valyutada əməliyyatları aparan dünya maliyyə mərkəzlərinin yerləşdiyi ölkələr
«ofşor» adını almışdır. Bu termin təxminən avrobazar anlayışının eynidir. Bu
maliyyə mərkəzlərində aparılan əməliyyatlar üzrə yerli vergilər tutulmadığına
və valyuta məhdudiyyətlərinə məruz qalmadığına görə, «vergi limanları»
qismində istifadə olunur. Hazırda Amerikanın, Avropanın və Asiyanın 13
dünya mali}^ə mərkəzində xarici bankların 10 mindən çox filialı və şöbəsi
yerləşir.
Eyni zamanda beynəlxalq tranzit maliyyə əməliyyatlarını fəal surətdə
yerinə yetirən ofşor bank mərkəzlərinin (Honkonq, Sinqapur, Baham, Havay,
Kayman adaları və s.) dairəsi genişlənir. Şanxay maliyyə mərkəzinin
əhəmiyyəti sürətlə artır.
Başqa nöqteyi-nəzərə əsasən, çoxsaylı mali}^ə mərkəzləri mövcuddur və
fəalİ3^ət göstərir. Onların arasında miqyasına və roluna görə əsasən inkişaf
etmiş ölkələrdən olan 1000 filialı və şöbəni əhatə edən, Nyu-York, London,
Tokio, Sürix, Lüksemburq, Lrankfurt-Mayn, Honkonq və başqa şəhərlərdə
yerləşən 13 maliyyə mərkəzi vardır. Bu malİ3^ə mərkəzlərini şərti olaraq 3
qrupa bölmək olar:
•
inkişaf etmiş ölkələrin - ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya,
İsveçrə, fransa, İtaliya, İspaniya, Avstriya, Niderland və Kanadanın bank
sistemləri;
•
Asiyadan, Latın Amerikasından olan (Cənubi Koreya, Braziliya,
Argentina, Meksika və s.) yeni sənaye ölkələrinin, habelə Çin, Hindistan,
Yaxın Şərq və Afrikanın bəzi ölkələrinin bank sistemləri;
•
TMB-nin öz güclü milli bank və maliyyə idarələri olmayan inkişaf
etməkdə olan ölkələrin (Honkonq, Sinqapur, Karib dənizi hövzəsi ölkələrinin
əsasən ABŞ, Böyük Britaniya və Kanada banklarına xidmət göstərən ölkələri
(Baham, Kayman və Antil adaları). Yaxın Şərqdə neft dollarlarınm mərkəzi
olan Bəhreyn) ərazisində yerləşən filiallarından ibarət bank sistemləri.
Beləliklə, ofşor zonaları, o cümlədən Men, Kipr, Malta adaları,
Lixtenşteyn və İrlandiya müstəqil maliyyə mərkəzləri qismində nəzərdən
keçirilir*.
Nyu-York beynəlxalq maliyyə mərkəzinin dünya maliyyə bazarları ilə
əlaqələri. ABŞ-m maliyyə bazarı beynəlxalq maliyyə bazarları ilə 3 mühüm
kanal vasitəsilə əlaqələndirilmişdir: maliyyə qurumları, transmilli korpora-
^ Ревинский И.А. Международная экономика и мировые рынки. Новосибирск, 1998. С. 272.
605
siyalar və qiymətli kağızlar bazarları. Son onilliklərdə TMK-lar və iri banklar
ümumdünya istehsal, marketinq, maliyyə və servis şəbəkələrini yaratmışdır.
Milli və beynəlxalq maliyyə bazarlarının mühüm sektorları üçün nəhəng
investisiya kapitalı toplamaq qabiliyyətinə malik olduğuna görə, onların
dinamik artım imkanları var. Bu mənada Nyu-York həm ABŞ, həm də xarici
TMK və banklar üçün mühüm əməliyyat bazasıdır.
London beynəlxalq maliyyə mərkəzi. Hesab edilir ki, 1690-cı ildə
İngiltərə bankının və Kral birjasının yaradılması London maliyyə bazarının
təşkilati bazasının təməlini qoymuşdur. Merkantilist ticari-iqtisadi və maliyyə
siyasəti, habelə XVIII əsrin sənaye inqilabı iki əsr ərzində Londonun dünyada
yeganə maliyyə mərkəzinə çevirmişdi. Bu status Britaniya imperiyasının
iqtisadi qüdrətinə və funt sterlinq dünya valyuta (pul) sisteminin əsasında duran
əsas pul vahidi rolunu oynadığına görə, Britaniya qızıl standartına istinad
edirdi.
Birinci və İkinci Dünya müharibələri arasındakı dövrdə Nyu-York
dünyada maliyyə bazarı kimi birinci yer tutan Londonun mövqelərini xeyli
zəiflətsə də, 0, öz aparıcı mövqeyini saxladı və 1960-cı illərdən beynəlxalq
avrovalyuta bazarına çevrildi. Londonun mövqeyinin möhkəmlənməsi
istiqamətində atılan növbəti addım 1987-ci ildə Beynəlxalq Fond Birjasının
yaradılması nəticəsində qiymətli kağızlarla ticarət sahəsində cəlbedici yerə
çevrilməsi oldu. XXI əsrin əvvəlində də bu rol dəyişmədən yüksək səviyyədə
qalır.
Tokio beynəlxalq maliyyə mərkəzi. Tokiodakı mali}ryə mərkəzi 1868-ci
ildən, Meydzi İntibah dövründə yapon hakim dairələrinin Qərbi Avropa
dövlətlərindən və ABŞ-dan kapitalı, texnologiyaları və istehsal-idarəçilik
təcrübəsini intensiv surətdə mənimsəməyə başladıqda formalaşmışdır. 1878-ci
ildə Tokio Fond Birjası fəaliyyətə başlasa da, yalnız 1960-1970-ci illərdə
«yapon iqtisadi möcüzəsi» sayəsində Yaponiya dünyada ikinci sənaye dövləti
kimi tanındıqdan sonra beynəlxalq status əldə etmişdir. Tokio beynəlxalq
maliyyə mərkəzinin fonnalaşması qəti olaraq 1980-ci illərdə Yaponiya xarici
valyutanın iri saxlayıcısma çevrildikdə başa çatmışdır. Həmin vaxt ölkə
iyenanı liberallaşdınmş və tərəfdaşlarının, xüsusilə də ABŞ-m uzun müddət
ərzində tələb etdiyi kimi, xarici valyuta axınları üçün qapılarını açmışdı.
1990-cı illərin iqtisadi çətinlikləri başqa mərkəzlərlə müqayisədə
Tokionun beynəlxalq maliyyə mərkəzi kimi artımını zəiflətsə də, ümumilikdə
onun statusuna güclü təsir göstəmıədi. Bu zəifləmə 1997-ci ildə Asiyada baş
606
verən böhran nəticəsində oradakı pul və qiymətli kağızlar bazarlarının başqa
mərkəzlərə, o cümlədən Tokioya köçməsi sayəsində bir qədər kompensasiya
olunmuşdu. Sürətlə inkişaf edən bir sıra regional fond birjalarının (Şanxay, Seul,
Kuala-Lumpur, Sidney) meydana çıxmasına baxmayaraq, 2002-ci ildən yapon
iqtisadiyyatının dinamik artımı və bank sektomnun bir qədər sağlamlaşması
Tokio fond birjasının rolunun güclənməsinə imkan vermişdir.
20.10.
Ofşor maliyyə mərkəzləri
Ofşor mərkəz anlayışı {ingiliscə off-shore - sahildən uzaqda yerləşən,
ölkə ərazisindən kənar). Bu mərkəz ölkənin bütün ərazisində yaxud onun
işgüzar, istehsal, maliyyə-bank, ticari və başqa şərait barəsində xüsusi imtiyazlı
rejimin qüvvədə olduğu bölgələrində yerləşə bilər. Onun mahiyyəti şirkətlərə,
banklara və başqa təsərrüfatçılıq subyektlərinə, ilk növbədə, vergitutmada,
habelə fımalarm qeydiyyata alınmasında, maliyyə, idxal-ixrac fəaliyyəti
sahəsində maneəsiz fəaliyyətdə güzəştlərin tətbiqinin, aşağı tariflərinin müəy-
yənləşdirilməsinin (və ya ümumİ3^ətlə, rüsum tutulmamasmm) qanunvericiliklə
rəsmiləşdirilməsidir. Bu ölkələrdə və bölgələrdə (zonalarda, mərkəzlərdə)
müvafiq fınnalara və banklara münasibətdə xüsusi konfidensial rejim tətbiq
edilir.
Ofşor maliyyə mərkəzlərinin formalaşması. Ofşor bank mərkəzlərinin
yaranması 1960-cı illərə avrovalyuta bazarının sürətli artımı dövrünə təsadüf
edir. Bir çox ölkələr, xüsusilə də kiçik dövlətlər ofşor maliyyə mərkəzləri
yaratmaqla, sırf yerli problemləri (məşğulluğun artımı, maliyyə resurslarının
cəlb olunması və s.) həll etməyə cəhd göstərirdi. Buna görə də həmin ölkələr
bankların, şirkətlərin və başqa təşkilatların öz əməliyyatlarını həyata keçirmək
üçün nail olmaq istədikləri güzəştləri həvəslə onlara təqdim edirdi. Ofşor
maliyyə mərkəzlərinin sürətli inkişafı bir sıra məqamlarla şərtləndirilirdi:
•
malİ3^ə vəsaitlərinin ölkəyə və ölkədən axınını tənzimləyən
xüsusi qaydaların olmaması;
•
əqdlərin beynəlxalq əsasının olması nəticəsində onların ölkənin
daxili qanunvericiliyinin tətbiqindən azad edilməsi və mərkəzin anklav tipində,
xüsusi rejim şəraitində fəaliyyətinin asanlaşması;
•
yaradılan maliyyə mərkəzləri əsasında müasir rabitə vasitələrinin və
informasiya texnologiyalarının inkişafı;
607
Dostları ilə paylaş: |