KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   32   33   34   35   36   37   38   39   40

104 
 
Əkrəmdə  görmürəm!  Onun  üçün  də  başqalarında  axtarıram!  Dünya  iki  olsaydı, 
mən  bu  dünyadan  köçüb,  o  birisinə  gedərdim.  Bəlkə,  istədiklərimi  orada 
tapardım!.. 
Yeganə  sərt  bir  hərəkətlə  çevrilib  yataq  otağına,  oradan  da  zala  keçdi.  Bir 
azdan, ərinin pal-paltarını gətirib, səliqəsiz halda çamadana yığmağa başladı: 
−Neyləyim ki, mən bədbəxtəm! Könlüm arzular qəbiristanıdır... 
Çənəsini  ovcuna  söykəyib  dayanmış  Əkrəm,  sanki  daşa  dönmüşdü.  Heç 
qımıldanmırdı da. Xəyalı, onu ötüb arxada qalan illərə aparmışdı – mənalı sandığı 
mənasız  məhəbbətlə  yaşadığı  çağlara!  “Heyf  o  təmiz,  izafi  duyğulardan!  Hamısı 
bica getdi! Sabun köpüyü kimi şişdi, partladı, yox oldu!..”. 
−Buyur! – deyə Yeganə çamadanı örtüb, dikəldi. – Bu da sənin avadanlığın! 
Əkrəm  küncə  söykədiyi  əsasını  götürdü.  Qara  şüşəli  çeşməyini  çıxarıb, 
gözünə taxdı. Qövr edən ürəyinin hökmü ilə Yeganəyə son sözünü dedi: 
−And içirəm, anamın o müqəddəs qəbrinə ki, sənin üzünü görmədiyim üçün 
kor olduğuma bu gün peşman deyiləm! 
O, çamadanını qaldırdı, təpiyinin zərbi ilə qapını açıb, pilləkənləri endi... 
 
 
ON DÖRDÜNCÜ NOVELLA 
 
 
Baharın  ilıq  nəfəsi  qışın  qarını  əritdi...Fəridənin  qayğısı  Əkrəmin 
kədərini dağıdan kimi. 
İkinci ay idi Səltənət qızı evinə köçmüşdü: daha köhnə həyətlərinin qapısını 
açmırdı. 
Yeganə:  “  –  Bütün  işlərin  fitnə-fəsadı  sənsən!  Axır  ki,  dilin  dinc  durmadı, 
məni şeytanladın! – deyə arvada hədə-qorxu gəlmişdi. – Eybi yoxdur, görərsən, bu 
xəbərçilik sənə neçəyə oturacaq!..” 
Səltənət  haqsız  ittihamdan  yanıb-yaxılmışdı.  Həyatında  bəlkə  də,  ilk  dəfə 
sakit  təbiətinin  xilafına  səsini  ucaldaraq  çımxırmış,  ona  yeddi  qatından  keçən 
cavab qaytarmışdı: 
“ – Yalansa, allah qənimin olsun! Mən o fikrə düşsəydim, ərin sənə çoxdan 
arxa  çevirmişdi.  Ancaq  səhv  eləmişəm.  Gərək  vaxtında  susmayaydım.  Heyf  o 
günlərə ki, Əkrəm səninlə keçirdi”. 
Səltənətin  sərt  sifətini  görən,  ondan  bu  tənəli  sözləri  eşidən  Yeganə 
sarsılmışdı. 
“  –  Necə?!  İndi  sən  də  mənim  üzümə  durursan?!  Hə?..  Yaxşılıqlarımın 
əvəzini qaytarırsan?!” 
downloaded from KitabYurdu.org


105 
 
“  –  Başına  dəysin  mənə  elədiyin  yaxşılıqlar!  –  deyə  arvad  lap  hövsələdən 
çıxmışdı.  –  Onu  bil  ki,  mən  acından  ölərəm,  sənin  kimi  mürvətsizə  möhtac 
olmaram!” 
Səltənət  özünü  hörmətdən  salmaq  istəməmişdi;  aynabəndin  qapısını  çırpıb 
pilləkənləri enəndə, məsələdən xəbər tutan və onsuz da Yeganənin əlindən çoxdan 
yığmış  həmxana  qadınlardan  ikisi  yuxarı  hücum  çəkməyə  hazırlaşmışdı.  Lakin 
Səltənət qoymamışdı. 
Bir axşam o, nəvəsini gəzdirməyə çıxanda yolüstü Əkrəmə dəydi; ana-bala 
təkin qarşı-qarşıya əyləşib, xeyli dərdləşdilər. 
−O ev Məkkə, Mədinə ola, mən yenə ora üz çevirmərəm! – deyə arvad ürək 
yanğısı  ilə  gileyləndi.  –  Yeganədən  onsuz  da  sidqim  çoxdan  sıyrılmışdı.  Sən 
gedəndən  sonra  o  məlunun  sifətini  hər  görəndə  qeyzlənirdim.  Gec  də  olsa,  ağıllı 
hərəkət elədim. 
Müsahibini dinlədikcə köhnə hadisələr bir-bir Əkrəmin beynində təzələndi: 
−Bilirəm... sən də, Fəridə də çox sirri məndən gizlədirdiniz. Başqa əlacınız 
da  yox  idi.  Ürəyimə  dağı  dağ  üstdən  çəkdirmək  istəmirdiniz...  Elə  buna  görə  də 
məndən  qaçırdınız;  rastlaşmağa,  söhbətləşməyə  ehtiyat  edirdiniz...  –  Əkrəmin 
sözlərinin  sonunda  təəssüf  duyuldu.  –  Eh!..  Keçənə  güzəşt  deyərlər.  Təqsirlərin 
hamısı özümdə oldu. O zaman anamın baxışlarından oxumuşdum – bu işə ürəkdən 
razı deyildi... 
Səltənət ona təskinlik verdi: 
−Zərərin yarısından qayıtmaq da xeyirdir, bala. Heç vecinə alma. Yüz eləsini 
sənin bir tükünə dəyişmərəm. 
−Mən  Yeganədən  ayrıldığıma  heyfsilənmirəm.  Gərək  bu  məsələyə  çoxdan 
əncam  çəkiləydi.  Nə  isə...  Keçib...  Məni  başqa  şey  narahat  edir.  O,  boyludur. 
Sabah uşaq doğulandan sonra tərbiyəsi ilə kim məşğul olacaq?!. Necə böyüyəcək?! 
−Başa  düşürəm  səni...  Neyləyəsən...  –  Qarı  söhbəti  dəyişdi.  –  Yaxşı,  bu 
gözəl havada evdə niyə oturmusan? Çıxsana sən də bizimlə gəzməyə. 
−Gedərdim.  Ancaq...  –  deyə  Əkrəm  tərəddüd  elədi.  –  Bir  uşaq..  bir  mən... 
sənə əziyyət olar. 
−Heç əziyyəti-zadı yoxdur. 
Şahin də ikiəlli onun ətəyindən yapışıb yalvarmağa başladı: 
−Cedək!.. Sən nənəmin canı, cedək!... 
Əkrəm uşağın ipək saçlarını tumarladı: 
−Onda qoy, paltarımı dəyişim, bu dəqiqə gəlirəm... 
downloaded from KitabYurdu.org


106 
 
...Sonralar,  beləcə  tez-tez  başmaqseyrinə  çıxmaq  bir  növ  adət  şəkli  aldı. 
Balaca  Şahinin  qırıq-qırıq  danışdığı  şirin,  məzəli  sözlər  Əkrəmə  təkliyi 
unutdurdu... 
Bir dəfə Fəridə də onlara qoşuldu. Dördlükdə şəhərə çıxdılar. 
Gün  hələ  batmamışdı.  Hər  yanda  baharın  təravəti  hiss  edilirdi.  Bağlar, 
bağçalar adamın üzünə gülümsəyirdi. 
Yol boyu Əkrəmi dalğın görən Fəridə, zarafatla ona eşitdirdi: 
−Mən sizin kampaniyanızda artıq deyiləm ki? 
−Xeyr!  Bu  nə  sualdır?  Əksinə,  sizsiz,  kampaniyamızda  nəsə  bir  boşluq, 
çatışmazlıq var idi... 
−Bəs, onda... niyə susursunuz? 
−Çünki Şahin hamımızın əvəzində danışır. 
−Uşaq bir mafar verir ki!.. – deyə Səltənət də söhbətə qarışdı. – Namxuda, 
maşallah, elə bil dilotu yeyib... 
Əkrəmin təklifi ilə gəzinti gəmisinə mindilər, sahildən uzaqlaşdılar. 
Səltənət  məftun  halda  gözlərini  Bakının  işıqlarına  zilləmişdi...  Şahin 
şadlığından atılıb-düşürdü, əl çalırdı, çığırırdı. Fəridə oğluna baxaraq fərəhlənirdi... 
Əkrəm  ətrafın  axşam  mənzərəsini  görürmüş  kimi  xoşallanmışdı.  Üzündə  sakit, 
məmnun ifadələr gəzirdi. 
Körfəzdə  çalınan  musiqi,  büllur  dalğalar  arasında  beşiksayağı  yırğalana-
yırğalana irəliləyən gəmini müşayiət edir, sərnişinlərə layla deyirdi. 
Bu  gəzintidən  Əkrəmə  ifrat  bir  ləzzət  bəxş  olunurdu.  Dənizin  təmiz,  sərin 
havası ciyərlərinə dolub-boşaldıqca, qəlbinə təzə, xoş duyğular süzülür, ona mənən 
rahatlıq verirdi. Sanki neçə illərdən bəri itirdiyi gəncliyini, bu axşam hansı insaflı 
bir ürəyin sahibisə özünə qaytarmışdı. 
−Fəridə xanım... 
−Eşidirəm. 
−Şəhərdən çox aralanmışıq? – deyə arada Əkrəm marağını gizlədə bilmədi. 
−Bir bu qədər də getsək, Nargin adasına çatarıq. 
−Paho... Xeyli yol gəlmişik ki! 
Gəmi  istiqamətini  dəyişdirdi.  Geriyə  qayıdırdı.  Bayaqkı  musiqi  daha 
eşidilmirdi. Şahinin də səs-küyü yatmışdı. 
Əkrəm yenə xəbər aldı: 
−Yəqin indi dəniz çox gözəldir, eləmi? Hamı susur... Tamaşa edir... 
−Bəli,  −  deyə  Fəridə  gözləri  önündəki  füsunkar  mənzərəni  onun  da 
təsəvvüründə  canlandırmağa  çalışdı.  –  Ay  gipgirdə  −  başımızın  üstündədir... 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə