109
yetirmək
nəsib olarsa, nemətlərin şükrünü etmiş olar. Çünki Allahü təala Nisa surəsi,
146-cı ayətində məalən, “
İman edər və şükr edərsəniz, əzab etmərəm” buyurur. O
halda, İslamın beş şərtini yerinə yetirməyə canı-könüldən çalışmalıdır.
Bu beş şərtdən ən mühümü namazdır ki, dinın dirəyidir. Namazın ədəblərin-
dən bir ədəbi tərk etməyərək qılmağa cəhd etməlidir. Namaz tam qılına bilindi isə,
İslamın əsas və böyük təməli qurulmuş olar. Cəhənnəmdən qurtaran sağlam ip tu-
tulmuş olar. Allahü təala hamımıza doğru namaz qılmağı nəsib etsin!
Namaza durarkən “
Allahü-əkbər” demək, “Allahü təalanın heç bir məxluqun
ibadətinə möhtac olmadığını, hər baxımdan heç bir şeyə ehtiyacı olmadığını, insanla-
rın namazlarının ona faydası olmayacağını” bildirir.
Namaz içindəki təkbirlər isə,
“Allahü təalaya qarşı yaraşan bir ibadət etməyə ləyaqət və gücümüz olmadığını” gös-
tərir. Rüküdəkı təsbehlərdə də bu məna olduğu üçün rüküdən sonra təkbir əmr olun-
madı. Halbuki səcdə təsbehlərindən sonra əmr olundu. Çünki səcdə təvazö və aşağılı-
ğın ən artığı, zillət və kiçikliyin son dərəcəsi olduğundan, bunu edincə haqqı ilə tam
ibadət etmiş hesab edilər. Bu düşüncədən qorunmaq üçün səcdələrdə yatıb qalxarkən,
təkbir söyləmək sünnət olduğu kimi, səcdə təsbehlərində
“alə” demək əmr olundu.
Namaz möminin miracı olduğu üçün
namazın sonunda Peyğəmbər Əfəndimizin
“sallallahü aləyhi və səlləm” mirac gecəsində söyləməklə şərəfləndiyi kəlmələri, yəni
Əttəhiyyatünü oxumaq əmr olundu. O halda namaz qılan bir kimsə namazı özünə
mirac etməli. Allahü təalaya yaxınlığının nəhayətini namazda axtarmalıdır.
Peyğəmbərimiz “aləyhi və ala alihissalatü vəssəlam” buyurdu ki, “
İnsanın
Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”. Namaz qılan bir
kimsə Rəbbi ilə danışmaqla, Ona yalvarmaqla, Onun böyüklüyünü,
Ondan başqa
hər şeyin heç olduğunu görür. Bunun üçün namazda qorxu, dəhşət, ürkmək hasil
olacağından təsəlli və rahat tapması üçün namazın sonunda iki dəfə salam verməsi
əmr buyuruldu.
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bir Hədisi-şərifdə, “
Fərz na-
mazdan sonra 33 təsbeh, 33 tahmid, 33 təkbir və bir də təhlil” əmr etmişdir.
Bunun səbəbi namazdakı
qüsurlar təsbeh ilə örtülür. Layiq olan tam ibadət edilə
bilinmədiyi bildirilir. “
Tahmid” ilə namaz qılmaqla şərəflənmənin, Onun köməyi
və nail edilməsi ilə olduğu bilinərək
bu böyük nemətə şükr edilir, həmd edilir.
“
Təkbir” edərək də Ondan başqa ibadətə layiq kimsə olmadığı bildirilir.
Namaz şərtlərinə və ədəblərinə uyğun olaraq qılınıb və edilən qüsurlar da be-
ləcə örtülüb namazı nəsib etdiyinə də şükr edib, ibadətə başqa heç kəsin haqqı ol-
madığı qəlbindən təmiz və xalis olaraq kəlimeyi-təvhid ilə bildirilincə, bu namaz
qəbul oluna bilər. Bu kimsə namaz qılanlardan və xilas olanlardan olar. Ya Rəbb!
Peyğəmbərlərinin ən üstününün hörməti üçün “aləyhi və ala alihimüssaləvatü vət-
təslimat” bizləri namaz qılan və qurtulan, xoşbəxt qullarından et! Amin!
İmamı Muhamməd Masum həzrətləri “Məktubat”ın ikinci cild, on birinci
məktubunda buyurur ki:
Allahü təala insanları başı boş buraxmadı. Hər istədiklərini etməyi
icazə ver-
mədi. Nəfslərinin arzularına və təbii, heyvani zövqlərinə tabe olmalarını, beləcə fə-
110
lakətlərə düşmələrini istəmədi. Rahat və dinclik içində yaşamaları və sonsuz səadətə
qovuşmaları üçün arzularından və zövqlərindən necə istifadə etməyin yollarını gös-
tərdi, dünya və axirət səadətinə səbəb olan faydalı şeyləri etməyi əmr etdi. Zərərli
olanları etməyi qadağan etdi. Bu əmrlərə və qadağalara
“Əhkamı-islamiyyə” deyi-
lir. Dünyada rahat yaşamaq, səadətə qovuşmaq istəyən islamiyyətə uymağa məcbur-
dur. Nəfsinin və təbiətinin islamiyyətə uymayan arzularını tərk etməsi lazımdır. İsla-
miyyətə tabe olmazsa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar. İslamiy-
yətə tabe olan qul müsəlman olsa
da kafir olsa da dünyada məsud, rahat olar. Sahibi
ona kömək edər. Dünya ziraət yeridir. Tarlasını əkib-becərməyib toxumlarını yeyə-
rək zövq və səfa sürən məhsul almaqdan məhrum qalacağı kimi, dünya həyatını,
keçib-gedən zövqləri, nəfsin arzularını yerinə yetirməklə də əbədi nemətlərdən,
sonsuz zövqlərdən məhrum qalar. Bu hal ağlı başında olanın qəbul edəcəyi bir şey
deyildir. Sonsuz ləzzətləri əldən buraxmağa səbəb olan keçib-gedən ləzzətləri zərərli
şəkildə etməyi seçməz. [Allahü təala dünya zövqlərindən,
keçib-gedən ləzzətlərin-
dən, nəfsə şirin gələn şeylərdən heç birini məhrum etmədi, qadağan etmədi. Bunları
İslamiyyətə uyğun, zərərsiz olaraq istifadə etməyi icazə verdi]. İslamiyyətə tam tabe
olmaq üçün əvvəla
“Əhli-sünnət” alimlərinin, Əshabi-kiramdan öyrənib, Quranı-
kərimdən və hədisi-şəriflərdən başa düşüb bildirdikləri
“Akaid”ə (iman elmi) uy-
ğun iman etmək, sonra haram, qadağan edilmiş olanları öyrənib bunlardan çəkin-
mək və edilməsi əmr olunan fərzləri öyrənib yerinə yetirmək lazımdır. Bunları et-
məyə
“ibadət” etmək deyilir. Haramlardan çəkinməyə
“Təqva” deyilir.
Niyyət edərək əhkamı-islamiyyəyə tabe olmağa
“İbadət etmək” deyilir. Alla-
hü təalanın əmrlərinə və qadağalarına
“Əhkamı-islamiyyə” və
“Əhkami-ilahiyyə”
deyilir. Əmr edilənlərə
“Fərz”,
qadağan edilənlərə “Haram” deyilir. İbadətlərin ən
qiymətlisi və islam dininin təməli hər gün beş vaxt
“Namaz” qılmaqdır. [Namaz
qılmaq, ayaqda qibləyə qarşı Fatihə oxumaq və qibləyə qarşı əyilmək və qibləyə
qarşı başı yerə qoymaq deməkdir. Bunları qibləyə qarşı etməzsə, namaz qılmaq
sayılmaz.] Namaz qılan müsəlmandır. Namaz qılmayan ya müsəlmandır, ya kafir-
dir. Namaz qılmaqla hasil olan kurbı-ilahi [yəni Allahü təalanın sevməsi] başqa iba-
dətləri yerinə gətirməklə nadir hallarda nəsib olur. Hər gün beş vaxt namazı
cəm-iy-
yət ilə [yəni dünya işlərini düşünmədən], camaat ilə, tadili-ərkan ilə, dəstəmazı diq-
qətlə alaraq və müstəhəb olan vaxtlarında qılmalıdır. Namaz qılarkən
Allahü təala
ilə qul arasındakı pərdələr qalxır. Beş vaxt namaz qılan hər gün beş dəfə yuyunub
təmizlənən bir adam kimi günahlardan təmizlənir. Hər gün beş vaxt namazı doğru
olaraq qılana yüz şəhid savabı verilir.
Ticarət malının və çöldə otlayan heyvanların [tarladan, ağaclardan əldə
edilən məhsulun, kağız pulun və alacağı olan borcların] zəkatlarını əmr olunan
yerlərə sevə-sevə verilməlidir. Zəkatı veriən mal azalmaz. Zəkatı verilməyən mal
Cəhənnəmdə atəş olar. Allahü təala çox mərhəmər edərək ehtiyacdan artıq olan
mal nisab (yetərsay) miqdarı qədər olarsa, bir il sonra zəkatını verməyi əmr etdi.
Canı və malı verən Odur. Malın hamısını və canı verməyi əmr etsəydi, Onun
aşiqləri dərhal verərdilər.