sərvəti qızılla, onun ehtiyatlarının mövcudluğu ilə əlaqələndirilirdi. Xəzinənin
qızılı ümumilikdə dövlət sisteminin sabitliyi amili kimi nəzərdən keçirilirdi.
Maraqlıdır ki, hələ eramızdan əvvəl qızıl ehtiyatları olmayan bəzi
hökmdarların onu cadugərlərin köməyi və kimyəvi təcrübələrin aparılması
yolu ilə əldə etmək səyləri ilə yanaşı, hətta məhv etmək cəhdləri də olmuşdur.
Buna görə də BVF, ABŞ, Böyük Britaniya və İsveçrənin 1980-ci illərdə
həyata keçirilən libertarian iqtisadi siyasətdən «məstləşib» ke3msçi
tənzimləmə sistemini dağıdarkən qızılı ən adi əmtəə elan edib, ondan yaxa
qurtannaq cəhdləri ağlasığmaz görünür. Amma qızıl heç zaman «adi əmtəə»
olmamış və olmayacaq: onun əsrarəngiz füsunkarlığı nə doqmatik, nə də
rasional yanaşmadan təhlil oluna bilməz. Qeyd etmişik ki, qızıl özü-özünün
qeydinə qalır və əsas problem milli valyutaların, o cümlədən dolların
sabitliyinin necə təmin olunmasıdır.
Belə bir sual meydana çıxır: aparıcı
dövlətlərin liderləri qızılı məhv etməyə çalışan qədim hökmdarlardan nə ilə
fərqlənir? Razılaşaq ki, bu sual o qədər də mənasız deyil.
Maliyyə sisteminin sabitliyinin təmin olunması, o cümlədən xəzinədə
xüsusilə möhkəm, sərbəst dönərli valyutaların mövcudluğunun təmin edilməsi
funksiyası dövlətlərin valyuta tənzimləmə qurumlarının funksiyalarına aiddir.
Dövlətin qızıl-valyuta ehtiyatlarının artırılması imkanlan bu hallarda yaranır:
•
qızıl ölkənin özündə hasil olunduqda;
•
qızıl satın alındıqda;
•
ticarətdə ixracın idxalı mütəmadi olaraq üstələdiyi halda.
Dünyada ticarətin və qarşılıqlı
mübadilənin başqa növlərinin
miqyasının genişləndiyi şəraitdə ölkələrin rəsmi orqanlarının sərəncamında
olan beynəlxalq likvid vasitələrin ehtiyatları da çoxalır. Statistika göstərir ki,
ötən onillik ərzində bu ehtiyatların dünya üzrə məbləğinin mütləq artımı onun
1990-cı illərdəki artımından və nisbi orta illik artım templərindən 2 dəfədən
çox (6,8% müqabilində 3,1%) olmuş, habelə əvvəlki onilliyin müvafiq
göstəricilərini üstələmişdir.
Bununla belə, beynəlxalq ehtiyatların bu qlobal kütləsində həm
struktur, həm də onların ayrı-ayrı ölkələr və iqtisadi-coğrafi regionlar arasında
bölgüsü baxımından nəzərəçarpan dəyişikliklər baş vermişdir. Əvvəlki illərdə
olduğu kimi, ehtiyatların ümumi kütləsinin artımı müstəsna olaraq valyuta
komponenti hesabına baş veraıiş, qiymətli metalların
533
qiymətinin ucuzlaşması nəticəsində rəsmi qızıl ehtiyatlarının dəyəri 1980-ci
illərdə dünya ehtiyatlarının strukturunda ixtisar olunmuşdur (15%-dən bir az
yuxarı). Son illərdə qızılın qiyıuəti bir qədər bahalaşmışdır. Bu hal qızıl
ehtiyatlarının əksər hissəsinə malik olan inkişaf etmiş ölkələrə daha çox təsir
göstərmişdir. Amma məsələnin təhlilində yalnız bunu nəzərə almaq düzgün
olmazdı. Birincisi, son onillikdə inkişaf etmiş ölkələr qrupunda valyuta
yığımları əvvəlki illərlə, ikincisi isə, inkişaf etməkdə olan ölkələrlə
müqayisədə zəif templərlə artırdı (cədvəl 18.1).
18.1-ci cədvəl 1972-2010-cu illəri əhatə edən dövrdə dünyada qızıl-
valyuta (qızıl və valyuta) ehtiyatlarının artım dinamikasını əks etdirir.
Ənənəyə görə, dünyanın likvid tədiyyə vasitələri fondunun dinamikası ilk
növbədə inkişaf etmiş ölkələrdəki vəziyyətdən asılı olmuşdur. Yuxarıda
deyildiyi kimi, 1990-cı illərdə bu fondun doldurulmasında inkişaf etməkdə
olan ölkələr daha böyük rol oynamağa başlamışdır; onların ümumi valyuta və
qızıl ehtiyatlarının eəmi inkişaf etmiş ölkələrin ehtiyatlarından bir qədər az
olsa da, valyuta ehtiyatlarının məcmu həcmi ilk dəfə olaraq onları üstələmişdi.
1990-cı illərin əvvəlində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin
valyuta ehtiyatları 65:35, qızıl-valyuta ehtiyatları isə 70:30 nisbətində
qiymətləndirilirdi.
Aydındır ki, bu, meyillərdən biri olsa da, dayanıqlı inkişafda yalnız bu
amil başlıca rol oynamır (cədvəl 18.2).
Cədvəl 18.1
Dünyanın qızıl-valyuta ehtiyatları (ilin sonuna, milyon XBH)*
Region
1972
1982
1992
2007
2008
2009
2010
Bütün ölkələr
146,6
361,0
753,8
4110,9
4599,7
6772,9
-
Sənayesi
inkişaf etmiş
ölkələr cəmi:
113,3
214,0
426,4
997,5
1046,3
-
-
ABŞ
12,1
29,9
52,9
46,8
1046,3
42,1
45,25
Kanada
5,5
3,4
8,6
25,9
48,6
-
-
Avrozona (o cümlədən AMB)
-
-
-
148,7
27,7
-
-
AMB
-
-
-
-
160,4
-
53,352
Fransa
9,2
17,8
22,522
31,8
-
30,4
28,5
Almaniya
23,5
43,9
69,4
31,8
30,6
38,6
38,08
İtaliya
5,6
15,1
22,4
20,7
33,63
35,3
-
Yaponiya
16,9
22,0
52,9
603,7
645,7
1003,3
1014,7
İsveçrə
5,9
16,9
27,1
29,4
30,6
-
-
534