Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

 92
dirmədiyi şəkildə ibadət etmək “Bidət” olar. Bidət işləmənin böyük günah olduğu 
fiqh kitablarında yazılmışdır.  
Bir şeyə dayanaraq otura bilməyən xəstə arxası üstə uzanaraq, arxası üstə uza-
na bilməzsə, sağ yanına yataraq başı ilə ima edər. Qibləyə dönə bilməyən asan bil-
diyi cəhətə tərəf qılar. Arxası üstə uzananın başı altına bir şey qoyaraq üzü qibləyə 
qarşı edilir. Dizlərini dik tutması yaxşı olar. Başı ilə ima edə bilməyənin namazı 
qəzaya buraxması caiz olar. Namaz ərzində xəstə olan gücü çatdığı şəkildə davam 
edər. Yerdə oturaraq qılan xəstə namazda yaxşı olarsa ayaq üstə  qılaraq davam 
edər. Ağılı, şüuru gedən namaz qılmaz. Beş vaxt keçmədən yaxşı olarsa, beş vaxtı 
qəza edər. Altı namaz keçərsə, heç qəza etməz.  
İma ilə də olsa, qılınmayan namazı tez bir zamanda qəza etmək fərzdir. Qəza 
etmədən ölüm halına gələrsə, qılmadığı namazların isqatı üçün buraxdığı maldan 
fidyə verilməsini vəsiyyət etmək vacib olar. Vəsiyyət etməzsə, vəlisinin, hətta yad 
birinin öz malından isqat etməsi caiz olar deyilmişdir.  
 
 
QƏZA NAMAZLARI 
 
Namaz bədən ilə edilən bir ibadət olduğundan, başqası başqasının yerinə qıla 
bilməz. Hər kəsin özünün qılması lazımdır. Namazları vaxtında qılmağa “Əda” de-
yilir. Hər hansı bir zamanda təkrar qılmağa “İadə” deyilir. Məsələn, məkruh olaraq 
qılınan namazın vaxtı çıxmadan, buna imkan olmazsa, hər zaman iadəsi vacibdir. 
Fərz və vacib olan namazı vaxtı keçdikdən sonra qılmağa “Qəza” etmək deyilir.  
Bir günlük beş vaxt fərzi və vitr namazını qılarkən və qəza edərkən tərtib sa-
hibi olmaq fərzdir. Yəni namaz qılarkən, sıralarına diqqət etmək lazımdır. Beşdən 
artıq qəzası olmayana “Tərtib sahibi” deyilir. Cümə fərzini o günün zöhr namazı 
sırasında  qılmaq lazımdır. Sübh namazına qalxa bilməyən xütbə oxunarkən belə 
xatırlayarsa, dərhal bunu qəza etməlidir. Bir namazı qılmadıqca ondan sonrakı beş 
namazı  qılmaq caiz olmaz. Hədisi-şərifdə, “Bir namazı yuxuda keçirən və ya 
unudan kimsə sonrakı namazı camaat ilə  qılarkən xatırlayarsa, imamla na-
mazı bitirib, sonra öncəki namazını qəza etsin! Bundan sonra imamla qıldığı-
nı təkrar qılsın!” buyuruldu.  
Fərzi qəza etmək fərzdir. Vacibi qəza etmək vacibdir. Sünnəti qəza etmək əmr 
olunmadı. Hənəfi məzhəbinin alimləri söz birliyi ilə bildirirlər ki; “Sünnət namaz-
larının yalnız vaxtında qılınmaları  əmr olundu. Vaxtında qılınmayan sünnət na-
mazlar insanın üzərində borc qalmaz. Bunun üçün vaxtından sonra qəza edilmələri 
əmr olunmadı. Sübh namazının sünnəti vacibə yaxın olduğundan o gün zöhrdən 
əvvəl fərzi ilə birlikdə  qəza edilir. Sübh namazının sünnəti zöhrdən sonra başqa 
sünnətlər isə, heç bir zaman qəza edilməz. Qəza olarsa, sünnət savabı hasil olmaz, 
nafilə  qılınmış olar. “İbni Abidin”   “Tərgib-üs-salat”  162-ci səhifələrində 
deyilir ki,  “sünnətləri üzrsüz oturaraq qılmaq caizdir. Heç qılmamaq günahdır. 
Fərzləri üzr ilə oturaraq qılmaq caizdir”.  


 93
Fərz namazları bilərək və üzrsüz olaraq tərk etmək böyük günahdır. Vaxtında 
qılınmayan belə namazları qəza etmək lazımdır. Fərz və vacib olan bir namazı bilə-
bilə qəzaya buraxa bilmək üçün iki üzr vardır: Biri düşmən qarşısında olmaqdır. 
İkincisi səfərdə olan, yəni üç günlük yol getməyə niyyəti olmasa belə, yolda olan 
kimsənin oğrudan, yırtıcı heyvandan, seldən, fırtınadan qorxmasıdır. Bunlar otura-
raq və hər hansı bir tərəfə dönərək və ya heyvan üzərində ima ilə də qıla bilmədiyi 
zaman qəzaya buraxa bilər. Bu iki səbəblə fərzləri qəzaya buraxmaq, yuxu və unut-
maq səbəbi ilə qılmamaq günah olmaz. “Əşbah” şərhində, “boğulmaqda olanı və 
buna oxşar olanları qurtarmaq üçün namazı vaxtından sonra qılmaq da səhihdir” 
deyilir. Lakin üzr bitincə dərhal qəza qılması fərz olar. Haram olan üç vaxtdan baş-
qa boş vaxtlarında qılmaq şərti ilə ailəsinin ruzisini qazanacaq qədər gecikdirmək 
caiz olar. Daha artıq gecikdirərsə, günaha girməyə başlayar. Belə ki sevgili Pey-
ğəmbərimiz “sallallahü aləyhi və səlləm”, Xəndək müharibəsinin şiddətindən qıla 
bilmədikləri dörd namazı dərhal o gecə Əshabi kiram “radıyallahü anhüm” yaralı 
və çox yorğun olduqları halda camaat ilə qıldı. Sevgili Peyğəmbərimiz “sallallahü 
aləyhi və səlləm” buyurdu ki; “İki fərz namazı bir yerə gətirmək böyük günah-
lardandır”. Yəni, bir namazı vaxtında qılmayıb vaxtından sonra qılmaq ən böyük 
günahdır. Bir Hədisi-şərifdə buyuruldu ki, “Bir namazı vaxtı  çıxdıqdan sonra 
qılan kimsəni Allahü təala səksən hukbə  Cəhənnəmdə buraxacaqdır.”  Bir 
hukbə səksən axirət ilidir və axirətin bir günü dünyanın min ili qədərdir. Bir vaxt 
namazı vaxtından sonra qılmağın cəzası bu olarsa, heç qılmayanın cəzasını düşün-
məlidir.  
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdu ki, “Namaz dinin dirə-
yidir. Namaz qılan dinıni doğrultmuş olar. Namazı  qılmayan dinini yıxmış 
olar.” Bir Hədisi-şərifdə buyurdu ki, “Qiyamət günü imandan sonra ilk sual na-
mazdan olacaqdır.” Allahü təala buyuracaq ki, “Ey qulum! Namaz hesabının al-
tından qalxarsan, qurtuluş sənindir. O biri hesabları asanlasdıraram”. Ankə-
but surəsi, 45-ci ayətində, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin işləri 
işləməkdən qoruyar” buyurulur. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bu-
yurdu ki, “İnsanın Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”.  
Bir müsəlmanın hər hansı bir namazı vaxtında qılmaması iki cür olar: 1. Üzr 
ilə qılmamasıdır. 2. Namazı vəzifə bildiyi, önəm verdiyi halda tənbəlliklə tərk et-
məsidir.  
Fərz namazı üzrü olmadan vaxtı keçdikdən sonra qılmaq, yəni qəzaya burax-
maq haramdır, böyük günahdır. Bu günah qəza etdikdə əfv olunmur. Qəza etdikdə
yalnız namazı qılmamaq günahı əfv olur. Bir kimsə namazları qəza etmədikdə, yal-
nız tövbə ilə əfv olmaz. Qəza etdikdən sonra tövbə edərsə, əfv olması ümid edilir. 
Tövbə edərkən qılmadığı namazları qəza etməsi lazımdır. Qəza etməyə gücü var-
kən qəza etməzsə, ayrıca böyük bir günah işləmiş olur. Bu böyük günah hər namaz 
qılacaq qədər [6 dəqiqə] boş zaman keçincə, bir əvvəlki əzab zamanı qədər artmaq-
dadır. Çünki namazı boş zamanlarda dərhal qəza etmək də fərzdir. Qəza qılmağa 
əhəmiyyət verməyən sonsuz yanacaqdır. “Umdət-ül-islam” və “Cami-ül fətava”-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə