Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


Magistral neft boru kəmərləri üçün nasoslar



Yüklə 1,18 Mb.
səhifə33/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   57
C fakepath lav v sait

3.3. Magistral neft boru kəmərləri üçün nasoslar
Neft və qaz sənayesinin yüksək templi inkişafı neft, neft məhsulları və qazın boru kəmərləri ilə tez nəql olunması zərurətinə gətirib çıxarmışdır. Neft məhsulları boru kəmərləri ilə iki kateqoriyada nəql olunur: xam neft və neft məhsulları. 1971 – 1975 – ci illərdə nəql olunan neft və neft məhsullarının həcminin 2 dəfədən çox artırılmasına və 27 min km uzunluğunda boru kəmərlərinin tikintisinin təmin olunmasına baxılmışdır.



Şəkil 3.1. İsti neft məhsulu KBH – 55-120 tipli nasosun konstruksiyası
Neft və neft məhsullarının boru kəməri ilə uzaq məsafələrə nəqlində nasoslar 6 ⎟ 7 MN/m2=6 ⎟ 7 MPa təzyiqdə normal işləyirlər. Təzyiqin miqdarı borunun möhkəmliyinə görə məhdudlaşır. Nasosların sərfi boru kəmərlərinin diametrlərindən asılıl olaraq 0,0278 ⎟ 1,15m3/san (100 ⎟ 4000m3/saat) təşkil edir. Bir nasos stansiyasının nefti nəqletdirmə məsafəsi 100km-ə çatır və bir qədər də çox ola bilir. Mədənlərarası xam neftin nəqlində kiçik sərfli nasoslar tətbiq edilir. Magistral neft boru kəmərləri üçün iqtisadi ba- xımdan ən əlverişli qurğu aqreqatlardır ki, bunlar da iki yaxud üç nasosdan ibarət olub, eyni markalı olmaqla xəttə ardıcıl və əlavə (ehtiyatda olmaqla) qoşularaq işləyirlər. Neft və neft məhsulları nəql edən müasir nasosların texniki göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir.
Neft məhsullarının nəql edilməsi üçün mərkəzdənqaçma nasosları «CTM» tipli sinxron və «ATD» tipli asinxron elektrik mühərrikləri ilə işə qoşulur. Sinxron elektrik mühərrikləri yanğına görə təhlükəlidir. Bu səbəbdən də belə mühərrikləri nasos korpusundan germetik örtüklərlə ayırmaq lazım gəlir. Neft və neft məhsullarının nəql olunması üçün nasoslara böyük miqdarda elektrik enerjisi tələb olunur ki, buna görə də aşağıdakıların olması zəruridir.
–neftin verilməsinin işçi diapozonunda konstruksiyanın maksimal faydalı iş əmsalını seçmək;
–neftin özlülüyünün ilin müxtəlif vaxtlarında dəyişməsində nasosların effektiv nizamlanmasını təmin
etmək, ilin soyuq vaxtlarında neftin kinematik özlülük əmsalı 0,5·10-4 m2/san – yə çatıqda və çox olduqda nefti boru kəmərlərinə vurmazdan əvvəl qızdırmaq.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə