SSRİ arasında), habelə üzv-dövlətlərin siyasi iradəsinin ifadə olunması məqsədilə
yaradılmışdır.
ATƏT-in iqtisadi sahədə funksiyaları aşağıdakı müddəalarla
müəyyənləşdirilir:
•
bütün Avropanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi;
•
beynəlxalq təşkilatlarla təmasların və praktiki əməkdaşlığın
möhkəmləndin İməsi;
•
ətraf mühitin mühafizəsi sahəsində real əməkdaşlıq;
•
Avropada sülhün və təhlükəsizliyin, habelə insan hüquqlarının, bütün
Avropa xalqlarının iqtisadi və sosial tərəqqisinin, rifahının təmin olunması.
ATƏT hər bir vətəndaşın hüquqlarını, o cümlədən mülkiyyətə sahiblik və
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təyin etməklə, onların öz
iqtisadi, sosial və mədəni hüquqlarından istifadə etmək hüquqlarını təsdiqləyir.
ATƏT-in 55 üzvü var. Onun strukturuna daxil olan Ali vəzifəli şəxslər
Komitəsi iqtisadi forum qismində ildə bir dəfə sessiya keçirir. Qeyd edək ki,
ATƏT-in 1996-cı ildə Praqada keçirilən dördüncü iqtisadi forumunda Biznes
üzrə Avropa Şurasının yaradılması haqqında qərar qəbul edilmişdi.
1991-ci ildə qəbul olunan Sülh və Əməkdaşlıq haqqında Roma
Bəyannaməsində ATƏT bütün Avropa ölkələrinin, habelə ABŞ və Kanadanın
insan hüquqları, əsas hüquqlar, demokratiya, qanunçuluq, təhlükəsizlik və
iqtisadi azadlıq sahələrində ümumi normaların müzakirəsi üçün toplaşdığı
yeganə Avropa forumu kimi nəzərdən keçirilir.
ATƏT-in BMT ilə münasibətləri BMT-nin Katibliyi ilə bağlanılmış
çərçivə müqaviləsinə və BMT-nin Baş Məclisində müşahidəçi statusuna
əsaslanır. BMT-nin Nizamnaməsinə uyğun olaraq, ATƏT Avropada baş verən
münaqişələrin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılanadək sülh yolu ilə
həllinə səy göstənnəli olan regional təşkilatdır.
«İslam Konfransı» Təşkilatı (OIC - Organisation of İslamic Coope-
ration) 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının
Rabatda (Mərakeş) keçirilən Konfransında yaradılmışdır. Onun Nizamnaməsi
1972-ci ildə qəbul edilmişdir. OIC regional təşkilat deyil və müxtəlif
bölgələrdə yerləşən müsəlman dövlətlərini birləşdirir. OlC-in üzvü yalnız
müsəlman dövlətləri ola bilsə də, bu cəhət onu dini təşkilata çevirmir. OIC -
qarşısına ən mühüm beynəlxalq problemlər üzrə müsəlman dövlətlərinin
mövqelərinin yaxmiaşdırılması, siyasətlərinin əlaqələndirilməsi məqsədi qoyan
700
tipik beynəlxalq təşkilatdır. OlC-ə 50 müsəlman dövləti, o cümlədən
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Rusiya 2005-ci ildən
təşkilatda müşahidəçi kimi iştirak edir.
OlC-in məqsədləri:
•
iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın inkişafı;
•
üzv-dövlətlər arasında beynəlxalq təşkilatlarda məsləhətləşmələr
keçirilməsi;
•
müsəlman həmrəyliyinin möhkəmləndirilməsi;
•
müsəlman xalqlarının milli istiqlaliyyət uğrunda mübarizədə
birləşdirilməsi;
•
irqçiliyin və müstəmləkəçiliyin bütün fonnalarınm və təzahürlərinin
aradan qaldırılmasının dəstəklənməsi;
•
torpaqlarının azad olunması uğrunda mübarizə aparan Fələstin xalqına
yardım göstərilməsi.
OlC-in Ali orqanı - İslam dünyasının ən mühüm siyasi, iqtisadi, sosial və
dini problemlərini müzakirə etmək və bu istiqamətlərdəki siyasətləri
əlaqələndirmək məqsədilə 3 ildə bir dəfə çağırılan dövlət və hökumət
başçılarının Konfransıdır. Üzv-dövlətlərin nazirlərinin Konfransı OlC-in cari
məsələlərini müzakirə etmək üçün hər il çağırılır. 1980-ci ildə nazirlər
Konfransı tərəfindən İKT-nin Baş Katibliyinin 11 nazirinin daxil edildiyi,
daimi fəaliyyət göstərən nazirlər Komitəsi yaradılmışdır. OIC çərçivəsində bir
sıra daimi komitə və komissiya fəaliyyət göstərir. Baş Katibliyə 2 il müddətinə
seçilən Baş Katib rəhbərlik edir. OIC BMT-də daimi müşahidəçi statusuna
malikdir.
22.11.
Beynəlxalq Əmək Təşkilatı
Beynəlxalq Əmək Təşkilatı (ILO - International Labour Organization) -
dünyanın müxtəlif ölkələrini təmsil edən hökumətləri, sahibkarları və
zəhmətkeşləri bərabər hüquq əsasında birləşdirən beynəlxalq təşkilatdır.
Məqsədləri və vəzifələri. BƏT əmək münasibətlərinin beynəlxalq
normalarını və onlara riayət olunmasına nəzarət prosedurlarını işləyib
hazırlayır. Təşkilat 1919-cu ildə Versal müqaviləsi əsasında. Millətlər
Liqasının tərkib hissəsi kimi yara-dılmışdır. İkinci Dünya müharibəsi dövründə
BƏT-in mənzil-qərargahı Monrealda (Kanada) yerləşirdi. 1944-cü ilin mayında
Filadelfiyada keçirilən Baş Konfransda müharibədən sonrakı dövrdə BƏT-in
701
məqsədlərini müəyyən edən Bəyannamə qəbul edilmişdi. 1946-cı ildə BMT-
nin Baş Məclisi BƏT və BMT arasında müqaviləni təsdiq etmiş və BƏT-i
BMT-nin ixtisaslaşmış təşkilatı qismində tanımışdır.
Cenevrədə (İsveçrə) yerləşir. Üzv-dövlətlərinin sayı 206-dır (2006-cı
ildə). SSRİ 1934-1940-cı illərdə BƏT-in üzvü olmuşdur. 1954-cü ildə təşkilata
yenidən qəbul edilmişdir, Rusiya 1969-cu ildən BƏT-in üzvüdür. BƏT Nobel
mükafatına layiq gömlmüşdür.
BƏT-in fundamental prinsipləri bunlardır:
•
əmək əmtəə deyil;
•
söz azadlığı və birləşmək azadlığı - daimi tərəqqinin zəruri şərtləridir;
•
yoxsulluq istənilən yerdə ümumi ictimai rifah üçün təhlükə yaradır;
•
əmək qabiliyyətli hər bir insan işləmək və ona görə layiqli həyat tərzi
keçinnəyə imkan verən mükafat almaq hüququna malikdir.
Nizamnaməsinə uyğun olaraq, BƏT-in məqsədləri
sosial ədalət əsasında
ümumi və möhkəm sülhün əldə edilməsi, bütün insanların irqindən,
əqidəsindən, cinsindən asılı olmayaraq, öz maddi rifahına və mənəvi inkişafına
azadlıq və ləyaqətinə hörmət, iqtisadi dayanıqlıq və bərabər imkanlar şəraitində
nail olmasına imkanlar açmaqdır.
BƏT tam məşğulluğun təmin olunmasına, həyat səviyyəsinin
yüksəldilməsinə, zəhmətkeşlərin əməyinin təhlükəsizliyinə və sağlamlığına,
insanın əsas hüquqlarına riayət olunmasına çalışır, iqtisadi və sosial
proqramların yerinə yetirilməsinə, sahibkarlar və işçilər arasında əməkdaşlığın
güclənməsinə yardım göstərir.
Bu məqsədlə BƏT əmək və həyat şəraitinin yaxşılaşdırılmasının
beynəlxalq siyasətini və proqramlarını işləyib hazırlayır, əmək
münasibətlərinin aşağıda göstərilən sahələrində beynəlxalq standartlan
müəyyənləşdirən konvensiyaları və tövsiyələri qəbul edir:
•
birləşmək sərbəstliyi və təşkilatlanma hüquqlarının müdafiəsi;
•
məcburi əməyin qadağan olunması, əmək fəaliyyəti ilə məşğuliyyətdə
ayrı-seçkiliyə yol verilməməsi;
•
əməyin ödənilməsində bərabər hüquqlar;
•
əmək haqqına zəmanət;
•
sosial təminatın minimum normaları;
•
əmək şəraitinin yoxlanılması;
•
analığın qorunması;
702
Dostları ilə paylaş: |