Məhəmməd Hadi və mətbuat
37
Ah, kim islamlıqdan qalmıĢ ancaq namımız.
“Mən müsəlmanəm”,-deyə hər bir kiĢi vurmaqda laf,
Heyf kim, yox bizdə ixvaniyyət ilə etilaf.
Halbuki Quran demiĢ ixvandır, islamiyan,
Biz də yekdigərimizə lazımdır olmaq mehriban(129, N 154).
“Milli istiqlala çağıran poetik əsərləri onun bir şair kimi
yetişməsinə istiqamət verən M. Hadinin”( 8, 14) “Həyat”
qəzetində çap etdirdiyi orijinal şeirlərini nəzərdən keçirərkən bir
daha bu qənatə gəldik ki, böyük ideyalarla sənət və ədəbiyyat
aləminə gələn, “azad insan şəxsiyyətini, onun əzəmətini, xeyirxah
amallar uğrunda mübarizəsini simvollar ilə ümumiləşdirən”(9, 80)
M. Hadi yaradıcılığının ilk illərində bütün təkamül və tərəqqini
məktəb, maarif və elmlə bağlayır, dini elmlərdən daha çox
dünyəvi elmlərin öyrənilməsinə üstünlük verir, Qurana elm
mənbəyi, İslam dininə bəşəriyyəti doğru yola istiqamətləndirən
müqəddəs bir din kimi baxdığından və bu dinin əsaslarını
mükəmməl şəkildə bildiyindən fikir və mülahizələrini də, əsasən,
Qurana istinad etməklə şərh edirdi. Qeyd edək ki, bu cəhət təkcə
M. Hadi yaradıcılığı üçün deyil, ümumən XX əsr Azərbaycan
ziyalılarının əksəriyyəti, xüsusilə maarifçi və romantiklər üçün
müştərək cəhət idi.
I.3. PUBLĠSĠSTĠKASINDA MÜXTƏLĠF MƏSƏLƏLƏRƏ
MÜTƏFFƏKĠRANƏ MÜNASĠBƏT
Ədəbiyyat və sənət aləminə gəldiyi ilk çağlarda Məhəmməd
Hadi “Həyat” qəzetində ən çox publisistik yazılar və elmi
məqalələrlə çıxış etmişdir. “Məqalələrində şəxsiyyət və mətbuat
azadlığı, dil, elm və maarif, islam dini, ədəbiyyatın vəzifələri kimi
müxtəlif sahələrdən bəhs edən” (401, 24) M. Hadinin şeir və
tərcümələrində olduğu kimi, publisistikasında da dil ərəb və fars
tərkibləri ilə zəngindir və elə, bəlkə, bu səbəbdəndir ki, onun
publisistik irsinin çapı məsələsi hələ də həllini tapmamışdır.
İslam Qəribli
38
Qeyd etdiyimiz kimi, M. Hadinin mətbuatda dərc olunan ilk
yazısı “Bəyani-həqiqət” məqaləsidir. Bu əsəri müəllif “Həyat”
qəzetində dərc olunmuş bir yazının təsiri ilə yazmışdır.
Məqalənin ilk cümləsində oxuyuruq: “Möhtərəm “Həyat”ın 20-ci
nömrəsində məftuni-kəmalı olduğumuz Ziyaəddin əl-Kəmali
həzrətlərinin
“Əsbabi-tədənnimizin
başlıcası
Quranı
bilməməyimizdir” sərlövhəsi ilə zivərbəxşi-səhifeyi-“Həyat” olan
bir bəndi-dilpəsəndlərini fövqəladə məhzuziyyətlə oxuduq”(96,
N 35). M. Hadinin maraqla oxuduğu bu yazı bir şeirdir ki, burada
islam məmləkətlərini bürüyən nadanlıq və elmsizlikdən bəhs
olunmuş
və
müsəlmanların
bədbəxtliklərinin
başlıca
səbəblərindən biri kimi şəriət qaydalarına yetərincə əməl
olunmaması göstərilmişdir. M. Hadi bir növ müəlliflə həmfikir
olaraq onunla eyni mövqedən çıxış etmiş, duyğu və düşüncələrini
Qurandan götürdüyü bir neçə ayə, hədis və klassik ədəbiyyatdan
aldığı ibrətamiz beytlər əsasında isbata çalışmışdır.
Allah, Allah! Kam alan kimdir, çəkən kimdir təəb,
Bunları edən həp cəhalət, həp cəhalət,-
deyə cəhalətdən gileylənən müəllif elmsizliyin bir səbəbini də
qələm sahiblərinin millətə xidmətdən kənarda durmasında və
millətin də elmə, maarifə maraq göstərməməsində görür, aldıqları
təhsil sayəsində dünyanı heyrətə salmaq bacarığı əxz etmiş
yaponları nümunə göstərərək yazır: “Xütteyi-Çində sərzədeyi-
zühur olan bir ovuc yaponlardan dərsi-ibrət alalım.
Baxınız,
maarifləri sayəsində dərəceyi-kəmalə əcnihəkaşi-savad olublar. Cahani-
vəhşəti deyil, aləmi-mədəniyyəti böylə heyrətə salıbar”(96, N 35).
Müəllifin ilk mətbu yazısında maraq doğuran ən başlıca
keyfiyyət ondan ibarətdir ki, o, moizə etmək, iş görmək əvəzinə
nəsihət verməkdənsə, əməl, məqsədə çatmaq üçün real iş
görməyin lazım oluğunu bildirir və deyir: “Üdəbalarımızın nitqi-
millətpərvəranələrini oxumaqla kifayətlənməyib məzmununca
əməl edəlim. Şayəd babi-inayət üzümüzə açıla. Tələtgahi-
muradımızdan afitabi-taleyimiz çöhrənümayi-ibtisam eyləyə.
Biz də ziynət verəlim kəndimizə qabil,
Məhəmməd Hadi və mətbuat
39
Girəlim əhli-səfa bəzminə məqbul olayım(96, N 35).
M. Hadinin “Həyat” qəzetində çap olunmuş ikinci əsəri
“Vətəsimu bihəblil-lahi cəmiən” adlı dərin məzmunlu
məqaləsidir(97, N 53). Sərlövhədən əvvəl “Surətul-Əraf”, ayə
103” qeydi verilmişdr ki, bunun da mənası sərlövhənin, yəni
məqalənin adının həmin ayədən olmasına işarədir. Əslində bu ayə
“Əraf” surəsindən deyil, “Ali-İmran” surəsinin 103-cü ayəsinin ilk
cümləsinin ilk sözləridir və həmin ayənin ilk cümləsi Quranda bu
şəkildədir: “Vətəsimu bi-həblil-lahi cəmi-ən və la təfərrəqu..”
Ayəni təfsir və ayəyə istinadən düşüncələrini şərh edən
müəllif oxucularına xatırladır ki, Allahdan və onun müqəddəs
kəlamı olan Qurandan möhkəm yapışın, çünki Quran sizi ittifaqa,
birliyə, əmin-amanlığa, haqqınızı tanımağa və hüququnuzu
müdafiə etməyə çağırır. Sizə insan kimi yaşamağın yollarını
öyrədir. Sonra surənin 104, 105 və 110-cu ayələrini xatırladan və
şərh edən müəllif bildirir ki, müqəddəs kitabımızda məhəbbət,
üxüvvət, sədaqət, gözəl xasiyyət, nəfsin təmizlənməsi, uşaqların
tərbiyəsi, elm öyrənməyin üsulları barədə kifayət qədər göstərişlər
olsa da, bunlara yetərincə əhəmiyyət vermədiyimizdən, yaxud
bilərəkdən özümüzü anlamaz yerinə qoyduğumuzdan “bu qədər
əsbabi-cəhalətdə əzilirkən yenə bizdə bir asari-intibah
görülmüyor”(97, N 53).
Müsəlmanların cəhalət pəncəsində qovrulmasının digər
səbəbini islamda təfriqə yaradan din xadimlərində görən, “binayi-
islamda sünnilik, şiəlik, cəbərilik, qədərilik yoxdur, islamlıq
vardır”,- deyən müəllif daha sonra müsəlman qardaşlarını ittihad
və ittifaqa dəvət edərək yazır: “İslamiyyətə və insaniyyətə
yaraşmayan adati-qəbiheyi-cahilənin izaləsinə çalışınız. Qeyri
millətlər nəzərində xəndeyi-istehzaya mocib bir para əfali-
məmuləyi tərk eməyə qeyrət etməliyiz..... Hər halımız gün kimi
zahirdir. Əsbabi-tədənnimizi aramalıyıq. Əmrazi-daxiliyyəmiz
bulunan cəhalətin səmərəsini görüb ayılmalıyız”(97, N 53).
“Həyat” qəzetəsinin 103-cü nömrəsində müəllifin “ədibi-
ləbib” (ağıllı, müdrik ədib-İ. Q.) adlandırdığı E. İbrahimovun
Dostları ilə paylaş: |