Kitabüs-salat namaz kitabi



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə43/56
tarix16.11.2017
ölçüsü5,19 Kb.
#10521
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

 105
zın kəmalatından bir şey daddırılmış olsaydı sima və  nəğməni ağızlarına almaz, 
vəcdə gəlməyi xatırlarına belə gətirməzdilər.  
Ey qardaşım! Namaz ilə musiqi arasında nə  qədər uzaqlıq varsa, namazdan 
hasil olan kəmalat ilə musiqidən hasil olan təəssür də bir-birindən o qədər uzaqdır. 
Ağılı olan bu qədər işarətdən çox sey anlayar.  
İbadətlərdən zövq hiss etmək və bunların yerinə yetirilməsi insan üçün çətin 
gəlməməsi Allahü təalanın ən böyük nemətlərindəndir. Hələ namazın dadını hiss 
etmək nəhayətə çatmayanlara nəsib olmaz. Hələ fərz namazların dadını almaq an-
caq onlara məxsusdur. Çünki nəhayətə yaxınlaşanlara nafilə namazların dadını 
daddırırlar. Nəhayətdə isə yalnız fərz namazların dadı hiss edilir. Nafilə namazlar 
zövqsüz olub fərzlərin qılınması böyük kar, qazanc bilinir.  
(Nafilə namaz, fərz və vacibdən başqa namazlar deməkdir. Beş vaxt namazın 
sünnətləri və digər vacib olmayan namazlar nafilə namazlardır. Müəkkəd olan və 
olmayan bütün sünnətlər nafilədir).  
Namazların hamısında hasil olan ləzzətdən nəfsə bir pay yoxdur. İnsan bu da-
dı hiss edərkən nəfsi inləməkdə, fəryad etməkdədir. Ya Rəbb! Bu nə böyük rütbə-
dir! Bizim kimi ruhları xəstə olanların bu sözləri eşitməsi də böyük nemət, həqiqi 
səadətdir.  
Yaxşı bilın ki, dünyada namazın rütbəsi, dərəcəsi, axirətdə Allahü təalanı gör-
mənin yüksəkliyi kimidir. Dünyada insanın Allahü təalaya ən yaxın olduğu zaman, 
namaz qıldığı zamandır. Axirətdə  ən yaxın olduğu da rüyət, yəni Allahü təalanı 
gördüyü zamandır. Dünyadakı bütün ibadətlər insanı namaz qıla biləcək bir hala 
gətirmək üçündür. Əsl məqsəd namaz qılmaqdır. Əbədi səadətə və sonsuz nemətlə-
rə qovuşmaq ancaq namaz qılmaqla əldə edilir.  
Namaz bütün ibadətlərdən və orucdan qiymətlidir. Namaz var ki, qırıq qəlb-
ləri zövqlə doldurur. Namaz var ki, günahları yox edər, insanı pislikdən qoruyur. 
Hədisi-şərifdə, “Namaz qəlbimin nəşəsi və sevinc qaynağıdır”  buyuruldu. Na-
maz  qəmli ruhlara ləzzət verir. Namaz ruhun qidasıdır.  Namaz  qəlbin  şəfasıdır. 
Namazda elə an olar ki, arifin dili Musa-əleyhissəlama söyləyən agac kimi olar.  
 
İmamı-Rabbani həzrətləri “Məktubat” kitabının 1-ci cild, 266-cı məktu-
bunda buyurur: 
İmanı, etiqadı düzəltdikdən sonra fiqh əhkamını (yəni dinimizin əmr və qada-
ğan etdiyi işlər) öyrənmək, əlbəttə, lazımdır. Fərzləri, vacibləri, halal və haramları, 
sünnət və məkruhları, şübhəliləri lazımı qədər öyrənməli və öyrəndiyi ilə hərəkət 
etməlidir. Fiqh kitablarını öyrənmək hər müsəlmana lazımdır. (Bunları bilmədən 
müsəlmanlıq olmaz). Allahü təalanın əmrlərini yerinə yetirməyə, Onun bəyəndiyi 
kimi yaşamağa çalışmalıdır. Onun ən çox bəyəndiyi və əmr etdiyi şey hər gün beş 
vaxt namaz qılmaqdır. Namaz dinin dirəyidir. Namazın  əhəmiyyətindən və necə 
qılınacağından bir neçə məlumat bildirəcəm. Can qulağı ilə dinləyin! İlk əvvəl sün-
nətə (yəni fiqh kitablarında yazılana) tam uyğun olaraq dəstəmaz almalıdır. Dəstə-
maz alarkən yuyunması lazım olan yerləri üç dəfə və hər dəfə də hər tərəfini tam 


 106
yumağa çox diqqət etməlidir. Beləcə sünnətə uyğun dəstəmaz alınmış olar. Başa 
məsh edərkən, başın hər tərəfini örtəcək şəkildə sığallamalıdır. Qulaqları və boyu-
nun arxasını yaxşıca məsh etməlidir. Ayaq barmaqlarını hilal edərkən (yəni barmaq 
aralarını təmizləyərkən) sol əlin kiçik barmaqlarının ayağın alt tərəfindən aralarına 
salması bildirilmişdir. Buna əhəmiyyət verməli, “müstəhəbdir” deyib keçməməli-
dir. Müstəhəbləri  əhəmiyyətsiz görməməlidir. Bunlar Allahü təalanın sevdiyi və 
bəyəndiyi şeylərdir. Əgər bütün dünyanı verməklə bəyəndiyi bir işin edilə biləcəyi 
məlum olsa və dünyayı verib o işi edə bilsə, çox qazanc əldə etmiş olar və bir neçə 
saxıl pul verib qiymətli bir almazı ələ keçirmiş olar. Yaxud bir neçə saxıl pulu ve-
rib ölmüş bir sevgilinin ruhunu geri gətirərək həyat qazandırmaq kimidir.  
Namaz möminlərin miracıdır. Yəni mirac gecəsində peygəmbərimizə “sallalla-
hü aleyhi və səlləm” ehsan olunan nemətlər bu dünyada Onun ümmətinə yalnız na-
mazda daddırılmaqdadır. Kişilər fərz namazları camaatla qılmağa çox diqqət etməli
hətta birinci təkbiri imam ilə almağı qaçırmamalıdır. (Qadınlar istər camaat ilə namaz 
qılmaq olsun, istər də hafiz və mövlud dinləmək üçün məscidlərdə kişilər arasına 
qarışmaları və hələ savab qazanmaq üçün Cümə namazlarına getmələri günahdır.) 
Namazları vaxtında qılmaq (və vaxtında qıldığını bilmək) şərtdir. Tək olduğu 
zaman hər namazı vaxtın əvvəlində qılmalı, əsri və işanı İmamı-azamın qavlinə gö-
rə qılmalıdır. Namaz nə qədər gec qılınarsa savabı o qədər azalır. Müstəhəb olan 
vaxtlar, camaat ilə  qılmaq üçün məscidə getmək üçündür. Namaz qılmadan vaxt 
çıxarsa adam öldürmüş kimi günah olar. Qəza etməklə bu günah bağışlanmaz. Yal-
nız borc ödənmiş olur. Bu günahı  əhv etdirmək üçün tövbəi-nasuh etmək və ya 
həcci-məbrur etmək lazımdır.  
Namazda Qurani-Kərim sünnət olan miqdarda oxunmalıdır. Rüküdə və səcdə-
lərdə hərəkətsiz durmaq lazımdır. Çünki fərz və ya vacibdir. Rüküdən qalxanda elə 
dik durmalıdır ki, sümüklər yerinə yerləşsin. Bundan sonra bir miqdar bu şəkildə 
durmaq fərz ya vacib və ya sünnət deyilmişdir. İki səcdə arasında oturmaq da belə-
dir. Bunlara çox diqqət etməlidir. Rüküdə və səcdələrdə təsbeh ən az üş dəfədir. Ən 
çoxu yeddi və ya on birdir. İmam üçün isə camaatın halına görədir. Qüvvətli bir in-
sanın dərd-qəmi olmadığı vaxtlarda tək qılarkən təsbehləri ən az miqdarda söyləmə-
si nə qədər utanc bir haldır. Heç olmasa beş dəfə söylənməlidir. Səcdəyə yatarkən 
yerə ən yaxın olan əzasını yerə daha əvvəl qoymalıdır. Ona görə də ilk əvvəl dizlər, 
sonra əllər, daha sonra burun, ən axırda alın qoyulur. Səcdədən qalxarkən yuxarıda 
olan əza əvvəl qaldırılır. Ona görə də əvvəl alın qaldırılmalıdır. Ayaqda ikən səcdə 
yerinə, rüküdə ikən ayaqlara, səcdədə burun ucuna və oturarkən iki əllərə və ya qu-
cağa baxılır. Bu söylədiyimiz yerlərə baxıb gözlər ətraflara sürüşməzsə, namaz “cə-
miyyətlə” qılına bilər. Yəni qəlb də dünya düşüncələrindən qurtula bilər. Huş hasil 
olur. Necə ki, Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm” belə buyurmuşdur. Əl 
barmaqlarını rüküdə açmaq və səcdədə bir-birinə yapışdırmaq sünnətdir. Bunlara da 
diqqət etməlidir. Barmaqları açıq və ya bitişik saxlamaq səbəbsiz, boş şeylər deyil-
dir. İslamiyyətin sahibi (yəni Peyğəmbərimiz “sallallahü aleyhi və səlləm”) faidələ-
rini düşünərək bu cür etmişdir. Bizim üçün islamiyyətin sahibinə uymaq qədər bö-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə