Məhəmməd Hadi və mətbuat
43
irtiqasına əlaqədar olan məsəleyi-mühümmələrin əksəndaz
olacağına bir ayineyi-həqiqətdir”(105, N 12).
1906-cı ilin əvvəllərində Azərbaycan mətbuatında ədəbi
dilin necə olması ətrafında qızğın mübahisələr gedir, “Həyat”ın
səhifələrində H. Zərdabi, Ə. Hüseynzadə, Ə. Ağayev və
başqalarının bu mövzu ilə bağlı yazıları dərc olunurdu. Məsələ ilə
əlaqədar M. Hadi də “Bəyani-təsəvvür fi xüsusil-lisan” adlı geniş
bir məqalə yazaraq qəzetdə çap etdirmişdi(103, N 10, 17). M.
Hadi ədəbi dili obrazlı, təmtəraqlı dil kimi təsəvvür edir və
yazılarında da buna əməl edirdi ki, bu cəhət onun xoşbəxtliyindən
çox bədbəxtliyi idi.
“Hərgah lisanın, əlifbanın çətinliyi tərəqqiyə, təməddünə
bir maneə təşkil etsəydi, maarif və mədəniyyətcə cahaniyanı
heyran edən Japon milləti geridə qalmaq lazım gələrdi, halbuki
onların əlifbası, lisanı nə dərəcədə səvabətli olduğu məlumi-
ərbabi-xəbərdir”,- deyən M. Hadiyə görə millətin geridə
qalmasının, fəlakət və səfalətə uğramasının səbəbi dil məsələsi ilə
deyil, yaşadığı mühit, düçar olduğu qəflət və cəhalətlə bağlıdır.
“Niyə elə yazırıq, niyə belə danışırıq?” deməklə ictimai bəlalardan
xilas olmağın mümkünsüzlüyünü elan edən müəllif yazır:
“Millətin səfalətdə qalmasının baisi nə xətdir, nə lisan. Bəlkə
“cəhalətdir, cəhalətdir, cəhalətdir”. Dil müşkülatı deyilməyib
cəhalət müşkilatı deyilsə səzadır. “Hansı dil ilə yazmalı?”
sərnaməsinin əvəzinə “Hansı rəhbər və dəlili ilə mümtaz olmalı”
demək üla və üxradır. “Dil məsələsi” əvəzində “maarif məsələsi”
yazılsaydı daha gözəl olurdu”(103, N 10, 17).
Maarifçilik baxışlarının təbliğində mədəniyyətin və
məktəbin rolunu yüksək qiymətləndirən, “bəlaların hamısından
xilas olmağın yolu - nicatını maarifdə görən”(73, 9) sənətkar
hesab edirdi ki, maarif şəbəkəsi genişləndirilməli, məktəblərdə
həm dünyəvi, həm də dini elmlər tədris olunmalı və bu elmlərin
tədrisi mühit və zəmanə ilə uyğunlaşdırılmalıdır. Din ilə elmi
barışdırmağa cəhd edən və bunları nadanlıq və cəhaləti aradan
qaldırmaq üçün vasitə hesab edən müəllif bildirir: “Darüş-şəfayi-
İslam Qəribli
44
əmrazi-cəhalət olan məktəblər və mədrəsələr öylə olmalı ki, həm
elmi-din və həm də zamanın icab etdiyi elmlər və fənnlər tədris və
təliminə yarar bir tərzdə olmaq iqtiza edər. Taki elmi-əbdan və
elmi-ədyan mükəmməl bir surətdə təlim olunsun”(103, 17).
“Tərəqqiyi-millət nəyə vabəstədir” adlı iri həcmli məqalə-
sində(106, N 14, 16) M. Hadi yenidən qəzetdə çap olunmuş ilk
yazısı olan “Bəyani-həqiqət” məqaləsindəki mövqeyinə qayıdır.
Çar Nikolayın 17 oktyabr 1905-ci il manifestindən sonra Rusiyada
ictimai fikirdəki nisbi demokratizmi və dirçəlişi “geniş yolların
açılması” kimi xarakterizə edən M. Hadi yazırdı: “Süxən hürr,
vicdan hürr, cəraid azad, cəmiyyət də azad, içərisində yaşadığımız
zəmanənin müqtəzasınca əl-ələ, qol-qola verib millət namına
çalışmaq, baisi-nicat və salamat olan həbli-ittifaqa yapışmaq
lazımdır”(106, N 14). Bunun üçün ədiblər qələmləri, “qənilər
kərəm və paralaı” ilə millətin tərəqqisinə yardımçı olmalıdırlar.
Sahibmənsəblərə: “Çalışınız, kişilər himməti dağları qoparar”,-
çağırışı ilə müracət edən müəllif daha sonra yazır: “Millətimiz
zükami-cəhalətə mübtəla olduğundan maarif iyini istitmam
edəməyir, qoxusunu iyləmədiyindən maarif və ərbabi-ülumə
düşmən də olur. Ona binaən hər şeydən irəli bu zükama bir əlac
lazımdır, bir çarə gərəkdir”(106, N 14).
Məfkurə etibarı ilə M. Hadi maarifçi idi və professor
Xeyrulla Məmmədovun təbirincə desək, “bu məfkurənin
tərəfdarları müşahidə etdikləri ziddiyyətlərin kökünü insan
şüurunda, ideoloji, əxlaqi, hüquqi sahələrdə axtarırdılar.....Onlar
belə hesab edirdilər ki, mövcud ziddiyyətlər, eybəcərliklər
maarifsizliyin, mədəni inkişaf səviyyəsi kifayət qədər olmayan
qanacaqsız adamların əməllərinin bəhrəsidir”(390, 46-47). Bir
maarifçi kimi, M. Hadinin fikrincə, insanı fəna əməllərdən
uzaqlaşdırmağın, bu dəhşətli “zükamın” əlacı yalnız və yalnız
maarif və zəhmətdə, ittifaq və birlikdədir. Oxuyanlar naqis,
zəhmət çəkənlər nadan olmazlar. Müəllifə görə nəfsə uymaq və
cahillik millətin ən böyük dərdidir. Bu dərdin dərmanı məktəb və
mədrəsələr açmaq, milləti cəhalətdən uzaqlaşdırmaq və nəfsi
Məhəmməd Hadi və mətbuat
45
öldürməklə tapıla bilər. Məqalənin bir yerində müəllif qeyd edir:
“Cənab Mövla buyurur ki, ey bəni-Adəm, sizinlə müahidə
etmədimmi ki, siz nəfsi-şeytaniyə ibadət və mütabiət etməyəsiniz?
Təhqiqən şeytannəfs sizə aşkar düşməndir”(106, N 16).
Müəllifin məqaləsində gəldiyi son nəticə bundan ibarətdir ki,
nəfsinə məğlub olan millət bəxtiyarlığın nə olduğunu görməyib və
əsla da görə bilməz.
“Fəryadi-dili-vətənpərəstan”
adlı
məqalə
Kürdəmir
qəsəbəsində məktəb və mədrəsələrin açılmasına zərurətin olması
niyyəti ilə yazılmışdır (107, N 19). Məqalədən aydın olur ki,
Kürdəmirin əhalisi, əsasən, bağçılıq, əkinçilik və baramaçılıqla
məşğul olub güzəranlarını keçirirlər. Əkib-becərdikləri məhsulları,
bəslədikləri baramanı satıb pul-para qazanırlar ki, ailələrinə sərf
etsinlər, lakin min bir əziyyətlə qazandıqları çox zaman özlərinə
nəsib olmur. “Bir il sərasər zəhmətini çəkərək dürlü-dürlü
müşkülatla bəslədikləri bağ və bağçaların gətirdiyi məhsulu satar-
satmaz bu tərəfdən meyvəyi-cəhalət olan bir cinayət, bir
bədbəxtlik sərzədeyi-zühur oldumu, min dürlü əməklər, səylər
sayəsində dərdəst istifadə edilir. O gözəl altunlar kim bilir hansı
advokat, hansı pristavın cibi-nanəcibinə təşrif aparacaq və ya
hansı miskin süfəla olan həbsxanalarda badi-hava olacaq. Bu da
cəhalətin meyvəsi. Şimdi dadınız əməlinizin meyvəsini. “Cəhalət
bir mərəzdir ki, yox əlacı elmdən qeyri”(107, N 19).
Şirvan və Kürdəmir əhalisinin maarifləndirilməsi yolunda
yerli ziyalıların atdığı addımları alqışlayan müəllif qeyd edir ki,
“ziyalı alimlərimizdən Ağa əfəndi Əfəndizadənin həmiyyəti-
alicənabanə və məsaiyi-millətpərvəranəsi ilə bazarın yavuqunda
bir camei-nuraniyyəti-lamə ilə üç mədrəsə vücuda gətirilmiş və
bir mədrəsənin ilk baharda bina olunacağı dərkar bulunmuşdur.
Millətə böyük bir xidmət deyilmi bu? Came və mədarisin baisi-
təmir və səbəbi-vücudu olan bu zati-himmətpərvər həm ərbabi-
elm və mərifət, həm də əshabi-kəsb və ticarətdən olduğundan
dolayı, pulsuz-parasız il başınacan vəzifeyi-ruhaniyyəsini icra
etməkdə və bir qaç tələbeyi-ülumə feyzbəxşi-maarif olmaqdadır.
Dostları ilə paylaş: |