində cərəyan edir. Bu ailənin bütün üzvlərinin taleyi
də sanki müharibənin içindədir. Hər iki oğul- Larri və Krist Amerika  ordusunun əsgəri kimi
döyüşüb və onlardan biri qırıcı- təyyarəçi olan Larri itkin düşüb. Müharibədən sonra onun
qayıtmasına heç bir ümid qalmasa da ana hələ də onun yolunu gözləyir. Ananın həyəcanı
əsərdə belə təsvir edilir:


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə