6
İxtisarların siyahısı:
12 bb
– 12 barmaq bağırsaq
AMBQ –
aşağı mədə bağırsaq qanaxmaları
DBDM
– düz bağırsağın digital müayinəsi
DQBDY – diafraqmanın qida borusu dəliyinin yırtığı
FEQDS – fibro-ezofaqoqastroduodenoskopiya
Hb –
hemoqlobin
Ht –
hematokrit
KMBQ –
kəskin mədə-bağırsaq qanaxmaları
KT
– kompüter tomoqrafiyası
Qc
– qara ciyər
QSİƏ
– qeyri-steroid iltihab əleyhinə
MBQ –
mədə-bağırsaq qanaxmaları
MVT –
mərkəzi venoz təzyiq
NQZ
– nazoqastral zond
PO
2
– oksigenin qanda parsial təzyiqi
PCO
2
– karbon-dioksidin qanda parsial təzyiqi
Ph
– qanın turşu-qələvi müvazinəti
PV
– proksimal vaqotomiya.
PS
– proktoskopiya
RKT
– randomizə olunmuş klinik tədqiqatlar
RS
– rigid siqmoidoskopiya
SPV
– selektiv proksimal vaqotomiya
TV
– trunkal vaqotomiya
USM –
ultrasəs müayinəsi
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan həkimlər,
reanimatoloqlar, cərrahlar, qastronteroloqlar, endoskopistlər üçün
nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: Kəskin mədə-bağırsaq qanaxmaları olan böyük
yaşlı şəxslər. Protokolda 14 yaşınadək olan uşaqlar nəzərə
alınmamışdır.
Protokolun əsas məqsədi müasir sübutlu təbabətdə qəbul edilmiş
tövsiyələrdən istifadə etməklə kəskin yuxarı və aşağı mədə-bağırsaq
qanaxmalarının diaqnostikası və müalicəsinin təkmilləşdirilməsidir.
ÜMUMİ MÜDDƏALAR
Kəskin mədə-bağırsaq qanaxmaları xora və qeyri-xora mənşəli
olmaqla, qida borusu, mədə və 12 barmaq bağırsağın (12bb),
pankreatobiliar sistemin, nazik və yoğun bağırsağın patologiyaları,
həmçinin sistem xəstəlikləri səbəbindən bu üzvlərin boşluğuna qanın
qısa müddət ərzində toplanması nəticəsində orqanizmdə kəskin
hemodinamik pozğunluğa səbəb olan ciddi ağırlaşmadır.
Bəzi terminlərin tərifi
►
Yuxarı mədə bağırsaq sistemi qanaxmaları Treyts bağından
proksimal, aşağı mədə bağırsaq sistemi qanaxmaları isə bu
bağdan distal tərəfdə (nazik və yoğun bağırsaqlar) yerləşən
orqanlarda olan patologiyalar nəticəsində baş verən qanaxmalar
hesab edilir.
►
Hematemezis – yuxarı MBQ zamanı al qanla qarışıq və ya qəhvə
sıyığı rəngində qusuntunun olmasıdır. Bu simptom həmçinin
orarinofaringeal patologiyalar zamanı baş verən qanaxmalarda
müşahidə olunur. Al-qırmızı rəngli qusuntu qanaxmanın mədə /
onikibarmaq bağırsaq səviyyəsində olduğunu göstərir.
Hematemezis zamanı ölüm göstəricisi melena zamanı
olduğundan daha yüksəkdir. Adətən xroniki qastro-intestinal
xəstəliklərdə baş verən qanaxmalarda qusuntunun rəngi qəhvə
rəngində olur. Belə ki, mədə boşluğunda toplanan qanın
tərkibində olan hemoqlobin mədə turşuluğunun təsiri ilə
hematinə çevrilir ki, bu da qusuntu kütləsinə qəhvə rəngi verir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
Pilorusdan distal tərəfə yerləşən patologiyalarda isə hematemezis
deyil, melena müşahidə olunur.
►
Melena – mədə-bağırsaq qanaxmaları zamanı müşahidə olunan
qara rəngli, yapışqan, yumşaq konsistensiyalı nəcis ifrazıdır.
Həzm traktına 50 ml qan daxil olubsa, bu zaman melena
müşahidə edilir. Əgər mədə-bağırsaq yoluna tökülən qanın həcmi
1000 ml olmuşdursa, onda melena minimum 5 gün qeyd edilir.
Hematemezis müşahidə olunmayan xəstədə melena təyin edilə
bilər.
►
Gizli qanaxma (okkult qanaxma) – mədə-bağırsaq sisteminin
xroniki xəstəliklərində müşahidə olunur. Bu qanaxma Quaiac
testi ilə aşkarlanır.
►
Hematokeziya – yoğun bağırsaq qanaxmalarında təmiz və ya
dəyişilməmiş qanın düz bağırsaqdan xaric olmasıdır. Bəzən
mədə-bağırsaq yolunun yuxarı şöbələrinin və nazik bağırsağın
profuz qanaxmalarında müşahidə edilə bilər.
►
Şok – qan dövranı çatışmazlığı ilə əlaqədar olaraq toxumaların
oksigenlə təchizatının qeyri-adekvat olması,
total hipoperfuziya
və toxuma hipoksiyası nəticəsində yaranan haldır.
►
Varikozlar – qaraciyər xəstəlikləri zamanı əsasən qida borusu,
nadir hallarda isə mədə və digər şöbələrin anomal genişlənmiş
venalarıdır. Bu zaman baş verən qanaxma xəstənin həyatı üçün
böyük təhlükə törədir. Varikozun ölçüsü və qanaxmaya meylliyi
portal hipertenziyanın səviyyəsindən birbaşa asılıdır. Böyük
ölçülü varikozlar qanaxmaya daha meylli olurlar.
►
Endoskopiya – mədə-bağırsaq traktının teleskop vasitəsi ilə
vizual müayinəsidir.
►
Çeşidləmə – xəstələrin vəziyyətinin ağırlığından asılı olaraq
onların qruplara bölünməsidir.
Həzm sisteminin yuxarı və aşağı şöbələrindən qanaxmalarla
bağlı ümumi müddəalar aşağıdakı kimi səciyyələnir:
►
MBQ bir çox xəstəliklərin təhlükəli ağırlaşması olduğundan onun
təcili qaydada müalicəsi vacib sayılır;
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.