Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

 90
dan, şişə görə göz yaşı axması bir namaz vaxtı içində davamlı olarsa, bu kimsə və 
istihaza qanı axan qadın üzr sahibi olarlar. Üzərini bağlamaqla, dərman ilə və ya 
namazı oturaraq yaxud ima ilə qılaraq bunları dayandırmaq lazımdır. Sidik qaçıran 
kişi sidik yoluna arpa qədər bitki pambıq soxar. Fitil az olan sidiyi əmərək çölə 
damcılamasına mane olar. Beləcə, dəstəmaz pozulmaz. Sidiyə gedərkən fitil öz-özü-
nə çölə çıxar, gedər. Sidiyi çox qaçırsa, artığı fitildən keçərək çölə sızar və dəstə-
mazı pozulur. Sızan sidik paltarı kirlətməməlidir. Qadınlar önlərinə  həmişə “Kür-
süf” deyilən parça qoymalıdır. Axıntını dayandıra bilməzlərsə, hər namaz vaxtında 
dəstəmaz alıb namazı eləcə qılar. Üzr sahibi olan kimsə bir dəstəmaz ilə vaxt çıxına 
qədər fərz, qəza və nafilə qıla bilərlər. Qurani-Kərimi əldə tuta bilərlər. Namaz vaxtı 
çıxınca dəstəmazı pozulur. Vaxt çıxmadan əvvəl də üzr olan şeydən başqa bir səbəb 
ilə  dəstəmazı yenə pozulur. Məsələn, burun dəliklərinin birindən qan gələn vaxtı 
dəstəmaz alıb sonra digər dəlikdən də qan axmağa başlasa, dəstəmazı pozulur. Üzr 
sahibi olmaq üçün dəstəmazı pozan şeyin bir namaz vaxtında davamlı axması 
lazımdır. Dəstəmaz alıb, o vaxtın fərzini qılacaq qədər bir zaman ərzində axmazsa, 
üzr sahibi olmaz. Malikinin bir qavlinə görə, bir damla axınca, üzr sahibi olar. Bir 
kimsə üzr sahibi olunca, sonrakı namaz vaxtlarında bir dəfə bir damla gəlsə, üzr sa-
hibi olması o vaxtlarda da davam edər. Bir namaz vaxtında heç gəlməzsə, üzr sahibi 
olmağı sona çatar. Üzrə səbəb olan nəcasət paltara dirhəm miqdarından artıq bulaş-
sa, təkrar bulaşmasına mane olmaq mümkündürsə, bulaşmış yeri yumaq lazım olar.  
Qüsl alınca xəstə olmaqdan və ya xəstəliyinin şiddətlənməsindən yaxud uzan-
masından qorxan təyəmmüm edər. Bu qorxu öz təcrübələri ilə, yaxud müsəlman, 
adil həkimin söyləməsi ilə məlum olar. Fisqi, günah işləməsi dillərə düşmüş olma-
yan həkimin sözü də qəbul edilir. Soyuq olub, sığınacaq yer, suyu qızdıracaq şey, 
şəhərdə hamam pulu tapmamaq xəstəliyə səbəb ola bilər. Hənəfidə bir təyəmmüm 
ilə istədiyi qədər fərz qıla bilər. Şafiidə və malikidə hər fərz namaz üçün yenidən 
təyəmmüm edər.  
Dəstəmazda bədən üzvlərinin yarısında yara olan təyəmmüm edər. Yara yarı-
dan az isə, sağlamını yuyub, yaranı məsh edər. Qüsldə bütün bədən bir üzv sayıldı-
ğı üçün bütün bədənin yarısı yara isə təyəmmüm edər. Yaralı yer yarıdan az isə, 
sağlamını yuyub yaraları məsh edər. Yaraya məsh zərər verərsə, sarğıya məsh edər. 
Bu da zərər verərsə, məshi tərk edər. Dəstəmazda və qüsldə başa məsh zərər verər-
sə, başı məsh etməz. Əli çolaq (ekzema-dəri xəstəliyi, yara) olub sudan istifadə edə 
bilməyən təyəmmüm edər. Üzünü, qollarını yerə  (əhəngli, torpaqlı, daşlı divara) 
sürtər.  Əlləri və ayaqları  kəsik olanın üzü də yara isə, namazı  dəstəmazsız qılar. 
Dəstəmaz aldırması üçün kimsəni tapa bilməyən təyəmmüm edər. Uşağı, köləsi, 
maaş ilə tutduğu kimsə kömək etməyə  məcburdurlar. Başqalarından da kömək 
istəyə bilər. Lakin onlar kömək etməyə  məcbur deyildirlər. Qadın və  ər də bir-
birlərinə dəstəmaz aldırmağa məcbur deyildirlər.  
Qan aldıran, zəli istifadə edən, yarası, çibanı olan, sümüyü qırılan və ya yara-
lara sarğı (pambıq, bint, məlhəm) qoyan, o hissəsini soyuq, isti su ilə yumağa və ya 
məsh etməyə qadir ola bilməzsə, dəstəmazda və qüsldə bunların yarıdan artığı üs-


 91
tünə bir dəfə məsh edər. Sarğını açmaq zərər verərsə, altındakı sağlam yerlər yu-
yulmaz. Sarğı aralarında görünən sağlam dəri qismləri məsh edilir. Sarğını dəstə-
mazlı olaraq sarımaq lazım deyildir. Məshdən sonra sarğı  dəyişdirilərsə, üstünə 
başqası da sarılarsa, yenisinə məsh lazım olmaz.  
Ayaq üstə dura bilməyən və  ya  ayaq  üstə durarsa, xəstəliyinin uzanacağını 
çox zənn edən xəstə namazını oturaraq qılıb, rükü üçün bədənini bir az əyər. Sonra 
dikəlib yerə iki dəfə  səcdə edər. Asan bildiyi qədər oturar. Diz çökməsi, bardaş 
qurması, ihtiba etməsi, yəni ombası üzərinə oturub qollarını dizlərinin ətrafına hal-
qa etməsi caizdir. Baş, diz, göz ağrısı xəstəlik sayılır. Düşmənə görünmək qorxusu 
da üzrdür. Ayaq üstə orucu, dəstəmazı pozulan da oturaraq qılar. Bir şeyə dayana-
raq ayaq üstə dura bilən dayanaraq qılar. Ayaq üstə artıq dura bilməyən, iftitah tək-
birini ayaq üstə alıb, ağrı hasil olunca oturaraq davam edər.  
Yerə səcdə etməkdən aciz olan ayaq üstə oxuyub, rükü və səcdə üçün otura-
raq ima edər. Oturub rükü üçün bir az, səcdə üçün daha çox əyilər. Bədənini əyə 
bilməyən başını əyər. Bir şey üzərinə səcdə etməsi lazım deyildir. Bir şey üzərinə 
səcdə edərsə, səcdə üçün rüküdən artıq əyilmiş isə namazı səhih olarsa da, məkruh-
dur. Dayanaraq oturmaq mümkün olarsa, uzanaraq ima caiz olmaz. Peyğəmbəri-
miz “sallallahü aləyhi və səlləm” bir xəstəni ziyarət etdi. Bunun əli ilə yastığı qal-
dırıb, üzərinə  səcdə etdiyini görüncə, yastığı aldı. Xəstə odunu qaldıraraq bunun 
üstünə səcdə etdi. Odunu da aldı və “Gücün çatarsa, yerə  səcdə et! Yerə  əyilə 
bilməzsən, üzünə bir şey qaldırıb, bunun üzərinə səcdə etmə! İma edərək qıl 
və səcdədə rüküdən daha çox əyil!” buyurdu. “Bahr-ür-raik”də bildirildiyi ki-
mi, Ali İmran surəsinin 191-ci ayəti-kəriməsində, “Namazı gücü yetən ayaq üstə 
qılar. Aciz olan oturaraq qılar. Bundan da aciz olan yataraq qılar” buyurulur. 
İmran bin  Husayn xəstə olunca Rəsulullah “sallallahü aləyhi və  səlləm” buna, 
Ayaq üstə qıl! Gücün yetməzsə, oturaraq qıl! Buna da qüdrətin olmazsa, yan 
və ya arxası üstə uzanaraq qıl!” buyurdu. Görünür ki, ayaq üstə dura bilməyən 
xəstə oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Stolda, kresloda qılmağa icazə 
verilməmişdir. Xəstənin və avtobusda, təyyarədə gedənin, kresloda, stolda qılması 
islamiyyətə uyğun deyildir. Camaata gedincə ayaq üstə qıla bilməyən evində ayaq 
üstə qılar. İyirmi şeydən birinin olmaması camaata getməmək üçün üzr olar. Yağış, 
şiddətli isti və soyuq, canına və ya malına təcavüz edə bilən düşmən qorxusu, yol-
daşlarının gedib yolda tək qalmaqdan qorxmaq, havanın çox qaranlıq olması, kasıb 
borclunun tutulub həbs olunmaqdan qorxması, kor olmaq, yeriyə bilməyəcək qədər 
iflic olması, bir ayağının kəsik olması, xəstə, iflic olmaq, palçıq, yeriyə bilməmək, 
yeriyə bilməyən yaşlı, nadir tapılan fiqh dərsini buraxmaq, sevdiyi yeməyi qaçır-
maq qorxusu, yolçuluğa hərəkət halında olmaq, yerinə buraxacaq kimsə olmayan 
xəstə baxıcı, gecə şiddətli külək, tualetə getmək üçün sıxışmaq. Xəstəliyinin artma-
sından və ya uzanmasından qorxan xəstə  və  xəstəsi baxımsız qalacaq olan xəstə 
baxıcısı və çox qocalıqdan yeriməsi çətin olmaq, Cümə namazına getməmək üçün 
üzrdür. Camaata yeriyərək gedib-gəlmək, vasitəyə minərək getməkdən yaxşıdır. 
Məsciddə stulda, kresloda oturaraq ima ilə qılmaq caiz deyildir. İslamiyyətin bil-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə