Beynəlxalq valyuta bazarında milli valyutanın məzənnəsinin qorunub
saxlanması üçün ölkənin mərkəzi bankı valyuta müdaxiləsini həyata keçirir.
Bu müdaxilə emissiya funksiyasının beynəlxalq bazarlarda valyutanın
məzənnəsinin formalaşması prosesinə təsir göstənnəsinin üsullarından biridir.
Valyuta müdaxiləsinin həyata keçirilməsi üçün mənbə xarici borclar, kreditlər,
habelə ölkədə valyutanın yenidən bölgüsüdür.
Beynəlxalq valyuta vahidləri və sərbəst dönərli valyutalar ölkələr
tərəfindən beynəlxalq hesablardakı borcları tənzimləmək yaxud milli valyuta
üçün ehtiyat qismində istifadə olunan ehtiyat valyutalarını
təşkil edir.
18.12.
Ehtiyat valyutası
Ehtiyat valyutası - dövlətin beynəlxalq ticarətdə və başqa beynəlxalq
hesablaşmalarda istifadə etmək məqsədilə öz valyuta ehtiyatlarının bir hissəsi
kimi saxladığı xarici valyutaya verilən addır. Bu qisimdə tanınmaq üçün
ehtiyat vaİ50itası aşağıdakı dörd şərtə cavab verməlidir:
•
sabit (dayanıqlı) daxili və beynəlxalq əhəmiyyətə (dəyərə) malik
olmalıdır;
•
beynəlxalq ticarətdə mühüm rol oynayan valyuta olmalıdır;
•
xarici valyuta bazarında (foreign exchange market) sərbəst
dəyişdirilə bilməlidir;
•
sərbəst dönərli olmalıdır.
Ehtiyat valyutaları qismində, adətən dollar, avro, İsveçrə frankı, funt
sterlinq və iyenadan
istifadə olunur. Avropa valyutaları avroya
dəyişdirilənədək, alman markası
və fransız frankı
da ehtiyat valyuta rolunu
ounayırdı. Müsbət saldosu valyuta daxilolmaları nəticəsində yaranan xarici
ticarətdən də, valjoıta ehtiyatlarının artırılması üçün istifadə edilir.
Qızıl və dollar əsas ehtiyat valyutasıdır.
Qeyd edək ki, hazırda əsas
qızıl saxlayanlar təqribən eyni səvİ3^ədə inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələrdir. Bu təəccüblü görünməməlidir: Şərqi Asiya ölkələrinin əhalisi
iqtisadi vəziyyətdən asılı olmayaraq, əsrlər boyu ənənəyə görə sərvət qismində
qızıl toplamağa üstünlük verir; eyni zamanda Avropada və ABŞ- da qızıla
lazımi halda istifadə oluna bilən birbaşa pul ekvivalenti kimi yanaşılır.
Aparılan tədqiqatlar da göstərir ki, Çin, Hindistan, Cənubi Koreya, Tayvan və
Sinqapur iri qızıl-valyuta ehtiyatları olan ölkələrin ilk onluğuna
530
daxildir. Çin Almaniyanı ötüb keçərək, üçüncü yerə çıxmışdır, amma
Honkonqun ehtiyatları nəzərə almarsa, 600 milyard dollarlıq ehtiyatın sahibi
kimi, ikinci yeri tutacaq. 2001-2008-ci illərdə Rusiyanın da dollarda və qızılda
valyuta ehtiyatları artmışdır (ancaq daha çox dollar və avroda). Bu, dünyanın
neft, qaz, metallar bazarında əlverişli vəziyyət yaranmasının nəticəsidir.
2002-
2009-ci illərdə valyuta ehtiyatlarının artımı müəyyən dərəcədə
ölkəyə xarici kapital axını ilə əlaqədar olsa da, bəzi hallarda bu amil mənfi
nəticələr vennişdi. Bəzi ölkələrdə (İndoneziya, Tailand, Cənubi Koreya)
ehtikarçılıq kapitalı-nm qəflətən ölkədən axması 1997-ci ildə valyuta- maliyyə
böhranına səbəb olmuş, hökuməti val)mta ehtiyatlarının bir hissəsini
xərcləməyə və hətta kömək üçün bey-nəlxalq təşkilatlara müraciətə vadar
etmişdi. Lakin sonrakı dövrdə baş verən iqtisadi artım ölkələrin bu qrupunda
ehtiyatların yenidən artırılmasına imkan vermişdi.
Uzun müddətdir ki, ABŞ-da qızıl-valyuta ehtiyatlarının ixtisan
müşahidə olunur və bu, dollar olmayan sərbəst valyutaların yığımının
azalması, habelə dünyada ən böyük milli qızıl ehtiyatının dəyərsizləşməsi ilə
əlaqədardır. Ancaq bu vəziyyət nə Amerikaya, nə də ümumdünya valyuta
sisteminə nəzərəçarpan təsir göstənnəmişdir. Ölkələrin əsasən dollar valyuta
standartına üstünlük verməsi, dünya iqtisadi birliyinin dollara beynəlxalq
hesablaşmaların aparılması və yığım üçün ən geniş yayılmış və sabit valyuta
kimi daimi, son illərdə isə getdikeə artan tələbatı, ABŞ-a be}məlxalq
hesablaşmaları milli valyuta ilə heç bir məhdudiyyət olmadan aparmağa
imkan verir. Dünya təcrübəsində beynəlxalq hesablaşmalar, tədiyyələr, kredit
və ehtiyat məqsədləri üçün istifadə olunan pul vahidləri arasında ABŞ-m milli
valyutası, sözsüz ki, üstünlüyə malikdir. Avronun rolu da getdikcə
güclənməkdədir və 2003-2007-ci illərdə dolları bir qədər sıxışdırsa da, qlobal
böhran zamanı mövqelərini itirməyə başlamışdır. Avro 2010-cu ilin ikinci
yarısından dolların zəifləməsi hesabına yenidən möhkəmlənməyə başlamışdır.
Yaxın dövrlərdə aparıcı ölkələrin və BVF-in siyasəti dünya pul-
maliyyə mexanizmindən qızılın sıxışdırılaraq, başqa likvid vasitələr və
maliyyə aktivləri ilə əvəz edilməsinə yönəlmişdi. Güman edirik ki, qızıl
olmayan vəziyyətin, ümu-miyyətlə, təsəvvür edilməməsi və yaxın dövrdə
onun ehtiyatların hesablanması üçün həm yuxarıya, həm də aşağıya
531
tərəddüd edən əbədi göstərici olmasını nəzərə alaraq, bu siyasət uğur qazana
bilməz. 2010-cu ildə dünyanın qızıl-valyuta ehtiyatlarında qızılın xüsusi çəkisi
bazar qiyməti üzrə 1990-cı ildəki 29%-dən 15%-ə düşmüşdür. İnkişaf etmiş
ölkələrdə bu göstərici orta hesabla 34%-dən 24%-ə, inkişaf etməkdə olan
ölkələrdə isə 15%-dən cüzi, 4%-ə enmişdir (Çin, Hindistan, Cənubi Koreya və
Braziliya istisna olunmaqla). Hökumətlərin qızılla müqayisədə, sərbəst dönərli
valyutalara üstünlük vennəsi göz qabağındadır. Amma bunun da izahı var:
həmin ölkələrə pulun çatışmadığı ağır vəziyyətdə valyuta hesablaşma
vahidləri lazımdır.
Əvvəlki əsrlərin təcrübəsi göstərir ki, qızıl «özü-özünün qeydinə
qaldığı» üçün onun taleyi heç bir narahatçılıq doğurmamalıdır. Bu nöqteyi-
nəzər XXI əsrdə qızıl yığımının yeni mərhələsinin başlanması ilə təsdiqlənir.
Nəzəriyyəyə görə, əsas kapitalist ölkələrinin valyuta ehtiyatlarının
müəyyən hissəsini təşkil edən qızıl valyutasından beynəlxalq iqtisadi
münasibətlərdə təkrarən istifadə olunması mümkündür. Buna görə də
gələcəkdə ondan tədiyyə balanslarının kəsirinin örtülməsi üçün istifadə
olunmasını istisna edilməməlidir. Amma qızılın bütün yaxud ilkin
funksiyalarının çoxunun bərpa olunması real görünmür. Bunu məhdudlaşdıran
mühüm amillərdən biri son 10-15 il ərzində qızılın qiymətinin əvvəllər iqtisadi
tarixdə məlum olmamış həddə qalxaraq tərəddüd etməsidir. Qızılın 1934-cü
ildən başlayaraq 1960-cı illərədək dəyişməz qalan qiyməti (1 troya unsiyasına
görə 35 dollar) 1980-ci ilin yanvarında 1 troya unsiyasına görə 850 dollar,
1980-1990-cı illərdə əsasən 300-500 dollar civarında olmuş, 2001-2005-ci
illərdə 550 dollara qalxmışdır. 2006-cı ilin İ30inunda qızılın qiyməti 700 dollar
həddini aşmış, 2008-ci ildə 1000 dollara yaxınlaşmışdır; 2010-cu ilin
ortalarında qızılın 1 troya unsiyasının qiyməti 1300 dollardan çox, 2011-ci ilin
ortalarında isə 1555 dollar olmuşdur.
18.13.
Qızıl-valyuta ehtiyatları
Qızıl-valyuta ehtiyatları 2 elementdən ibarətdir: qızılın özü və sərbəst
dönərli valyutalar.
Qızıl və başqa ehtiyatlar. Ümumi iqtisadi nəzəriyyədən məlumdur ki,
pul və sərvət yığımı qızılın funksiyalarına aiddir. Qədim vaxtlardan dövlətin
532
Dostları ilə paylaş: |