İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

57

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl  13-dən  göründüyü  kimi,  2000-2010-cu  illər  ərzində  ölkədə  əsasən  sahibkarların  öz  sərmayələri 

sayəsində 30 yeni qida istehsalı müəssisəsi yaradılıb. Həmin müəssisələrin 7-si meyvə-tərəvəz konservlərinin 

hazırlanması, 6-sı süd məhsullarının emalı, 4-ü pivə istehsalı, 3-ü meyvə şirələri istehsalı, 2-si tütün emalı, 

2-si  çay  emalı,  2-si  şəkər  istehsalı,  yerdə  qalan  müəssisələr  isə  duz,  bitki  yağları,  şokolad  istehsalı  üzrə 

ixtisaslaşıb. Bunlardan savayı, 2005-2010-cu illərdə SKMF-nin güzəştli kreditləri hesabına qida məhsullarının 

saxlanması üçün ümumi gücü 67,3 min ton olan 22 soyuducu anbar, 266,8 min ton tutumu olan 17 taxıl 

anbarı tikilib istifadəyə verilib. Həmçinin illlik 55 milyon ədəd yumurta istehsalı gücünə malik 5 müəssisə, 

6,3 min ton quş əti istehsal edə biləcək 2 müəssisə, illik 98,4 min ton süd istehsalı gücü olan 3 müəssisə, 2,8 

milyon litr alkoqollu içki istehsal edə biləcək 1 müəssisə, ildə 24,3 min ton istehsal gücünə malik 5 meyvə-

tərəvəz konservləri müəssisəsi yaradılıb. 

Statistik məlumatlara görə, 2000-2010-cu illərdə bir sıra spirtli içkilərin və tütünün emalı istehsalı istisna 

olmaqla, qida məhsullarının istehsalında davamlı artım müşahidə olunub və Cədvəl 14-də bu tendensiya 

görünür. 



Cədvəl 14. Qida sənayesinin əsas məhsulları üzrə istehsalın həcmi

Məhsulun adı

2000

2005

2006

2007

2008

2009

2010

Ət və ət məhsulları, min ton 

107.9

132,6


133.8

144.0


155.2

167.5


174.5

Pendir və kəsmik, min ton 

29.8

33,5


33.8

34.2


41.8

42.5


43.3

Qənd və şəkər tozu, min ton

0.5

3.5


21.6

306


272

316


335

Kərə yağı, min ton

12.8

14,2


14.3

14.4


14.1

20.7


20.9

Bitki yağları, min ton 

4.2

64,1


40.4

68.4


77.9

70.9


88.7

Təbii çay, min ton

1,5

7,5


7.7

7.9


7.1

10.7


10.8

Şampan şərabı, min dal.

150.4

61,8


19.4

52.6


35.8

42.2


27.9

Üzüm şərabı, min dal.

623.2

400,5


505

584


855.8

717


914

Araq, min dal.

450.4

484,3


536.4

1307


748.9

862


885

Konyak (brendi), min dal.

386.1

66

64.5



72.1

62.7


22.6

81.4


Pivə, min dal.

711


2490

3163


3218

3229


3572

3771


Fermentləşdirilmiş tütün, ton

5900


2600

2300


1000

1500


1543

2027


Papiros və siqaretlər, milyon ədəd 

2400


5008

4620


3597

2661


2342

2191


Sirkə və sirkə turşusu ilə konservləş dirilmiş 

tərəvəz və meyvələr, ton

479.2

918.3


2142

1220


1357

2757


Konservləşdirilmiş tərəvəz və meyvələr (ev 

təsərrüfatlarının və fiziki şəxslərin fəaliyyəti 

daxil olmaqla) (min ton)

12.4


23.2 

20

20.6



128.9

129.7


137.1

Konservləşdirilmiş pomidor (tomat), ton

3310

3677


1135

4905


4943

605


Duz, ton

4000


10374

10971


7111

7341


5466

4449



58

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

2000-2010-cu illərdə natural ifadədə konservləşdirilmiş meyvə-tərəvəz istehsalı 11 dəfə, pendir və kəsmik 

istehsalı 45%, ət istehsalı 62%, kərə yağı istehsalı 63,3%, pivə istehsalı 5 dəfə, bitki yağlarının istehsalı 21 dəfə, 

çay emalı 6 dəfə artıb. Bununla belə, bəzi alkoqollu içkilərin və tütünün istehsalında kəskin azalma baş verib. 

Məsələn, göstərilən dövrdə şampan şərabının istehsalı 5,3 dəfə, konyak istehsalı 4,5 dəfə, fermentləşdirilmiş 

tütün emalı isə 2,9 dəfə azalıb.

 Əksər qida məhsullarının istehsalında artım bu sənaye sektorunun hökumətin iqtisadi diversifikasiya 

ilə bağlı hədəflərinə ciddi töhfə verməsilə nəticələnməyib və aşağıdakı məlumatların təhlili bu nəticəni 

təsdiqləyir:

-  Qida məhsullarının istehsalının artımı ölkənin əsas ərzaq məhsullarının idxalının azalması ilə müşahidə olunmayıb.

Məsələn, 2005-2010-cu illərdə balıq və balıq məhsullarının idxalı 8,3 min tondan 15,6 min tona, süd və qaymaq

idxalı 7,3 min tondan 13,5 min tona, çay idxalı 7,7 min tondan 14,5 min tona, kərə yağı idxalı 9,5 min tondan 11,3

min tona, bitki yağları idxalı 68,5 min tondan 101,2 min tona, şəkər xammalının idxalı 152,1 min tondan 359,5

min tona, qənnadı məmulatlarının idxalı 43,6 min tondan 74,7 min tona, siqaret idxalı 2 dəfə artaraq 11,2 milyard

ədədə çatıb.

-  Qida məhsulları istehsalının artımı bu sənaye sahəsinin ixracda payının yüksəlməsilə nəticələnməyib. 2005-ci ildə

qida sənayesi üzrə ixracın ölkənin ümumi ixracında payı 7,5% təşkil etdiyi halda, 2010-cu ildə həmin göstərici

2,7%-ə enib. Bəzi ərzaq məhsulları istehsalının və ixracının artımı isə yalnız milli sənayenin xarici xammaldan

asılılığı sayəsində mümkün olub. Məsələn, 2005-2010-cu illərdə bitki yağlarının ixracı 10 min ton artaraq 28 min

tona, şəkər və şəkər tozunun ixracı isə 60 min ton artaraq 204 min tona çatıb. Amma hazırda bitki yağları və şəkər

istehsalı üçün xammalın 90-95%-i bilavasitə xaricdən idxal olunur.

-  Qida sənayesində yaranan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalıb və bu sənaye sahəsi

iqtisadi diversifikasiyaya təkan verməyib. Belə ki, 2005-ci ildə qida sənayesində (içki və tütün istehsalı da daxil)

yaranan əlavə dəyərin ÜDM-də payı 2,4% təşkil etdiyi halda, 2010-cu ildə həmin göstərici 1,5% olub.

-  Qida məhsulları istehsalının regional strukturunun təhlili göstərir ki, bir çox hallarda qida sənayesində yaranan

yeni müəssisələr rəqabətqabiliyyətli məhsullar istehsal edə bilmir və müəyyən müddətdən sonra onların istehsal

həcmi kəskin şəkildə azalır. Məsələn, 2004-cü ildə “Azərsun holdinq” müəssisəsi tərəfindən Xaçmaz rayonunda

illik istehsal gücü 70 milyon şərti banka olan konserv zavodu tikdikdən sonra, 2005-2008-ci illərdə rayon ərazisində

sirkə  və  sirkə  turşusu  ilə  konservləşdirilmiş  meyvə-tərəvəz istehsalı  və  tomat istehsalı  ümumilikdə 6.700  tona

çatdığı halda, 2009-cu ildə həmin göstərici 5000, 2010-cu ildə isə 340 tona enib. Göründüyü kimi, yeni fəaliyyətə

başlayan zavodun istehsal həcmi birdən-birə 20 dəfəyədək azalıb.

4.5.2.  Metallurgiya.  2000-2010-cu  illər  ərzində  metallurgiya  sənayesinin  inkişafında  kəskin  dəyişmələr 

müşahidə olunub. Çuqun, tikinti armaturu, alüminium oksidi və alüminium məftil istehsalı 2000-2005-ci 

illərdə genişlənsə də, 2006-2010-cu illərdə həmin məhsulların istehsalı xeyli azalıb. 

Cədvəl 15-dən göründüyü kimi, 2006-2007-ci illərlə müqayisədə axır iki ildə çuqun istehsalı 1.559 tondan 

1.012  tona,  alüminium  oksidi  istehsalı  363  min  tondan  36,6  min  tona,  tikinti  armaturu  istehsalı  268  min 

tondan 131,4 min tona, alüminium məftillər istehsalı isə 446 min tondan 173,8 min tonadək azalıb. Qara 

metaldan məftil və kanatların istehsalı 2000-2008-ci illərdə 2,5 dəfəyədək artaraq 1,2 milyon tonu ötsə də, 

2010-cu ildə 10 dəfəyədək azalaraq 124 min tona enib. Sabit artım yalnız qara metaldan hazırlanan polad 

boru  istehsalında  müşahidə  olunub.  Polad  tökmələrin  istehsalı  isə  2007-ci  ilədək  artsa  da,  2008-2009-cu 

illərdə yenidən kəskin azalmalar müşahidə olunub. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə