31
Böyük və Kiçik Magellan dumanlıqları
XX əsrin sonlarına qədər astronomlar bu
qalaktikaların bizə ən yaxın olduğunu zənn edirdi-
lər. Lakin 1994-cü ildə bir qrup Böyük Britaniya
astronomu bizə ən yaxın yeni qalaktikanın kəşfi
barədə məlumat verdi. Bu, Oxatan bürcündəki el-
liptik formalı cırtdan qalak-tikadır. Çoxsaylı ulduz-
lar yığımından və toz-qaz dumanlığından ibarət
olan bu qalaktika ilə aramızdakı məsafə 82000 işıq
ilidir.
32
Astronomların bu vaxta qədər kəşf etdikləri
ən böyük qalaktika isə Abell 2029 qalaktikalar yı-
ğımındakı mərkəzi qalaktikadır. Qız bürcündə yer-
ləşən bu qalaktikaya qədər məsafə 1070 mln işıq ili
qədərdir. Bu qalaktikanın diametrinin 5600000 işıq
ili olduğu göstərilir ki, bu da Bizim Qalaktikanın
diametrindən 80 dəfə böyükdür. Həmin qalaktika 2
trilyon Günəşin verdiyi qədər işıq verir.
Son zamanlara qədər güclü teleskoplarla kai-
natı ən uzağı 3-4 milyard işıq ili məsafəsində öy-
rənmək mümkün idi. Lakin son illərdə alınmış mə-
lumatlar insanları heyrətə gətirdi. Finlyandiya və
İtaliya alimləri bizdən 11 milyard işıq ili məsafə-
sində olan yeni qalaktikanın kəşf edilməsi barədə
məlumat verdilər. Bu qalaktikanın mərkəzində
güclü elektromaqnit dalğaları şüalandıran kvazar
durur. Bu kəşf kainatın daha dərin “qatlarını” öy-
rənməyə, qalaktikaların yaranma prosesi haqqında
yeni məlumatlar əldə etməyə imkan verəcəkdir.
33
Spiralşəkilli iki qalaktikanın (NGC 2207 və İC 2168)
qarşılıqlı əlaqəsi
Kainatda ulduzlar toplusu – qalaktikalardan
başqa, qaz və toz yığımından ibarət kütlələr – du-
manlıqlar da mövcuddur. Belə dumanlıqlardan biri
Yerdən 1500 işıq ili məsafəsində yerləşən Orion
bürcündəki Orion dumanlığıdır. Seyrəlmiş qaz bu-
ludlarından və toz zərrəciklərindən ibarət olan bu
dumanlıq qaranlıq gecədə adi gözlə parlaq ləkə ki-
mi görünür. Alimlər bu dumanlığı yeni ulduz yara-
dan sahə kimi qiymətləndirirlər.
Qaz və tozdan ibarət Bumeranq dumanlığı
isə Yerdən 5000 işıq ili məsafəsində yerləşir. Bu
34
dumanlığı kainatın ən soyuq hissəsi hesab etmək
olar. Bu soyuq ləkənin temperaturu 272 °C-dir.
Qeyd edək ki, bu cür temperaturu Yer kürəsində
Orion bürcündə At Başı dumanlığı
yalnız laboratoriya şəraitində almaq mümkündür.
Alimlər dumanlığın soyuma səbəbini belə izah
edirlər. Orada bir ulduzun partlaması nəticəsində
qaz-toz dumanlığı sürətlə seyrəkləşmiş və güclü
soyuma baş vermişdir.
35
ULDUZLAR ƏTRAFINDA
PLANETLƏR
Günəş də bir ulduzdur. Günəş sisteminə 10
planet daxildir. Bu sistemin ən böyük planeti Yupi-
terdir. Onun kütləsi qalan planetlərin və onlar ətra-
fında dövr edən peyklərin kütləsindən də artıq-dır.
Günəş sisteminin 10 planetindən yalnız birində hə-
yat mövcuddur ki, bu da Yer kürəsidir. Planetlərin
kütləcə böyük olmasına baxmayaraq, Günəş siste-
minin cəmi 0,13%-ini planetlər, qalan 99,87% -ini
isə Günəş təşkil edir.
Günəş sistemində 10 planetdən əlavə 10 min-
lərlə kiçik kütlələr – astroidlər də mövcuddur. Bu
astroidlərin ən çoxu Marsla Yupiter arasında yerlə-
şir. Belə güman edilir ki, Marsla Yupiter arasında
Fayton adlı bir planet olub. Bu planetin partlaması
nəticəsində çoxsaylı astroidlər əmələ gəlmişdir.
Astroidlərin çoxuna ad da verilmişdir:
36
Eros, Hermes, Adonis, İkar, Apallon, Amur və s.
Bunlardan ən böyük astroid Sereradır. Onun dia-
metri 770 km-dir. Hermesin diametri 1600 m, di-
gər astroidlərin ölçüləri isə 1 km-ə yaxın və daha
azdır.
Astronomları, həmçinin bütün insanları çox
maraqlandıran bir sual var. Görəsən, Yer kürə-
sindən başqa hər hansı bir planetdə yaşayış varmı?
Bunun üçün də astronomlar elə ulduz axtarırdılar
ki, onun ətrafında planet olsun.
2000-ci ildə ABŞ–ın Texas Universitetindəki
rəsədxanada bir qrup astronom tərəfindən Eridon
bürcündəki Epsilon ulduzu ətrafında planet aşkar
edildi. Bu planet Günəş sistemindən 10,5 işıq ili
37
məsafəsindədir. Alimlər müəyyən etdilər ki, bu
planet Yupiterdən bir az böyükdür.
2001-ci ildə astronomlar tərəfindən bir ulduz
da aşkar edilmişdir. Onun qeyri-adiliyi ətrafında
nəhəng planetin olmasıdır. Astronomlar bu planeti
HD168443 adlandırıblar. Bu planetlə Yer kürəsi
arasındakı məsafə 123 işıq ilidir. Alimlər müəyyən
ediblər ki, bu planet Günəş sisteminin ən böyük
planeti olan Yupiterdən 17 dəfə böyükdür.
38
KAİNAT SONSUZDURMU
?
SONSUZLUQ NƏDİR
?
Bu dünyanın əvvəli yox, sonu yox,
Var olarmı yoxla – yoxun arası.
Bəxtiyar Vahabzadə
İnsanları həmişə belə bir sual düşündürüb.
Görəsən, kainatın əvvəli olubmu, sonu olacaqmı?
Yoxsa, kainat sonsuz zaman ərzində mövcud ola-
caqdır?
Keçmişdə bəzi tədqiqatçılar da güman edir-
dilər ki, bütün kainat “Ağ yol”dan ibarətdir. Amma
bu belə deyilmiş. Kainat insanların ağlına sığma-
yacaq qədər sonsuz və böyükdür. Biz kainatın həc-
mini nəinki bilmirik, heç onu təsəvvür də edə bil-
mərik. İnsanlar üçün kainatı sona qədər dərk et-
mək çox çətindir.
Yunan filosofları Platon və Aristotelə görə
kainat həmişə mövcud olub və həmişə olmaqda da
davam edəcəkdir.
Roma filosofu Lukretsi 2000 il bundan əvvəl
“Nəsnələrin (şeylərin) təbiəti” poemasında deyirdi:
“Kainatın heç bir tərəfdən qurtaracağı yoxdur.
Əgər bir qurtaracağı varsa, o biri qurtaracağı da ol-
malıdır. O şeyin kənarı yoxdur ki, ondan kənarda,
onu ayıran heç bir şey yoxdur. Yalnız hisslərimiz
onu izləməyə qadirdir. Əgər biz qəbul etsək ki,
Dostları ilə paylaş: |