Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

 48
21. Namazda ikən güldüyünü yalnız özü eşidərsə, buna “Dahk” deyilir. 
Dahk yalnız namazı pozar.  
22. Saç, saqqal, bığ və dırnaq kəsmək.  
23. Yara qabığının düşməsi ilə dəstəmaz pozulmaz.  
 
 
DƏSTƏMAZ ÜÇÜN ASANLIQLAR “MƏST VƏ YARA ÜZƏRİNƏ MƏSH” 
Məsh, sürtmək, sığallamaq deməkdir. İki cür məsh vardır:  
 
1. MƏST ÜZƏRİNƏ MƏSH: 
Məst, ayağın yuyulması fərz olan yerini örtən su keçirməz ayaqqabı demək-
dir. Məst böyük olarsa, barmaqlar məstin ucuna qədər getməz və məsh boş yer 
üzərinə edilərsə, caiz olmaz. Məstin bir saat yol yeriyincə, ayaqdan çıxmayacaq 
şəkildə sağlam və ayağa uyğun olması lazımdır.  
Dabanı ilə ayağın üstü və ya yalnız dabanı dəri örtülmüş corab üstünə məsh 
etmək caizdir.  
Möhkəm olan və yeriyərkən aşağı düşməyən corab üzərinə məsh etmək ca-
izdir. 
Məstlər dəstəmazın pozulmasının ayaqlara keçməsinə mane olurlar. Ayaq-
ları yuduqdan sonra məstləri geyinmək və bundan sonra dəstəmaz almaq 
caizdir.  
Məsh məstlərin üstünə edilir. Məstlərin altına, yəni dabanına məsh edil-
məz.  
Sünnət üzrə məsh etmək üçün sağ əlin yaş beş barmağı, sağ məst üzərinə, 
sol əlin barmaqları da sol məst üzərinə boylu boyunca yapışdırılıb, məstin ucun-
dan yuxarıya doğru çəkilir.  Əl ovucları  məstə  dəyməz. Məshin üç əl barmağı 
enində və boyunda olması fərzdir.  
Məsh əlin çöl tərəfi ilə caiz isə də, iç tərəfi ilə etmək sünnətdir. 
Yaş ot üstündə yeriyərək və ya yağış ilə məstlərin üzəri islanarsa məsh yeri-
nə keçər. 
Məst üzərinə məsh müddəti mukim (səfərdə olmayan) olan üçün 24 saatdır. 
Səfəri üçün üç gün üç gecə, yəni 72 saatdır. Bu müddət məsti geyindiyi zaman 
deyil, məsti geyindikdən sonra dəstəmazın pozulduğu zaman başlayar. Məstli 
kimsə dəstəmazı pozulduqdan sonra 24 saat keçmədən səfərə çıxsa, bu məstlərə 
üç gün və gecə məsh edə bilər. Səfəri ikən mukim olsa, 24 saat keçmiş isə, məst-
ləri çıxarıb ayaqlarını yuyaraq dəstəmaz alar.  
Ayağın üç barmağı sığacaq qədər yırtığı olan məst üzərinə məsh etmək caiz 
deyildir. Yırtıq bundan az isə, məsh caiz olar. Bir məstin bir neçə yerində kiçik 
yırtıqlar varsa, bunlar toplanaraq üç barmaq qədər olarsa, buna məsh etmək caiz 
olmaz. Bir məstdə iki barmaq, digər məstdə də iki və ya bir barmaq görünəcək 
qədər yırtıq varsa, bunlara məsh edilə bilər. Məsh caiz olmayan yırtıq üç barma-
ğın ucu deyil, üç barmağın bütünü görünəcək qədərdir.  


 49
 
2. YARA VƏ SARĞI ÜZƏRİNƏ MƏSH: 
Yaranın, çibanın, dəridəki çatlaq və yarıqların üzərinə və ya içinə qoyulan 
məlhəm, pambıq, fitil, plastır, sarğı bağı kimi şeylərin açılması, çıxarılması yara-
ya zərər verərsə, üzərinə məsh edilir.  
Üzr sahibi olan istədiyi zaman dəstəmaz alar. Alınan dəstəmaz ilə istədiyi 
qədər fərz və nafilə qılar və Qurani-Kərim oxuyar. Namaz vaxtı çıxınca dəstəma-
zı pozulmuş olar. Hər namaz vaxtı girdikdən sonra, yəni dəstəmaz alıb bu vaxt 
çıxana qədər hər ibadəti edər.  
Üzr sahibi ola bilmək üçün dəstəmazı pozan şeyin davamlı olaraq mövcud 
olması lazımdır. Yəni hər hansı bir namaz vaxtı içində dəstəmaz alıb yalnız fərzi 
qılacaq qədər bir zaman dəstəmazlı qala bilməyən kimsə üzr sahibi olar. Üzr sa-
hibinin üzrü sonrakı hər namaz vaxtında bir dəfə, bir az axarsa, üzrü davam edir 
sayılır. 
 
 
QÜSL (Boy dəstəmazı) 
 
Namazın doğru olması üçün dəstəmazın və qüslün doğru olması lazımdır. 
Cünüb (qüslsüz) olan hər qadının və kişinin, hayzdan (aybaşı) və nifasdan (do-
ğumdan sonra gələn qan) qurtulan qadınların, namaz vaxtının sonunda o namazı 
qılacaq qədər zaman qalınca, qüsl alması fərzdir. Cünüb olmaq, cima (cinsi mü-
nasibət) və ihtilam (yuxuda cünüb olmaq) ilə olar. Peyğəmbərimiz “sallallahü 
aləyhi və  səlləm” buyurur ki: “Qüsl almağa qalxan bir kimsəyə üzərindəki 
tük sayı qədər [yəni lap çox] savab verilir. O qədər də günahı əfv olar. Cən-
nətdəki dərəcəsi yüksəlir. Qüslü üçün ona veriləcək savab dünyada olan hər 
şeydən daha xeyirli olar. Allahü təala mələklərə - Bu quluma baxın! Gecə 
ərinmədən qalxıb, mənim əmrimi düşünərək cünublükdən qüsl edir. Şahid 
olun ki, bu qulumun günahlarını əfv etdim və bağışladım.” 
 Digər bir Hədisi-şərifdə, “Kirlənincə, tez qüsl alın! Çünki kiramən kati-
bin mələkləri cünüb gəzəndən inciyərlər” buyurulduİmami Qazali “rahmətul-
lahi aleyh” buyurdu ki: “Bir kimsə yuxuda mənə dedi ki, “Bir miqdar zaman cü-
nüb qaldım. İndi üzərimə atəşdən köynək geyindirdilər. Hələ də atəş içindəyəm”. 
Bir Hədisi-şərifdə  də, “Rəsm, it və  cünüb kimsə olan evə  rəhmət mələkləri 
girməz” buyuruldu.  
Namaz qılan və qılmayan hər kəs bir namaz vaxtını cünüb keçirərsə, çox acı 
əzab görəcəkdir. Su ilə yuyunmaq mümkün olmazsa təyəmmüm etməlidir. Cü-
nüb olan kimsələr aşağıdakıları edə bilməz:  
1- Heç bir namazı qıla bilməz. 
2- Qurani-Kərimə və ayətlərinə əl vura bilməz. 
3- Kəbəni təvaf edə bilməz. 
4- Məscid və camilərə girə bilməz.  
 


 50
 
QÜSLÜN FƏRZLƏRİ 
 
Hənəfi məzhəbində qüslün fərzləri üçdür:  
1- Ağzın içini yumaqdır. Ağzın içində iynə ucu qədər islanmayan yer qa-
larsa, dişlərin üstü və diş oyuqları islanmazsa qüsl olmaz.  
2- Burnu yumaqdır. Burnundakı quru kirin altına və ağızdakı çeynənilmiş 
çörəyin altına su keçməzsə, qüsl olmaz. Hanbəli məzhəbində, ağzı və burnu yu-
maq, dəstəmaz alarkən də, qüsldə də fərzdir. Şafii məzhəbində də qüsl edərkən 
niyyət etmək fərzdir.  
3- Bədənin hər yerini yumaqdır. Göbək içini, bığ, qaş, saqqalı və altların-
dakı dəriləri və başdakı saçları yumaq fərzdir. Dırnaqlarda, dodaq, göz qapağı və 
ya bədənin hər hansı bir yerində su keçirməyən maddələr olarsa, [dırnaqda lak 
olarsa], qüsl alınmış sayılmaz. 
 
 
QÜSLÜN SÜNNƏTLƏRI 
 
1- Öncə əlləri yumaq.  
2- Ədəb yerlərini yumaq.  
3- Bütün bədəni pislikdən təmizləmək.  
4- Qüsldən əvvəl dəstəmaz almaq, üzü yuyarkən qüslə niyyət etmək. Şafii 
məzhəbində niyyət etmək fərzdir.  
5- Bütün bədəni üç dəfə ovaraq yumaq.  
6- Bütün bədəni yuduqdan sonra iki ayağını yumaq.  
 
 
QÜSL NECƏ ALINIR? 
 
Sünnət üzrə qüsl belə alınır:  
1- Öncə, təmiz olsalar belə, iki əli və övrət yerini, bədənində nəcasət (pislik) 
olan yerləri yumalıdır.  
2- Sonra tam bir dəstəmaz almalı, üzünü yuyarkən qüslə niyyət etməlidir. 
Ayaqların altında su yığılmırsa, ayaqları da yumalıdır.  
3- Sonra bütün bədənə üç dəfə su tökməlidir. Öncə üç dəfə başa, sonra sağ 
çiyinə, sonra sol çiyinə tökməlidir. Hər töküşdə o tərəf tamam islanmalıdır. Bi-
rinci töküşdə ovmalıdır. Qüsldə bir üzvə tökülən su başqa üzvlərə axıdılarsa, ora 
da təmizlənir. Çünki qüsldə bütün bədən bir üzv sayılır. Dəstəmaz alarkən bir 
üzvə tökülən su ilə başqa üzv islanarsa, yuyulmuş sayılmaz. Qüsl tamam olunca, 
təkrar dəstəmaz almaq məkruhdur. Lakin qüsl alarkən dəstəmazı pozularsa, bir 
daha almaq lazım olar. 
Hənəfi məzhəbində dişlərin arası  və diş çuxurları islanmazsa, qüsl olmaz. 
Bunun üçün dişə karonka qoyulduqda və plomblandıqda qüsl səhih olmaz. İnsan 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə