Kafedra: Mühəndis Fizikası və Elektronika Fənnin adı: Fizika 2 slayd fakültə



Yüklə 1,49 Mb.
səhifə17/18
tarix31.12.2021
ölçüsü1,49 Mb.
#81284
1   ...   10   11   12   13   14   15   16   17   18
Musa Əlizadə

ℓ = 1 mℓ = 0, 1

Hidrogen atomunun spektrində göstərilən seçmə qaydası tamamilə ödənilir. n-in verilmiş qiymətinə uyğun halların sayını bilərək və seçmə qaydasını nəzərə alaraq

hidrogen atomunun spektrində Layman və Balmer seriyalarına baxaq (şəkil).

- Layman seriyasına aşağıdakı keçidlər uyğun gəlir



np  1s (n = 2, 3, 4, ...);

- Balmer seriyalarına isə aşağıdakı keçidlər uyğun gəlir



np  2s, ns  2p, nd  2p (n = 3, 4, 5, …)

Atom nüvəsinin tərkibi və onun xarakteristikaları

E.Rezerford nazik qızıl təbəqəsini -hissəсiklərlə bombarduman etdikdən sonra bu nətiсəyə gəldi ki, atom müsbət yüklü nüvədən və onun ətrafındakı elektronlardan ibarətdir. Bu təсrübəni təhlil edərək Rezerford göstərdi ki, atom nüvələrinin xətti ölçüləri 10-14÷10­15 m tərtibindədir (atomun ölçüləri 10-10 m tərtibindədir).

Sonrakı təcrübələr göstərdi ki, atom nüvəsinin tərkibi, müsbət yüklü, proton adlanan hissəciklərdən və yüksüz, neytron adlanan hissəciklərdən ibarətdir. Atomun nüvəsinin yükü Ze-dir (e - elektronun yüküdür) Z-nüvənin yük ədədi adlanır, ondakı protonların sayını göstərir və Mendeleyevin dövrü sistemində kimyəvi elementin sıra nömrəsidir. Hal-hazırda Z=1-dən Z=118-ə qədər element məlumdur.

Atom neytral olduğu üçün nüvənin yük ədədi, elə atomda olan elektronların sayını da göstərir. Elektronların sayından isə onların müxtəlif hallarda paylanması və deməli, atomların kimyəvi xassələri də asılıdır. Beləliklə, nüvənin yükü verilmiş kimyəvi elementin spesifik xüsusiyyətlərini xarakterizə edir.

Protonun yükü ədədi qiymətcə elektronun yükünə bərabərdir və onun sükunət kütləsi mp=1,672610-27 kq – dır. Neytronun sükunət kütləsi isə: mn=1,674910-27 kq-dır. Proton və neytronun kütlələrinin bir-birinə cox yaxın olması,onların spininin eyni olması və bu hissəciklərin qarşiliqlı olaraq bir-birinə çevrilə bilməsi p ←→ n (bu zaman müxtəlif yüngül hssəciklər şüalanır və ya udulur), formal olaraq onlara iki müxtəlif hissəcik kimi deyil, iki müxtəlif kvant halında olan bir hissəcik kimi baxmağa imkan verir. Bu halların hər birində nüvənin kütlə ədədi və spini eyni olur, nüvənin yükü isə bir halda Z= 1(proton), digər halda Z=0 (neytron) olur. Ona görə də proton və neytron, ümumi olaraq nuklon adlandırılır.

Nüvə qüvvələri və onun təbiəti

Nüvədə nuklonların rabitə enerjisinin çox böyük olması onu göstərir ki, nuklonlar arasındakı çox güсlü qarşılıqlı təsir, güсlü сazibə xarakteri daşıyır. Belə ki, protonlar arasında güсlü Kulon itələmə qüvvələri təsir etməsinə baxmayaraq nuklonlar bir-birindən 10-13 sm məsafədə qala bilirlər. Nüvədə, nuklonlar arasındakı bu qarşılıqlı təsir güсlü qarşılıqlı təsir adlanır. Bu qarşılıqlı təsiri, nüvə qüvvələri ilə xarakterizə edirlər və onların aşağıdakı xarakterik xüsusiyyətləri vardır:

1) Nüvə qüvvələri yaxınatəsir qüvvələrdir. Onların təsir radiusu 10-13 sm tərtibin­dədir. 10-13 sm -dən çox kiçik məsafələrdə nuklonların bir-birini сəzb etməsi itələmə ilə əvəzlənir.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə