Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə14/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   10   11   12   13   14   15   16   17   ...   147

İslam  Qəribli 

 

 



40 

“İslamiyyət  və  abrazavonni  müsəlmanlar”  sərlövhəsi  ilə  dərc 

olunmuş  yazısını  oxuduqdan  sonra  qələmə  alınmış  “Əl-

hürriyyətül-şəxsiyyətə  vəl-vicdaniyyə  fi-islam”(98,  N  108,  115) 

məqaləsi ruhu etibarı ilə ədibin əvvəlki məqalələrinə yaxın olsa da, 

problemin  qoyuluşu  və  həlli  baxımından  onlardan  əsaslı  şəkildə 

fərqlənir.  Məqalənin  əvvəlindəki  giriş  xarakterli  cümlələrdən 

aydın olur ki, qafqazlı bir tələbə “dini-islama etirazən şu xürafati-

biədəbanəni  söyləmişdir:  “Təlimati-Quranə  görə  islamiyyətdə 

insana  hürriyyət  heç  yoxdur.  İslamiyyət  adam  əlindən  ixtiyarı 

almışdır. Hər şey olursa, təqdirə bağlar. Quran öz-özünə müxalif 

söylər”(98, N 108). 

 

Qafqazlı tələbənin dediklərini Qurandan gətirdiyi ayələrlə 



yerli-yataqlı  alt-üst  edən,  onun  söylədiklərini  islamiyyətə  atılan 

çirkab  kimi  qiymətləndirən  M.  Hadi  bildirir  ki,  “möhtəviyyati-

Quraniyyədən  dadmayan  missionerlər  tərbiyəsində  bəslənmişlər” 

nə  son  din  olan  İslam  dininin,  nə  də  sonuncu  səmavi  kitab  olan 

Fürqanın mahiyyətini anlamayacaq və anlasa da, özlərini anlamaz 

yerinə qoyacaqlar, çünki bu, əslində, onlara təlqin edilən bir ideya, 

bir  məsləkdir.  “Gördüyümüz  və  bildiyimiz  məzhəblər  və  dinlər 

miyanında  ən  hürriyyətpərvər,  ən  müsavatpərəst,  ən  ədalətli  bir 

din  varsa,  o  da  dini-islamdır”,-  deyən  müəllif  İsra  və  Bəqərə 

surələrindən  30,  70  və  84-cü  ayələri  misal  gətirib  onları  şərh  

edərək  yazır  ki,  Qurana  və  İslam  dininə  görə  “...hər  kəs  həddi-

zatında  hürriyyəti-şəxsiyyəyə  malik  olub,  hər  biri  bir  xəlifeyi-

müstəqileyi-İlahidir. Kimsə kiməsə qul deyildir, əbd deyildir. Heç 

kəs əsir deyil, hər adam bir xəlifeyi-hürrdür. Dünya sədəfində hər 

adəm oğlu bir dürri-yektadır”(98,  N 108).  

 

İslam dinini “hüquqi-bəşəriyyəyi ibtal deyil, ikmal eləyən 



bir  dini-müqəddəs,  bir  şəriəti-ənvər”  adlandıran  və  fikirlərini 

konkret  ayələr  vasitəsi ilə  isbat  edən mütəfəkkir  yazır:  “Qafqazlı 

rəfiqimizə  məlum  olsun  ki,  islamiyyət  o,  zənn  edən  kimi,  adam 

əlindən  ixtiyar  almaz,  adamı  əsir  qılmaz,  biləks,  adam  övladına 

hürriyyət, azadlıq bəxş eylər”(98,  N 108). 

 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



41 

 

Qafqazlı studentə xitabən ünvanlanan: “ İslamda hürriyyət 



vardır, fəqət ifaf, ədəb, qeyrət, ismət dairəsində vardır. Sən xəyal 

edən  hürriyyətə  hürriyyət  namı  verilməyib  vəhşiyyət,  föhşiyyət 

ismi  verilsə  səzadır”(98,  N  108)  sözləri  İslamın  mahiyyətini 

anlamaq istəməyənlərə  sərt və çox doğru bir cavabdır. 

       “Dini-mübini-islam  hürriyyəti-kəlam  və  azadiyi-zəbanə 

böyük  bir  müsaideyi-əzim,  bir  rüxsət  bəxş  etmişdir.  Dəyanəti-

islamiyyə  sərbəstiyi-ara  və  əfkara  beqayət  vəsi  bir  meydani-

mübahisə  və  mücadilə  açmışdır”,-  deyən  müəllif    Şərq  yazarları 

ilə  Qərb  yazarlarını  müqayisə  edərək  belə  bir  fikir  irəi  sürür  ki,   

“Müsadimeyi-sahibi-əfkardan 

və 

ehtikani-üməmi-üquldan 



bariqeyi-həqiqət  ləman  eylər”,-  qəziyeyi-müslüməsini  kəşideyi-

rişteyi-nəzm eyləyən Hüqolar, Molyerlər, Lamartinlər deyil, bəlkə 

də  ədibi-Rum  Molla  Cəlaləddinlər,  Həkim  Nizamilər,  Sədi 

Şirazilərdir”(98,  N 115).  

 

“İbrahim”  surəsinin  24-cü  ayəsindən,  Həzrət  Əli  (s)  ilə 



bağlı 

hədislərdən, 

Beyzavidən, 

Cəlaləddin 

Ruminin 

“Məsnəvi”sindən 

 

nümunələr 



gətirməklə 

dediklərinin 

doğruluğunu isbata çalışan ədib  üzünü dindaşlarına tutaraq yazır: 

“Ümumən 


dindaşlarıma 

şu 


əbyati-mərquməni 

gözəlcə 


düşünmələrini, tədbir  etmələrini tövsiyə  edirəm.  Baxalım,  əcəba, 

dəyanəti-Əhmədiyyədə 

hürriyyəti-əfkara 

sərbəstiyi-arayə 

müsaidə,  məzuniyyət  varmıdır,  yoxmudur  və  ola  var  biz  kəndi 

dinimizi  bilmiyoruz?    Xurşidi-hürriyyət  bizim  Məşriqdən  ərzi-

didari-Qərbiyyunə  ləmənişani-feyz  olur,  əfsus,  “Nə  qəmavər 

mənzərə,  nə  çəkilməz  möhnət”.  Zivərbəxşi-dəsti-mütəhhərivan 

olan  Fürqani-müqəddəsdə  “La  kuntum  fi  reyb....  ilax”  ayeyi-

əhraranəsində  yalnız  islamlara  deyil,  cahaniyanə  belə  hürriyyət 

bəxş olmuşdur”(98,  N 115).  

 

“Həyat”  qəzetində  dərc  olunan  yazılarından  diqqəti  cəlb 



edən, “Ə. H.” imzalı (bizcə, bu Əli bəy Hüseynzadədir- İ. Q.) “Bir 

balaca  intiqad”  adlı  məqalədə  əsərlərinə  münasibət  bildirilən, 

“Kürdəmirdə yaşayan fazil və kamil bir alimimiz” adlandırılan(25, 

N  116),  şeirlərində  olduğu  kimi  publisistikasında  da  maarifçiliyə 




İslam  Qəribli 

 

 



42 

böyük önəm verən, İslamiyyəti tərifləyib Məhəmməd peyğəmbəri 

ilahiləşdirməyə  çalışan,  “İslam  dinini  “müasirləşdirmək”,  elmlə 

dini  barışdırmaq  mövqeyində  duran”(401,  24)  M.  Hadi  maarifin 

yayılması  sayəsində  cəmiyyətdə  köklü  dəyişiliklərin  baş 

verəcəyinə  böyük  ümidlər  bəsləyir  və  bu  yolda  mətbuatı  başlıca 

vasitələrdən biri hesab edir. Mətbuatı “millətə, xalqa ümid verən, 

onun  gələcəyini  təmin  edən,  xalqa  azadlıqdan  istifadə  etmək 

yollarını  göstərən  bir  vasitə”  (11,  119)  kimi  qiymətləndirən 

müəllif  “Aləmi-mətbuat  və  cəraidə  bir  nəzər”  adlı  məqaləsində 

qeyd edir  ki, mətbuat  azadlığını  qazanmaq istəyində  olan millətə 

“tərəqqiyyat, kəmalat  və  ülum  yollarını”  göstərən  “şöleyi-ümidi-

ümmət” və “rəhbəri-istiqbali-millət”dir.  

 

“Qəzetənin əhəmiyyəti bir cəmiyyət, ya millət üçün artıq o 



qədər aşkardır ki, bundan bəhs etməyə lüzum yoxdur”, - deyən Əli 

bəy  Hüseynzadə  (Bax:  Ə.  Hüseynzadə.  “Qəzetəmizin  məsləki”, 

“Həyat” qəzeti, 7 iyun 1905-ci il, N 1) ilə həmfikir olan M. Hadi 

mətbuat barədə düşüncələrini  bəyan  etmək üşün  Avropa  və  Şərq 

ölkələrinin  təcrübəsindən  nümunələr  gətirərək  İsveçrə  və 

Belçikanın  iqtisadi  və  siyasi  cəhətdən  inkişafında  mətbuatın  da 

mühüm  pol  oynadığını  bildirir.  Müəllifin  nəzərində  “mətbuat 

cani-cahan  və  rəhbəri-elmü  irfandır...  Bir  qövmün  təali  və 

təməddünü mətbuata vabəstədir”(105,  N 12). 

Cəhalət  xəstəliyinə  düçar  olmuş  millətlərə  “mətbuat 

cəhətincə  qəni  olan”  millətlərin  bir  çox  arzu  və  istəklərinə 

çatmasında mətbuatın yardımçı olmasını xatırladan müəllif yazır: 

“Mətbuat  mirati-vətən  və  millətdir.  Necə  ki,  insan  ayineyi-

rüxsarnümaya  baxıb  üzündə  və  sair  bədənindəki  qübarı,  ləkəni 

pak  qıldığı kimi və kəndini ziynəti-zahirə ilə  arəstə qıldığı  kimi, 

ayineyi-mənəvi olan qəzetlərə də millət ətfi-çeşmi-bəsirət qıldıqca 

təsfiyeyi-vicdan edib əmrazi-nəfsaniyyətinin ən şiddətlisi bulunan 

ləkeyi-cəhalət və qübari-dənaəti  bir an əvvəl izaləsinə çalışacağı 

və arayişi-adəmiyyət və zivəri-insaniyyət olan maarif və fünun ilə 

vücudunu pirastə  edəcəyi şübhədən azadədir. Demək ki, mətbuat 

millətin  səadət  və  bəqasına  maddi  və  mənəvi  qüdsiyyət  və 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə