9
►
MBQ qanqusma və melena şəklində ortaya çıxır, kəskin anemiya,
hemorragik şok, orqan çatmazlığı törədə bilir, qaraciyər (Qc)
xəstələrində isə bununla yanaşı ensefalopatiyaya və hepatorenal
sindroma səbəb ola bilir;
►
Hemoqlobin (Hb) və hemotokritin (Ht) ilkin nəticəsi aldadıcı ola
bilər, xəstənin düzgün hemoqlobin və hemotokriti hemodinamika
sabitləşdikdən sonrakı göstəriciləridir.
Epidemiologiya
Xəstəliyin diaqnostika və müalicəsi probleminin aktuallığı ilk
növbədə əməliyyatdan sonrakı letallığın 4-9%-ə qədər, ağır dərəcəli
qanitirmələr zamanı isə 15%-dən 50%-ə qədər olması ilə özünü
göstərir. Mədə-bağırsaq qanaxmaları (MBQ) qadınlara nisbətən
kişilərdə 2,3-3 dəfə çox rast gəlinir.
XBT-10 ÜZRƏ TƏSNİFAT
K 92.0
Qanlı qusma
K 92.1
Melena
K 92.2
Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması
KLİNİK TƏSNİFAT
MBQ yerinə, səbəbinə, qanaxma həcminə, ağırlıq dərəcəsinə və
davam etməsinə görə təsnif edilir.
Yerinə görə: yuxarı və aşağı qanaxmalar
►
Yuxarı qanaxmalar: qida borusu, mədə, 12bb və öd yollarından
qanaxma;
►
Aşağı qanaxmalar: nazik bağırsaq, kor bağırsaq, çənbər
bağırsaq, S-vari bağırsaq və düz bağırsaqdan qanaxma
Ağırlıq dərəcəsinə (qanitirmənin dərəcəsinə) görə: ağır, orta,
yüngül dərəcəli qаnахмаlar təsnif olunur
Davam etməsinə görə: dayanmış və davam edən qanaxma
►
Dayanmış qanaxma: Hemodinamika və hemoqlobin miqdarı
stabil qalır, qanqusma və melena müşahidə edilmir
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
►
Davam edən qanaxma: Hemotransfuziya aparılmasına
baxmayaraq Hb-nin yetərli səviyyədə artmaması (500 ml qan Hb-
ni 1q/l, Ht-i 3 vahid artırır);
Hemodinamikanın stabilləşməməsi;
Qanqusma və melenanın təkrarlanması;
Endoskopik müayinədə davam edən qanaxma və ya təzə qan
laxtası
Səbəbinə görə: xora və qeyri-xora mənşəli qanaxma
►
Xora mənşəli qanaxmalar:
Mədə və 12bb xəstəliyi;
Mədə üzərində aparılan əməliyyatlardan sonra residiv və
peptik xoralar;
Simptomatik xora mənşəli qanaxmalar (stress, dərman,
endokrin, yanıq və başqa mənşəli ikincli xoralar).
►
Qeyri-xora mənşəli qanaxmalar:
Qida borusu, mədə və 12bb xəstəlikləri;
Eroziv-hemorragik qastroduodenit;
Mellori-Veys sindromu;
Mədə və 12bb şişləri (xoş və bədxassəli);
Portal hipertenziya sindromu;
Diafraqmanın qida borusu dəliyinin yırtığı (DQBDY), qida
borusunun divertikulu, xoralı ezofagit;
Mexaniki zədələnmələr, yad cisimlər və s.;
Cərrahi və endoskopik müdaxilələrdən sonrakı qanaxmalar;
Qaraciyər, öd yolları və mədəaltı vəzin xəstəlikləri (travma,
şişlər, sistlər, abseslər və destruktiv pankreatit);
Qan damarlarının xəstəliyi: Delafua sindromu (intramural
arterio-venoz malformasiya), aorta və ya onun şaxələrinin
anevrizması, kavernoz hemangioma, Randyu-Veber-Osler xəstə-
liyi (çox saylı teleangiektaziyalar), psevdoksantoma və s.;
Qan xəstəliyi: leykozlar, hemofiliya, Verlqof xəstəliyi,
Şönleyn-Qenox xəstəliyi, pernisioz anemiya və s.;
Sistem və başqa xəstəliklər: uremiya, amiloidoz.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
MBQ zamanı təcili olaraq ilkin tədbirlər həyata keçirilir və
hemodinamika stabilləşdirilir, qanaxma medikamentoz üsulla
dayandırılır. Nozoloji səbəbin sоnrakı müalicəsi xəstənin vəziyyəti
stabilləşdikdən sonra aparılır.
Qanaxmanın müalicəsi: "konservativ → endoskopik → cərrahi"
ardıcıllıqla həyata keçirilir. Cərrahi müalicə medikamentoz və
endoskopik müalicələr effekt vermədikdə təcili şəkildə, əksər
hallarda isə xəstənin vəziyyəti stabilləşdikdən sonra aparılır.
KMBQ-nin MÜALİCƏSİNİN ÜMUMİ PRİNSİPLƏRİ
KMBQ-nin müalicəsində
əsas məqsəd qanaxmanın
dayandırılması, profilaktikası və effektli müalicəsidir. Bunun üçün
qanaxmanın yeri və səbəbinin təyini, anemiya və şokun korreksiyası
və səbəbin aradan qaldırılması tədbirləri yerinə yetirilir.
Bu tədbirləri şərti olaraq üç ardıcıl mərhələdə ümumiləşdirmək olar:
I mərhələ – İlkin tədbirlər: diaqnostika, ilkin yardım və
medikamentoz hemostaz
II mərhələ – Qanaxmanın endoskopik və ya cərrahi üsulla
effektiv dayandırılması
III mərhələ – Səbəbin aradan qaldırılması və ya ikincili
profilaktikanın aparılması
Müasir xəstəxanalarda yuxarı MBQ ilə daxil olan xəstələrin
müalicəsi ümumi qastroenteroloji şöbələrdə, aşağı MBQ ilə daxil
olan xəstələrin müalicəsi isə cərrahiyyə şöbəsində aparılır. Son 10-15
ildə xəstələrin müalicəsinin daha optimal model və sxemləri
yaradılmışdır, yuxarı MBQ diaqnozu ilə qəbul edilmiş xəstələrin
müalicəsi ixtisaslaşmış xüsusi mədə-bağırsaq qanaxmaları
şöbələrində aparılır (A).
Bu şöbələr digər palatalardan ayrı yerləşməli və aşağıdakılara
malik olmalıdırlar:
xüsusi iş təcrübəsinə malik tibb işçiləri;
təcili yardımın göstərilməsi protokolu;
24 saat ərzində fəaliyyət göstərən qastroenteroloq;
təcili endoskopiya üçün avadanlıq;
mərkəzi venoz damarlara müdaxilə üçün imkanlar;
qastroenteroloq və digər konsultantların birgə fəaliyyəti.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Dostları ilə paylaş: |