Жавид вя Жаббарлы


Çağdaş fikir sahibləri Cavid və Cabbarlı haqqinda



Yüklə 1,76 Mb.
səhifə7/7
tarix08.04.2018
ölçüsü1,76 Mb.
#36627
1   2   3   4   5   6   7

Çağdaş fikir sahibləri

Cavid və Cabbarlı haqqinda



Yaşar Qarayev:

«Tarix: yaxından və uzaqdan». Bakı, 1996


«Cavidi yalnız gözəlliyi axtara – axtara və gözəlliyə salınan işığın izi ilə axıra qədər başa düşmək olar».

***

«Cavidin əsərləri bəşər və dünya tarixinə çəkilən illüstrasiyalardır.»

***

«Cavid – planeti görən və planetdəki görünən bütün qütblərdən görünən sənətkardır».

***

«Yerə enməm də, səma şairiyəm!» - bu məşur bəyanat müasir kontekstdə təmamilə başqa cür səslənir və bir daha inandırır ki, bu sözlərlə şair öz ayağını torpaqdan üzdüyünü elan etmir, bəlkə, əksinə: torpağı da, insanı da səmaya qaldırmağı və ona yüksəkdə – zirvədə nəzər salıb qiymət verməyi bir sənət prinsipi kimi irəli sürür! Belə estetik mövqe Cavid şerinə də ucada, zirvədə durub baxmağı, ona zirvədə təhlil və qiymət verməyi nəzərdə tutur: həyatın dibindən, zirzəmi və mətbəx pəncərəsindən Cavid görünmür!”

***

«Bu gün Cavid bizə yalnız öz kosmik, beynəlmiləl meyar və düşüncəsi, qlobal baxım və duyum ölçüləri ilə yaxın deyil. Onun bizimlə daha böyük müasirliyi ideya-amal müasirliyidir.»

***

«Üç böyük tarixi mərhələnin (Rus, Türk, İran inqlabları, Oktyabr və Aprel çevrilişləri, sovet sayağı sosializm dövrləri) narahat sənətkarı olan Cavid öz əbədi tanrı, harmoniya və həqiqət axtarışları ilə birlikdə bizim epoxamıza da daxil olur və azad, müstəqil, suveren milli şüuru bu gün yenidən düşündürməkdə davam edir».

***

«...Beyni bir İslama az qala eyni bir münasibət üstündə XIV əsrin vulqar fanatikləri Nəsimini dinsiz, XX əsrin vulqar ateistləri isə Cavidi dindar elan etmişlər»

***

«Əsrin əvvəlinin – inqlab və intibah dövrünün bədii düşüncəsi və fəlsəfi ovqatı olan bu şer bir də ona görə idni də bu qədər müasir səslənə bilir ki, məhz əsrin sonunda tarix əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də yenidən Cavidə qaytarır».

***

«İblis – «özünü dərk etmiş şər.

Teymur – «özünü dərk etmiş tiran».

«Cabbarlı hətta Bulqar imprizmin, nadan sxolastikanın, ədəbi irticanın, siyasi ehkamın və inzibati terrorun sınağından salamat çıxıb, aşkarlığı n və yeni təfəkkürün sınağından çıxmaq onun üçün qat-qat asan olacaq!»

***

«Bu vaxta qədərki yasaqlı və doqmatik ədəbi güzgüdə Cabbarlı irsi heç də bütün zənginliyi ilə görün­mə­miş, bəzən isə bu realizmin əsl qələbələri onun «ideya qü­surları» kimi qələmə verilmişdir. Axı dəmir senzura kilidini arxiv və məfəzlərdən, yasaq zolağını isə düşüncədən silib atmaq həmişə təkcə Cabbarlının yox, həm də onun tədqiqatçısının qarşısında bir vəzifə kimi durmuşdur.»

***

«...Bu yaradıcılığın yenidən elmi dərkinə aşkar ehtiyac yaranmışdır».

***

«Cabbarlı real həyat faktına çevrilən bədii əsər yazırdı. Gerçəkliyi əks edən yox, dəyişən, yenidən yaradan sənət möcüzəsi göstərirdi. Səhnədəki hadisə həyatda təkrar və təqlid üçün modelə çevrilirdi».

***

«Cəfər Cabbarlının «həyatda inqlab, məişətdə inqlab, şüurda inqlab» şüarı gerçəkliyin özündəki maksimalizmin sənətdə ifadəsidir.»

***

«Səhnəyə həyatdan gələn bu obrazlar, səhnədən də həyata qayıdırdılar».

***

«Cabbarlı... səhnəni səhnəyə gətirmişdir».
Hacı Azər Əbilov. Hüsni-xuda şairi... Bakı 2000
Cavid əsrinin övladı idi, yüzilliyin siyasi atəşi onun ilham pərisinin qanadlarını gündəlik yandırırdı.

Minillik bir əxlaq onun aləmində başqa üslubda dindirilirdi. İlahi sahilsizlik, kosmik ecaz, gəlib, burda «Boq umer», - deyə qərar çıxaran sistemdə ifadə olunmağa məhkum edilmişdi.

***

Və yox ki, bu tənhalığa onu zaman müncər etmişdi. Cavid zamanın fövqündə idi, ictimai şərait ona hətta fərdi baxımdan da təsir göstərə bilmirdi.


Yekun sözü

və ya yeni əsrin işığında
Bu kitab Cabbarlının 100 illik yubileyi ilə Cavidin 120 illik yubileyi arasındakı müddətdə yazılmışdır. Bu dövr həm də vidalaşdığımız XX əsrlə qədəm qoyduğumuz XXI əsrin görüşünə təsadüf edir.

Yeni əsr qloballaşma əsri olmaqla yanaşı rasional düşüncənin elə bir həddi ilə səciyyələnir ki, burada məntiqi təfəkkür, nəhayət, özünə vurğunluqdan ayılaraq «bədii sehr»in niskilini çəkir. Rasionallıq dənizində süqut edən Avropa duyğular və sevgilər dəryasında qərq olmuş qoca Şərqin məlhəminə möhtaç olur. Ayrı-ayrılıqda süqut etməyə, qərq olmağa məhkum olan bu iki dünyanın vüsalından, vəhdətindən yeni, gənç, daha yaşarlı bir sivilizasiyanın cücərəcəyinə böyük ümidlər vardır.

Bu böyük pərvərişin enerci mənbəyi isə təkcə Şərq ilə Qərbin vəhdətində deyil, həm Şərqdə, həm də Qərbdə olan böyük düha sahiblərinin müxtəlif yönümlü ideyalarının da təmasında və vəhdətində axtarılmalıdır, bunun üçün keçən əsrlərin neçə-neçə yarımçıq qalmış və tamamlanmasını gözləyən ideya axtarışlarındakı həyati enerci də bu yeniləşmənin qida mənbəyinə çevrilməlidir.

Cavid və Cabbarlının yaradıcılıq irsində də hələ cü­cər­ti şəklində olan, tam açılmamış, qönçə ideyalar vardır. Öz məntiqi açılışını tapan, bir pyesdə əsası qoyulub, bütün son­rakı əsərlərdə davam etdirilən, bədii təfəkkürün həmişə mər­kəzində dayanan yetkin ideyalardan fərqli olaraq, qönçə ideyalar çox vaxt tənqidin və tədqiqin diqqətindən kənarda qalır.

Elə ideyalar da vardır ki, müəllif üçün məntiqi təfəkkür səviyyəsində aydın olsalar da, onların bədii açılış formaları tapıla bilmir və ideyanın açılış tempi hadisələrin cərəyan sürətindən geri qalır. Güman edirik ki, yeni əsr həm də bədii təhkiyədə tam açılışını tapa bilməmiş qönçə ideyaların heç olmazsa fəlsəfi təhlil müstəvisində açılışı və ictimai həyatda gerçəkləşməsi ilə səciyyələnəcəkdir.

Sonluqda Cavid və Cabbarlı irsinin gələçək tədqiqatlarının mövzusu ola biləcək belə ideyalardan birini yada salmaq istərdik.

Azad istəkdən tərbiyə olunan nəfs, ictimai duyğu və nəhayət, azad istəyin ictimai borca uyğunlaşdırılmasınadək uzun və ağır təkamül yolu keçən ideya öz bədii həllini heç də həmişə axıradək tapa bilməmişdir.

Bir tərəfdən hər hansı adət-ənənəyə, dini mərasim­çi­li­yə, insanın arzu və istəklərinin məhdudlaşdırılmasına, hakim dairələr, güc daşıyıcıları tərəfindən zorlanmasına qarşı çıxılır. Digər tərəfdən, ictimai məsuliyyətdən, cəmiyyət, xalq, millət qarşısında borcdan danışılır və bu iki prosesin dialektikası üzə çıxır.

Lakin Şərq təfəkkürünə xas olan fərdi azadlıq, fərdi mənəvi kamillik, eşq- məhəbbət fəlsəfəsi ilə Qərb dünyasını səciyyələndirən «səadət ictimai mühitin tərəqqisindədir» fikri arasında uzlaşma yaradılması bir problem olaraq qalır, ideya tam bədii açılışını tapa bilmir. Böyük əqidə yolunu, ictimai missiyasını unudaraq fərdi məhəbbət idealını, amalını (bu məhəbbət, bu amal hətta cismani deyil, ruhani səciyyə daşısa belə) üstün tutan Şeyx Sənan seçimini kəskin tənqid edən Cəfər Cabbarlının Elxanı da, çox təəssüf ki, həlledici məqamda Şərqin ənənəvi zəifliyindən xilas ola bilmir. Düzdür, son səhnədə Elxan öz əqidəsi naminə sevgilisindən imtina edir. Lakin seçdiyi yol dar ağacıdır, ölümdür. Bu seçim, bu imtina insanı təslimçilikdən xilas etsə də, qələbəyə aparmır. Bəs qələbə yolunu Elxan hansı məqamda seçməli idi? Onun səhvi nə vaxt buraxılmışdı?

Diqqətlə tənlil etdikdə bu birinci seçim məqamı Elxanla Altunbayın münasibətində üzə çıxır. Yadelli işğalçılara qarşı birləşmək imkanı Elxanın özü tərəfindən rədd edilir. O, Altunbaya «bizim gedəcəyimiz yollar başqa-başqadır», deyir. Altunbay isə «Halbuki, mən sənin qüvvət və cəsarətini maddi köməyimlə gücləndirə bilərdim», - deyir. Əslində çıxış yolunun düsturu əsərin qəhrəmanı tərəfindən deyil, mənfi obraz kimi təqdim olunan Altunbay tərəfindən irəli sürülür. Görünür, Elxan bu düsturu hələ bilmir. Halbuki, Hüseyn Cavidin «İblis»i məhz «həqiqət və gücün vəhdəti» ideyası üzərində qurulmuşdur. Düzdür, baxılan halda güc və həqiqət eyni subyektin deyil, müxtəlif subyektlərin əlindədir. Lakin ümumi bir düşmən bu fərqli qüvvələri birləşdirmək üçün əlverişli şərait yaradır. Buna baxmayaraq, Elxan kompromis yolunu deyil, hər iki cəbhəyə qarşı təkbaşına mübarizə yolunu seçir. Cabbarlı bu ideyaya təsadüfi bir məqam kimi müraciət etmir. Altunbay mövqeyində israrlıdır: «Elxan Biləkənli, çocuq olma. Altunsuz dünya keçinməz. Çiyin-çiyinə gedə biləcəyimiz yolu ayırma». Lakin Elxan ayrılır və həqiqət yolunda siyasi manevrlərin mümkünlüyünü inkar etdiyindəndir ki, son nəticədə ikinci, daha sərt bir seçim qarşısında qalaraq dar aqacını seçmək məçburiyyətində alır. Bu seçimdə Elxan öz ictimai idealı naminə şəxsi sevgisindən imtina edir.

Bu imtina Cabbarlının digər bir əsərində -«Oqtay Eloğlu»nda da ön plana çəkilir: «Mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm». Hətta bu qadın dünyada ən müqəddəs bir varlıq - ana olduqda belə! Qarşılaşdırmanın potensialı çox böyükdür. Lakin seçim ənənəvi Şərq düşüncəsindən fərqli olaraq, fərdi məhəbbətin deyil, xalqın xeyrinədir. «Vətəndaşlıq», «ictimai duyğu» anlayışlarının Cabbarlı dramaturgiyasına daxil olması da Cabbarlının öz seçimində israrlı olduğunu göstərir.

Bir qütbdən başqa qütbə keçmək təşəbbüsü göstərilir. Çıxış isə vəhdətdədir. Fərdi ilə ictimainin, sevgi ilə intellektin, həqiqət ilə gücün vəhdətində!

M Ü N D Ə R İ C A T



Müəllifdən 4

Çağdaş fikir sahibləri 161



Cavid və Cabbarlı haqqinda 161




Azərbayjanda İblis anlayışına ənənəvi münasibət onun şər timsalı kimi qiymətləndirilməsidir. Xalq arasında İblisə inqilabçı kimi baxmaq meyli ağlabatmaz haldır. Bu meyl yalnız Qərb ədəbiyyatının bir qisim nümayəndələri üçün xarakterik olub Azərbayjan gerçəkliyinə yaddır.

Əslində Qabil əsərdə nə qədər mərkəzi sima olsa da, onun mövqeyini də müəllif mövqeyi kimi başa düşmək sonunjunu məhdudlaşdırmaq olardı. Əsərdən alınan ümumi təəssürat Qabilin və ya Lüsiferin dediklərindən daha çox şey ifadə edir.

1 M.Y. Lermontov. Əsərləri, IIjild, Bakı, 1964, səh. 398.

2 A. Şaiq. Əsərləri, IV jild, səh. 187.

Biz İnsan-İnsan dedikdə heç də iki müxtəlif insan arasındakı ziddiyyəti nəzərdə tutmuruq. Əsərdəki ideyalar fərdi münasibətlər səviyyəsindən qat-qat yüksəkdə durur. İnsan-İnsan dedikdə eyni bir insanın, daha doğrusu, ümumiyyətlə İnsanın daxili, mənəvi ziddiyyətləri nəzərdə tutulur.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə