Kitab indd



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix10.07.2018
ölçüsü4,93 Mb.
#54728
1   2   3   4   5   6   7   8   9   ...   27

20
törədilmişdir.
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə  və 1917-ci il noyab-
rın 26-28-də  Cənubi Qafqazda Müəssislər Məclisinə keçirilən 
seçkilərin nəticələri bolşeviklərin bu ərazidə çox zəif ictimai ba-
zaya malik olduğunu subut etmişdi. Hətt a yalan vədlərlə Bakıda 
hakimiyyəti ələ keçirmiş bolşeviklər 1918–ci ilin mart hadisələrinə 
qədər  şəhərdəki vəziyyətə tam nəzarət edə bilmirdilər. Onlar 
şəhər dumasının və milli şuraların fəaliyyətini dayandıra, milli 
qoşun hissələrini tərkisilah edə, burjuaziyanın müqavimətini qıra 
bilməmişdilər. Bakı Soveti şəhərdə real hakimiyyətə nail olmaq 
məqsədilə özü üçün təhlükə hesab etdiyi və seçkilərdə uduzduğu 
“Müsavat” partiyasını  sıradan çıxarmağı qarşısına məqsəd qoy-
muşdu. Bunun üçün isə bu təşkilatı dəstəkləyən müsəlman əhaliyə 
qarşı təzyiqləri artırır və bu siyasətdə ermənilərdən istifadə edirdi.
1918–ci ilin yanvar–mart aylarında erməni millətçi partiyala-
rı müsəlman  əhaliyə qarşı düşmənçiliyi artırmaq üçün müxtəlif 
təxribat və  şantaj kampaniyasını gücləndirirdilər. S. Şaumyanın 
rəhbərlik etdiyi Bakı Soveti isə sovet orqanlarında ermənilərə 
yüksək vəzifələr verməklə onlara yaxından köməklik göstərirdi. 
1918-ci ilin aprelində təşkil olunmuş Bakı Kommunasının baş-
çısı S. Şaumyan nəinki Azərbaycan xalqının öz müqəddəratını 
təyin etmək hüququnu, hətt a “Azərbaycan” sözünü belə qəbul et-
mirdi. Əmiryanın redaktoru olduğu “Bakinski raboçi” qəzeti bu 
sözü məsxərəyə qoymaqdan belə çəkinmirdi. (17) 
Qafqaz cəbhəsinin ləğv edilməsindən sonra öz evlərinə geri qa-
yıdan rus hərbi hissələrinin əsgərləri öz silah və sursatlarını çox 
ucuz qiymətə ermənilərə satırdılar. Bu zaman Rusiyada aclıq və 
səfalət hökm sürdüyündən hərbçilərin əksəriyyəti Rusiyaya qayıt-
maqdansa Bakıda qalmağa üstünlük verirdilər. Mart soyqırımına 
bir həft ə qalmış erməni millətçi partiyası olan “Daşnaksütyun” 
Bakıda hakimiyyəti  ələ keçirməyin zəruri olduğunu elan etmiş-


21
di. Belə  vəziyyətdə müsəlman  əhali Bakı, Gəncə  və  Lənkəranda 
özünümüdafi ə dəstələri yaratmağa başlasalar da bu işlər çox ləng 
aparılırdı.
Antanta dövlətlərinin bu şəraitdən erməni hərbi birləşmələrindən 
öz məqsədləri üçün istifadə etmək cəhdləri və bununla da yer-
li  əhalinin faciələrinə biganə münasibətləri vəziyyəti daha da 
ağırlaşdırırdı. Böyük Britaniya Xarici İşlər Nazirliyinin 4 yanvar 
1918–ci il tarixli gizli məlumatı ingilislərin Cənubi Qafqazdakı 
maraqlarını özündə  əks etdirirdi. Bu sənəddə Türkiyə  əleyhinə 
təbliğata xüsusi yer verilirdi. Cənab P. Koksun məruzəsində deyi-
lirdi: “Qafqaz müsəlmanları arasında təbliğatın sxemi sadədir. Biz 
elə etməliyik ki, Ərəbistan kralı Qafqaza nüfuzlu bir nümayəndə 
heyəti göndərərək oradakı və Krımdakı müsəlmanlardan ərəblərin 
müqəddəs yerləri türk işğalçılarından azad etmələri üçün dəstək 
alsınlar. Bundan başqa onları müharibəni davam etdirməyə  və 
Qafqaz cəbhəsində maksimum sayda türk əsgəri saxlamağa 
həvəsləndirmək lazımdır.” (18) 
Münaqişə dövründə  qırğının qarşısını almaq məqsədilə 
ruhanilərin  əldə etdiyi razılaşmaya erməni silahlıları belə cavab 
vermişdi: “Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, 
lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu 
İngiltərə müdafi ə edəcək.” (19) 
Rusiya imperiyasının dağılmasından sonra erməni 
siyasətçilərinin ingilispərəst təbliğat aparması müsəlmanlar ara-
sında ingilislərə münasibətin dəyişməsinə səbəb olmuşdu. Onlar 
Cənubi Qafqaz Seyminə müraciət edərək  İngiltərə höküməti ilə 
danışıqları dayandırmağı tələb etmiş və ingilis hərbi hissələrinin 
Qafqaza gəlməsinin əleyhinə olduqlarını bildirmişlər. 
Kapitan Noel Azərbaycanda ingilislərə münasibətin pisləşməsi 
ilə əlaqədar 1918–ci ilin 22 yanvarında yazırdı: “Mən 6 həft ə əvvəl 
burada olanda Azərbaycan icmasının rəhbərləri özlərini bizlə əsil 


22
dost kimi aparırdılar. İndi, mən Bakıya qayıtdıqdan sonra onların 
münasibətlərinin dəyişərək şübhəli və pis gizlədilən düşmənçiliklə 
əvəz olunduğunu aşkara çixardım. Bu aşağıdakılarla izah oluna 
bilər:
1. Bizim erməni maraqlarına üstünlük verməyimizlə bağlı ya-
yılmış ümumi rəylə.
2. Faktlar sübut edir ki, ermənilər bu rəyi gücləndirir və sərbəst 
şəkildə onunla alver edirlər.
3. Erməni milli alayının yaradılmasının prioritet hesab edilməsi. 
Mən belə hesab edirəm ki, bu “biz erməniləri müdafi ə edir, 
müsəlmanlara etibar etmirik” kimi rus baş qərargahının baxışları 
ilə üst–üstə düşür. Mənim fi kirimcə bu siyasət səhvdir və çox gü-
man ki, fəlakətə aparacaq. (20) 
Öz məqsədlərinə çatmaq üçün daim hiyləgər siyasət yeridən 
daşnaklar 1918–ci ilin mart–aprelində Antanta qüvvələri uzaqda 
olduğuna görə öz istəklərinə bolşeviklərin əli ilə çatmağa üstün-
lük verdilər.


23
1917-ci ildə baş verən fevral burjua inqilabından sonra yaranmış 
şərait “xalqlar həbsxanası” olan Rusiyanın müstəmləkələrində, 
o cümlədən Azərbaycanda milli şüurun inkişafına müsbət təsir 
göstərmişdir. Bolşeviklərin 1917-ci il oktyabr çevrilişindən sonra 
bəyan etdikləri “millətlərin öz müqəddəratını təyin etmək hüqu-
qu” millətlərin müstəqil dövlətlər yaratmaq arzularının reallaş-
dırılmasında onlara müəyyən ümidlər vermişdir. Lakin oktyabr 
çevrilişindən dərhal sonra bolşeviklərin sözləri ilə  əməlləri ara-
sında olan ziddiyyətlər müstəqilliyə can atan millətləri faciələrlə 
üz-üzə qoydu. Bolşeviklər neft   və digər sərvətlərlə  zəngin olan 
Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün yerli əhaliyə 
qarşı soyqırım siyasəti həyata keçirməyə başladılar. Kommu-
nist rəhbərlər tərəfi ndən 1918- ci ilin mart qırğını və 1990-cı il 20 
yanvar faciəsi dövründə  səsləndirilən “bizə azərbaycanlılar de-
yil, Azərbaycan lazımdır” sözləri bu siyasətin mahiyyətini açıb 
göstərir. Hazırda bir milyondan artıq azərbaycanlının öz vətənində 
qaçqına çevrilməsi, Dağlıq Qarabağ münaqişəsi zəminində 
törədilən Xocalı soyqırımı, Qaradağlı, Ağdaban və digər faciələr
Azərbaycan  ərazisinin 20%-nin işğal altında olmasının da əsas 
səbəbi məhz bu siyasətin müasir dövrdə davam etdirilməsidir.
1918–ci il mart qırğınlarının  əsas səbəbləri haqqında  əvvəllər 
Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, kadet 
partiyasının üzvü B.Baykov öz xatirələrində belə yazmışdı: “Çar 
Rusiyasının bütün neft ini  Bakı verirdi. Neft in  əksəriyyəti Vol-
qa çayı vasitəsilə Rusiya şəhərlərinə daşınırdı.Volqada buzların 
1918–ci ildə Şamaxıda ermənilərin 
törətdiyi cinayətlər


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə