KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   32   33   34   35   36   37   38   39   40

110 
 
−  Şahinə...  at  fiqurunun  yolunu  öyrədirəm,  soruşur,  bəs  dayça  necə 
yeriməlidir?.. 
Fəridə məzəmmət qarışıq bir fərəhlə oğluna baxdı istər-istəməz qımışdı: 
− Şeytansan, heç tayın yoxdur! 
Əməlindən  qanadlanan  Şahin  atılıb  Əkrəmin  boynundan  asıldı.  Sonra 
ürəyindən  nə  keçdisə,  birdən-birə  qaşları  çatıldı,  sifəti  ciddiləşdi;  məyus  halda, 
uşaq sövq-təbiiliyi ilə maraqlandı: 
− Sən doğyudan mənim atamsan?! 
Əkrəm Şahini köksünə sıxdı: 
− Bəli! Sən də mənim oğlumsan! 
− Davadaydın, cəlmisən? 
− Hə... Davadaydım... Sən bunu hardan bilirsən? 
− Anam deyirdi, atan fyontdadı... 
Ara  qapıdan  onların  sual-cavabı  Fəridənin  qulağına  çatsa  da,  özünü 
eşitməməzliyə qoymuşdu. 
− Əvvəl Əsrəf idi adın, sora Əçrəm nösün oldu? 
− Mən adımı dəyişdim ki, düşmənlər məni tanımasın. 
− Onu da anam mənə danısıb... Bəs biz öz evimizdən bura nösün köçdük? 
−  Bura  ona  görə  köçdük  ki,  sən  sabah  böyüyəndə  məktəbə  getsən  yolun 
yaxın olsun. Başa düşdün? O evi də nənənə verdik. 
−  İçisi  də  bizimdi!  Oyda  da  nənəm  var,  buyda  da!  –  Şahin  totuq  əllərini 
şappıldada-şappıldada Əkrəmin qara çeşməyinə baxdı. – Ata, sənin cözləyin niyə 
belədi? 
− Mən öz gözlərimin işığını uşaqlara bağışlamışam, oğlum. 
− İndi cöymüysən? 
−  Görürəm...  Bax,  sənin  saçların  qapqaradır.  Burnun  fındığa  oxşayır... 
Dodaqların qırmızı... 
Şahin ovcu ilə tez onun ağzını qapadı: 
−  Yox!  Buynumu  düz  demədin!  –  O,  stol  üstündəki  şahmat  taxtasından  at 
fiqurunu götürüb soruşdu. – Hə! Əyəm bilsən bu nədi? 
Əkrəm barmaqlarının ucu ilə fiqura toxuncaq dedi: 
− Dayçadır! 
− Düzdü! Bəs bu nədi? 
Şahin  indi  də  “topu”  göstərdi.  Ancaq  dala  çəkilib,  onu  uzaqda  tutdu, 
Əkrəmin əlini yaxınlaşdırmasına imkan vermədi. 
− Şahdır! 
− Yox... bilmədin, bilmədin... 
− Qəşəng oğlum, onda bundan sonra mən görməyəndə, səndən xəbər alaram. 
Məni başa salarsan... Yaxşımı? 
− Yaxşı. 
Qatarın vaxtına hələ üç-dörd saat qalmış Səltənət qızına yaxınlaşıb dedi: 
− Sizin üçün yola toyuq soyutması hazırlamışam... Mən bir evimizə dəyim, 
gəlirəm. 
downloaded from KitabYurdu.org


111 
 
− Çox yubanma, ana, gecikərik. 
... Qarının getdiyi ilə başılovlu, hıçqıra-qıçqıra qayıtdığı bir oldu: 
− Bu nə işdir, ay Fəridə?!! Yatsaydın, yuxuda da görməzdin!.. Biabırçılıqdan 
necə qurtaracağıq?!. Onun üzünə necə baxacağıq?!. – Səltənət dili-dodağı əsə-əsə, 
ovcundakı  teleqramı  qızına  uzatdı.  –  Ərin  Əşrəf  ölməyib!..  Sən  demə,  o,  itkin 
düşübmüş!.. Gəlir!.. 
 
 
ON BEŞİNCİ NOVELLA 
 
 
 
Yeganənin sədaqətinə Zakir necə şübhə edə bilərdi?! Əkrəmdən sonra 
qadın bütün varlığı ilə − ruhən, mənən və cismən  onun idi. “Mən sənin yolunda 
canımdan  da  keçməyə  hazıram!”  –  demişdi.  Və  bir  ara  Zakiri  bərli-bəzəkli 
mənzilinə  gətirib,  artıq  boşalmaqda  olan  qızıl  düyünçəsini  gərəksiz  bir  şey  kimi 
ortaya  atmışdı:  “Bunlar  hamısı  sənə  qurbandır!  Nə  qədər  xətrin  istəyir,  götür, 
xərclə, mənə səndən başqa heç nə lazım deyil!..” 
Zakir Yeganəgildən evlərinə, dəryada ləl-cavahirat qapan qəvvas sevinci ilə 
qayıtmışdı... 
Sabahısı teatrda tamaşa gedirdi. Zal adamla dolu idi. Qabaq cərgədən üç yeri 
Zakirin  anası,  xalası  və  bibisi  tutmuşdu.  Onlar  əsərdə  xörəkpaylayan  qız  rolunu 
oynayan Yeganəyə baxmağa gəlmişdilər. 
Pərdə açılcaq, arvadların arasında pıçhapıç düşdü. Nəhayət, uzun intizardan 
sonra  restoran  göstərilən  şəkildə,  nimçənin  böyrünü  çəngəllə  döyəcləyən  müştəri 
“kellerşa!”  –  deyə  çağıranda,  ağ  önlük  bağlamış,  kök,  sarışın  bir  qız  içəri  girdi. 
Zakirin  anası  marağını  gizlədə  bilməyib  irəli  əyildi,  diqqətlə  baxdı;  xalası,  bibisi 
qeyri-ixtiyari əl çaldı... 
Lakin...  tənəffüs  zamanı  üçlükdə  keçirilən  ayaqüstü  müzakirədə  hərə  öz 
rəyini söylədi. Qızı bəyənmədilər. Tamaşadan yarımçıq çıxıb, dağılışdılar... 
Axşam evdə anası ilə Zakirin arasında qəribə bir dialoq başlandı: 
− Getdin, gördün qızı? 
− Gördüm. 
− Necədir? Xoşuna gəldi? 
− Yox! Əsla, ürəyimə yatmadı. 
− Nəyi? 
− Əvvəla, mənə yaraşmaz ki, gəlinim teatrda əfsiyant ola. Bu bir! İkincisinə 
qalanda, burnu  yekə... Saçları  sapsarı, saman  rəngində. Əndamını  da  porsuq  kimi 
piy  basıb,  fısıldaya-fısıldaya  yeriyir...  O  nədir?!  Şəhərdə  bəyəm  qız  qəhətliyi-
zaddır?!. Xalan da, bibin də şəbədə eləyib, ağız büzdülər. 
Zakir hövsələdən çıxdı: 
−  Ay  arvad,  sənə  deyəndə  ki,  bir  az  gözlə,  gətirərəm  evimizə,  baxarsan, 
qulaq asmırsan! Durub o saat teatra cumursan. O burun, o gövdə, o saç... heç biri 
özününkü deyil! Qondarmadır... Anladın?! 
downloaded from KitabYurdu.org


112 
 
Yeganə  Zakirin  təklifi  əleyhinə,  onun  ailəsi  ilə  görüşməkdən  çəkinmişdi. 
Boylu  olduğunu  duysaydılar,  məsələ  pozulacaqdı.  Vaxt  ötdüyündən  bircə  çıxış 
yolu vardı – bu işi beş ay yubatmaq! 
−Bəs sonra? – deyə Zakir xəbər almışdı. – Sonra körpəni neynəyəcəksən? 
−Eh!.. Sən də gör nəyin fikrini çəkirsən. Bir parça canlının izini itirməyə nə 
var ki!.. 
Ona görə də Zakir evlərində Yeganənin söhbətini salanda “gəlini” görməyə 
can atan anasını başından eləmişdi: “Çox maraqlanırsansa sabah get, teatrda bax: 
xörəkpaylayan qızı oynayan odur!” 
İndi arvad, oğluna göz verib, işıq vermirdi: 
−Ay bala, o dediyin doğrudanmı öz geyimində, öz sir-sifətində yaraşıqlıdır? 
−Ondan şəhərdə bir dənədir, ana! 
−Bəs niyə göstərmirsən qapılarını mənə? 
Bu dəfə də Zakirin dadına yalan çatdı: 
−Qızgil yaslıdır. Yaxın adamları ölmüşdü, hələ ili çıxmayıb. Başa düşdün? 
Beş ay gözləməliyik... 
Arvad heç beş gün də gözləmədi! Bir axşam xəlvəti sivişib harasa yollandı. 
Oğlu  kefli  olduğundan,  ertədən  yatmışdı,  onun  gedişindən  xəbər  tutmadı.  Zakir 
yuxudan anasının səsinə oyandı! 
−Allah mübarək eləsin, ay bala! Axır ki, gördüm gəlinimizi! Maşallah, çox 
gözəl qızdır... Boy.. buxun... 
−Harada gördün? 
−Tiyatrın qabağında!.. Hələ xeyli söhbət də eləmişəm onunla... 
Arvad  özündən  məmnun  halda  göz-qaşını  oynadaraq  çarpayının  qırağında 
əyləşdi. – Qapıçıdan təvəqqe eləmişdim. Yeganə gələndə uzaqdan göstərdi mənə. 
Baxdım,  daha  dayana  bilmədim.  Cumdum  birbaş  xalangilə,  ordan  da  bibingilə. 
İkisini  də  götürüb  yenə  qayıtdım  ora.  Dayandıq  ta...  saat  on  birə  kimi.  Adamlar 
dəstə-dəstə  çıxdı...  Tiyatır  boşaldı...  Haçandan-haçana  gördüm  budu  ha,  bizimki 
gəlir. Əynində yaşıl toxunma qovta, altdan da sürüşdüm-düşdümdən modnı tuman. 
Arvadlara  him-cim  elədim:  “Mən  söhbətə  tutacağam,  siz  qıraqdan  baxın!..” 
Yeganəciyəz  böyrümdən keçəndə... “Krasnı Moskva”nın iyi vurdu məni. Tez yan 
aldım  ona:  “Ay  qızım,  siz  də  bu  tiyatırda  işləyirsiz?..”  Dedi:  “Bəli!”  Başına 
meynəqurdu rəngində interesni bir şlyapa qoymuşdu, böyründə də tovuz quşunun 
lələyi... Dedim: “Mənə bir nəfər lazımdır, bilmirəm tanıyarsınız, ya yox...” Saçları 
da  ki,  qapqara  şəvə...  Tökülüb  çiyinlərinə.  Soruşdu:  “Kimdir,  xala?  Adı  nədir?” 
Gülməkdən özümü güclə saxladım:  “Adı  – zaddır, − dedim. –  Ağakərim.” Başını 
silkələyəndə  qızıl  sırğaları  yelləndi:  “Xeyr,  tanımıram.”  Uzaqlaşmaq  istədi, 
Ərəbzəngi  kimi  kəstim  yolunu:  “Bəs  Əlimərdanı  necə?  Qulamhüseyni  necə?..” 
Ağlıma nə ad gəldi toqquşdurdum... Təəccüblə dodaqlarını büzüb, ürkək maral təki 
baxdı üzümə: “Arvad dəli olub, nədir?!.” Ürəyimdə dedim: “Dəli olaram da...” 
Zakir dikəlib yastığa dirsəkləndi: 
−Mənə inanmırdın, qəşəngdir?.. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə