Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


İsti neft məhsulları üçün nasoslar



Yüklə 1,18 Mb.
səhifə32/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   57
C fakepath lav v sait

3.2. İsti neft məhsulları üçün nasoslar
Neft emalından termiki sobaların yüklənməsi üçün kero- sinli distilyatın və mazutun 350 ⎟ 4000C temperaturda nəqlində 8MPa təzyiqinə qədər bu mayeləri vura bilən mərkəzdənqaçma nasosları geniş tətbiq olunur.
İsti neft məhsullarını yüksək təzyiqlə vuran müasir nasoslarının hesablanması və konstruksiyasının seçilməsi üçün aşağıdakı məsələləri həll etmək lazımdır:
–neft məhsullarının 2200C ⎟ 4000C temperaturunda nəqlində nasosları baş verə biləcək yanğın və partlayışdan qorumaq üçün tıxaclar tam hermetiklənmə ilə təmin edilməlidir;
–nasosun materialı elə seçilməlidir ki, onun korpusu təzyiqə, temperatura və korroziyaya qarşı davamlı olsun;
–nasosun rotorunun mərkəzləşmiş hərəkəti pozulmadan ayrı– ayrı detallarının temperatur genişlənməsi təmin olunmalıdır;–nasosun detallarının iş prosesi başlanandan 45 sutka ərzində (neftnəqledən avadanlıqlarda ardıcıl təmir olunmalar arası mi- nimal müddət) montaj və demontajı əlverişli olmalı və tez başa gəlməlidir.
İsti neft məhsulları nəqledən nasoslara 2 ⎟ 4 sutka ərzində proflaktiki baxış keçirilməlidir və bütün nasazlıqlar aradan qaldırılmalıdır. Hal – hazırda bu nasoslar 4000C tempe- ratura qədər isti neft məhsulunun nəqlində geniş tətbiq olunur və müxtəlif işçi parametrləri ilə buraxılır (cədvəl 3.1).
Bütün müasir isti neft məhsulu nəql edən nasoslar yüksək təzyiqlə işlədifindən, onların konstruksiyası iki korpusdan ibarət olur: xarici – poladdan silindrik, hermetik tıxacla təchiz olunmuş; daxili – bütün axıdıcı kanallarla əlaqələnmiş. Naso- sun daxili korpusunun konstruksiyasını dörd tipə bölmək olar.
Birinci tip. Nasosun daxili korpusu seksiyalardan təşkil olunub, seksiyalar nasosda pillələrin sayı qədər götürülür. Sek- siyalar yığcamdır və xaric korpusu mərkəzləşdirir. Bu kon- struksiyalar hazırlanmasına görə sadədirlər.
İkinci tip. Daxili korpus həmçinin seksiyalardan təşkil olunub, birinci tipdən bütün seksiyaların bir ümumi düyündə birləşməsi ilə fərqlənir. Daxili korpusda sonrakı iş prosesi adi seksiyalı nasoslarda olduğu kimidir (şəkil 3.1).
Üçüncü tip. Daxili korpus iki yarımhorizontal kəsikli hissələn ibarət olub, xarici korpusu mərkəzləşdirir. Rotorlu daxili korpus xariclə asanlıqla əlaqə yaradır.
Dördüncü tip. Daxili korpus həmçinin iki yarımhorizontal kəsikdən ibarətdir. Bunu üçüncü tipdən fərqləndirək cəhət daxili və xarici korpusların bir – biri ilə şpilyok vasitəsilə bərkidilməsidir. Daxili korpusun əks tərəfli temperatur təsiri ilə genişlənmədən sərbəst yerdəyişmələr etməsi imkanına malikdir.
İsti neft məhsulu nəql edən nasosların üzərində qoyulmuş tələbatlar: nasosun işlədiyi və ondan əvvəlki vaxtlarda istis- mar dövrü mərkəzləşdirilməsi, neft məhsulunun nasosa daxil olması və çıxması; tıxacların və kürəkcikli təkərlərin etibarlı işləməsi; nasosun böyük temperatur dəyişmələrindən qorunmasıdır.

Neft məhsulunun nəqli zamanı nasosun enerjisinin müəyyən hissəsi istiliyə ayrılır. Məsələn, tələb olunan nasosun gücü 270 kVt və faydalı iş əmsalı η = 0,63 olarsa, onda bu gücün 100 kVt istilik enerjisi ayrılmasına sərf olunur. Bir dəfə nasosdan keçən neft məhsulunun qızdırılma temperaturu aşağıdakı düsturla hesablanır:






t = 12,9⋅103

N

(1−


η

)ρg,

(3.1)




cG

100








burada: t – neft məhsulunun temperatur qalxmasının orta qiyməti, 0C; N– tələb olunan nasosun verilmiş sərfinə görə gücü Vt; c –istilik miqdarı, kqKC ; G– vahid zamanda keçən neft məhsulunun həcmi çəkisi, kq/m3; g– sərbəst düşmə təcilidir, m/san2.
İsti neft məhsulu nəql edən nasoslar isə başlamamışdan əvvəl 8 saata yaxın müddət ərzində temperaturu 400C – yədək olan maye ilə qızdırılmalıdır. Bu nasosun normal iş rejimini təmin edir.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə