JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

34
III BÖLÜM
SƏS AVADANLIĞININ TEXNİKİ İMKANLARI
MİKROFON ÇEŞİDLƏRİ 
Kameramanın iş aləti videoavadanlıqdırsa, jurnalis-
tinki mikrofondur. Elə buna görə də jurnalist özü 
çəkiliş yerinə və şəraitinə görə mikrofon seçməyi 
bacarmalıdır. Bunun üçün o, mikrofonların növlərinə 
Mikrofonun düzgün seçimi çox önəmlidir. Çağdaş TV-
lərdə, özəlliklə xəbərlər hazırlanarkən istifadə edilən 
mikrofonlara göz gəzdirək: 
Kameraiçi mikrofon.  Kameranın içərisində 
quraşdırılan bu mikrofon tuşlanan səsyazıcı qurğu 
sayılmır. Bənzər mikrofonlar fotokameralarda da 
olur. Videokameraların iç mikrofonu fotokameralarda 
olan mikrofondan daha yaxşı işləsə də,  tez-tez çoxlu 
kənar səsi, o cümlədən kameranın öz küyünü də yazır. 
Keyfiyyətli iç mikrofonuna tək-tək rast gəlmək olur. 
Kameraüstü mikrofon. Bu, tuşlanan mikrofon 
çeşididir. Daha çox kamera ilə bir dəstdə, ya da ayrıca 
satılır. Çəkiliş vaxtı hər dəqiqə hansısa dəyişiklik 
gözlənilirsə, o zaman belə mikrofonla reportaj çəkmək 
özünü doğruldur. Kameranın öz küyünü yazmaması 
üçün bu mikrofon kameranın üzərində - ayrıca 
sancaqla bərkidilir. Həmin mikrofonu ayrıca qarmağa 
keçirib çəkiliş obyektinin üstündən də asmaq olar. Bəzi 
teleleviziya verilişlərində tez-tez belə davranırlar. 
Əl mikrofonu (və ya daşınan mikrofon). Qaynağın 
(danışan adamın və ya təbii səsin) yaxınlığındadırsa, 
daşınan mikrofonlar səsi təmiz yazır. Belə mikrofondan 
operativ çəkilişlərdə – sorğu, müsahibə və reportaj-
larda istifadə olunur. Bu mikrofon naqillə birbaşa 
kameraya birləşdirilir. Kameraya birləşdirilməyən əl 
mikrofonları da var. Bu zaman  həmin mikrofon kame-
raya birləşdirilən qəbulediciyə siqnal göndərir. Daşınan 
mikrofonu, yəni əl mikrofonunu da ayrıca qarmağa 
bərkidib çəkiliş obyektinin üzərindən asmaq olar.
Mikrofonun kadrda görünməsi lazım bilinmirsə, bu 
mikrofondan özəlliklə dialoq yazarkən rahatca yarar-
lanmaq mümkündür. 
görə onların texniki imkanlarına mütləq bələd 
olmalıdır. Reportyor seçim edərkən kameramanla 
məsləhətləşməlidir. Onun seçiminə kameramanın 
şübhəsi yaranarsa, qərarını əsaslandırmalıdır.
Yaxa mikrofonu (buna sancaqlı və ya ilgəkli mikro-
fon da deyilir). Bu mikrofon öz funksiyasına görə 
əl mikrofonuna çox bənzəyir. Fərq yalnız ondan 
ibarətdir ki, yaxa mikrofonu xeyli kiçikdir və paltara 
bərkidilir. Çoxmüsahibli verilişləri, özəlliklə uzun 
portret müsahibələri çəkərkən danışığı yazılanların 
psixoloji baxımdan rahatlığını maksimum təmin etmək 
üçün yaxa mikrofonları əvəzsizdir. Belə mikrofon-
lar radioda da olur. Bu mikrofonun yeganə mənfi 
cəhəti müsahibin paltarına keçirməyə müəyyən vaxt 
tələb etməsi, yəni vaxt itkisidir. Yaxa mikrofonundan 
sürəkli müsahibələrdə istifadə o baxımdan əlverişlidir 
ki,  materialın operativliyi deyil, onun eksklüzivliyi – 
məxsusiliyi ön planda dayanır. 
Baş mikrofonu. Belə mikrofonlardan daha çox musiqi 
verilişlərinin çəkilişində istifadə olunur. Başa taxılan 
bu mikrofon keyfiyyətli səs yazır. Tək çatışmazlığı yaxa 
mikrofonunda olduğu kimi, yalnız bir adamın səsini 
yazmasıdır.
Studiya mikrofonu. Belə mikrofonlardan, adətən, 
canlı xəbər proqramlarında və videoyazılarda, 
eləcə də öncədən studiyada çəkilmiş verilişlərin 
səsləndirilməsində istifadə olunur. Bu mikrofonlar 
studiyadankənar şəraitdə əlverişli deyil.
Studiya mikrofonu istər aparıcı masasının üstünə 
yerləşdirilə, istərsə onun başı üzərindən asıla bilər. 
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
SƏS AVADANLIĞININ TEXNİKİ İMKANLARI  / MİKROFON ÇEŞİDLƏRİ


35
III BÖLÜM
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ 
/ MİKROFON ÇEŞİDLƏRİ
Kameraiçi mikrofon
Asma mikrofon
Yaxa mikrofonu 
Kameraüstü mikrofon 
Baş mikrofonu
Əl mikrofonu 
Studiya mikrofonu


36
III BÖLÜM
AUDİOREKORDER
TELEVIZİYA MİKROFONLARINDAN İSTİFADƏ QAYDALARI
Son zamanlar DSLR – kameraların meydana gəlməsi ilə 
bir çox videokameramanlar audiorekorder səs yazısına 
keçirlər. Bu diktofonlar səsi çox keyfiyyətli yazır. Onlar 
kameranın üstünə bərkidilə və ya daşınan mikrofon 
kimi istifadə edilə bilər. Bundan əlavə, audiorekorderi 
qarmağa bərkidərək də səs yazmaq mümkündür. 
Bu mikrofon çeşidinin yeganə çatışmazlığı – səsi 
görüntüdən ayrı yazmasıdır. Montaj zamanı həmin səsi 
video ilə sinxronlaşdırmaq lazım gəlir.
• Əl və yaxa mikrofonları çox həssas qurğulardır. Səs 
yazılarkən mikrofonu əlində və ya yaxasında gəzdirən 
reportyor ona və mikrofon naqilinə toxunmamağa 
çalışmalıdır; 
• Əl mikrofonunu həmişə jurnalistin özü tutmalıdır. 
Onu heç bir halda respondentə ötürmək olmaz; 
(Foto 1)
• Jurnalist müsahibə alarkən mikrofonu qolu 
yarımbükülü halda və tərpənmədən saxlamalıdır. Hər 
hansı tərpəniş mikrofona yazılan səsi təhrif edir.
• Stəndap jurnalistin kadrda çıxışını çəkərkən yaxa 
mikrofonundan isifadə optimal variant sayılır. Amma 
hadisə yerində stəndapı daha çox əl mikrofonu ilə - 
dinamik mikrofonla yazırlar. Operativ çəkilişlərdə əl 
mikrofonlarından istifadə daha rahatdır. Bu hallarda 
jurnalist mikrofonu yalnız mərkəzdə yerləşdirməlidir.
(Foto 2) 
• Özəlliklə güclü küy fonu varsa (yük avtomobilləri, 
təyyarə və kondisionerin yaratdığı və bənzər başqa 
səslər nəzərdə tutulur), keyfiyyətli səsyazısı üçün mik-
rofonu səs qaynağına yetərincə yaxın tutmaq lazımdır.  
Bununla belə, danışıq yazarkən mikrofonu həddindən 
artıq yaxın tutmaq da olmaz. Çünki bu halda müsahi-
bin nəfəsi eşidildiyindən fonda xışıltı yaranacaq.
• Jurnalist əl mikrofonundan istifadə edərkən optimal 
görüntü üçün - əlini aşağı, yoxsa  yuxarı tutmaq - 
kameramanla məsləhətləşməlidir;
• Müsahibə və stəndap olay məkanında çəkilməlidir 
ki, montaj zamanı kadrarxası mətn üçün çəkilən 
görüntülərin interküyü ilə onların səs fonu arasında 
uyğunsuzluq yaranmasın; 
• Yaxa mikrofonundan yararlanarkən onu respon-
dentin paltarının elə yerinə keçirmək lazımdır ki, 
diqqəti yayındırmasın və o, tam sərbəst olsun. Bunun 
ümumi işə köməyi dəyir, çünki reportyor müsahibdən 
bir qədər aralı dayana bilir və çəkiliş zamanı 
kameramanın manevr  imkanı çoxalır;  (Foto 3)
• Asma mikrofonlardan yararlanarkən çəkilişdə 
yardımçıya ehtiyac doğur. Axı bu mikrofondan istifadə 
edən jurnalist müsahib(lər)indən uzaqda dayanmaq 
məcburiyyətində qalırsa, demək,  müsahibəni gərəkli 
səviyyədə aparmaq üçün kimsə ona kömək etməli, 
asma mikrofunu lazımi səmtə yönəltməlidir; (Foto 4)
• Jurnalist həmişə kameramana xatırlatmalıdır ki, səsi 
qulaqcıqla dinləsin. Əks halda, səsyazma mexanizminin 
düzgün çalışmaması gözdən qaça bilər; (Foto 5)
• Əlverişsiz hava şəraitində əl mikrofonuna geydirilən 
ayrıca xəz başlıqlardan yararlanmaq və ya yaxa mikro-
nundan faydalanmaq  daha yaxşıdır; 
• Videoçəkiliş zamanı yazılan səs yalnız danışığı 
verməyə deyil, həm də iştirak effekti yaratmağa, baş 
verən olayın səs ortamını sərgiləməyə hesablanır. 
Ancaq kameraya da elə yer seçmək lazımdır ki, kənar 
səslər (avtomobil mühərrikinin səsi,  kameramanın 
nəfəsin həniri və ya transfokator mexanizmin küyü və 
s. və i.a.), olayın önəmli səslərini boğmasın; 
• Montajda problem yaşanmasın deyə çəkiliş 
zamanı yaxından eşidilən musiqi səsinə də diqqət 
yetirilməlidir. Bu üzdən çəkilişə yaxın məsafədəki 
televizorun, musiqi mərkəzinin və ya başqa səs 
TELEXƏBƏRÇİLİYİN TEXNİKİ ELEMENTLƏRİ. GÖRÜNTÜ. SƏS. İŞIQ
AUDİOREKORDER / TELEVİZİYA MİKROFONLARINDAN İSTİFADƏ QAYDALARI


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə