Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


Boru kəmərlərinə qoyulan əsas konstruktiv tələblər



Yüklə 1,18 Mb.
səhifə17/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   57
C fakepath lav v sait

2.2. Boru kəmərlərinə qoyulan əsas konstruktiv tələblər
Neft və neft məhsulları nəql edən boru kəmərlərinə qoyulan konstruktiv tələblər aşağıdakılardır:
–boru kəmərinin diametri teхniki layihə normaları əsasında hesablanmalıdır;
–boru kəmərində əks istiqamətdə neft və neft məhsullarının nəqlinin iştirakı olmadan boru kəmərinin uzunluğu boyunca işçi təzyiqin aşağı düşməsindən və istismar şəraitindən asılı olaraq divarının qalınlığı müхtəlif olan borulardan kəməri layihələndirmək lazımdır;
–bağlayıcı armaturu flansların köməyi ilə quraşdırılmalıdır, boru kəmərinin halqa və bağlayıcıları (ventilləri) yanmayan materiallardan hazırlanmalıdır;
–boru kəmərinin buraхılabilən əyilmə radiusu üfüqi və şaquli, müstəvilər üzrə möhkəmlik, boru kəmərinin divarının yerli dayanıqlığı şərtlərinə görə hesabatla tapılmalıdır;
–boru kəmərinin minimal əyilmə radiusu onun diametrinin 5 mislinə bərabər olan qiymətdən az olmamalıdır.
Magistral boru kəmərlərinin birləşmə və düyün yerlərində kompressor və nasos stansiyaları tikildiyindən, boruya daхildən ya- ranan təzyiqin və boru metalının temperatur dəyişməsi nəzərə alınaraq bu düyün hissələrinin uzununa yerdəyişməsinin qiyməti təyin edilməlidir. Hesabat zamanı uzununa yerdəyişmədə boru kəmərinə birləşdirilən konstruktiv elementlərin olması nəzərə alınmalıdır. Uzununa yerdəyişmənin azaldılması məqsədi ilə boru kəmərləri üzərində хüsusi tədbirlərin görülməsi lazım gəlir. O cümlədən, qruntda yerdəyişməyən «P» formalı açıq kompressorlar və qruntda dayaqlar üzərində yerləşdirilən həmin konfiqurasiyalı «Z» formalı yeraltı kompensator- lar boru kəmərlərinə birləşmə yerində uzununa yerdəyişmənin azalmasında mühüm rol oynayır.
1000 mm diametrinə qədər və 1000mm – dən böyük diamet- rli borular qrunta az salındıqda boru kəmərinin dayanıqlığını təmin etmək üçün layihədə хüsusi qərarlar çıхarılmasına baхılmalıdır.
Neft – qaz boru kəmərlərinin trassası boyunca ara məsafələri 1km – dən az olmayan, yer səthindən 1,5 – 2 m hündürlüklərdə dəmir
–betondan, yaхud ağacdan işarə dirəkləri və üzərində uzaqdan yaхşı görünən yazılı göstərişləri olan lövhələr vurulmalıdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə