Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   2   3   4   5   6   7   8   9   ...   29

viii
Bir  çox  hallarda,  ölkə,  yaxud  xüsusi  sahələr  üzrə  etibarlı  və  yenilənmiş 
məlumatlar inkişafa və yeni sərmayə qoyuluşlarına təkan verir. Bu həmçinin, 
məsul qurumları mövcud boşluqları gözdən keçirməyə, tələbatı müəyyən 
etməyə  və  görülməli  tədbirləri  planlaşdırmağa  vadar  edir.  Bu  Kitabın 
fəsillərində  Azərbaycanda  kənd  təsərrüfatının  ümumi  xüsusiyyətləri, 
Dünyada  və  Azərbaycanda  orqanik  kənd  təsərrüfatı,  rəsmi  institusional 
sistem,  sertifikatlaşdırma  tədbirləri,  orqanik  kənd  təsərrüfatı  haqqında 
qanunvericilik bazası, təhsil və təlimlər, Dəyər zəncri, daxili bazar və ixrac 
bazarları,  həmçinin,  orqanik  kənd  təsərrüfatı  məhsulları  üzrə  prioritet 
məhsullar və regionlar barədə məlumatlar öz əksini tapmışdır. Tövsiyyələr 
əsasən  mövcud  maneələrin  aradan  qaldırmaqla,  Azərbaycanda  orqanik 
kənd  təsərrüfatı  hərəkatını  sürətləndirməyə  yönəlmişdir.  Unutmayaq 
ki,  bu  problemlər  müxtəlif  daxili  və  xarici  amillər  səbəbindən  daim 
dəyişikliklərə uğrayır. Bu səbəbdən, zaman keçdikcə qanunvericilik bazası 
kimi məlumatlar və vəziyyət də dəyişə bilər. Kənd təsərrüfatı istehsalı üzrə 
zəngin  keçmişə  və  genetik  müxtəlifliyə  malik  Azərbaycan,  yerli/regional 
dəyərlərə  malik  orqanik  idarəetmə  sisteminə  inteqrasiya  etmək  üçün 
böyük potensiala malikdir. Kitabın məqsədi Azərbaycanda orqanik kənd 
təsərrüfatının dayanıqlı və sürətli inkişafına töhfə verməkdən ibarətdir.


ix
Minnətdarlıq
Bu Kitab BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra 
olunan və Türkiyə Respublikasının Hökuməti tərəfindən maliyyə dəstəyi 
alan  “Azərbaycanda  orqanik  kənd  təsərrüfatının  inkişafı  və  institusional 
bacarıqların  artırılması”  layihəsi  (GCP/AZE/006/TUR)  çərçivəsində 
hazırlanıb.
Layihə fəaliyyətləri FAO, Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı 
və Heyvandarlıq Nazirliyi (Türkiye Cumhuriyeti Gida, Tarım və Hayvancılık 
Bakanlığı) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə 
səyləri ilə icra olunur. FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisinin 
(FAOSEC-in)  nümayəndəsi  c-b  Hafiz  Mumincanov  layihənin  baş  texniki 
əməkdaşıdır.  FAO-nun  Roma  Baş  Ofisinin  hüquq  departamentinin 
hüquqşünası  x-m  Carmen  Bullon  layihənin  hüquq  əməkdaşıdır.  FAO-
nun  Azərbaycandakı  Tərəfdaşlıq  və  Əlaqələndirmə  Ofisinin  əməkdaşları 
x-m Mələk Çakmak, x-m Təranə Bəşirova və c-b Vüqar Bəşirov Layihənin 
fəaliyyətlərinə  texniki  dəstək  göstərirlər.  Layihə  əlaqələndiricisi  c-b 
Oqtay  Hüseynov,  beynəlxalq  məsləhətçilər  x-m  Rauşan  Jajıkbayeva, 
c-b Levent Yıldız və x-m Vildan Karaslan, eləcə də milli mütəxəssilər c-b 
Rəsul Balayev, c-b Məhəmməd Quluzadə və c-b Vüqar Babayev Layihənin 
icrasına  səylərini  əsirgəmir.  Kitabın  müəllifləri  Uygun  Aksoy,  İsmet  Boz, 
Həzi Eynalov və Yaqub Quliyev beynəlxalq və milli məsləhətçilər qismində 
layihənin icrasına töhfə veriblər.
Mətni  c-b  Hafiz  Mumincanov  redaktə  edib.  Kitabın  tərtibatı  c-b  Timur 
Madibayevindir.
Kitab  Azərbaycanda  orqanik  kənd  təsərrüfatı  haqqında  mövcud  və 
Iayihə  daxilində  toplanmış  məlumatı  bir  araya  gətirərək,  ölkədə  bu 
sahədə cari vəziyyəti təsvir etmək məqsədini güdür. Bütün tərəfdaşlara 
və  maraqlı  tərəflərə  kömək  etmək  üçün  Kitab  həmçinin  ingilis  və  rus 
dillərində dərc olunur. Hazırkı bazaya əsaslanaraq, bu Layihənin orqanik 
kənd təsərrüfatı sahəsində növbəti fəaliyyətlərə və layihələrə yol açması 
gözlənilir. Iayihənin və bu Kitabın ərsəyə gəlməsini mümkün etmiş maliyyə 
yardımına və dəstəyinə görə FAO-Türkiyə Tərəfdaşlıq Proqramına (FTTP) 
dərin təşəkkürümüzü bildiririk.



xi
Qısaltmalar və ı̇xtı̇sarlar
ABŞ
Amerika Birləşmiş Ştatları
AI
Avropa İttifaqı (Avropa Birliyi) European Union
AK
Avropa Komissiyası European Commission
(ec.europa.eu)
AMEA
Azərbaycan Milli Elmlər Akademiyası 
(science.gov.az)
AZE
Azərbaycan
Azersun 
Holdinq
Azərbaycanın qida sənayesində ilk xarici özəl şirkətlər 
qrupu 
(azersun.com)
AZN
Yeni Azərbaycan Manatı Azərbaycan milli valyutasının 
beynəlxalq kodu
AZPROMO
Azerbaijan Export and Investment Promotion Foundation 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 
(azpromo.az)
AZSTAND
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və 
Patent üzrə Dövlət Komitəsi 
(azstand.gov.az)
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri
DSK
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
(stat.gov.az)
ETSN
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyi 
(eco.gov.az)
ƏƏSMN
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial 
Müdafiəsi Nazirliyi 
(mlsppp.gov.az)
FAO
Food and Agriculture Organization of the United Nations 
(fao.org)
 Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı 
Təşkilatı
FIBL
Forschungsinstitute für Biologische Landwirtschaft 
(fibl.org)
 Elmi-Tədqiqat Bioloji Kənd Təsərrüfatı İnstitutu 
(Almaniya)
GABA
Gəncə Aqrobiznes Assosiasiyası 
(aze.gaba.az)


xii
GIZ
Deutsche Gesellschaft für Internationale Zusammenarbeit 
(giz.de)
 Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti
GMO
Genetik modifikasiya edilmiş orqanizm
GOST
(rus dilində 
ГОСТ)
Avrasiya Standartlaşdırma, Metrologiya və Sertifikatlaşma 
Şurasının təsdiq və nəzarət etdiyi texniki standartlar 
toplusu
Ha
Hektar
HS
Uyğunlaşdırılmış Əmtəə Təsviri və Kodlaşdırılması Sistemi 
(qısaca: Uyğunlaşdırılmış Sistem) beynəlxalq ticarətdə 
dövriyyə edən məhsulların təsnifatı məqsədləri ilə istifadə 
olunan ümumdünya standartlaşdırılmış ad və nömrələr 
sistemi
IFOAM
International Federation of Organic Agriculture 
Movements, aka Organics International 
(www.ifoam.bio)
 Bioloji Kənd Təsərrüfatı Hərəkətlərinin 
Beynəlxalq Federasiyası (və ya Orqanik Beynəlmiləl)
IMO
Institut für Marktökologie 
(www.imo.ch)
 [Ekoloji, bioloji 
və sosial standartlar üzrə aparıcı beynəlxalq yoxlama və 
sertifikasiya təşkilatı, İsveçrə]
İN
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (əvvəllər 
İqtisadi İnkişaf Nazirliyi) 
(economy.gov.az
)
ISO
International Organization for Standratization
(iso.org)
 Beynəlxalq Standartlaşdırma Təşkilatı
KTİETİ
Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi- 
Tədqiqat İnstitutu
KTN
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 
(agro.gov.az)
MDB
Müstəqil Dövlətlər Birliyi
MƏB
Müalicəvi və ətirli bitkilər
NQ
Orqanik məhsulların yoxlamasını aparan və sertifikat verən 
nəzarət qurumu
NOP
National Organic Program of the USA ABŞ Milli Orqanik 
Proqramı
Obanatur
[Orqanik məhsulları tədarük edən və satan Azərbaycan 
şirkəti] 
(obanatur.az)


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə