Kafedra: Mühəndis Fizikası və Elektronika Fənnin adı: Fizika 2 slayd fakültə


mℓ = -ℓ, -ℓ+1, …, -1, 0, +1, …, ℓ-1, ℓ



Yüklə 1,49 Mb.
səhifə15/18
tarix31.12.2021
ölçüsü1,49 Mb.
#81284
1   ...   10   11   12   13   14   15   16   17   18
Musa Əlizadə

mℓ = -ℓ, -ℓ+1, …, -1, 0, +1, …, ℓ-1, ℓ

yəni 2ℓ+1 sayda qiymət alır.

Beləliklə, maqnit kvant ədədi mℓ, elektronun impuls momentinin verilmiş istiqamət üzrə proyeksiyasını təyin edir. Bu zaman elektronun impuls momenti vektoru fəzada, ancaq 2ℓ+1 sayda müxtəlif istiqamətdə yönədə bilər.

Enerjinin ifadəsindən göründüyü kimi elektronun atomda enerjisi ancaq n - dən asılı olsa da, enerjinin hər bir məxsusi qiymətinə En (E1-dən başqa), mℓ-in qiymətləri ilə fərqlənən bir neçə məxsusi funksiya

uyğun gəlir. Bu, o, deməkdir ki, hidrogen

atomu eyni bir enerjiyə malik olmaqla bir neçə müxtəlif halda ola bilər. Belə ki, n – in bir qiymətində orbital kvant ədədi 0-dan ( n-1) - ə kimi qiymət alır, -in bir qiymətinə isə (2ℓ+1) sayda mℓ-in qiyməti uyğun gəlir. Onda, n-in bir qiymətinə uyğun gələn halların sayı:

Kvant fizikasında enerjinin hər bir qiymətinə uyğun hala müəyyən dalğa funksi­yası­ uyğundur. Bu dalğa funksiyasının modulunun kvadratı isə elektronun vahid həcm­də tapılma ehtimalını təyin edir. Elektronun atomun müxtəlif hissələrində tapılma ehtimalı müxtəlifdir. Elektron hərəkəti vaxtı, sanki bütün həcmdə bulud yaradır, bu buludun sıxlığı, atomun həcminin müxtəlif yerlərində elektronun tapılma ehtimalını xarakterizə edir.

Kvant fizikasında qəbul edilib ki, n və ℓ elektron buludunun ölçü­sünü və formasını, mℓ isə elektron buludunun fəzada yönəlməsini xarakterizə edir.

Məsələn, n = 1, ℓ = 0mℓ = 0 olarsa, onda elektron buludu sferik simmetriknformada

Atom fizikasında qəbul edilib ki, elektronun ℓ=0-a uyğun halı s-hal, ℓ=1 -ə uyğun halı p-hal, ℓ=2-yə uyğun halı d-hal, ℓ=3-ə uyğun halı f-hal və s. adlansın. Baş kvant ədə­dinin qiyməti isə orbital kvant ədədinin şərti işarəsinin qarşısında yazılır. Məsə­lən, elektronun n=2; ℓ=0ℓ=1-ə uyğun halı simvolik olaraq: 2s2p kimi göstərilir.

Sonda qeyd edək ki, üç kvant ədədi elektronun atomda vəziyyətini tam xarakterizə edə bilmir. Elektronun atomda vəziyyətini tam xarakterizə etmək üçün onun spinə malik olduğu da nəzərə alınmalıdır. Başqa sözlə, bu üç kvant ədədinə maqnit spin kvant ədədi də ( ms ) əlavə edilməlidir. Beləliklə, atomda elektronu dörd kvant ədədi – n, ℓ, mℓ , ms tam xarakterizə edir.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə