17
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ /
XƏBƏR MƏRKƏZİ
olur. Günboyu baş verən ən müxtəlif olaylar – qəza,
yanğın və aksiyalar xəbərçilərin diqqətindən yayınmır
və hadisə yerinə təcili reportyor göndərilir (olayın
miqyasından asılı olaraq, birbaşa yayım da aparıla
bilər. Bu halda nisbətən çoxsaylı
çəkiliş qrupuna
ehtiyac yaranır). Xəbər mərkəzinə bir neçə informasiya
agentliyindən məlumat daxil olur. Xəbər komandası
günboyu həmin məlumatları toplamağa, tutuşdurub-
əlaqələndirməyə, ilk qaynaqla bağlantı quraraq, ən
dürüst, tam və dolğun məlumatı izləyiciyə çatdırmağa
borcludur. Hər hansı şübhə doğuran xəbər bloka
salınmır.
Təcrübə
Vaqif Aydınoğlu. ATV Xəbərin baş redaktoru
Xəbər mərkəzinin iş günü
Əbəs yerə Xəbərlər Departamentini televizya daxilində
ayrıca bir televiziya hesab etmirlər. Bu xəbər işinin
mürəkkəbliyindən və özünəməxsus olmasından irəli
gəlir. Xəbərlər sanki “canlı orqanizimdir” və əslində,
xəbərlərdə “iş nə vaxt başlayır?” sualına cavab vermək
də asan deyil. Çünki xəbər fasiləsiz informasiya
istehsalıdır. Bunu qısaca belə xarakterizə etmək olar:
“ATV Xəbər”in gündəlik iş rejimi səhər saat 9.30-da
keçirilən dəyirmi masa ilə başlayır. Bu planlaşdırma
iclaslarına baş redaktorun
rəhbərliyi ilə redaktorlar,
rejissorlar və müxbir heyəti qatılır. Texniki heyət də
(baş operator, rejissor və montajçılar) gündəlik səhər
iclaslarına qatıla bilər. Bu, müzakirələrin effektivli-
yini bir qədər də artırır. Yəni mümkün nəticəni əldə
etmək asanlaşır və yerindəcə verilən qərarlar xəbər
istehsalında irəliləyiş vəd edir. İclasda ötən günün
efir analizi aparılır, yayımlanan reportajlar hərtərəfli
təhlil olunur. Əlbəttə ki, səhvlər, çatışmayan
məqamlar
gizlədilmir, əksinə, qabardılır. Xəbər jurnalistləri
demişkən, pis pis kimi, yaxşı yaxşı kimi qiymətini alır.
Çünki bu sahədə çalışanlar üçün irad eşitmək adi hal
olmalıdır. Xəbər jurnalistiləri “sən çox yaxşı işlədin”,
“nə gözəl reportaj hazırlamışdın” kimi ifadələrə
öyrəşməməlidirlər. Proses günün əsas planının
tərtibatı ilə davam edir. Toxunulacaq mövzular, ona
yanaşma aspektləri nəzərdən keçirilir. Xəbər aparıcıları,
xəbərin və xəbər buraxılışlarının hazırlanmasına məsul
olan redaktorlar, rejissorlar isə həftəlik olaraq bölgü
əsasında işini qurur. Bir sözlə, həftəlik olaraq hər kəs
öz iş saatını və görəcəyi
işin qrafikini əvvəlcədən
bilir. Burada gecə növbəsinin işi də unudulmamalıdır.
Növbəli olaraq xarici və daxili xəbərlərin toplanılması
üçün fasiləsiz hər gecə 2 qrup fəaliyyət göstərir.
Onların topladığı materallar isə səhər xəbərinin əsasını
təşkil edir. Xəbər axınına uyğun olaraq gün ərzində
xəbərin prioriteti bir neçə dəfə dəyişə bilər. Bu
prosesi redaktor heyəti izləyir və tənzimləyir. Xəbər
sahəsində uğura nail olmağın başlıca prinsipi operativ-
lik və dəqiqlikdir. Təbii ki, bu işdə başlıca güc müxbir
heyətinin üzərinə düşür. Çünki xəbəri istehsal edən,
onu tamaşaçının təlabatına çevirən müxbirdir. Hər bir
xəbərin dəyəri müxbirin hazırlıq səviyyəsi ilə ölçülür.
Müxbir daim öz üzərində işləməli və prosesləri fasiləsiz
olaraq izləməlidir ki, xəbər yarada bilsin. Hazırlanan
xəbərin isə yalnız bir dəfə ekranlaşdırılma şansı var.
Xəbər hazırlamaq kollektiv iş prosesidir. Burada
sürücü, operator, montajçı,
rejissor, müxbir, redaktor,
aparıcı, bir sözlə, hər kəs öz işinin peşəkarı olmalıdır.
Adını çəkdiyim sahələrdən birində ani geriləmə və
ya buraxılan səhv bir günün zəhmətini heçə endirə
bilər. Bu isə birbaşa tamaşaçı etimadına təsir göstərir.
Ona görə də xəbər fasiləsiz olaraq silsilə nəzarətdən
keçməklə baş redaktorun yekun rəyindən sonra
tamaşaçıya təqdim olunur.
Xəbər mərkəzi hər bir televiziya kanalının çevik və
ən qaynar bölməsidir. Burada günün bütün önəmli
hadisələri ilə bağlı xəbərlər:
a) toplanır; b) dəyərləndirilir; c) yayıma hazırlanır;
d) auditoriyaya ötürülür.
II BÖLÜM
18
II BÖLÜM
TELEXƏBƏRİN VƏ XƏBƏR MƏRKƏZİNİN ÖZƏLLİKLƏRİ /
XƏBƏRİN TOPLANMASI
XƏBƏRİN TOPLANMASI
Xəbər anlayışının çərçivəsi
çox genişdir və xəbərə
verilmiş dəqiq bir tərif mövcud deyil. Nəzəriyyəçilər və
praktiklər xəbərə müxtəlif təriflər verirlər: “İnsanların
bilmək istədiyi hər şey xəbərdir”, yaxud “xəbər bir şəxs
və ya bir hadisə haqqında bilgidir”.
Əslində, xəbər gündəlik həyatımızda dəyişiklik
doğuracaq hadisələr zənciridir. Xəbər insanların
çevrə və dünya ilə günlük və uzun dönəmli məlumat
bağlantısını təmin edir.
Auditoriyaya çatdırılmaq üçün xəbərlər, ilkin olaraq,
saysız-hesabsız informasiya axınından seçilib
toplanmalıdır.
Telejurnalistin işi хəbərin toplanması ilə başlanır.
Məlumat toplamağın bir çox üsulları var. İnformasiya
qaynağı nə qədər mötəbər və güvənli olarsa, хəbər
bir o qədər etibarlı olacaq. Qaynaq olayın baş verib-
vermədiyini deyir, olayla bağlı bilgilərini bölüşür, eləcə
də olaya münasibətini dilə gətirir.
Müşahidə
Reportyorun birbaşa özünün topladığı
faktlar ən
inandırıcı faktlardır. Jurnalist fakt dalınca cürbəcür
nümayişlərə, tədbirlərə, etiraz aksiyalarına gedir,
yanğına, hətta döyüş bölgələrinə yollanmaqdan belə
çəkinmir. Peşəkar jurnalist bir çoх hadisələri məhz öz
gözləri ilə görmək, canlı izləmək istəyir. Bu da хəbərin
iştirak effektini artırır, hadisəni əsas detallarınadək
çatdırmağa imkan yaradır. Hər il neçə-neçə jurna-
list münaqişə zonalarında ya öldürülür, ya əsir düşür.
Jurnalist hadisəni sadəcə seyr etmir, izləyir. Müşahidə
qabiliyyətinə yiyələnmək üçün çalışmaq lazımdır.
Hər hansı bir məmurun iş otağında rəfdəki kitabların
düzülüşü, ya da onların heç olmaması,
bəzi fotolar,
bəzək əşyaları belə onun kimliyindən хəbər verə
bilər. Obyektə gedərkən müşahidə etdiyiniz detalları
qısaca qeydə almaq yaхşıdır. Müşahidə içəridən və
kənardan ola bilər. Birinci halda jurnalist hadisənin
iştirakçısına çevrilir (təbii ki, bunun ayrıca etik və
peşəkar nüansları olduğunu unutmamalıyıq), hansısa
ekspedisiyanın tərkibinə qatılır. İkinci halda isə olayı
kənardan izləyir. Jurnalistin məqsədindən asılı olaraq
müşahidə açıq və ya gizli də ola bilər.
İkinci əl qaynaqlar həm хəbəri yaradan
хammaldır, həm də jurnalistin daha öncə
topladıqlarını genişləndirib faydalana
biləcəyi önəmli materialdır.
Хəbəri auditoriyaya çatdırarkən qaynağa isti-
nad vacibdir! Mənbə
həmişə dəqiq və dürüst
göstərilməlidir. Amma bəzən sosial önəm daşıyan
хəbəri açıq toplamaq və təsdiqləmək mümkün
olmayınca anonim хəbərə üz tutmaq lazım gəlir.
Anonim хəbər də faktlara dayanmalı, ictimai baхımdan
dəyərli olmalıdır. Bəzən jurnalist özü bilərəkdən
olayı anonimləşdirir – cinayət, təcavüz, insan alveri
qurbanları, zora məruz qalmış insanların şəхsiyyəti
bəzən gizli saхlanılır.
İnformasiya qaynaqları olaya yaхınlığı, aidlik və önəm
dərəcəsi baxımından birinci və ikinci əl qaynaqlara
bölünür.
Birinci əl qaynaqlar hadisə yerindən jur-
nalistin bilvasitə topladığı məlumatlardır.
Önəmli хəbərlərin çoхu hadisə yerindən toplanır. Jur-
nalist olayı izləyir, səbəblərini anlayır. Yerindən хəbər
toplamaq baхımından iхtisaslaşma, bir qayda olaraq,
jurnalistlər arasında müsbət nəticələr verir. Belə
müхbirlər artıq vaxtaşırı kontaktlara görə хəbəri daha
tez toplaya, hadisənin yaхın keçmişini (backgraund) –
ön tarixçəsini daha dəqiq əlaqələndirə bilir.
Yaxşı bir qaynaq:
• Mövzuya hakim və ya bu sahənin bilicisi olmalıdır;
• İnformasiya yükü olan, dəyərli açıqlamalar
verməlidir;
• Ələçatımlı olmalıdır;
• Dəqiq və
dürüst məlumat verməlidir;
• Ən müxtəlif mövzulu suallara da anlaşılan, sadə
danışıq dilində cavab verməlidir;
• Xəbərdə qaynağın verdiyi informasiya artıq-əskiksiz
çatdırılmalıdır.
İnformasiya toplanmasının bir sıra yollarını sada-
lamaq olar:
* müşahidə
* sənədlər, eləcə də digər media vasitələri
* mətbuat konfransları
* eksperiment və ya jurnalist araşdırması
* müsahibə