195
Daşqın MƏHƏMMƏDLİ
Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-İnformasiya fakültəsinin
IV kurs t
ələbəsi
M
İRZƏ KAZIM BƏYİN KİTAB, KİTABXANA İŞİ,
K
İTABXANAŞÜNASLIQ VƏ BİBLİOQRAFİYA SAHƏLƏRİNDƏ
ELM
İ-NƏZƏRİ VƏ TƏCRÜBİ FƏALİYYƏTİ
Açar zözl
ər: Mirzə Kazım Bəy, kitab, kitabxanaşünaslıq, şəxsi kitabxana,
biblioqrafiya, kitabxana
işi
Ключевые слова: Мирза Kазым Бек, книги, библиотековедения, личная
библиотека, библиография, библиотеочная работа.
Key words: Mirza Kazim Bey, book, librarianship, personal library,
bibliography, library work.
“Şərq öyrənildilkcə Mirzə Kazım Bəyin adı həmişə
minn
ətdarlıqla yad ediləcəkdir”.
İ. Berezin
Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz dahi
şəxsiyyətləri, görkəmli xadimləri ilə tarixi inkişafın bütün mərhələlərində
b
əşər elminə, mədəniyyətinə, incəsənitinə, ədəbiyyatına, fəlsəfəsinə və s.
misilsiz töhf
ələr vermiş, ümumbəşəri sivilizasiyanın tərəqqisində yaxından
iştirak edərək onu daha da zənginləşdirmiş və bu sivilizasiyanın ayrılmaz
t
ərkib hissəsinə çevrilmişdir.
Az
ərbaycan xalqının XIX əsrdə bəşəriyyətə bəxş etdiyi nadir
şəxsiyyətlərdən biri də Mirzə Kazım Bəydir. Mirzə Kazım bəy Azərbaycan
elmin
ə dünya şöhrəti qazandırmış, bəşər elminin inkişafında müstəsna rol
oynamış, zəngin elmi qüdrətə, ensiklopedik biliyə malik olmuşdur. Görkəmli
müt
əfəkkir, xalqımızın fəxri, fövqəl zəka və istedad sahibi olan Mirzə Kazım
B
əy şərqşünaslıq, ədəbiyyat, dil, fəlsəfə, tarix, hüquq, dinşünaslıq, etika,
etimologiya, etnoqrafiya, pedaqogika,
ədəbi tənqidlə əlaqədar dünya elmi üçün
bu gün d
ə böyük əhəmiyyət kəsb edən, nadir mənbələrdən hesab olunan bir
sıra fundamental əsərlər yazmış, bir çox dünya dillərinin kamil bilicisi omuş,
eyni zamanda görk
əmli elm və təhsil təşkilatçısı kimi böyük şöhrət tapmışdır.
Dahi müt
əfəkkir böyük maarifpərvər kimi, həmçinin, bütün dövrlərdə
elm
in, informasiyanın, mədəniyyətin, təhsilin, tərbiyənin inkişafında və
t
ərəqqisində böyük rol oynayan, əsas məqsədi cəmiyyətin intellektual və
m
ənəvi potensialının inkişafına xidmət etmək olan kitabxanalara, kitabxana
işinin inkişafına, kitabçılıq işinin genişləndirilməsinə xüsusi əhəmiyyət
196
vermiş, kitabxanaşünaslıq və biblioqrafiyanın nəzəri və təcrübi məsələlərinə
dair qiym
ətli fikirlər söyləmiş, xeyli hərtərəfli əhəmiyyət kəsb edən müddəalar
ir
əli sürmüş, adı çəkilən sahələrin elmi əsaslarla inkişafı üçün diqqətəlayiq
işlər görmüşdür. Onun görüşlərində, tövsiyələrində bu gün də təqdir olunması
z
əruri sayılan, bu sahənin mütəxəssisləri tərəfindən istifadə edilməsi vacib
olan fikirl
ər çoxdur (1,s.314).
O, 1802-ci il iyunun 22-d
ə də Rəştdə dünyaya gəlmiş, 8 yaşından
D
ərbənd şəhərində yaşamışdır. Atası Hacı Qasım mükəmməl dini təhsil almış,
D
ərbəndin şeyxülislamı rütbəsinə qədər yüksəlmişdir. O, oğlunun təhsilinə
böyük diqq
ət yetirir, onu gələcəkdə öz yerində - Dərbənd şeyxülislamı kimi
görm
ək istəyirdi. İlk təhsilini Dərbənd mollasının yanında alan Mirzə Kazım
B
əy sonrakı təhsilini görkəmli ruhanilərin yanında davam etdirmişdir.
Mü
əllimlərin səyi hədər getməmiş, artıq 12 yaşında ana dili ilə yanaşı ərəb və
fars dill
ərinə də mükəmməl yiyələnmişdir. 1819-cu ildə Mirzə Kazım Bəy
“Ərəb dili qrammatikası təcrübəsi” adlı ilk elmi işini yazmış, 1820-ci ildə isə
ərəb və fars dillərində lüğət tərtib etmişdir (5, s.43).
1820-ci ild
ə atası Dərbənddən Həştərxana sürgün edilərkən onunla
getmiş, orada ingilis, fransız, alman və b. dilləri öyrənmişdi. Bu görkəmli
insan az bir müdd
ət ərzində elmi ictimaiyyət tərəfindən tanınmış, 1826-cı ildə
Kazan Universitetind
ə İran ədəbiyyatından dərs deməyə dəvət edilmişdi.
Burada d
ərs dediyi müddətdə qısa zaman içərisində professor və fakültə
dekanı vəzifələrinə seçilir. O, dərs deməklə yanaşı, burada fars-ərəb-türk-rus
lüğətinin hazırlanmasına da rəhbərlik edirdi.
Mirz
ə Kazım bəyin görkəmli rus alimi, Kazan Universitetinin rektoru
L.İ. Lobaçevski ilə dostluğu ona universitetin elmi və ictimai həyatında
yaxından iştirak etmək imkanı yaratmışdı. L.İ. Lobaçevskinin elmi
f
əaliyyətində Şərqin riyaziyyat alimlərinin əsərləri mühüm rol oynamışdı. Rus
alimi bu
əsərlərlə Mirzə Kazım Bəyin Şərq dillərindən etdiyi tərcümələr
vasit
əsilə tanış olurdu. Mirzə Kazım Bəy böyük Azərbaycan alimi Nəsirəddin
Tusinin riyaziyyata dair
əsərlərini Lobaçevskinin istifadəsi üçün tərcümə
etmişdi( 4, s.102). Burada çalışdığı illərdə Mirzə Kazım Bəy ona dünya şöhrəti
qazandıran “Əssəbüş-Səyyar”, “Uyğurlar haqqında tədqiqat”, “Quranın bəzi
sur
ələrinin şərhi”, “Firdovsi yaradıcılığı üzrə Şərq mifologiyası” və s.
əsərlərini yazmışdır. Bu tədqiqatların demək olar ki, hamısı dərhal Avropa
dill
ərində çapdan çıxmış, dünya miqyasında geniş əks-səda doğurmuşdur (4,
s.102).
Mirz
ə Kazım Bəy Şərq mədəniyyətini dərindən bilməklə yanaşı həm
d
ə, onun ehtiraslı pərəstişkarı və alovlu təbliğatçısı idi. Asiyanın qədim
tarixini böyük iftixar hissi il
ə vərəqləyən Mirzə Kazım bəy onu “bəşər nəslinin
ilk beşiyi” sayır, əzəmətliŞərq abidələrinin hər bir insan övladının qəlbində
qürur hissi doğurduğunu dönə-dönə qeyd edirdi.
197
O,Az
ərbaycandan uzaqlarda yaşasa da, doğma vətəni ilə əlaqəsini heç
vaxt üzmür,sıx əlaqə saxlayırdı. Doğma Azərbaycan dilinin tədqiqində,
öyr
ənilməsində, elmi qrammatikasının yaradılmasında Kazım Bəyin əvəzsiz
xidm
ətləri olmuşdu. Onun yazmış olduğu “Azərbaycan dilinin qrammatikası”
əsəri 1839 və 1840-cı illərdə iki dəfə nəşr edilmiş, Azərbaycan dilini
öyr
ənənlərə, təbliğ edənlərə böyük hədiyyə olmuşdu. Böyük alimin
Az
ərbaycan dilinin ilk elmi qrammatikasını tərtib etməsi, onu nəşr etdirməsi,
xarici dill
ərə tərcümə etməsi və daim onu təbliğ etməsi onun Vətən qarşısında
göst
ərdiyi çox böyük xidmət idi (2. s.87).
1845-ci ild
ən sonra o, öz ömrünü Peterberq Universiteti ilə bağlamış,
m
əhz burada dünya şöhrəti qazanmış, rus şərqşünaslıq elminin əsasını
qoymuş, rus şərqşünaslarının böyük bir nəslinin yetişdirilməsində yaxından
iştirak etmişdi. Akademik V.V. Bartold göstərirdi ki, Mirzə Kazım Bəy və O.İ.
Senkovski öz mühazir
ələri ilə rus şərqşünslığını yaratmışlar (5, s.42).
O dövrün görk
əmli rus mütəfəkkirləri ilə tanışlığı, onlarla ünsiyyətdə
olması, Mirzə Kazım Bəyin yaradıcılığına təsir etdiyi kimi, Mirzə Kazım
B
əyin də onların həyatında, xüsusilə, Şərq ədəbiyyatı ilə tanışlığında, Şərq
dill
ərinin öyrənilməsində böyük köməyi olmuşdu. Onun L. N. Tolstoya və N.
Q. Çernişevskiyə Şərq dillərini öyrətməsi dediklərimizi bir daha təsdiq edir
(4.s.122).
Böyük iftixar hissi il
ə deyə bilərik ki, Mirzə Mazım Bəyin Şərqin
böyük dahil
ərinin, Şərq ədəbiyyatının və tarixinin Rusiyada öyrənilməsində,
yayılmasında və təbliğində çox böyük xidmətləri olmuşdur. Mirzə Kazım Bəy
müs
əlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi
qrammatikasının
yaradıcısı,
Dağıstanda
Şamil
hərəkatının
ilk
t
ədqiqatçılarından biri, Sədinin “Gülüstan” əsərinin rus dilinə ilk
t
ərcüməçisidir. O, Azərbaycan tarixinin öyrənilməsində də mühüm işlər
görmüşdü. “Dərbəndnamə”ni ingilis dilinə tərcümə və şərhlə nəşr etdirmişdi.
H
əmçinin özünün yazdığı “Azərbaycan dilinin qrammatikası” nı alman dilinə
t
ərcümə etmişdi. Mirzə Kazım Bəyin yazmış olduğu 40-dan artıq elmi əsərin
əksəriyyəti ingilis, fransız, alman və başqa dillərə tərcümə edilmişdir (4, s.50).
Doğma Azərbaycan torpağının şərəfini yüksəklərə qaldırmış Mirzə
kazım Bəy sağlığında ümumdünya şöhrəti qazanan, əsərləri müxtəlif dillərdə,
müxt
əlif xalqlar tərəfindən maraqla oxunan və yüksək qiymətləndirilən
xoşbəxt adamlardan biri idi. Hələ 1835-ci ildə Rusiya Elmlər akademiyası 35
yaşlı alimi öz müxbir üzvü seçmişdi. M. Kazım Bəy həmçinin, Amerika,
Fransa, Almaniya, Böyük Britaniya, Danimarka v
ə başqa ölkələrin elmlər
akademiyalarının elmi cəmiyyətlərinin həqiqi və müxbir üzvü idi. Rus
şərqşünaslıq elmini zənginləşdirən əsərlərinə görə O, 3dəfə yüksək Demidov
mükafatına layiq görülmüşdür (1, s.281).
198
Mirz
ə Kazım Bəy 1870- ci ildə Peterburqda vəfat etmişdir. Akademik
İ.N. Borcinin onun haqda yazdığı nekroloqda deyilir: “Nə qədər ki, Şərq
haqqında məlumatlar işlənəcək-bu iş heç vaxt dayandırılmayacaqdır-Kazım
B
əyin adı şöhrətlə çəkiləcəkdir” (4, s.29).
Böyük uzaqgör
ənliklə deyilmiş bu sözlər onun ölümündən keçən
yüzillikl
ərdə özünü tamamilə təsdiq etmiş, Mirzə Kazım Bəyin şan-şöhrəti
daha da artmış, gələn nəsillər onu böyük hörmətlə yad etmiş, əsərlərindən
faydalanmışlar.
Öz z
əmanəsinin böyük dahilərindən biri olan Mirzə Kazım Bəyin
olduqca coşğun keçən həyatı həmişə kitabla, kitabxanalarla bağlı olmuş, O,
s
əriştəli bibliofil kimi öz dövründə məşhurlaşmışdır. Hələ uşaq ikən atasının
şəxsi kitabxanasında olan qiymətli Şərq əlyazmalarını çox həvəslə mütaliə
ed
ən Kazım Bəy zaman keçdikcə bu kitabxana ilə kifayətlənməmiş, o dövrdə
D
ərbənddə, sonra isə Həştərxanda ictimai kitabxanalardan və digər kitab
kolleksiyalarından geniş surətdə istifadə etməyə başlamışdı (3, s.58).
Öz uşaqlıq illərindən bəhs edən M.Kazım Bəy sonralar yazırdı ki,
m
ənin 14 yaşım olanda kitab oxumaq işinə ciddi girişmişdim. Dərbənd
şəhərində-kitab mütaliəsinə xüsusi diqqət yetirən şəhərin gəncləri dərnəkdə
“D
ərbəndnamə” əsərinin kütləvi oxusunu təşkil edirdilər. Elə olurdu ki, belə
oxular günl
ərlə davam edirdi. Oxunan mətnlərin təhlili belə oxuların
əhəmiyyətini xeyli artırırdı. Daha sonra O, “Dərbəndnamə” əsərinin üzünü
köçürm
əmiş, məcburiyyət qarşısında Dərbəndi tərk etdiyindən təəssüfləndiyini
bildirmişdi. Elmi-tədqiqat və pedaqoji işdə mütaliənin əhəmiyyətini yüksək
qiym
ətləndirən M. Kazım Bəy həmişə deyirdi ki, mən zaman keçdikcə elmi
bilikl
ərə yiyələnməkdə mütaliənin çox böyük vasitə olduğunu dərk etdim və
bütün ömrüm boyu mütali
ə etməkdən zövq aldım (1, s.311).
Mütali
əyə böyük üstünlük verən M. Kazım Bəy kitab toplamağa, şəxsi
kitabxana yaratmağa da çox erkən yaşlarından başlamışdır. Atasının qiymətli
kitabları qoruyub saxlamaq, şəxsi kitabxana yaratmaq təşəbbüsü onun gözləri
qabağında baş verdiyindən, o, özünün şəxsi kitabxanasını yaratmaqda bu
t
əcrübədən bəhrələnmişdi. Onun şəxsi kitabxanası Kazan Universitetində
mü
əllimliyə başladıqdan sonra formalaşmağa başladı. Gənc ali məktəb
mü
əllimi Kazım Bəy məhz Kazan Universitetində Şərqşünaslıqdan dərs
dem
əyə başladıqdan sonra Universitet kitabxanasıda Şərqə aid ədəbiyyatın
artmasını tezliklə hiss etdi və şərqşünaslığa: Şərq dillərinə, Şərq ədəbiyyatına,
Şərq tarixinə, Şərq iqtisadiyyatına və s. aid kitabları toplamağa başladı. O,
h
əmçinin Kazan Universitetinin kitabxanasında Şərqşünaslıq fondunun
yaradılmasına və daha da təkmilləşməsinə xüsusi diqqət yetirirdi. Kazan
Universitetinin kitabxanası M. Kazım Bəyin məsləhətinə müvafiq kitab seçib
almaq işinə xüsusi diqqət yetirir, onunla əlaqə saxlayırdı. M.Kazım Bəy Kazan
şəhərində böyük şərqşünas- alim, Şərq dillərinin, Şərq ədəbiyyatının görkəmli
199
t
ədqiqatçısı kimi formalaşmış, bütün dünyada məşhur bir şərqşünas kimi
tanınmışdı. M.Kazım Bəyin Kazanda əldə etdiyi bu nailiyyətlər onun
Peterburq Universitetin
ə dəvət edilməsi üçün şərait yaratdı. 1849-cu ildən
Peterburq universitetind
ə işləyən M.Kazım Bəy az bir müddət içərisində
universitetd
ə şöhrət qazandı (2, s.44). Rus elmi ictimaiyyəti M.Kazım Bəyi rus
şərqşünaslığının yaradıcılarından biri kimi qəbul etdi. Peterburq
Universitetind
əki elmi fəaliyyəti ona dünya şöhrəti gətirdi.
Peterburq Universitetind
ə tezliklə M.Kazım Bəyə görkəmli professor
kimi böyük etimad göst
ərilmiş, fars dili kafedrasının müdiri seçilmiş, 1855-ci
ild
ə Universitetdə ayrıca Şərq fakültəsi yaradılarkən onun ilk dekanı seçilmiş,
ömrünün axırına qədər-15 il bu vəzifədə çalışmışdı (5, s.111).
M.Kazım Bəyin kazanda əsasını qoyduğu şəxsi kitabxanası Peterburq
Universitetind
ə işlədiyi dövrdə daha da zənginləşmişdi. Onun mütaliə
dair
əsinin genişliyi, elmlərin müxtəlif sahələri ilə maraqlanması, Şərq
dill
ərindən başqa bir neçə xarici dildə sərbəst mütaliə etməsi şəxsi
kitabxananın hərtərəfli zənginləşmsi zərurətini yaradırdı. O, şəxsi
kitabxanasının həm müxtəlif elm sahələri, həm də bir çox Şərq və Avropa
dill
ərində kitablarla komplektləşdirilməsinə xüsusi diqqət yetirirdi və
kitabxananı zənginləşdirmək üçün vəsait əsirgəmirdi. Məhz buna görədir ki,
M.Kazım Bəyin şəxsi kitabxanası o dövr Peterburq Universitetinin alimləri
iç
ərisində ən böyük və zəngin şəxsi kitabxana sayılırdı (1, s.299). Onun
kitabxanası təsadüfi toplanmış kitab yığını deyildi. Düşünülmüş, ardıcıl olaraq
elmin t
ələbatına və ixtisasına uyğun sistemli qaydada seçilmiş bir kitabxana
idi. Kitabxanada şərqşünaslığa dair nadir, ən qiymətli əlyazmalar toplanmışdı.
M.Kazım Bəyin tədqiqatçısı, hüquqşünas alim A. Rzayev göstərir ki, onun
kitabxanasında Sədinin “Divan”ının 1802-ci il London nəşri, 134-cü il Paris
n
əşri, 1846-cı il Leypsik nəşri, 1855-ci il Təbriz nəşri, Hafizin “Divanı”nın
1841-ci il Konstantinopol n
əşri, 1842-ci il Tehran nəşri, 1854-cü il Leypsik
n
əşri, Nizami Gəncəvinin “Xəmsə”sinin 1819-cu il Paris nəşri,1812-ci il
K
əlküttə nəşri, 1844-cü il London nəşri və s. nəşrlər olmuşdur. Bunlarla
yanaşı, kitabxanada Nizaminin “İsgəndərnamə”, “Leyli və Məcnun”və “Sirlər
x
əzinəsi” əsərlərinin bir neçə variantı, Füzulinin “Divan”ı da var idi. M.Kazım
B
əyin kitabxanasında Şərq klassiklərinin əsərləri çox geniş səpkidə təmsil
edilmişdi (1, s.305).
Firdovsinin, Rud
əkinin, Caminin, Xaqaninin, Ənvər Soxeylinin,
İmaminin, M.F.Axundovun, A.Bakıxanovun əsərləri kiabxana fondunda
mühüm yer tuturdu. Rus elmin
ə, ədəbiyyatına və tarixinə hörmət edən, onu
böyük m
əhəbbətlə öyrənən, tədqiq və təbliğ edən M.Kazım Bəyin
kitabxana
sında rus alimlərindən Senkovskinin, Dornun, Berenin, Vasilyevin,
Popovun, Viskovun, Kassoviçin, Şmidtin, Şarmianın, Frenanın, Zaxarovun,
Leontyevin, Xvoleonanın və s. əsərləri geniş təmsil olunmuşdu (2, s.81).
200
Kitabxanada fransız alimlərindən Qorsen de Tasinin, Joberanın, Amio
Jozefin, Piera Şarlın, Lovenin, Abel Remyunanın, Antekil Düliperronanın və
s., ingilis aliml
ərindən Rostanın, Morissonun, Robertin və s., alman
aliml
ərindən Şleseranın, Sott Vilhelmin, Qrotoford Fridrixin və s., Danimarka
aliml
ərindən Nibur Karstenanın, Avstriya alimlərindən Qammer
Purqştaeyanın, Qədim Yunan alimlərindən Platonun, Aristotelin, Epikürün,
Heraklitin, Emnedoklanın, Demokritin, şairlərdən Homerin, Heriodanın və s.
əsərləri toplanmışdı (2, s.83).
H
əmçinin M.Kazım Bəyin kitabxanasında müxtəlif elm sahələrindən:
astronomiyaya, riyaziyyata, h
əndəsəyə, triqonometriyaya, coğrafiyaya,
hüquqşünaslığa, qrammatikaya, dilçiliyə, tarixə, fəlsəfəyə, arxeologiyaya,
m
əntiqə, ədəbiyyatşünaslığa, şərqşünaslığa və s. aid çoxsaylı kitablar
toplanmışdı. M.Kazım Bəy kitabxanasını soraq-məlumat ədəbiyyatı ilə də:
ensiklopediyalarla, müxt
əlif elm sahələrinə aid məlumat kitabları ilə, bir çox
dünya dill
ərinə aid lüğətlərlə zənginləşdirmişdi (1, s.300).
Mirz
ə Kazım Bəyin vəfatından sonra onun ömrü boyu böyük çətinliklə
əldə etdiyi, toplayıb, qoruyub saxladığı zəngin elm xəzinəsi olan şəxsi
kitabxanası Peterburq Universitetinin kitabxanasına verilmişdir. Kitabxana
kitabları qəbul edərkən onun siyahısını tərtib etmişdi. Bu siyahıya 259 Şərq
əlyazmasının və kitabların adı daxil edilmişdir. Bundan başqa M.Kazım Bəyin
t
ədqiqatçısı A.Rzayev “XIX əsr Azərbaycan alimləri və mütəfəkkirləri
haqqında oçerklər” (Bakı, 1969) kitabında M. Kazım Bəyin şəxsi
kitabxanasında saxlanılan kitabların siyahısını tərtib etməyə müvəffəq
olmuşdur. Bu siyahıda müxtəlif dillərdə olan 391 kitabın adı vardır. Bu
kitablar dill
ər üzrə aşağıdakı kimi bölünmüşdür: rus dilində 40, fransız dilində
96, ingilis dilind
ə 38, alman dilində 62, latın dilində 97, ərəb, fars və türk
dill
ərində 58 kitab.
M. Kazım Bəyin şəxsi kitabxanası haqqında ayrıca araşdırmalar
aparılmadığından onun fondunun miqdarı və tərkibi haqqında dəqiq məlumat
verm
ək mümkün deyil. Şübhə yoxdur ki, M. Kazım Bəyin kitabxanasında
göst
ərilən rəqəmlərdən qat-qat çox kitab və elmi jurnal olmuşdur.
Kitabxananın jurnal fondu haqqında, ümumiyyətlə, heç bir məlumat yoxdur
(1, s.299).
Bel
əliklə, M.Kazım Bəyin şəxsi kitabxanasının kitab fondu haqqında
Peterburq Universuteti t
ərəfindən tərtib edilmiş siyahısını tam hesab etmək
olmaz. Bu siyahı Peterburq Universitetinin M. Kazım Bəyin kitabxanasından
seçil
ərək kitabxanaya aldıqları kitabların siyahısıdır. M. Kazım Bəyin
kitabxanasında olan bədii ədəbiyyat, o cümlədən rus ədəbiyyatı, rus
klassikl
ərinin əsərləri, müasir dövrün ədəbiyyatı, M.Kazım Bəyin öz əsərləri,
dövri m
ətbuat siyahıya daxil edilmişdir.
201
Mirz
ə Kazım Bəy böyük tədqiqatçı-alim olmaqla yanaşı, kitabı sevən,
onların gələcək nəsillər üçün qorununub-saxlanılmasına xüsusi diqqət yetirən,
o dövrün kitabxanalarının komplektləşdirilməsinin qeydinə qalan böyük kitab
t
əbliğatçısı olmuşdur. XIX əsrdə Rusiyanın böyük ali məktəb kitabxanaları ilə
yaxından tanış olan M.Kazım Bəy Kazan, Peterburq, Odessa universitetlərinin
kitabxanalarına xeyli kitab bağışlamışdır (2, s.64).
Mirz
ə Kazım Bəy Kazan Universitetində işləyərkən həmişə universitet
kitabxanası ilə əlaqə saxlamış, onun komplektləşdirilməsi işində yaxından
iştirak etmiş, kitabxananın Şərq fondunun yaradılmasına xeyli əmək sərf
etmişdir. M.Kazım Bəy öz məsləhətləri ilə kitabxanaya kömək etməklə yanaşı,
1848-ci ild
ə şəxsi kitabxanasından bu kitabxanaya ərəb, fars və türk dillərində
203 adda qiym
ətli əlyazması vermişdir. Məhz bu kitablarla kitabxananın Şərq
şöbəsinin əsası qoyulmuşdu (4, s.100).
M.Kazım Bəy şərqşünaslığa aid kitabları və qiymətli əlyazmalarını
toplamaqla kifay
ətlənmirdi, həmçinin onun Rusiyada və dünyanın digər
ölk
ələrində təbliği sahəsində də mühüm işlər görürdü.
Mirz
ə Kazım Bəy Kazan Universitetində işləyərkən bu universitet
kitab mübadil
əsi yolu ilə müntəzəm olaraq şərqşünaslığa dair kitabları Çinə,
Hindistana, Əfqanıstana, İrana, Türkiyəyə, Misirə, həmçinin, Qərb
ölk
əlkərinə göndərirdi. Bu dövrdə M.Kazım Bəyin öz əsərlərindən “Türk-tatar
dill
ərinin ümumi qrammatikası”(1846) və “Müsəlman hüquqşünaslığı”(1845)
kursuna böyük t
ələbat var idi (2, s.55).
Kazan, Peterburq, Odessa universitet kitabxanaları ilə yanaşı, Moskva
Universiteti kitabxanası, Peterburq Ümumi Kitabxanası və Rusiya Elmlər
Akademiyasının Kitabxanası da Şərq fondlarını yaratmaq üçün M.Kazım
b
əyin kitabxanasından istifadə etmişlər (5, s.122).
Mirz
ə kazım Bəyin elmi və pedaqoji fəaliyyətində kitabxana işi və
kitabxanaşünaslıq məsələləri də mühüm yer tutur. Mədəni inkişafda və təhsil
prosesind
ə kitabxana işinə yüksək qiymət verən M.Kazım Bəy
kitabxanaşünaslığın nəzəri problemləri haqqında bir çox qimətli fikirlər
söyl
əmişdir. M.Kazım bəyin kitabxana işinə dair mülahizələrinin, elmi
görüşlərinin əsasını 1852-ci ildə yazdığı “ Sankt Peterburq İmperator Ümumi
Kitabxanasında Şərq əlyazmaları və kalliqrafiyalarının təsviri” məqaləsi təşkil
edir (1, s.301). Bu m
əqalədə M. Kazım bəy dünya kitabxanaşünaslıq fikri
tarixind
ə demək olar ki, ilk dəfə kitabxana kataloqunun elmi mahiyyətini açır,
ədəbiyyatın kataloqlaşdırılmasına elmi-nəzəri istiqamət verir. O, yazır:
“Kataloq elml
ər ailəsinə, kitabsaxlayıcı və kitabxanalara məxsus olub, elm
x
əzinəsinin açarı, onun gizli sirlərinin göstəricisidir”. Daha sonra müəllif
kitabxana kataloqu haqqında ancaq özünəməxsus olan bir təhlil tərzində
aşağıdakı fikri söyləyir: “Kitabxana kataloqsuz fayda verə bilməz: o, öz
fikirl
ərini ətrafdakılara çatdıra bilməyən lala bənzəyər” (1, s.284).
202
M
əqalədə M.Kazım Bəy 1852-ci ildə S-Peterburq Umumi
kitabxanasının Şərq ədəbiyyatı fondunun kataloqunun hazırlanıb çap
edilm
əsinin əhəmiyyətini, bu işdə rus alimlərinin əməyini çox yüksək
qiym
ətləndirib, həmin kataloqun mahiyyətini açır, Rusiyada və digər
ölk
ələrdə nəşr edilmiş kataloqlardan üstün cəhətlərini göstərir. Müəllif burada
bir kitabxanaşünas alim kimi, müasir elmi dillə desək, sistemli yanaşma
metodundan istifad
ə edərək həmin kataloqun aşağıdakı mühüm əlamətlərini
göst
ərir:
1.Kitabxananın Şərq fondunun bütün zənginliyinin, Şərq aləminin təfəkkür və
m
ədəniyyət xəzinəsinin tam təsvir edilməsi.
2.Z
əngin və qiymətli biblioqrafik məlumatları əks etdirən elmi əsər.
3. Faydalı Şərq və Qərb biblioqrfik mənbələri üzrə tədqiqatçılar üçün açar.
4. Bütün Avropada Şərq əlyazmaları və ksilloqrafiyalarına dair nəşr edilmiş ilk
dolğun və dəqiq kataloq.
5.İmperator Ümumi Kitabxanasının ilk çap kataloqu.
6. Çox göz
əl nəşr əsəri.
Daha sonra mü
əllif özünün yüksək kitabxanaşünas-biblioqraf
s
əviyyəsini nümayiş etdirərək kataloqun mühüm hissələrini xarakterizə edir,
onun t
ərtibi metodikasının açıq təhlilini verir, S-Peterburq Ümumi
Kitabxanasının Şərq ədəbiyyatı fondunun yaranması və formalaşması tarixini
işıqlandırır, fondun dillər üzrə tərkibini təsvir edir (1, s.296).
M
əqalədə ümumi kitabxananın Şərq fondunun yaranması və
formalaşmasının əsas tarixi mərhələləri qeyd edilir ki, bu fondun 1814-1824-
cü ill
ərdə Şərq nadir əlyazmaları manuskriptləri əsasən satınalma və müxtəlif
ian
ələr yolu ilə, 1828-1830-cu illərdə isə işğalçılıq yolu ilə İrandan,
Türkiy
ədən və Dağıstandan gətirilmiş, 440 nüsxə zəngin və nəfis əlyazma
hesabına, sonralar isə müxtəlif yollarla kitabxanaya alınmış qiymətli
kolleksiyalar vasit
əsilə formalaşıb zənginləşmişdir (2, s.78).
M
əqalədə çap kataloqunda tətbiq edilmiş biblioqrafik təsvir
qaydalarının mahiyyəti açılır, təsvirlərin bütün ünsürləri (manuskriptlərin ili,
yaranması xüsusiyyətləri, kalliqrafik adı, meydana gəldiyi ölkə, şəhər, zahiri
t
ərtibatı, əlamətləri və bədiiliyi, həcmi, nöqsan cəhətləri və s.) xarakterizə
edilir.
Daha sonra m
əqalədə kataloqun biblioqrafik təsvirlərdə əks etdirilmiş
h
ər bir manuskript haqqında verilən əlavə məlumatlar sadalanır və onların
əhəmiyyəti göstərilir. Bunların işərisində M.Kazım Bəyin Şərq əlyazmaları,
saxlayıcılar üçün xüsusi əhəmiyyət kəsb edən avtoqrafların,əlyazmasının, ilk
nüsx
əsi, onun Avropada meydana gələn digər nüsxələri haqqında verilən
m
əlumatların əhəmiyyətini xüsusi qeyd edir.
Kataloqda t
ətbiq edilən biblioqrafiyalaıdırma metodlarının təhlilini
M.Kazım Bəy olduqca obrazlı şəkildə ümumiləşdirərək yazır: “İmperator
203
Ümumi Kitabxanasındakı zəngin Şərq xəzinəsi haqqında alimlər və savadlı
insanların məlumatlı olmasına baxmayaraq bizim kataloq onların məzmunu və
əhəmiyyəti ilə yaxından tanış olmaq üçün həmin xəzinənin sirlərinə işıqlı yol
açır. Onun vasitəsilə hər bir alim Rusiya İmperator Ümumi Kitabxanasındakı
bu z
əngin sərvətlə hərtərəfli tanış ola bilər” (4, s.99).
Bel
ə ümumiləşdirmədən sonra Mirzə Kazım Bəy çap kataloqunun
biblioqrafik m
ənbələrin müəyyənləşdirilməsindəki açar rolunu qeyd edir və bu
baxımdan dünyanın iri ölkələrində elm və mədəniyyətin inkişafında
kitabxanaların tarixi rolundan danışır. Hələ antik dövrlərdən başlayaraq
Q
ədim Yunanıstan, Makedoniya və Roma İmperiyasında, eləcə də Avropa
ölk
ələrində yaranan kitablar haqqında qiymətli məlumatlar verir ki, bu da
dünya kitabxanalarının tarixinin öyrənilməsi və onların tarixi əhəmiyyətinin və
rolunun daha d
ərindən dərk edilməsi baxımından da müasir kitabxanaşünaslıq
elmi üçün çox qiym
ətli mənbə kimi böyük əhəmiyyət kəsb edir.
Burada mü
əllif Avropada elm və mədəniyyətin inkişafında Şərq
ölk
ələrindən günəş şüaları kimi saçan elmin əhəmiyyətini xüsusi vurğulayır və
Parisd
ə 1544-cü ildə yaranmış və sonralar Kral kitabxanasına şevrilmiş
kitabxanada 400 Şərq əlyazmasının, 40 manuskriptin və 70 Çin kitabının
olduğunu və o dövrün alimlərinin bunları möcüzə adlandırmasını qeyd edir.
Da
ha sonra M.Kazım Bəy XIV Lüdovik hakimiyyəti dövründə Fransada
kitabxana işinin inkişafına dair maraqlı faktlar gətirərək bir daha özünün
dünya kitabxanaçılıq tarixinə dərindən bələd olmasını sübut edir (5, s.133).
Mirz
ə Kazım Bəyin yüksək biblioqrafik biliklərə və təcrübəyə malik
olması və bu işin elmi əsaslarından xəbərdar olmasını da bir daha bu
m
əqalədən aydın hiss edirik. Xüsusilə biblioqrafik axtarışların aparılmasının
ç
ətinlikləri və bu işdə kataloqların əhəmiyyətini M.Kazım Bəy bəhs etdiyimiz
m
əqalədə xüsusi vurğulayır. Müəllif göstərir ki, əgər hər hansı bir alim,
biblioqraf Avropanın tanınmış kitabxanaları haqqında məlumat almaq istəsə,
çox ciddi ç
ətinliklərlə rastlaşacaqdır. Çünki bu vaxta qədər heç bir zəngin
kitabxana öz fondunu
əks etdirən tam kataloq nəşr etdirməmişdir. Sonra öz
t
əcrübəsinə isnad edən müəllif yazır ki, mən tez-tez alim və təcrübəli
kitabxanaçılara müraciət edib onlardan dünyanın müxtəlif kitabxanalarında
mühafiz
ə edilən manuskriptlər və ya kalliqrafiyalar barədə soruşduqda, onlar
əksər hallarda mənim tələbimi çox zəif təmin etmiş və ya heç təmin
etm
əmişlər (1, s.295). Göründüyü kimi M.Kazım Bəy həm də bir
kitabxanaşünas kimi dünyanın zəngin kitabxanalarının öz fondunun tərkibini
tam
əhatə edən kataloqlar nəşr etdirməsinin vacibliyini vurğulayır və bunun
biblioqrafik axtarışda çox mühüm əhəmiyyət kəsb etdiyini xüsusu qeyd
edirdi.
M.Kazım Bəy məqalədə Rusiya İmperator Kitabxanasında mühafizə
edil
ən Şərq əlyazmalarının əvvəllər tərtib edilmiş kataloqlarından bəhs
204
ed
ərkən bunların içərisində rus şərqşünaslığının banilərindən biri olan Mirzə
C
əfər Topçubaşovun iştirakı ilə yaradılmış Ərdəbil manuskriptlərinin
kataloqunun
əhəmiyyətindən danışır. Müəllif göstərir ki, əvvəllər tərtib
edilmiş həmin kataloqlar və xüsusən 30 il əvvəl yaradılmış Ərdəbil
kolleksiyasının kataloqu Rusiya İmperator Kitabxanasının Şərq əlyazmalarını
tam t
əşkil edən kataloqun meydana gəlməsində mühüm rol oynamışdır.
Mirz
ə Kazım Bəyin bəhs etdiyimiz məqaləsində kataloqda əks
etdirilmiş Şərq əlyazmalarının Rusiya İmperator Kitabxanası tərəfindən əldə
edilm
əsi tarixindən danışılır və göstərilir ki, həmin qiymətli xəzinə ilk
növb
ədə kitabxanaya Rusiyanın İran və Türkiyə ilə müharibəsi nəticəsində
qazandığı qənimətlərdir ki, bunun da əsasını Ərdəbil, Axalsıx, Ərzurum,
Adrianopol v
ə Dağıstan kolleksiyaları təşkil edir. Bu kolleksiyalar içərisində
mü
əllif 1929-cu ildə şahzadə Xosrov Mirzə tərəfindən Rusiya imperatoruna
h
ədiyyə edilmiş 18 Şərq əlyazmaları kolleksiyasının əhəmiyyətini də qeyd edir
(2, s.90).
M.Kazım Bəyin məqaləsində Rusiya İmperator Umumi Kitabxanasının
Şərq əlyazmaları kataloqunun tərtibi metodikasına da diqqət yetirilir və
kataloqun m
əzmunundakı aşağıdakı müsbət əlamətlər xüsusi sadalanır:
1. Bütün biblioqrafik materialların tam sistemli şəkildə əks etdirilməsi;
2. Əvvəllərdə tərtib edilmiş Şərq əlyazmaları kataloqlarından istifadə edilərkən
onlara
əlavələr və dəyişikliklərin edilməsi;
3. Bu vaxta q
ədər təsvir edilmiş manuskriptlərin müvafiq qaydalar əsasında
t
əsvir edilib kataloqa daxil edilməsi;
4. Bütün bu z
əngin və rəngarəng materialların ümumi düzülüşü və bu nəhəng
işin vahid qaydada tərtib edilməsi.
M
əqalənin elmi kataloqlar və digər biblioqrafik vəsaitlərin tərtib
edilm
əsinin nəzəri və metodik məsələləri baxımından olduqca qiymətli
xüsusiyy
ətlərindən biri də burada müəllif tərəfindən həmin vəsaitlərin tərtibinə
dair müasir elmi axtarış vəzifələrinə cavab verən tələblərin qoyulmasıdır (1,
s.309).
Mirz
ə Kazım Bəyin şərqşünaslığa dair elmi kataloqların və biblioqrafik
əsərlərin tərtib edilməsi ilə əlaqədar irəli sürdüyü tələblər bunlardır:
1.T
ərtib edilməsi nəzərdə tutulan əsərlərin predmeti xüsusi maraq
doğurmalıdır;
2. Əsərin yaradılmasında iştirak edənlər əla orientalist (şərqşünas) və Şərq
biblioqrafiyası sahəsində səriştəli olmalıdır;
3. Onlar biblioqrafiya v
ə kitabxanaşünaslıq işində səriştəli olmalıdırlar.Avropa
ölk
ələrində geniş vüsət tapmış bu elm, müasir dövrdə zəngin
kitabsaxlayıcıların daxili və xarici baxımdan təşkil edilməsi üçün olduqca
vacibdir.
4. Bu elm sah
əsində çalışanlar müvafiq kitabxananın əməkdaşları olmalıdırlar.
205
5. Kitabxana bel
ə vacib əsərlərin tərtibi və nəşr edilməsi üçün xüsusi vəsaitə
malik olmalıdır (1, s.312).
Mübaliğəsiz demək olar ki, M. Kazım Bəyin bu fikirləri indi də öz
əhəmiyyətini itirməmişdir və bu gün də kitabxanaşünaslarımız,
biblioqraflarımız müvafiq əsərlər tərtib edəndə bu fikirlərdən çox səmərəli
şəkildə faydlana bilərlər. M.Kazım Bəyin məqaləsində səciyyəvi bir cəhət də
b
əhs etdiyimiz kataloqun o dövrdə Şərq əlyazmalarını əks etdirən digər
kataloqlarla, xüsus
ən Vyana Şərq Akademiyasının nəşr etdirdiyi kataloqla
müqayis
əli şəkildə təhlil etməsidir.
O, müqayis
əli təhlildə S-Peterburq Ümumi Kitabxanası kataloqunun
t
ərtibinin üstünlüklərini belə əsaslandırır:
1. Vyana Şərq Akademiyasının kataloqunda materiallar 26 elm sahəsi
üzr
ə 40 xüsusi bölmədə qruplaşdırılmış, hər bir bölmənin daxilində isə dillər
üzr
ə (ərəb, fars və türk dilləri) təşkil edilmişdir. Bu düzülüş prinsipini oxucular
üçün
əlverişli saymayan müəllif S-Peterburq İmperator Ümumi
Kitabxanasının kataloqundakı sistemləşdirmə prinsipinin daha məqsədyönlü
olmasını qeyd edərək yazır: “Bizim kataloqda bütün əlyazmalar və kataloqlar
onların yazıldığı 24 dil əsasında düzülmüş və hər birinin hansı alimə aid
olması göstərilmişdir”. Daha sonra M.Kazım Bəy S-Peterburq İmperator
Ümumi Kitabxanasının kataloqunda materialların orijinal sərlövhələrinin
t
əsvirini əks etdirən yazıların olmasını da müsbət cəhət kimi qiymətləndirir və
istifad
ə üçün nə qədər əhəmiyyətli olmasını göstərir. Sonr müəllif Rusiya
kataloqunda
əlyazmaların məzmununu açan predmet göstəricisinin
mü
əlliflərin adlar göstəricisinin də tərtib edilməsini çox haqlı olaraq
kataloqun üstün c
əhəti kimi vurğulayır.
2. Mirz
ə Kazım Bəy Vyana Şərq əlyazmaları kataloqu ilə S-Peterburq
İmperator Ümumi Kitabxanasının kataloqlarının müqayisəli təhlilində hər bir
kataloqun n
ə qədər dolğun və əhatəli olmasını ön plana çəkərək yazır ki,
Vyana Şərq Akademiyası kataloqunda yalnız ərəb, fars və türk dillərində 504
adda biblioqrafik yazı olduğu halda, Rusiya kataloqunda yalnız bu dillərdə
602 v
ə əlavə 21 dildə 298 biblioqrafiyası əks etdirilmişdir. Vyana Şərq
Akademiyasının kataloqu 10 il əvvəl nəşr edildiyinə görə S-Peterburq
İmperator Kitabxanasının kataloqu məzmun baxımından müasir vəziyyəti əks
etdirdiyind
ən də müəyyən üstünlüklərə malikdir.
3. S-
Peterburq İmperator Kitabxanasının Kataloqu şərqşünaslıq elminin
ən tanınmış alimləri və geniş biblipqrafik biliklərə malik olan akademik Dorn,
Fren v
ə Mirzə Cəfər kimi şöhrətli şəxslər tərəfindən tərtib edilmişdir və bu
adlar h
əmin kataloqun etibarlı olmasına zəmanət verir.
4. N
əşrinin nəfisliyinə görə Rusiya kataloqu şübhəsiz ki, belə nəşrlər
iç
ərisində xüsusi yer tutur və kataloqun sərlövhəsi onun məzmununa tam
uyğun gəlir.
206
Sankt-
Peterburq Kitabxanasının Şərq əlyazmaları kataloqunun üstün
c
əhətini M. Kazım Bəy belə yekunlaşdırır: “Biz bu kataloqu Avropada diqqəti
c
əlb edən ədəbi hadisə hesab edərək qeyd etmək istərdik ki, bu nəşrlərdə
kitabsaxlayıcı bütün belə müəssisələrdən qabağa çıxmışdır” (5, s.101).
N
əhayət, məqalələrin sonunda Mirzə Kazım Bəyin kataloq haqqında
b
əzi tənqidi qeydlərinə də rast gəlirik. Bu qeydlər əsasən kataloqun Çin və
Yapon
əlyazmalarını əks etdirən bölmələrinə aiddir. Müəllif qeyd edir ki, Çin
v
ə Yapon dillərindəki kitabların təsviri əksər hallarda bir neçə sözdən ibarət
olub yalnız əsərin sərlövhəsi, nəşr ili və neçə hissədən ibarət olduğu barədə
m
əlumat verir. Bundan əlavə müəllif həmin kitabların təsviri və
qruplaşdırılmasında nəzərə çarpan bir sıra dəqiqsizliklərə də diqqət yetirir.
Göründüyü
kimi, dünyaşöhrətli Azərbaycan alimi, böyük mütəfəkkir
Mirz
ə Kazım Bəyin kitab, kitabxana işi, kitabxanaşünaslıq və biblioqrafiya
n
əzəriyyəsi və təcrübəsi sahəsindəki elmi-nəzəri və təcrübi fəaliyyəti son
d
ərəcə məhsuldar olmuşdur. Onun bu fəaliyyəti bilavasitə kitabxana işinin
elmi
əsaslarla inkişafına xidmət etmişdir. Mirzə Kazım Bəy daim bu sahədə
müt
ərəqqi yeniliklərin baş verməsini, qabaqcıl təcrübə metodlarının tətbiqini
vacib saymış və yalnız bu yolla cəmiyyətin mükəmməl maariflənməsinin,
savadlanma
sının, kütləvi mütaliəsinin təşkilinin mümkünlüyünü vurğulamışdır
(3, s.332). B
əşəriyyətin elm tarixinə öz zəngin çoxşaxəli fəaliyyəti ilə misilsiz
töhf
ələr verən, mənsub olduğu xalqa daim başucalığı gətirərək onun şöhrətini
zirv
ələrə qaldıran böyük alim Mirzə Kazım Bəyin böyüklüyü,
ucalığı,müdrikliyi, dahiliyi onun ölümündən keçən 200 ildən çox zaman
k
əsiyində daha qabarıq, daha aydın hiss olunur. Onun elmin bir çox
sah
ələrində olduğu kimi, kitab, kitabxana işi, kitabxanaşünaslıq və
biblioqrafiya sah
ələrinə də verdiyi, töfhələr, təkliflər heç zaman öz
əhəmiyyətini itirməmiş, zaman keçdikcə dahaq böyük aktuallıq kəsb etmiş və
gün d
ə kəsb etməkdədir. Professor A. A. Xələfovun qeyd etdiyi kimi, Mirzə
Kazım Bəyin bu sahələrdəki elmi irsi və əməli fəaliyyəti müstəqil tədqiqat
obyekti kimi h
ərtərəfli və dərindən işlənilməlidir.
Bütövlükd
ə, görkəmli Azərbaycan alimi, böyük mütəfəkkir Mirzə
Kazım Bəyin çoxşaxəli elmi fəaliyyəti, zəngin nəzəri irsi gələcək nəsillərə çox
böyük töhf
ədir.
207
ƏDƏBİYYAT
1. X
ələfov A. A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik:(III hissədə) h.1.: (Ən qədim
dövrl
ərdən XX əsrə qədər).- B.: BUN, 2004.-328 s.
2. X
ələfov A.A. Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920).-ADU,1960.- 95 s.
3. İsmayılov X. İ. Azərbaycan Respublikasında kitabxana işinin metodik təminat sisteminin
inkişaf tarixi (1918-2000-ci illər):Monoqrafiya.-B.: BUN, 2000.- 416 s.
4.Rzayev A. XIX
əsr Azərbaycan alimləri və mütəfəkkirləri B.:1969.-142s.
5.Rzayev A. Mirz
ə Kazım Bəy.-B.: 1965.-146 s.
Д.Г.МАГОМЕДЛИ
НАУЧНО-ТЕОРЕТИЧЕСКАЯ И ПРАКТИЧЕСКАЯ
ДЕЙАТЕЛЬНОСТЬ МИРЗА КАЗЫМ БЕКА В ОБЛАСТИ КНИГИ,
БИБЛИОТЕЧНОЙ РАБОТЫ, БИБЛИОТЕКВЕДЕНЯ И БИБЛИОГРАФИИ.
РЕЗЮМЕ
В статье говорится о научно-теоретической деятельности в области книги,
библиотечной работы, библиотековедения и библиографии выдающейся личности
Азербайджанского народа мыслителя ученого с мировым именем. В статье также
указываются знаменательные факты об истории создания и развития большой и
богатой личной библиотеки Мирза Казым Бека, о составе фонда, существующих здесь
редких рукописях и изданиях, дан ряд ценных фактов о дальнейшей судьбе.
D.H.MAHAMMADLI
MIRZAH KAZIM BEY’S SCIENTIFIC-THEORETICAL AND PRACTICAL
ACTIVITY IN FIELDS OF BOOK, LIBRARY WORK, LIBRARIANSHIP AND
BIBLIOGRAPHY
SUMMARY
This article deals about the Azerbaijanian prominent person, world- famous scientist,
thinker Mirzah Kazim Bey’s scientific-theoretical and practical activity in fields of book,
library work, librarianship and bibliography. Also in this article are shown several interesting
facts as the creation history of Mirzah Kazim Bey’s large and rich personal library, as well as
its development, fund`s contest, at the same time unique handwritings and publications, the
principal order of materials and the later fortune of this library.
Dostları ilə paylaş: |