Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   2   3   4   5   6   7   8   9   ...   29

5
Giriş
Fəsil 1
Təsvir 1.
 Azərbaycanın xəritəsi
1
 və iqtisadi regionlar
2
 
1
  Mənbə: 
https://tr.wikipedia.org/wiki/Azerbaycan%27daki_şehirler_listesi
2
  Mənbə: 
https://www.wpclipart.com/geography/Country_Maps/A/Azerbaijan/Azerbaijan_economic_regions.png.html


6
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
istiqamətlərini  tapmaq  bacarığından  və  özünün  enerji  sərvətini 
iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafı və stimullaşdırılması üçün 
istifadə edib-etməməsindən asılıdır.
Neft və qaz qiymətlərinin aşağı düşməsi və digər qlobal iqtisadi böhranlar 
Azərbaycan  iqtisadiyyatına  çox  böyük  təsir  göstərmiş,  bu  isə  özünü 
2016-ci ilin yanvar ayında təxminən 40%-lik devalvasiyada göstərmişdir. 
Bu  devalvasiyada  əsas  məqsəd  milli  iqtisadiyyatı  şaxələndirmək, 
beynəlxalq rəqabətədavamlılıq və ixracı yüksəltmək, ödəmələr balansını 
gücləndirmək, ölkənin beynəlxalq ödəmə potensialı baxımından strarteji 
sabitliyi təmin etmək olsa da, bir çox sahələr, xüsusilə də, kiçik və orta 
sahibkarlıq  və  istehlakçılar  bundan  zərər  çəkmiş  oldular.  Bu  təcrübə 
ölkənin  siyasətini  müəyyən  edən  və  intellektual  şəxslərinə  bir  daha 
xatırlatdı  ki,  iqtisadiyyatın  şaxələndirilməsi,  xüsusilə  də,  neft  və  qaz 
ehtiyatlarından asılılığın aradan qaldırılması qaçılmazdır. Azərbaycanın 
bu məqsədə çatmaq üçün mövcud imkanlarından biri kənd təsərrüfatı və 
ərzaq sahəsini, həmçinin, əlaqəli sahələri inkişaf etdirməsidir.
İqtisadiyyatın müxtəlif sektorları üzrə ümumi daxili məhsulu nəzərdən 
keçirdikdə, neft və qaz sektorlarının payının çox yüksək olması səbəbindən 
kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sektorlarının ümumi payı cəmi 
5.3% təşkil edir. 2015-ci ilin məlumatlarına əsasən, ümumi idxal həcmi 
9.2  milyard  ABŞ  dolları  dəyərində  olmuşdur  ki,  bunun  da  9.9%-i  qida 
və heyvanat, 3.9%-i isə, içki və tütün məhsullarının payına düşmüşdür. 
Məhsuldar torpaqlar, su bolluğu və iqlim fərqliliyi güclü kənd təsərrüfatı 
sektoru  üçün  gözəl  zəmin  yaradır.  Ölkə  ərazisində  9  iqlim  qurşağının 
olması müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalına şərait yaradır 
və yeni imkanlar açır.
Neft  Azərbaycan  iqtisadiyyatının  əsas  hərəkətverici  qüvvəsidir.  Lakin 
son  illər  neft  qiymətlərinin  aşağı  olması,  idxaldan  asılılıq  və  ərzaq 
məhsullarının  qiymətinin  yüksək  olması  kənd  təsərrüfatının  və  kənd 
yerlərinin  inkişafına  dair  proqramları  zərurətə  çevirmişdir.  Dövlətin 
kənd təsərrüfatı, kənd yerləri və kənd təsərrüfatı sənayesinin inkişafına 
yönəlmiş  Milli  İnkişaf  proqramlarına  3  dövlət  proqramı  daxildir  ki, 
onların da əsas məqsədi təbii və iqtisadi qaynaqlardan səmərəli istifadə 
etməklə,  Dünya  iqtisadiyyatı  sisteminə  inteqrasiya  olunmuş  sabit  milli 
iqtisadi  sistemin  yaradılmasından  ibarətdir.  Sözügedən  proqramlar 
aşağıdakılardır:
(I) 
“2009-2013-cü  illərdə  Azərbaycan  Respublikası  regionlarının  sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”;


7
Giriş
Fəsil 1
(II) 
“2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun 
azaldılması və davamlı inkişaf Dövlət Proqramı”;
(III) 
“2008—2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq 
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”;
(IV) 
Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı  məhsullarının 
istehsalına və emalına dair Strateji Yol Xəritəsi.
Milli İnkişaf Proqramında əsas diqqət təbii müqayisəli üstünlüyə malik və 
məhsula əlavə dəyər qazandıran yüksək-dəyərli məhsullara yönəldilmişdir. 
Təbii  üstünlüklərə  malik  məhsullar  dedikdə  əsasən  alma,  nar,  zeytun  və 
zeytun yağı, fındıq, kələm və noxud nəzərdə tutulur. Süd, qoyun və mal əti 
isə, yüksək potensiala malik heyvan mənşəli məhsullar hesab olunurlar. Bu 
yanaşma ixrac məqsədilə becərilən orqanik məhsullar üçün də keçərlidir.
MDB ölkələri arasında kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarından 
olan  Azərbaycan,  idxalın  əvəzlənməsi,  o  cümlədən,  ixrac  üçün  kənd 
təsərrüfatını  və  ərzaq  sənayesini  daha  da  inkişaf  etdirmək  niyyətindədir. 
Kənd təsərrüfatı sahəsində çalışan işçi qüvvəsini və mövcud təbii qaynaqları 
nəzərə alaraq, Azərbaycanın bu sahədən daha çox ümumi daxili məhsul əldə 
etmək  potensialını  tam  olaraq  reallaşdırmağını  görmək  olar.  Ekologiyaya 
zərərsiz  və  iqlim-əsaslı  ağıllı  kənd  təsərrüfatına  əsaslanan  uzunmüddətli 
strategiya, ərazilərə xas həll yolları və təlimlərə yönəlmiş elmi araşdırmalar, 
həmçinin,  təbliğat,  bu  prosesi  sürətləndirəcək  və  Azərbaycanın  kənd 
təsərrüfatı və əlaqəli sahələrdən daha yüksək qazanc əldə etməsinə imkan 
verəcək. Dünyanın orqanik məhsullar bazarının sürətli inkişafı, artmaqda olan 
qida təhlükəsizliyi problemləri və Azərbaycanın ekoloji özünəməxsusluqları 
orqanik kənd təsərrüfatını cəlbedici hədəfə çevirir.



1
2
3
4
5
6
7
© F
AO / Y
agub Guliy
ev
2
Azərbaycanın kənd təsərrüfatı 
Giriş
Orqanik kənd 
təsərrüfati: Dünyada 
Azərbaycanda
Ixrac bazarının 
təhlili
Yekun və 
tövsiyələr
Azərbaycanın 
kənd təsərrüfatı
Dəyər zəncı̇ri 
və daxı̇lı̇ bazar
Prioritet bitkilər/regionlar 
üzrə orqanik məhsul 
istehsalının üstünlüyü


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə