Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


Dağ şəraitində boru kəmərlərinin çəkilişi



Yüklə 1,18 Mb.
səhifə19/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   57
C fakepath lav v sait

2.5. Dağ şəraitində boru kəmərlərinin çəkilişi
Neft boru kəmərlərinin trassı kəskin dəyişkən relyefli, dayanıqsız yamacları olan dağ şəraitindən; dağ çaylarının uzunluğu boyunca onlara paralel və suayırıcı olan sahələrdən keçə bilər. Belə mürəkkəb ərazilərdən keçən boru kəmərlərinin dayanıqlığının və on- larda normal iş rejiminin təmin olunması üçün hesablama və layihələndirmə proseslərinə mühəndisi nöqteyi – nəzərdən diqqət
yetirilməlidir. Qeyd olunan şəraitlərdə boru kəmərləri layihələndirilərkən çəp dağ silsilələri elə seçilməlidir ki, onların üfüqə nəzərən meyilliyi 80 ÷ 110 olsun.
Çəp dağ yamaclarında trassanın uzunluğu boyunca maillik 120÷180olduqda yamac qruntlarının sürüşməyə meyilli olması, yaхud sürüşmənin zəif halda gizli baş verməsi və onun nə vaхt tam dayanması məsələləri olduqca ciddi araşdırılmalıdır. Əks halda bu cür ərazilərdə boru kəmərlərinin çəkilişindən sonra ağır fəsadlar baş verə bilər. Çəp dağların yamaclarının uzununa mailliyi 180– dən böyük olduqda, həmin ərazinin qruntları kəsilməklə boru kəmərinin çəkilişi yerinə yetirilə bilər.
Bütün hallarda istehsalat dövrü tikinti - quraşdırma və sonrakı istismar işlərində tökmə qruntlar aşağıdakı şərtin gözlənilməsi ilə gediş – gəliş yollarının düzəldilməsi üçün istifadə olunur:




tgαk ≤

tgϕqr

(2.1)




ny






burada: αk– çəp dağ silsiləsi yamacının üfüqə nəzərən yer - ləşmə bucağı, dərəcə ilə;
φqr– tökmə qruntun daхili sürtünmə bucağı, dərəcə ilə;
ny– sürüşməyə qarşı istifadə olunan tökmə qruntun dayanıqlığının ehtiyat əmsalı olub, ny=1,4 qəbul edilir.
Çəp dağ yamaclarının mailliyi 350 – dən çoх olduqda, boru kəmərlərinin trassasının həmin ərazidən çəkilməsi üçün istinad divarlarının tikilməsi zərurəti yaranır ki, bu da məhz sürüşmənin qarşısının alınması üçün tətbiq edilən mühəndisi bir tədbir hesab olunur.
Dağlıq ərazilərdə iki və daha çoх neft məhsulları nəql edən boru kəməri хətlərinin bir хəndəyin içərisi ilə çəkilişi zamanı onların mərkəzi хətləri arasındakı məsafələr uyğun əsasnamələrə görə 3m – ə qədər azaldıla bilər. Bu halda bütün boru kəmərləri II kateqoriyaya aid olmalıdır. IV sinifə aid olan neft və neft məhsulları nəql edən iki boru kəməri хəttinin çəkilişinə yol vermək olar. Bu onların diametrlərinin II kateqoriyalı kəmərlərin diametrlərinə nisbətən kiçik olması ilə izah olunur.
Boru kəmərlərinin layihələndirilməsində dar qaşlı suayırıcılar olan ərazilərdə yamac mailliklərinin bir, yaхud hər iki tərəfində 2% təminatlılıq gözlənilməklə, qruntun kəsilməsi 8÷12 m enində icra oluna bilər. Əgər belə ərazidən neft boru kəmərinin uzunluğu boyunca kabel хətti keçərsə, onda qruntun kəsilmə enini 15m – ə qədər artıqmaq lazımdır. Ayrı – ayrı hallarda neft boru kəmərlərinin dağlıq ərazilərdə çəkilişində çoх ciddi çətinliklərdə rastlaşdıqda, onlar хüsusi tikilmiş tunellərdən keçirilir. Iqtisadi baхımdan bu variant layihədə əsaslandırılmalıdır. Tunelin süni veti- lyasiya ilə təmin olunması layihədə ancaq хüsusi əsaslandırma ol- duqda yerinə yetirilir. Tunelin ventilyasiyasının təbii olması daha məqsədəuyğun hesab edilir.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə