Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   2   3   4   5   6   7   8   9   ...   29

1
2
3
4
5
6
7
Giriş
Orqanik kənd 
təsərrüfati: Dünyada 
Azərbaycanda
Ixrac bazarının 
təhlili
Yekun və 
tövsiyələr
Azərbaycanın 
kənd təsərrüfatı
Dəyər zəncı̇ri 
və daxı̇lı̇ bazar
Prioritet bitkilər/regionlar 
üzrə orqanik məhsul 
istehsalının üstünlüyü
© F
AO / Y
agub Guliy
ev
1
Giriş



3
Giriş
Fəsil 1
1. Giriş
Türk  və  Müsəlman  dünyasında  ilk  demokratik  və  dünyəvi  dövlət  olan 
Azərbaycan Respublikası 1918-ci ildə yaradılmışdır. Təxminən 2 il sonra 
dövlət  Sovet  İttifaqının  tərkibinə  daxil  edilmişdir.  İttifaq  dağıldıqdan 
sonra keçmiş Sovet İttifaqından ayrılmış bir çox dövlət kimi Azərbaycan 
da 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmişdir.
Azərbaycan  Cənub-Şərqi  Asiyada,  Xəzər  dənizinin  sahilində  yerləşən 
ölkədir.  Ölkənin  böyük  hissəsi  Asiya  qitəsinin,  Qafqaz  dağlarından 
şimalda yerləşən kiçik bir parçası isə, Avropa qitəsinin ərazisinə düşür. 
Ən  hündür  zirvəsi  olan  Bazardüzü  dağı  4,485  m  hündürlüyə  malikdir. 
Şərq sahillərini Xəzər dənizinin suları yuyan Azərbaycan cənubdan İran, 
qərbdən Ermənistan, şimaldan isə Rusiya və Gürcüstanla həmsərhəddir. 
Naxçıvan Muxtar Respublikası Ermənistan Respublikası ilə sərhədə malik 
anklav  əmələ  gətirir.  NMR  qərb  istiqamətində  Türkiyə  Respublikası 
ilə  kiçik  sərhəddə  malikdir.  86,600  km²  əraziyə  malik  ölkə  Avstriyaya 
nisbətən  bir  qədər  böyük,  ABŞ-ın  Men  ştatına  nisbətən  isə,  bir  qədər 
kiçikdir.  Təxminən  9.5  milyon  nəfərlik  əhaliyə  malik  Azərbaycanın 
paytaxtı Bakı şəhəridir. Ölkənin rəsmi dili olan Azərbaycan dili əhalinin 
90%-nin, rus dili isə, 2%-nin doğma dilidir.
Azərbaycanın iqtisadiyyatı neft və təbii ehtiyatlardan çox asılıdır. Ölkə 
inkişafının əsasını təşkil edən ixrac mədaxili də neft hasilatından asılıdır. 
Tikinti,  bankçılıq  və  daşınmaz  əmlak  kimi  qeyri-neft  sektorlarının  da 
inkişafda  olduğuna  baxmayaraq,  yəqin  ki,  neft  ixracatı  Azərbaycan 
iqtisadiyyatının  əsas  hərəkətverici  qüvvəsi  olaraq  qalacaq.  Beynəlxalq 
səviyyədə  tanınan  layihələr  olan  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Supsa  və 
Bakı-Novorossiysk  neft  kəmərləri  Azərbaycan  iqtisadiyyatına  və  onun 
regiondakı strateji mövqeyinə öz töhfələrini verməkdə davam edəcək. 
Neft hasilatı və ixracından başqa Azərbaycanı beynəlxalq bazara çıxara 
biləcək digər mənbə zəngin qaz ehtiyatlarıdır. Azərbaycan və Avropanı 
birləşdirəcək Cənub Qaz Dəhlizi layihəsi istismara verildikdən sonra ölkə 
daha bir uzunmüddətli və dayanıqlı gəlir mənbəyi əldə edəcək.
Balıqçılıq  və  arıçılıq  da  daxil  olmaqla,  heyvandarlıq  və  bitkiçilik  üzrə 
kənd  təsərrüfatını  zənginləşdirmək  üçün  müxtəlif  topoqrafik  və  iqlim 
zonalarına malik olmasına baxmayaraq, Azərbaycan  qida məhsullarının 
xalis idxalçısı hesab olunur. Əsas problem torpaq sahələrinin parçalanması 
və təbii ehtiyatların deqradasiyasından qaynaqlanan kənd təsərrüfatında 
aşağı  məhsuldarlıqla  bağlıdır.  Bitkiçilik  və  heyvandarlıq  sahələrinin 


4
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
düzgün  idarə  edilməməsi  torpaq  eroziyasına,  şoranlaşmaya,  torpaqda 
üzvi  maddələrin  və  torpaq  münbitliyinin  azalmasına,  bataqlıqlaşmaya, 
deqredasiyaya  və  səhralaşmaya  səbəb  olmuşdur.  Bütün  qeyd  olunan 
amillər kənd təsərrüfatının inkişafına və davamlı ərzaq istehsalına zərər 
vurmuşdur.  Müstəqilliyin  əldə  olunması  torpaqdan  istifadə  və  kənd 
təsərrüfatının  aparılması  praktikalarında  struktur  dəyişiklikləri  labüd 
etmişdir. Bu mərhələdə iqtisadi inkişaf baxımından əsas diqqət neft və 
qaz mənbələrinə yönəldilmişdir. Kənd təsərrüfatı, hazırda Azərbaycanda 
iqtisadi inkişaf, məşğulluğun təmin edilməsi və yoxsulluqla mübarizədə 
əsas  vasitə  hesab  olunur.  Ümumi  Daxili  Məhsuldakı  (ÜDM)  payı  hələ 
də  az  olmasına  baxmayaraq,  iqtisadiyyatın  şaxələndirilməsi  və  ərzaq 
təminatının  yüksəldilməsi  baxımından,  əsas  diqqət  kənd  təsərrüfatı 
başda olmaqla qeyri-neft sektoruna yönəldilmişdir.
Azərbaycan  iqtisadiyyatına  töhfə  baxımından  kənd  təsərrüfatı  neft  və 
tikinti sahəsindən sonra üçüncü yeri tutur. ÜDM-dəki payı 8% olmasına 
baxmayaraq,  ümumi  işçi  qüvvəsinin  38%-i  məhz  bu  sahədə  çalışır. 
Müqayisə  üçün  deyək  ki,  neft  sahəsində  ümumi  işçi  qüvvəsinin  cəmi 
1%-i  çalışır.  Kənd  təsərrüfatı  torpaqlarının  99.8%-i  özəlləşdirilmişdir 
ki,  bunun  da,  66.8%-i  ailə  təsərrüfatlarının,  32.8%-i  isə,məhsulu  öz 
ailə  ehtiyacları  üçün  istehsal  edən  təsərrüfatların  payına  düşür.  Kənd 
təsərrüfatı torpaqlarının yalnız 0.2%-i kənd təsərrüfatı müəssisələrinin 
balansındadır. 2.7 milyard ABŞ dolları, yaxud sənaye istehsalının 41%-i 
həcmində istehsal gücünə malik kənd təsərrüfatı sənayesi bu baxımdan 
həlledici rola malikdir. Əsas sahələr kimi ət və süd məhsullarının emalı, 
həmçinin, meyvə və tərəvəz konservləşdirməsini göstərmək olar. Emal 
sahəsinin 99.8%-i kiçik və orta-həcmli özəl təsərrüfatların payına düşür 
(Anonim, 2011).
Azərbaycan institutlaşdırılmış bazar əsaslı iqtisadi islahatlar baxımından 
yalnız  məhdud  inkişafa  nail  olmuşdur.  Geniş  dövlət  və  özəl  sektor 
təcrübəsi və strukturlaşmış iqtisadi səmərəliliyin olmaması, xüsusilə də, 
qeyri-neft sektorunda uzunmüddətli inkişafın qarşısında duran maneədir. 
Qeyri-neft sektorunda intensiv xarici sərmayələrin olmaması və Dağlıq 
Qarabağ  regionunda  münaqişə  ocağının  hələ  də  qalması  Azərbaycan 
iqtisadiyyatının inkişafının qarşısında duran digər maneələrdir. Rusiya və 
digər keçmiş Sovet ölkələri ilə zəifləmiş ticarət əlaqələri yenidən inkişaf 
etdirilir,  eyni  zamanda,  Türkiyə  və  Avropa  ölkələri  ilə  ticarət  əlaqələri 
qurulur.  Uzunmüddətli  perspektivlər  neftin  dünya  bazarlarındakı 
qiymətindən,  Azərbaycanın  artmaqda  olan  qaz  hasilatı  üçün  ixrac 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə