Kəskin mədə-bağırsaq qanaxmalarının diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 221,04 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix17.11.2017
ölçüsü221,04 Kb.
#11024
1   2   3   4   5   6   7

 

6

İxtisarların siyahısı: 



 

12 bb  

– 12 barmaq bağırsaq 



AMBQ  – 

aşağı mədə bağırsaq qanaxmaları 



DBDM 

 – düz bağırsağın digital müayinəsi 



DQBDY   – diafraqmanın qida borusu dəliyinin yırtığı 

FEQDS   – fibro-ezofaqoqastroduodenoskopiya 

Hb  – 

hemoqlobin 



Ht  – 

hematokrit 



KMBQ  – 

kəskin mədə-bağırsaq qanaxmaları 



KT  

– kompüter tomoqrafiyası 



Qc  

– qara ciyər 



QSİƏ  

– qeyri-steroid iltihab əleyhinə  



MBQ  – 

mədə-bağırsaq qanaxmaları 



MVT  – 

mərkəzi venoz təzyiq 



NQZ  

– nazoqastral zond 



PO

2

  

– oksigenin qanda parsial təzyiqi 



PCO

2

  

– karbon-dioksidin qanda parsial təzyiqi 



Ph  

– qanın turşu-qələvi müvazinəti 

PV  

– proksimal vaqotomiya. 



PS  

– proktoskopiya 



RKT  

– randomizə olunmuş klinik tədqiqatlar 



RS  

rigid siqmoidoskopiya 



SPV  

– selektiv proksimal vaqotomiya 



TV  

– trunkal vaqotomiya 



USM  – 

ultrasəs müayinəsi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan həkimlər



reanimatoloqlar, cərrahlar, qastronteroloqlar, endoskopistlər üçün 

nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: Kəskin mədə-bağırsaq qanaxmaları olan böyük 

yaşlı  şəxslər. Protokolda 14 yaşınadək olan uşaqlar nəzərə 

alınmamışdır. 

Protokolun əsas məqsədi müasir sübutlu təbabətdə qəbul edilmiş 

tövsiyələrdən istifadə etməklə kəskin yuxarı və aşağı mədə-bağırsaq 

qanaxmalarının diaqnostikası və müalicəsinin təkmilləşdirilməsidir. 

ÜMUMİ MÜDDƏALAR 

Kəskin mədə-bağırsaq qanaxmaları xora və qeyri-xora mənşəli 

olmaqla, qida borusu, mədə  və 12 barmaq bağırsağın (12bb), 

pankreatobiliar sistemin, nazik və yoğun bağırsağın patologiyaları, 

həmçinin sistem xəstəlikləri səbəbindən bu üzvlərin boşluğuna qanın 

qısa müddət  ərzində toplanması  nəticəsində orqanizmdə  kəskin 

hemodinamik pozğunluğa səbəb olan ciddi ağırlaşmadır. 

 

Bəzi terminlərin tərifi 

 



Yuxarı  mədə bağırsaq sistemi qanaxmaları Treyts bağından 

proksimal,  aşağı  mədə bağırsaq sistemi qanaxmaları isə bu 

bağdan distal tərəfdə (nazik və yoğun bağırsaqlar) yerləşən 

orqanlarda olan patologiyalar nəticəsində baş verən qanaxmalar 

hesab edilir. 

 



Hematemezis – yuxarı MBQ zamanı al qanla qarışıq və ya qəhvə 

sıyığı  rəngində qusuntunun olmasıdır. Bu simptom həmçinin 

orarinofaringeal  patologiyalar zamanı baş verən qanaxmalarda 

müşahidə olunur. Al-qırmızı  rəngli qusuntu qanaxmanın mədə / 

onikibarmaq bağırsaq səviyyəsində olduğunu göstərir. 

Hematemezis zamanı ölüm göstəricisi melena zamanı 

olduğundan daha yüksəkdir. Adətən xroniki qastro-intestinal 

xəstəliklərdə baş verən qanaxmalarda qusuntunun rəngi qəhvə 

rəngində olur. Belə ki, mədə boşluğunda toplanan qanın 

tərkibində olan hemoqlobin mədə turşuluğunun təsiri ilə 

hematinə çevrilir ki, bu da qusuntu kütləsinə  qəhvə  rəngi verir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

8

Pilorusdan distal tərəfə yerləşən patologiyalarda isə hematemezis 



deyil, melena müşahidə olunur. 

 



Melena – mədə-bağırsaq qanaxmaları zamanı müşahidə olunan 

qara rəngli, yapışqan, yumşaq konsistensiyalı  nəcis ifrazıdır. 

Həzm traktına 50 ml qan daxil olubsa, bu zaman melena 

müşahidə edilir. Əgər mədə-bağırsaq yoluna tökülən qanın həcmi 

1000 ml olmuşdursa, onda melena minimum 5 gün qeyd edilir. 

Hematemezis müşahidə olunmayan xəstədə melena təyin edilə 

bilər. 



 



Gizli qanaxma (okkult  qanaxma) – mədə-bağırsaq sisteminin 

xroniki xəstəliklərində müşahidə olunur. Bu qanaxma Quaiac 

testi ilə aşkarlanır. 

 



Hematokeziya – yoğun bağırsaq qanaxmalarında təmiz və ya 

dəyişilməmiş qanın düz bağırsaqdan xaric olmasıdır. Bəzən 

mədə-bağırsaq yolunun yuxarı  şöbələrinin və nazik bağırsağın 

profuz qanaxmalarında müşahidə edilə bilər. 

 

Şok – qan dövranı çatışmazlığı ilə  əlaqədar olaraq toxumaların 



oksigenlə  təchizatının qeyri-adekvat olması, total hipoperfuziya 

və toxuma hipoksiyası nəticəsində yaranan haldır. 

 

Varikozlar – qaraciyər xəstəlikləri zamanı  əsasən qida borusu, 



nadir hallarda isə  mədə  və digər  şöbələrin anomal genişlənmiş 

venalarıdır. Bu zaman baş verən qanaxma xəstənin həyatı üçün 

böyük təhlükə törədir. Varikozun ölçüsü və qanaxmaya meylliyi 

portal hipertenziyanın səviyyəsindən birbaşa asılıdır. Böyük 

ölçülü varikozlar qanaxmaya daha meylli olurlar. 

 



Endoskopiya – mədə-bağırsaq traktının teleskop vasitəsi ilə 

vizual müayinəsidir. 

 

Çeşidləmə  – xəstələrin vəziyyətinin ağırlığından asılı olaraq 



onların qruplara bölünməsidir. 

 

Həzm sisteminin yuxarı  və  aşağı  şöbələrindən qanaxmalarla 



bağlı ümumi müddəalar aşağıdakı kimi səciyyələnir:  

 



MBQ bir çox xəstəliklərin təhlükəli ağırlaşması olduğundan onun 

təcili qaydada müalicəsi vacib sayılır; 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 221,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə