18
2-ci vəziyyət: Qanaxma dayanmır və ya təkrarlanır.
Belə vəziyyətdə üç yoldan biri seçilir:
1)
Təkrari endoskopik müdaxilə – hemostaz və ya skleroterapiya (A);
2)
Cərrahi müalicə. Endoskopik müalicə qeyri-mümkün və ya
effektsiz olduqda aşağıdakı cərrahi müalicələrdən biri seçilir:
Qida borusunun transseksiyası (D)
Patsiora əməliyyatı (D)
3)
Xəstə çox ağır vəziyyətdədirsə və ya əməliyyatdan imtina edərsə,
Blekmor zondu qoyulur (D).
Mədənin varikoz genəlmiş venalarından qanaxma
Mədə varikozunda endoskopik müdaxilə imkanı yox
dərəcəsindədir. İlkin tədbirlər qanaxmanı dayandırırsa, qanaxmanın
profilaktikası üçün aşağıdakılar edilir:
►
β-blokatorlar (propranolol 20-40 mq /gün) (A);
►
Antisekretor vasitələr (histaminoblokator və ya proton pompası
inhibitorları)
►
Portal hipertenziyanın səbəbinə və qaraciyərin vəziyyətinə görə
distal spleno-renalanastomoz və ya splenektomiya və ya
transyuqulyar portosistem şuntlama (TİPS) (B).
Qanaxma davam edərsə iki yoldan biri seçilir:
►
Cərrahi müdaxilə-kardiofundal mexaniki tikiş qoyulması və ya
Patsiora əməliyyatı (D);
►
Ağır vəziyyətdə və ya əməliyyatdan imtina edilərsə, Blekmor
zondu qoyulur (C).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
MƏDƏ VƏ ONİKİBARMAQ BAĞIRSAĞIN
XORA MƏNŞƏLİ QANAXMALARI
Bu xəstələrdə də ilkin tədbirlər həyata keçirilir və qanaxmanı
dayandırma qaydası "medikamentoz → endoskopik → cərrahi"
ardıcıllıqla aparılır (A).
1. İlkin tədbirlər qanaxmanı dayandırsa –
Xora əleyhinə müalicələr başlanılır:
►
H2-histamin blokatorları – ranitidin 50 mq x 3 dəfə, kvamatel
20mq x 2 dəfə və ya proton pompası inhibitoru (pontoprozol – 30
mq v/d x 1 dəfə)
►
Bürüyücülər – sukralfat (antepsin, maaloks və b.)
►
Antihelikobakter pylori preparatları (B) – (klaritromisin 0,5 x 2
dəfə, amoksisillin 1,0 x 2 dəfə)
Təkrarı endoskopik müayinələr aparılır (B):
►
Sağalma dinamikası varsa, müalicə 2-3 həftə müddətinə qədər
davam etdirilir və endoskopik yoxlama həyata keçirilir (B)
►
Sağalma dinamikası yoxdursa, xəstə getdikcə zəifləyirsə və ya
stenoz, maliqnizasiya kimi ağırlaşmalar aşkar edilirsə, cərrahi
müalicə qaçılmazdır.
2. İlkin tədbirlər qanaxmanı dayandırmır və ya qanaxma
təkrarlanırsa, iki yoldan biri seçilir:
►
Endoskopik hemostaz (koaqulyasiya+skleroterapiya) və dinamiki
nəzarət həyata keçirilir (B)
►
Cərrahi müalicə endoskopik müalicə imkansız olduqda (kallyoz
xora, maliqnizasiya şübhəsi, pilorik hissənin deformasiyası)
seçilir (B).
Cərrahi müdaxiləyə seçim T.A.Forrest təsnifatı (1974)
əsasında aparılır (D).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
Kəskin MBQ endoskopik T.A.Forrest təsnifatı və cərrahi müalicə
taktikası:
Dərəcə
Endoskopik
müayinənin nəticəsi
Cərrahi taktikanın
seçilməsi
F-I-A
Xoralardan pulsasya
edən arterial
qanaxma
- Xəstə reanimasiya və
intensiv terapiya şöbəsinə
yerləşdirilir. Dövr edən
qanın həcmi, su-duz
elektrolit pozğunluğu,
həyat üçün vacib üzvlərin
funksiyası korreksiya
edilir.
- Endoskopik hemostaz
effektsiz olarsa, qısa
müddətli hazırlıqdan sonra
xəstədə təcili cərrahi
müdaxilə aparılır.
F-I-B
Xoradan davam edən
venoz və ya kapilyar
qanaxma
- Xəstə reanimasiya
şöbəsinə yerləşdirilir.
-Dövr edən qanın həcmi,
su-duz, elektrolit
pozğunluğu, həyat üçün
vacib üzvlərin funksiyası
korreksiya edilir.
- Endoskopik hemostaz
effektsiz olduqda qısa
müddətli hazırlıqdan sonra
xəstə təcili cərrahi
müdaxiləyə götürülür.
F-II-A
Xoranın dibində
görünən tromblaşmış
damar
- Xəstə reanimasiya
şöbəsində yerləşdirilir;
- Bir sutka ərzində
aparılmış intensiv
terapiyadan sonra qanaxma
təhlükəsi saxlanılarsa, xora
ilə uzun müddət əziyyət
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
çəkən, anamnezində
qanaxma epizodu olan
xəstələrə erkən cərrahi
müdaxilə təklif edilir.
F-II-B
Xora üzərində fiksə
olunmuş tromb-laxta
- F-II-A ilə eyni qaydada
F-II-C
Xora üzərində
hemorragik nöqtələr
şəklində kiçik
tromblaşmış
damarlar
(petexiyalar) –
qanaxma yoxdur.
- Xəstə planlı stasionar
müayinə və müalicə üçün
şöbədə yerləşdirilir, ilk
həftə ərzində erkən cərrahi
müdaxilənin aparılması
məsləhətdir.
- Cərrahi müdaxilədən
imtina edən xəstələr
ambulator müşahidə altında
saxlanılır.
F-III
Qanaxma
əlaməti
aşkar olunmadı.
- Xəstə müayinə və müalicə
üçün şöbədə yerləşdirilir.
Cərrahi müdaxiləyə aşağıdakı kateqoriyalı xəstələrin ehtiyacı olur:
►
Davam edən və ya təkrar qanaxma ilə yaşlı şəxslər. Onlar
qanitirmə və qanköçürməyə pis dözürlər. Bu şəxslərdə
konservativ müalicə 24 saatdan artıq aparılmamalıdır (D);
►
Klinikaya 12b.bağırsağın profuz qanaxması ilə ağırlaşmış xora
xəstəliyi ilə daxil olan 50 yaşdan yuxarı xəstələr;
►
Mədənin profuz qanaxması ilə ağırlaşmış xorası olan xəstələr.
Aşağıdakı hallarda təcili əməliyyatlar yerinə yetirilir:
►
Qanaxma və perforasiya ilə ağırlaşmış mədə və ya 12bb xorası;
►
Qısa müddətdə 2500 ml qan köçürülməsinə baxmayaraq
hemodinamikanın qeyri-stabil olması (C);
►
24 saat müddətində qanaxmanın davam etməsi (D).
Erkən əməliyyatlar aşağıdakı hallarda yerinə yetirilir:
►
Qanaxmanın residiv ehtimalı yüksək olan xəstələr (F-IA; F-IB)
(D).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |