Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq



Yüklə 1,18 Mb.
səhifə34/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   57
C fakepath lav v sait

Cədvəl 3.2




Göstəricilər




Nasosların markaları







8MB-

10H-

12H-

14H-

16HD-







9⋅ 2

8⋅ 4

10⋅ 4

12⋅ 2

10⋅ 1




Sərf, m3/san

0,11

0,139

0,208

0,304

0,610




(m3/saat)

(400)

(400)

(750)

(1100)

(2200)




Basqı, m

300

740

740

370

230





































Fırlanma tezliyi,

3000

3000

3000

3000

3000




dövr/ dəq.











































Pillələrin sayı

2

4

4

2

1

























F. İ.Ə.

0,74

0,73

0,75

0,75

0,86











































Sorma



















borusunun

200

250

300

350

400




diametri, mm



















Vurma boru.




200

250

300

300




diametri, mm

150








































Kütlə, kq

1875

3800

5000

4900

4200




Ardıcıl qoşulan

2

1

1

2

3




nasosların sayı










































3.4.Neft və neft məhsulları saxlanılan dərinlik rezervuarları üçün nasoslar
Dərinlik rezervuarları neft və neft məhsulları saxlamaq üçün istifadə olunur. Onlar müxtəlif həcmdə və müxtəlif dərinliklərdə düzəldilir (10m dərinliyə qədər). Dərinlik rezervuarlarından nef və neft məhsullarını vurmaq üçün üzərində partlayışa qarşı davamlı olan elektrik mühərriki yerləşən şaquli yüklənmiş artezan tipli nasoslar geniş tətbiq olunur. Məlum şəraitdə bu tip nasoslar aşağıdakı üstünlüklərə malikdir: daimi axın altında işləyir, nasos binasının tikilməsi tələb olunmur, xidməti personalın təhlükəsizliyi təmin olunur.
Nasos aqreqatı nasos korpusundan, radial bərkidilmiş başlıqdan və basqılı kolonkadan ibarətdir. Çarxın vtulkasının sverlo formalı hissələrindəki dəliklər «20H-22X3» tipli nasosların işçi çarxını ox boyunca yaranan qüvvənin təsirindən yükləyir. Çarxının diametri kiçik olan nasoslar üçün işçi çarxı ox boyunca yaranan təzyiqlə yüklənmir və rotorun kütləsi də daxil olmaqla bütün yükləri kürəcikli təkərlər öz üzərinə qəbul edir.
Nasosun bu hissələrinin hamısı paslanmayan və termo- çeşidlənmiş poladdan hazırlanır. Kürəcikli təkərlərin yağlanması nəql olunan neft məhsulu ilə yerinə yetirilir. Nasosun işçi çarxı isə sürtülmədən qorunması üçün bürünc, yaxud çuqun metallarından düzəldilir. Val nasosun daxilində birqatlıq qrafit və sormaitlə bərkidilir. Kürəcikli təkərlərin kamerası vurulan mayenin dövr etməsi, yaxud su boru kəmərindən suyun verilməsi ilə soyudulur.
Dərinlik rezervuarlarının yerləşmə dərinliyindən asılı olaraq nasosun basqılı kolonkasında həlqələrin sayı dəyişir. Belə tipli nasoslar 0,5 m3/san – yə qədər sərf verimi ilə buraxılır.
3.5. Neft tullantıları nəql edən nasoslar
Neft tullantılarının nəql olunması üçün sinxron elektrik mühərrikli «ÜN-150» tipli mərkəzəqaçma nasosları buraxılır. Bu nasoslar üfüqi, seksiüalı, işçi çarxı birtərəfli yerləşən birkorpuslu olmaqla, hidravliki qanunlara tabe olan, kombinasiya tipli və kürəcikli təkərləri yağlana bilmə xüsusiyyətlərinə malikdir. Yağlanma «HM-32» tipli burulğanlı nasoslarla yağın 0,001m3/san sərfi, n=3000 dövr/dəq. dövr tezliyi ilə 0,4MN/m2 təzyiqlə vurulması ilə yerinə yetirilir. Yağ axının 20% - dən 100% - ə qədər nominal verilməsində bu nasosların öz aralarında paralel işləməsi təmin olunur.
Neft tullantıları nəql edən mərkəzdənqaçma nasoslarının (MN) texniki xarakteristikaları aşağıdakı cədvəldə verilmişdir.
«MN» tipli nasosların texniki xarakteristikaları
Cədvəl 3.3.




Göstəricilər

MN-

MN-

MN-

MN-

MN-




150-200

150-175

150-150

150-125

150-100










Sərf, m3/san

150

150

150

150

150




Nominal sərfdə basqı,

2000

1750

1500

1250

1000




m






















Sormanın buraxılabilən

4

4

4

4

4




hündürlüyü, m






















Fırlanma tezliyi

3000

3000

3000

3000

3000




dövr/dəq











































Tələb olunan güc, kVt

1420

1230

1060

880

710

























Nasosun f.i.ə.

0,7

0,7

0,7

0,7

0,7

























Nasosun kütləsi, kq

5570

5210

4810

4450

4080














































Həndəsi ölçülər










uzunluq, mm

3300

3110

2920

2730

2540




en, mm

1430

1430

1510

1430

1430


































hündürlük,

1485

1485

1501

1415

1415




mm












Şəkil 3.2. Porşenli nasosların sxemi


3.6. Neft məhsulları vuran porşenli nasoslar
Porşenli nasoslar porşen ibarətdir. Bu qrup nasos- larda işçi orqan (porşen və plunjer) geri qayıdan axını
işçi çarxa daxil edə bilir. Porşenli nasosların əsas orqanları – silindr, yaxşı düzəldilşmiş işçi sət- hi və irəli – geri hərəkət etmək qabiliyyətinə malik olan porşendən ibarətdir.
Şəkil 3.2–də porşenli nasosların işləmə sxemi göstərilmişdir. Nasosun silindr (6) hissəsi klapanlı qutu (3) ilə birləşmişdir. Sorma (2) və vurma (4) klapanları, qutunun yuvalarında yerləşdirilmişdir. Porşen geriyə hərəkət etdikdə sorma nəticəsində (2) klapanı açılır, (4) klapanı bağlanır və qutuya sorma (1) borusundan neft daxil olaraq qutunu doldurur. Porşen irəliyə hərəkət etdikdə isə (3) qutusuna dolmş neft porşenin göstərdiyi təzyiq nəticəsində (2) klapanı bağlanır, (4) klapanı açılır və neft axını (5) vurma borusuna daxil olur. Porşenə hərəkət elektrik mühərriki, yaxud dizellə işləyən əyri dişli sürgü qolu mexanizmindən (10) əyri formalı diş, sürgü qolu (9), sürüngəc (8) və ştok (7) vasitəsi ilə ötürülür.
Porşenin sürəti yaranan ətalət qüvvəsinin təsiri nəticəsində məhdudlaşır. Bu səbəbdən porşeni əks ötürmələrlə birləşdirmək olduqca çətindir. Porşenin hərəkət sürəti sabit olmadığından nasosun silindrindən vurulan neftin (5) borusuna daxil olması qeyri – mütəzəm olacaqdır. Belə tipli nasoslar yaxşı sorma və vurma borusunda (5) yüksək təzyiq yaratmaq qabiliyyətinə malikdirlər.
Porşenli maşınlar sahəsində bu tip nasosların tətbiqi neft çırxarmada, neft – qaz sənayesində onların emalında və neft – kimya sənayesində geniş yayılmışdır. Son illərdə porşenli nasosların konstruktiv formaları 10 illik müddət ər- zində təkmilləşmiş və yüksək hidravliki gicə malik modifikasiyaları alınmışdır.
Neftçıxarma sənayesində porşenli nasoslar qazmada quyuya gil məhlulunun vurulmasında və sementlənməsində tətbiq edilir. Bu nasoslardan eləcə də dərinlik nasosları kimi neftin çıxarılmasında, müəyyən layların hidravliki dağılmasında və neft sənayesində bəzi daxili işlərin görülməsində istifadə olunur.
Porşenli nasoslar neftayırma zavodlarında neftin nəql edilməsi, distilləsi və neft məhsullarının emal edilməsində böyük rol oynayır. Bu nasoslar öz tətbiqini magistral neft boru kəmərlərində, kimyəvi zavodlarda, keyfiyyətli texnoloji iş proseslərinin yaradılmasında, həmçinin su təchizatında və kanalizasiyalardan çirkab sularının axıdılmasında tapmışdır.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə